Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə391/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   387   388   389   390   391   392   393   394   ...   402

 

831 


Nəzərdən  keçirilən  situasiyada  aşağıdakı  iki  linqvistik-fəlsəfi 

məqam  mühümdür:  1.  Dil  yalnız  mətnlər  üçün  deyil,  həm  də 

ümumiyyətlə,  insani  anlam  üçün  və  bununla  da,  bizim  insan  olaraq 

yaşadığımız  "həyati  dünya"  üçün  də  müəyyənedicidir.  Burada  dil 

"obyektivist  mənada"  səslər  və  ya  hərflər  olaraq  başa  düşülmür.  O, 

xüsusi "milli dil" olaraq da başa düşülmür. O, irsi olaraq  əxz edilmiş 

məna üfüqü kimi başa düşülür ki, onun çərçivələri daxilində də bizim 

sosiallaşmağımız  baş  vermişdir  və  onun  vasitəsi  ilə  biz  özümüzü  və 

dünyanı  başa  düşürük.  Dil  bu  mənada    odur  ki,  bizi  adamlar  olaraq 

birləşdirir və bizimlə dünya arasındakı münasibətləri vasitələndirir

472

.  


2.  Mətnin  (və  ya  "nitq  aktının") mənası  mətndə tapılmalı  olan 

bir obyekt deyildir. Mətnin mənası odur ki, o, yalnız "məna üfüqünün" 

işığında mövcuddur ki, mətn bu üfüqə yerləşdirilmişdir. Bu halda biz 

həmişə  şeyləri,  mətnlər  də  daxil  olmaqla,  bizim  öz  "məna 

üfüqümüzün"  mövqelərindən  nəzərdən  keçiririk.  Elə  buna  görə  də, 

mətnin  mənasının  anlaşılması  o  deməkdir  ki,  biz  o  sualları  tapmağa 

səy  edirik  ki,  mətn  onlara  cavab  ola  bilərdi,  yəni  biz  həqiqətən  də, 

müəyyən tip sualları mümkün edən müəyyən məna üfüqünü axtarırıq. 

O zaman ki, biz mətni fikrimizə görə, bizim üçün "açan" sual tiplərini 

tapırıq, onda bu, o deməkdir ki, biz öz "məna üfüqümüz" ilə üzərində 

mətnin yaradıldığı "məna üfüqünə" yaxınlaşmağı bacarmışıq

473


.  

Əgər  mətn  və  onun  şərhçisi  eyni  dünyaya  (eyni  "məna 

üfüqünə") məxsusdurlarsa, onda şərh işi prinsipcə, başlaya bilər. Əgər 

mətn  şərhçinin  yaşadığı  dünyaya  nisbətən  başqa  bir  dünyada 

yaradılmışsa, onda bu, pis haldır. Belə o zaman ola bilir ki, ya mətn və 

şərhçi  müxtəlif,  amma  uyğun  mədəniyyətlərə  məxsusdurlar,  ya  da 

mətn  uzaq  keçmişdə  yaradılmışdır.  Məhz  belə  situasiyalarda  mətnin 

şərh olunma işi bir intellektual çağırışa çevrilir.  

Amma  hətta  bu  halda  da  mətn  bizə,  mənə  müraciət  edir. 

Mətnin  mənasını  anlamaq  üçün,  mən  mətnə  ciddi  olaraq  münasibət 

göstərməliyəm.  Bir  şərhçi  olaraq,  mən  mətnin  cavab  verdiyi  sualları 

anlamağa səy etməliyəm. Mətn onun öz məna üfüqünün sərhədlərində 

                                                

472

 Dilə münasibətdə bu nöqteyi-nəzər öz ardınca subyektin və obyektin bizim 

kantaqədərki  rasionalist  və  empirik  epistemologiyalarda  tapığımız  klassik 

dualizmin  tənqidini  gətirir.  Subyektin  və  obyektin  münasibətlərinə  Hegelin 

nöqteyi-nəzəri  ilə  və  həmçinin,  dil  münasibətdə  fenomenoloqlara  və 

Vitgenşteynə məxsus olan baxışlarla müqayisə edin, fəsil 29.  

473

 Burada  biz  dilə  münasibətdə  "transsendental-fəlsəfi"  nöqteyi-nəzərə 

malikik  ki,  ona  uyğun  olaraq  da,  "məna  strukturlar"ı  dilin  transsendental 

əsası kimi funksiya daşıyırlar. Hegelin "zamanın dəyişkən ruhu" ideyasını bu 

qəbildən olan "məna strukturları" ilə müqayisə edin.  



 

832 


yazılmışdır,  mən  isə  öz  üfüqümə  malikəm.  Mətn  onun  öz 

"mövhumatlarının"  əsasında  yazılmışdır  və  bizimlə  də  onların 

mövqelərindən  danışır.  Mənim  isə  öz  "mövhumatlarım"  vardır  ki, 

onların  da  mövqelərindən  mən  danışıram  və  şərh  edirəm.  Mənim 

"özgə"  mətni  anlamaq  dərəcəm  beləliklə,  ondan asılıdır  ki,  iki məna 

üfüqü  bir-birinə  nə  dərəcədə  yaxınlaşa  bilərlər  və  bir-biri  ilə  qovuşa 

bilərlər. Bu, Qadamerin "üfüqlərin qovuşması" adlandırdığıdır. Amma 

onların  qovuşması  o  demək  deyildir  ki,  onlar  sadəcə  olaraq,  eyni  bir 

üfüq oldular. "Bir" üfüq "başqasından" fərqlənir. Amma mənim məna 

üfüqümün  dəyişilməsi  baş  vermişdir.  Bu  rakursda  mən  dərin 

dəyişikliklərə  məruz  qalmışam,  "dərin"  -  ona  görə  yox  ki,  artıq 

mövcud  olan  mənbədən  sadəcə  olaraq,  yeni  bilik  əldə  etmişəm,  ona 

görə  ki,  öz  məxsusi  "hesablama  sistemimi"  transformasiyaya 

uğratmışam.  Bu  yenidən  formalaşma  təlim  prosesidir,  o  mənada  ki, 

onun  köməyi  ilə  mən  mənim  üfüqümü  genişləndirmişəm  və əvvəllər 

başa  düşdüyümə  nisbətən  daha  çox  və  başqa  cür  başa  düşməyə 

başlamışam

474


.  Qadamerə  görə  deyilənlər  eyni  zamanda 

hermenevtikanın və təhsilin yaxın əlaqəsini göstərir.  

"Üfüqlərin qovuşmasına" yönələn formativ proses bizlərdə baş 

verir.  Biz  sanki  tarixi  çərçivələrdən  kənarda  mövqe  tutaraq,  onu 

əvvəlcədən planlaşdıra və ya nəzərdə tuta bilmərik

475


.  Biz həmişə  bu 

prosesdəyik,  heç  bir  zaman  ondan  kənarda  dayanmırıq  və  onu 

kənardan  nəzərdən  keçirmirik.  Nəticədə,  biz  öz  anlamımızı 

yaxşılaşdıra bilərik və bununla da təlim almış olaraq - yaşa dolarıq və 

müdrik  olarıq  -  amma  zamandankənar  və  tarixdən  kənar  "son" 

həqiqətə malik olduğumuzu iddia edə bilmirik. Bu mənada biz həmişə 

yoldayıq. Bizim anlam tarixi olaraq müəyyənləşmişdir və şərh prosesi 

heç bir zaman tamamlanmır.  

Beləliklə, biz Qadamerin fəlsəfəsinin mahiyyətinə gəlib çıxdıq. 

O, bizi insanın "tarixi olaraq başa düşən" məxluq kimi yaxşılaşdırılmış 

idrakına  aparıb  çıxarır.  Hər  şeydən  öncə,  o,  humanitar  elmlərin 

metodu ilə bağlı məsləhət verməyə səy etmir, insani anlamı mümkün 

edən şəraiti aydınlaşdırmağa çalışır. Onun belə bir qayda ilə nəzərdən 

keçirilən  layihəsi  epistemoloji  layihə,  daha  dəqiq  deyilsə, 

transsendental  fəlsəfi  layihə  olur.  Amma  Qadamer  Kant  da  daxil 

edilməklə,  epistemoloqdan  fərqlənir,  onunla  fərqlənir  ki,  o,  "məna 

üfüqü"  olaraq  dildən  başlayır  və  istənilən  şərhi  "üfüqlərin 

                                                



474

 Bax: Hegelin təlim və formalaşma ilə bağlı baxışları.  

475

 Bax:  "Tanrının  nöqteyi-nəzərinin"  Hegel  tərəfindən  epistemoloji  olaraq 

qeyri-mümkün  kimi  tənqidi  (yəni  tarixi  formativ  prosesdən  kənarda  və  onun 

üzərində mövqe tutmaq mümkün deyildir).  


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   387   388   389   390   391   392   393   394   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə