Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə388/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   384   385   386   387   388   389   390   391   ...   402

 

825 


Totalitarizmin  (həmçinin  də,  posttotalitar  cəmiyyətlərin) 

intellektual  müqəddimələrindən  bəziləri  daha  erkən  dövrlərə  gedib 

çıxır.  Arend  bir  qədər  gözlənilməz  tərzdə  elmdə  və  texnikada 

nəzərdən  keçirilən tərəqqi  ideyasını totalitar  şirniklənmə  (temptation) 

ilə 

birləşdirməyə 



səy 

edir.  Müasirlik  (modernity)  bütün 

məhdudiyyətlərdən  keçərək  özünə  yol  açır.  Müasir insan həmişə irəli 

getmək  istəyir,  o,  öz  mövcudluğunun  dəyişməz  şəraiti  ilə  görünür, 

daha  məmnun  deyildir.  O,  heç  bir  zaman  "səyahətdən  yorulmur"  və 

ölməzlik  axtarır.  O,  özünün  Yerə  mənsubiyyətdən  xilas  olmağa  can 

atır və artıq öz kosmik gələcəyini planlaşdırmağa başlayır. Arend üçün 

tərəqqi ideyası xudbinliyin bir formasıdır. Bu ideya onu ifadə edir ki, 

modernizasiya insani mövcudluğun dəyişməz şərtlərinin əleyhinə çıxış 

edir.  Arend  güman  edirdi  ki,  bu  xudbinliyin  tarixi  mənşəyini 

aydınlaşdırmışdır, onun fikrinə görə, onun tarixi Renessansdan, təbiəti 

tabe etdirmə və təbiət üzərində nəzarət ideyasından başlayır. XX əsrdə 

bu ideya bütün sferaları silahlandırmışdı. Təbiət, cəmiyyət və insan – 

bütün  hər  bir  şey  nəzarət  və  manipulyasiya  obyekti  olmuşdu.  Bu 

nöqteyi-nəzərdən,  totalitarizm  demokratik  və  liberal  cəmiyyətləri 

səciyyələndirən  mentallığın  yalnız  bir  ifrat  versiyasıdır.  Müasir 

texnologiya  "fövqəltəbii" imkanlar  əldə  etmişdir  və hər  şeyi  eyni  bir 

xətkeşlə  ölçən,  bütün  hər  bir  şeyi  əhatə  edən  təfəkkür  üsulunun 

əsasına çevrilmişdir.  

Arendin  tənqidi  yalnız  siyasi  ideologiyaların  əleyhinə 

yönəlməmişdir. O, həmçinin, müasir fəlsəfənin dəqiq və yerinə düşən 

analizini  işləyib  hazırlayır.  Habermasa  oxşar  olaraq,  o  da,  Marksı 

praksisi  əməyə  aid  etdiyinə  görə  tənqid  edir.  Hətta  əgər  Marks 

Arendin  bir  çox  qayğılarını  bölüşdürsəydi  də,  onun  maraqlarının 

mərkəzində siyasət deyil, daha çox iqtisadi həyat dayanır. Marks üçün 

insanın  əməklə  bağlı  olan  özgələşməsi  azadlıq  və  özünüreallaşma 

üçün  ən  mühüm  olardı  (nəzər  salın,  fəsil  21).  Sosialist  inqilabının 

başlıca  məqsədi  də  əməyin  və  istehsalın  elə  dəyişdirilməsindən 

ibarətdir ki, insan özünü əmək vasitəsi ilə reallaşdıra bilsin. Gələcəkdə 

kommunist  cəmiyyətdə  dövlət  "ölüb  getməli",  siyasət  isə    "şeylərin 

idarə olunması" ilə əvəz edilməlidr. Lakin Marks bütövlükdə praksisə 

insanın  aktivlik  şərti kimi münasibətdə  təəccüb  doğuracaq bir  tərzdə 

susur.  Beləliklə,  marksizmdə  adekvat  siyasi  nəzəriyyə  mövcud 

deyildir.  O,  bütün  etik-siyasi  ölçünü  əməyə  və  istehsala  aid  edir. 

Görünür  ki,  bu,  həmin  o  faktın  amillərinin  biri  idi  ki,  XX  yüzilliyin 

marksizmə  əsaslanmış  sosialist  "eksperimentləri"  fəlakətli  nəticələrlə 

tamamlandı.  

Oxşar  tənqid  Haydeggerin  ünvanına  da  irəli  sürülə  bilər. 

Varlıq  və  zaman”  əsərində  o,  insan  qarşısında  duran  müxtəlif 



 

826 


vəzifələri instruktiv formada təsvir edir, amma o da, Marks kimi “vita 

activa”nı  əməyə  və  istehsala  aid  edir:  məhz  onda  mərkəzi  yer 

əkinçinin  və  sənətkarın  həyatına  məxsusdur.  Amma  Haydeggerin  əli 

zərbə vurur, tumarlamır. Yer üzərində sənətkarlıqla və kənd əməyi ilə 

məşğul  olma  etik-siyasi  diskussiyalar  üçün  heç  bir  yer  saxlamır

468


Beləliklə,  Haydegger  praksisin  fəlsəfəsini  (prakseologiyanı)  praksis 

olmadan  işləyib  hazırlayır.  O,  eykoloqa  çevrilir  və  ruhunun 

dərinliklərində  apolitik  mütəfəkkir  olaraq  qalır  (bax.  Fəsil  30). 

Doğrudur  ki,  "sonranın"  Haydeggeri  Arendi  maraqlandıran  bir  çox 

problemlərlə  məşğul  olmuşdur.  O,  texnoloji  artımın  təhlükələrini 

aydın  bir  tərzdə  görmüşdür.  Lakin  bu  çağırışa  yeganə  mümkün 

cavabın  poeziya  olması  barədə  onun  tezisi  göstərir  ki,  onda  adekvat 

siyasi anlayışlar yoxdur.  

Biz  qeyd  etmişdik  ki,  Arendin  siyasət  anlayışı  azad  və  eyni 

hüquqlu iştirakçılar arasında diskussiyanı nəzərdə tutur. Diskussiyanın 

məqsədi  bizim  təsəvvürlərimizin  və  fikirlərimizin  izah  olunmasından 

və  yoxlanılmasından  ibarətdir.  Arend  üçün  mühüm  olan  həqiqət  və 

təsəvvür  (rəy)  arasındakı  fərqdir.  O,  həqiqət  (aletheia)  və  rəy  (doxa) 

arasında  məsələn,  Platonun  sofistlərin  əleyhinə  mübarizəsində  baş 

verən mübarizəni göstərir. Arend bu konfliktdə demək olar ki, sofistik 

mövqe tutmadan fəlsəfənin “aletheia”sı əleyhinə siyasətin “doxa”sını 

müdafiə  edir.  O,  vurğulayır  ki,  fərdlər  özlüyündə  rəylərə  "malik 

deyillər".  Onların  xüsusi  nöqteyi-nəzərləri  və  ideyaları  müxtəlif 

nöqteyi-nəzərlərin  həqiqi  çarpışmasının  gedişində  sınaqdan  keçdiyi 

zaman 

onlar 


əsaslandırılmış  rəyləri  formalaşdırırlar.  Belə 

diskussiyalarda  biz  öz  konsepsiyalarımızı  daha  yaxşı  arqumentlərin 

işığında yenidən nəzərdən keçirə bilərik. Yalnız belə bir qaydada biz 

situasiyanı müxtəlif tərəflərdən nəzərdən keçirməyi öyrənə bilərik və 

onun  haqqında  reprezentativ  rəy  formalaşdıra  bilərik.  Aristotelin 

ardınca  Arend  vurğulayır  ki,  siyasət  müdrikliyin  xüsusi  formasını 

(fronezis,  phronesis),  yəni  konkret  situasiyanın  və  ya  halın 

qiymətləndirilməsi  zamanı  həmişə  aşkar  edilən  praktik  bəsirəti 

nəzərdə tutur. Nəzəri idrak deməli ki, heç bir zaman siyasi müdrikliyi 

əvəz edə bilmir. Baxmayaraq ki, Habermas Arendin etdiyi kimi nəzəri 

və  praktik  diskurs  arasında  kəskin  sərhəd  qoymur,  onların  hər  ikisi 

razıdır  ki,  siyasi  diskussiya  yalnız  sofistik  dilətutmalar  üçün  deyil, 

rasional arqumentlər üçün də, inam üçün də açıq olmalıdır.  

Arendin  siyasi  fəlsəfəsində  heç  də  hər  bir  şey  yaxşı 

düşünülmüş və dəqiq deyildir. Demək olar ki, o, yalnız azlığın siyasi 

                                                



468

 Bax:  A.  Granberg.  Death  of  the  Other.  The  Making  of  the  Self  and  the 

Problem of the Ethical in Heideggers "Being and Time". - Oslo, 1995.  


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   384   385   386   387   388   389   390   391   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə