19
İbrahimbəyin səyahətnaməsi
şamı sö nərkən sənə bir neçə vəsiyyətim var. Yaxşı qulaq as,
hər iki dünyada xoşbəxt olmaq üçün onları yadından çıxarma!
Birincisi budur ki, ananı sənə tapşırıram. Sən özün bun-
dan sonra biləcəksən ki, o və mən sənin boya-başa çatmağın
və tər biyən üçün nə kimi zəhmətlərə qatlaşmışıq.
İkincisi, sənin mürəbbin və müəllimin olan Mirzə Yusif
əmi dən muğayat ol; ona görə ki, ata-anadan sonra müəllimin
hörməti hər bir kəsin borcudur. Ələlxüsus ki, Yusif əminin
hör məti. O, sədaqətli, dəyanətli, vəfalı bir adamdır; ömrünün
əv vəlindən bizimlə bir yerdə olub. İndi onu ailəmizin bir üzvü
he sab etmək lazımdır.
Üçüncüsü, heç vaxt gözəl milli adət-ənənəni tərk eləmə.
Bəzi biqeyrət nanəciblər İranı pisləyirlər, sən onlara uyma;
yalan deyirlər. Hətta, misal üçün, onların sözləri düz olsa da,
sən on lara qoşulma, vətəni pisləməkdə onlarla həmavaz olma.
Dördüncüsü, öz sirrini hər bir adamdan gizli saxla. Yal-
nız sınaqdan çıxmış təmiz vicdanlı dostuna ürəyini aç. Ancaq,
hey hat, belə dost az tapılar; o, kimya hökmündəndir.
Beşincisi, yaltaq adamlardan bacardıqca kənar gəz. Səni
üzdə tərifl əyəndən mümkün qədər uzaqlaş. O, səni tərifl əmək-
lə öz istədiyini ələ keçirməkdən əlavə, səni insan üçün ən pis
sifət sayılan lovğalığa və xudbinliyə düçar edər. Bu isə hər bir
dərd dən betərdir.
Altıncısı, az qonaq get, qoy sənin yanına çox qonaq gəl-
sinlər. Yəni qonaq getməyə yox, qonaq çağırmağa daha artıq
rəğbətin olsun. Əliaçıqlıqda ifrata varma. Nə o qədər bağışla
ki, məşhurlaşasan, nə də o qədər sıx ki, ad çıxarasan. Yəni
əgər məşhursansa, hər tərəfdən dilənçilər sənin üstünə tökülə-
cəklər; xəsislik göstərsən – səninlə düşmən olarlar. Bu, əlbət-
tə, ehtiyacı olan yoxsullar haqqında deyil, yaltaq borc istəyən-
lər xüsusun dadır.
Adamların sənə dediyi sözə inanmadıqda onlarla müba-
hisəyə və münaqişəyə girişmə, sakit əyləş, heç bir söz demə.
20
Zeynalabdin Marağayi
Sənə bərk-bərk tapşırıram ki, altı-yeddi ilədək ticarətlə məş-
ğul olma. Allaha şükür, dolanmaq üçün hər cür imkanın var.
Otuz yaşına çatanadək otur ye. Bu müddət ərzində dünyanın
harasına könlün istəyirsə, səyahətə çıx. Bu səyahət üçün min
lirə ayrıca sənin adına yazmışam, onun başqa vərəsələrə heç
bir dəxli yoxdur. Lakin səyahətini yalnız şəhərlərin abadlığı
və ya xarabalığını seyr etməyə həsr etmə. Hər yerdə bir neçə
gün qal. O yerin bütün sakinlərinin məişət tərzi və yaşayışını
diqqətlə öyrən, o ölkənin illik ticarət statistikasını dərindən
mütaliə elə, bununla sən başqa xarici ölkələrdən oraya hansı
malların və məhsulların idxal edildiyini öyrənərsən, həm də
bilərsən ki, ildə müəyyən şeydən orada nə qədər satıla bilər.
Bununla birlikdə o ölkədən hər il hansı maldan nə miqdarda
ixrac edildiyini də bilməlisən. Çatdığın hər bir şəhərdə özün
üçün oranın mötəbər adamlarından bir neçə nəfər dost tap, on-
larla məktublaş.
Bu səyahətində, Yusif əmi diri olarsa, onu da özünlə apar,
qoy ağır vaxtlarında sənin qayğına qalan bir adam olsun.
