Günah lüğət elmində


-“SİDDİQUN” (SADİQLƏR) AYƏSİ



Yüklə 3,25 Mb.
səhifə43/61
tarix14.06.2018
ölçüsü3,25 Mb.
#49036
1   ...   39   40   41   42   43   44   45   46   ...   61

13-“SİDDİQUN” (SADİQLƏR) AYƏSİ


“Hədid” surəsinin 19-cu ayəsində buyurulur:

وَالَّذِينَ آمَنُوا بِاللَّهِ وَرُسُلِهِ أُوْلَئِكَ هُمُ الصِّدِّيقُونَ وَالشُّهَدَاء عِندَ رَبِّهِمْ لَهُمْ أَجْرُهُمْ وَنُورُهُمْ

Allaha və Peyğəmbərinə iman gətirənlər – məhz onlar Allah dərgahında olan siddiqlər (sözündə və əməlində doğru olanlar) və şəhadət verənlərdir. Onların öz mükafatları və nurları vardır!”

“Şəvahidut-tənzil” kitabında İbn Əbi Leylinin öz atasından belə nəql etdiyi qeyd olunmuşdur: “Peyğəmbəri-əkrəm (s) buyurub:

اَلصِّدِّيقُونَ ثَلاثَةٌ: حَبِيبُ النَّجّارِ مُؤمِنُ آلِ ياسِينَ، حِزْبِيلُ (حِزْقِيلُ) مُؤمِنُ آلِ فِرْعَوْنَ، وَ عَلِىُّ بْنُ اَبِى طالِبٍ الثّالِثُ وَهُوَ اَفْضَلُهُمْ:

Sadiqlər (düzdanışanlar) üç nəfərdir: Ali-Yasin mömini Həbib Nəccar, ali-Firon mömini Hizbil (Hizqil) və onların fəzilətlisi olan Əli ibn Əbi Talib.”1

Bu hədis Əhməd ibn Hənbəlin “Fəzailul-xəmsə”, Əbu Nəimin “Mərifətus-səhabə” və İbn Məğazilinin “Mənaqib” kitablarında da nəql olunmuşdur.2

“Şəvahidut-tənzil” kitabında bu məzmunda müxtəlif sənədlərlə qırx hədis nəql olunmuşdur.3

Şeyx Süleyman Qunduzi “Yənabiul-məvəddət” kitabında bu hədisi Əbu Nəimə, İbn Məğaziliyə, Müvəffəq Xarəzmiyə və Əhməd ibn Hənbəlin “Müsnəd” kitabına istinad edərək, Əbu Leyli və Əbu Əyyub Ənsaridən nəql etmişdir.

“Kənzül-ümmal” kitabında İbn Abbasdan,1 “Ehqaqul-həqq” kitabında silsilə sənədlərlə müxtəlif kitablardan çoxlu rəvayət nəql olunmuşdur.2

Bu hədislər xilafət haqda birbaşa söz açmasa da, İslam ümməti arasında “siddiq” məqamını imam Əliyə (ə) aid edir. Bu bir fəzilətdir və başqaları ilə müqayisədə o həzrətin üstünlüyünü göstərir. Bununla da Peyğəmbərin (s) xəlifəlik məqamına Əlinin daha layiq olduğu aydınlaşır.

Bir çox rəvayətlərdə imam Əli (ə) İslam ümmətinin siddiqi kimi tanıtdırılsa da, bəzi alimlər bu ləqəbi başqalarına vermişlər. Bu ayənin təfsirində nəql olunan bir sıra rəvayətlərdə siddiqlərin səkkiz nəfər (o cümlədən imam Əli (ə) və Əbu Bəkr) olduğu göstərilir. Bu rəvayətlər Peyğəmbərdən (s) nəql olunmamışdır. Peyğəmbərdən (s) nəql olunan hədisdə buyurulur ki, Əli (ə) bu ümmətin siddiqidir. Bu da ayənin ümumi məfhumu ilə ziddiyyət təşkil etmir. Dəfələrlə dediyimiz kimi, belə rəvayətlər ən kamil fərdə aid olub, İslam ümməti içərisində “siddiq”in ən kamil nümunəsini, sözündə və əməlində doğru olanı, Peyğəmbərə (s) hamıdan öncə iman gətirəni, o həzrəti birinci təsdiq edən şəxsi (imam Əlini (ə)) nəzərdə tutur.


14-“NUR” AYƏSİ


“Hədid” surəsinin 28-ci ayəsində buyurulur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَآمِنُوا بِرَسُولِهِ يُؤْتِكُمْ كِفْلَيْنِ مِن رَّحْمَتِهِ وَيَجْعَل لَّكُمْ نُورًا تَمْشُونَ بِهِ وَيَغْفِرْ لَكُمْ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ

Ey iman gətirənlər! Allaha təqvalı olun və Onun Peyğəmbərinə iman gətirin ki, Allah sizə Öz mərhəmətindən iki pay versin. Sizə yol getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayan, rəhm edəndir.”

“Şəvahidut-tənzil” kitabında bu ayənin təfsirində İbn Abbasdan belə nəql edilir: “Ayədə qeyd olunan “Allah sizə Öz mərhəmətindən iki pay versin” ifadəsindən məqsəd (Allah-taalanın Əliyə (ə) mərhəmət etdiyi) Həsən və Hüseyn (ə), ”Sizə yol getməyiniz üçün nur bəxş etsin” ifadəsindən məqsəd (İslam ümmətinin nuru və hidayət nişanəsi) Əli ibn Əbi Talibdir (ə).”1

İbn Abbas bu sözü özündən deməmişdir; çünki elə həmin kitabda müəllif Cabir ibn Abdullah Ənsaridən başqa bir hədis nəql edir. Orada Peyğəmbəri-əkrəm (s) belə buyurmuşdur: “...Allah sizə Öz mərhəmətindən iki pay versin” ifadəsindən məqsəd Həsən və Hüseyn (ə), ”Sizə yol getməyiniz üçün nur bəxş etsin” ifadəsində məqsəd isə Əli ibn Əbi Talibdir (ə)!”2

Yenə həmin kitabda imam Baqirin (ə) belə buyurduğu nəql olunmuşdur:

:مَنْ تَمَسَّكَ بِوَلايَةِ عَلِىٍّ فَلَهُ نُورٌ:

Əlinin (ə) vilayətindən yapışan şəxs üçün nur və aydınlıq var!”3

O, bunu da əsaslandırmaq məqsədilə Əbu Səid Xudridən bir hədis nəql edir ki, orada Peyğəmbəri-əkrəm (s) buyurmuşdur:

اَما وَاللهُ لا يُحِبُّ اَهْلَ بَيْتِى عَبْدٌ اِلاّ اَعْطاهُ اللهُ عَزَّوَجَلَّ نُوراً حَتّى يَرِدَ عَلَىَّ الْحَوْضَ!:

Allaha and olsun! Allah-taala Əhli-beytimi sevən hər bir kəsə (qiyamətdə) Kövsər hovuzunun kənarına, mənim yanıma gəlmək üçün bir nur verəcəkdir!”4

“Kənzül-ümmal” kitabında imam Əlinin (ə) belə buyurduğu nəql olunmuşdur:

اَنَا عَبْدُ اللهِ وَاَخُو رَسُولِهِ وَاَنَا الصِّدِّيقُ الاَكْبَرُ لا يَقُولُها بَعْدِى اِلاّ كَذّابٌ مُفْتَرٍ وَلَقَدْ صَلَّيْتُ قَبْلَ النّاسِ سَبْعَ سِنِينَ:

Allahın bəndəsi, Peyğəmbərinin qardaşı və böyük siddiq mənəm! Bu sözü məndən sonra yalançılardan başqa kimsə iddia etməz. Mən camaatdan yeddi il qabaq (Peyğəmbərlə (s) birlikdə) namaz qılırdım!”5

Həmin kitabda Məaz Ədviyyədən belə nəql edilmişdir: “Bəsrənin minbərində Əlinin (ə) belə buyurduğunu eşitdim:

اَنَا الصِّدِّيقُ الاَكْبَرُآمَنْتُ قَبْلَ اَنْ يُؤمِنَ اَبُوبَكْرٍ وَاَسْلَمْتُ قَبْلَ اَنْ يُسْلِمَ:

Böyük siddiq mənəm! (Çünki) Mən Əbu Bəkr iman gətirməzdən öncə iman gətirmişəm, o, İslamı qəbul etməzdən qabaq İslamı qəbul etmişəm!”1

Ümumiyyətlə, əhli-sünnə kitablarından qeyd etdiyimiz hədislərə əsasən, imam Əli (ə) fəzilətcə, Peyğəmbəri-əkrəmdən (s) sonra imamət və xilafət məqamına hamıdan artıq layiq olan şəxsdir.

Əllamə Əmini “Əl-qədir” adlı dəyərli əsərinin 3-cü cildində imam Əlinin (ə) kişilər içərisində Peyğəmbəri-əkrəmə (s) iman gətirən ilk şəxs olduğu ilə bağlı geniş söz açmışdır. Məşhur əhli-sünnə alimlərinin kitablarından çoxlu rəvayət nəql etmiş, hətta bir çox İslam şairlərinin də şerlərini dəlil kimi qeyd etmişdir.2 Bu məsələ ilə əlaqədar “ilk müsəlman” adı ilə ayrıca bir fəsildə bəhs edəcəyik.





Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə