Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə386/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   382   383   384   385   386   387   388   389   ...   402

 

821 


laqqıltıda  və  söyüşlərdə  ifadə  olunan  yoxsullaşması  insanın 

mahiyyətinin yoxsullaşmasını göstərir.  

Haydeggerə görə, bəşəriyyətin avanqardında olan alimlər və ya 

siyasətçilər  deyillər,  şairlərdir!  Şairlər  poetik  olaraq  düşünən 

filosoflardır - insanın gizli və sirrli mahiyyətinin ifadəçiləridirlər.  

Haydegger  antik  polisdə,  mühazirə auditoriyasında  və  ya  elmi 

laboratoriyada  baş  verən  rasional  diskussiyalara  xüsusi  əhəmiyyət 

vermir.  Bu  müzakirələr  onların  təm-təraqlı  olmasına  baxmayaraq 

əslində, mühüm məna daşımır.  

Haydegger  filosof-şair  olaraq,  tarixə  nəzəri  tədqiqatın  bir 

predmeti olaraq yanaşmır. O, daha çox onunla bağlı olaraq mühakimə 

yürüdür və bizim tarixin başlanğıcında Sözün meydana çıxmasını özü 

üçün  təsəvvür  etməyə  səy  edir.  Müasirliyin  və  onun  köklərinin 

apolitik tənqidçisi rolunda çıxış edərək, o, "eykosla", ev təsərrüfatı ilə 

bağlı olan həyat formalarının ardıcıl tərəfdarı olaraq qalır. Haydegger 

üçün  həyatın  kəndli  formaları,  fermerin  və  sənətkarın  gündəlik 

fəaliyyəti  şəhər  həyatına,  onun  özgələşməsinə  və  doğma  torpağa 

bağlılığın  olmadığına nisbətən  daha  az tənəzzülə uğramışdır  və  daha 

həqiqidir. O, kənd həyatını şəhər həyatına nisbətən müqayisə olunmaz 

dərəcədə  böyük  ilhamla  nəzərdən  keçirən  "torpaqçı"  mütəfəkkirdir. 

Haydegger  ona  xas  olan  "ikiqat  refleksiv"  (doppelt  reflektvierte) 

yanaşma  (müzakirə  olunan  məsələnin  müqəddimələrin  və  sonra  bu 

müqəddimələrin  müqəddimələrin  və  i.a.  aydınlaşdırılmasını  nəzərdə 

tutan)  ilə  özünəməxsus  bir  tərzdə  "doğma  yerlərin  mütəfəkkiri" 

(Heimat-Denker) kimi çıxış edir: insan öz ev təsərrüfatı (oikos) barədə 

ağır  düşüncələrə  (logos)  və  qayğılara  dalaraq  poetik  mənada  doğma 

torpaq  üzərində  yaşayır.  Lokal  və  xarakterik  olanda  Haydegger  əsl 

həqiqiliyi (və eyni zamanda universallığı) görür.  

Haydegger  adi  mənada  öz  mövqeyini  əsaslandırmır.  Bunun 

üçün  dil  kifayət  qədər  deyildir  (hələ  də?).  Amma  Haydegger  nəyin 

mühüm olduğu barədə poetik formada bizə məlumat verməyə səy edir. 

Beləliklə,  müasirliyin  və  onun  məbələrinin  Haydegger  tərəfindən 

tənqidi poetikliyin köməyi ilə ifadə olunmuşdur.  

 

Arend və vita activa 

 

Hanna  Arend  və  ya  Arendt  (Hannah  Arendt)  yəhudi 



intellektuallarının o nəslinə məxsusdur ki, buraya Markuze, Adorno və 

Valter Benyamin (Walter Benjamin, 1892-1940) aiddirlər. O, 1906-cı 

ildə  Hannoverdə  anadan  olmuş  və  Şərqi  Prussiyada  Köniqsberqdə 

(indiki  Kalininqradda)  boya-başa  çatmışdır.  1920-ci  illərdə  Arend 

Haydeggerin,  Husserlin  və  Yaspersin  rəhbərliyi  altında  fəlsəfəni 



 

822 


öyrənmişdir.  On  səkkiz  yaşlı  birinci  kurs  tələbəsi  olarkən,  o,  bu 

zamanlar  özünün  başlıca  əsəri  olan  “Sein  und  Zeit”ı  tamamlayan 

Haydeggerlə  yaxından  tanış  olmuşdur.  Beş  il  sonra  o,  Avqustin 

təlimində  məhəbbət  anlayışı  mövzusunda  fəlsəfi  dissertasiyanı 

müdafiə  etmişdir.  1933-cü  ildə  Hitlerin  hakimiyyətə  gəlməsindən 

sonra  antinasist  fəaliyyətinə  görə  həbs  olunmuşdu.  Sonradan  Parisə 

getmiş və bir qədər sonra isə, 1940-cı ildə ABŞ-a mühacirət etmişdir. 