Sən bu şəhərdə mənim dostlarımı tanıyırsan, onların hör-
mətini məndən daha artıq saxla. Mənimlə dost olmayanlardan
uzaq gəz; çünki mən dost seçməkdə çoxlu əziyyətlərə qatlaş-
mışam. Adamları tanımaq, onları sınamaq çox zəhmət tələb
edir. Bu iş üçün bacarıq və hünər lazımdır.
Səyahət zamanı hansı şəhərə çatdın, oraya daxil oldu-
ğun və çıxdığın günün tarixini və bütün müşahidələrini qeyd
dəftərində yaz, bir gün çatar ki, sənin karına gələr.
Qalan şəri vəsiyyətlərimi bircə-bircə vəsiyyətnamədə
yaz mışam...”
Atasının vəfatından sonra, gözəl əxlaqı, doğru-düzgün lü yü,
xeyirxahlığı və təmiz dolanmasına görə İbrahim bəyi dost-düş-
mən barmaqla nişan verirdi. Bütün işləri ölçülüb-biçil
miş,
adamlarla rəftarı olduqca mülayim və gözəl idi. Milli tə əs süb də
də İbrahim bəy atasını ötüb keçdi. Belə ki, bir para za ra fatçı
21
İbrahimbəyin səyahətnaməsi
həmvətənləri onu pərt etmək istəyəndə İranın bəzi eyib lərindən
onun yanında danışmağa başlardılar. Məsələn, de yərdilər: İran-
da nizam-intizam, qanun yoxdur, əsgərlər ayaqyalındır, dövlət
müəyyən məbləğ rüşvət alıb vilayətləri hakimlərə satır; hakim,
bəylərbəyi, kəndxuda, darğa, fərraşbaşı – hərəsi bir badalaq qu-
rub, günahsız adamlara işgəncə verir, həbs və cərimə edirlər.
Bir şəhərdə on beş yerdə kündəzəncirli həbsxana var. Bir şəhər-
də on-on iki bəst yeri var. Üləmanın evləri, hakim və ya fi lan
sərtibin sərtövləsi müqəssirlərin bəsti hesab olunur. Şəhərlər
çirklidir, məscidlər rövnəqsizdir. Onlar ilin on bir ayı bağlı qa-
lır. Payızda bir para anlaqsız adamlar məscidləri qovun-qarpız
anbarı eləyirlər. Hamamların vəziyyəti bərbaddır, xə znələrdə su
qoxuyur, hər cür yoluxucu xəstəliyə tutulmuş adam lar bu xəz-
nələrdə çimir, minlərlə insanı xəstələndirirlər. Xə znənin murdar
suyunu o qədər dəyişdirmirlər ki, onun rəngi ba taqlıqda qalan
suyun rənginə oxşayır. Ruhanilər bir-biri ilə düş mənlik edib
rəqabət aparırlar. Onların hər biri seyid adı ilə on-on beş nəfər
lotu saxlayır, lazım olan vaxtlarda onların va si təsilə əhalini ha-
kimlərin evlərini talamağa və qarət etməyə yö nəldirlər. Özləri
isə suyu bulandırdıqdan sonra məqsədlərinə nail olurlar.
Bəzən də bu zarafatçı adamlar hakimlərin qəddarlığından,
əhalini istədikləri zülmə, işgəncəyə və talana məruz qoymala-
rından, onların hədsiz-hüdudsuz zülmündən xalqın baş gö-
türüb cəlayi-vətən etməsindən söhbət açır, özü də bütün bu
ürəyədəyən sözləri İbrahim bəyə eşitdirirdilər. Biçarə İbrahim
bəy bu sözləri eşitdikcə hirslənir, onların bəzisini dinsiz, bir
parasını qeyrətsiz adlandırırdı. Elə vaxtlar da olurdu ki, iş ya-
man-yovuzdan yum ruğa, çomaq davasına, hətta bir-birinin
saqqalını yolmağa və əlbəyaxa olmağa da çəkirdi. Dostları
İbrahim bəyin xasiyyətinə bələd olduqları üçün onun söyüşlə-
rinə, ağır sözlərinə dözürdülər.
Bəzən də əksinə olurdu, İbrahim bəyin dostları onu sevin-
dirmək istəyirdilər. Çayxanada oturub, yolunu gözləyirdilər.
Dostları ilə paylaş: |