O, 1977-ci ilə ömrünün sonuna qədər burada qalmışdır.  

Arend XX əsrin məşhur siyasi mütəfəkkirləri sırasına daxildir. 

Lakin  onu  hansısa  siyasi  cərəyana  aid  etmək  çətindir.  "Sol"  və  ya 

"sağ",  "radikal"  və  ya  "mühafizəkar"  kimi  işarələr  onun  fəlsəfəsinin 

xarakteristikası  üçün  yaralı  deyildir.  Arend  hər  şeydən  çox  müstəqil 

mütəfəkkir  olmaq  istəyirdi,  bu  və  ya  digər  fəlsəfi  "izmin" 

nümayəndəsi olmaq istəmirdi.  

Arend  üçün  siyasət  bizim  çox  vaxt  şahidi  olduğumuz  kimi 

hakimiyyətə  və  zorakılığa,  birinin  başqaları  üzərində  nəzarətinə  aid 

edilə  bilməz.  Parlament  hakimiyyəti  uğrunda  və  ya  hakimiyyət 

koridorlarında nüfuza malik olma uğrunda mübarizə də həqiqi mənada 

siyasət  deyildir.  Siyasətin  mahiyyəti  debatlarda,    müzakirələrdə  və 

antik  yunanların  praksis  adlandırdıqlarındadır.  Arendin  məqsədi 

siyasətin o konsepsiyasının dirçəldilməsindən ibarətdir ki, o, çox vaxt 

sıxıntılara  və  unudulmaya  məruz  qoyulmuş,  amma  hələ  də  daimi 

imkan  olaraq  özünü  tarixdə  aşkar  etməkdədir.  Burada  siyasət  yunan 

polisi  nümunəsinə  uyğun  olaraq,  ictimai  fəaliyyətdə  iştirak  kimi 

nəzərdə  tutulur.  Arend  həqiqi  ictimai  həyatın  təzahürünü  Amerikan 

inqilabında  (1776),  Paris  kommunasında  (1871),  birinci  dünya 

müharibəsindən  sonrakı  sosialist  hərəkatında,  macar  qiyamında 

(1956),  vətəndaş  hüquqları  uğrunda  amerikan  hərəkatında  və  Parisdə 

tələbə çıxışlarında (1968) görür. Bütün bu hadisələr üçün ümumi olan 

o,  idi  ki,  onların  buna  qədər  siyasətdən  kənarda  qalan  və  ya  siyasi 

marqinal  vəziyyətində  olan  iştirakçıları  öz  fərdiliklərini  ifadə  etməyi 

bacarmışdılar  və  siyasi  azadlığın  yeni  ölçüsünü  yaratmaqla  özlərini 

spontan  olaraq  təşkilatlandırmışdılar.  Arendə  görə,  bu,  aktiv  həyatın 

(vita  activa)  ali  formasıdır.  O,  siyasi  partiyalar  tərəfindən  həyata 

keçirilən  və  nəzarət  altında  saxlanılan  siyasətlə  az  maraqlanır. 

Parlamentli  demokratiya,  siyasi  "sövdələşmələr"  və  xüsusi  maraqları 

ifadə edən siyasət də onu həmçinin, az məşğul edirdi.  

Arendin  niyyətini  daha  yaxşı  anlamaq  üçün  onun  başlıca 

əsərində  (“Vita activa

467

”)  təsvir olunan üç əsas fəaliyyət formasının 

                                                



467

 “Vita  activa”  ilk  dəfə  1958-ci  ildə  (Chicago)  ingilis  dilində  “The  Human 

Condition” adı altında çapdan çıxmışdır.  


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   382   383   384   385   386   387   388   389   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə