Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə382/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   378   379   380   381   382   383   384   385   ...   402

 

813 


üçün  zəruri  olan  qurumların  və  institutların  yaradılması  və 

fəaliyyətinin  təmin  olunması  ilə  dəstəklənməlidir.  Bu,  ictimai  həyatın 

təşkil olunmasının elə formasını tələb edir ki, liberallıq və bərabərlik 

onun ayrılmaz əlamətləri olur. Hər bir kəsə prinsipcə, öz şəxsi fikrinə 

malik olma hüququ verilməlidir və hər bir kəsə onu ifadə etməyə icazə 

verilməlidir. Təhsilin və sosial-iqtisadi səylərin vasitəsi ilə elə praktik 

şərait  yaradılmalıdır  ki,  bu  zaman  hər  bir  kəs  bu  hüquqların 

reallaşması üçün təqribən eyni imkanlara malik olsun.  

Belə bir cəmiyyətdə hər bir kəs yalnız həqiqi və düzgün olaraq 

inandığını  müdafiə  etməyə  çalışmır,  həm  də  arqumentlərin  təsiri 

altında  öz  nöqteyi-nəzərini  dəyişdirməyə  çalışır.  Sonuncu  halda,  o, 

onu  nəzərdə  tutur  ki,  başqalarından  öyrənmək  də  olar.  Qısa  deyilsə, 

bütün bu deyilənlər öz ardınca cəmiyyətin elə bir təşkilini gətirir ki, bu 

zaman diskussiyaların köməyi ilə rasional cavabların effektiv axtarışı 

həyata keçirilir.  

Bu  təşkilati  təşəbbüslər  rasionallığa  doğru  meylin  nəticəsidir 

və ya daha doğrusu, o nöqteyi-nəzərə doğru meylin nəticəsidir ki, ona 

uyğun olaraq,  biz  normativ və nəzəri  əsaslandırmaya  praktik  olaraq 

həmişə sadiqik.  

Etiraz edə bilərlər ki, belə təşəbbüslərin mücəssəməsi mümkün 

kimi  görünmür.  Məsələn,  elə  sosial-iqtisadi  qüvvələr  meydana  çıxa 

bilər  ki,  onları  deformalaşdırsın  və  ya  darmadağın  etsin.  Belə  bir 

etiraz  kifayət  qədər  ciddidir,  belə  ki,  bəşəriyyətin  tarixində  oxşar 

deformasiya  ən  müxtəlif  formalara  və  dərəcələrə  malik  olmuşdur. 

Məsələ  deməli,  ondan  ibarətdir  ki,  bu  etirazın  intellektual  olaraq 

əsaslandırılmış təkzibi tapıla bilərmi? 

Fərz  edək  ki,  adamların  əksəriyyəti  həqiqəti  dərk  etmək 

iqtidarında  deyildir.  Məsələn,  hesab  etmək  olar  (Oktyabr  inqilabı 

zamanı Leninə oxşar olaraq) ki, kapitalistlər öz sinfi mənsubiyyətləri 

ucbatından  həqiqəti ideoloji təhriflər olmadan  qavramaq  iqtidarında 

deyillər

465

. Buradan həmçinin, belə bir nəticə də çıxır ki, maariflənmiş 

və  həqiqət  bilgisinə  malik  olan partiya  üzvləri  öz  sinfi  düşmənləri  ilə 

arqumentasiyalı  bir  şəkildə  mübahisə  edə  bilməzlər,  yalnız  onların 

əleyhinə vuruşmalıdırlar. Həmçinin, fərz edək ki, fəhlələr özləri də öz 

vəziyyətlərini  düzgün  olaraq  dərk  edə  bilmirlər.  Buradan  belə  bir 

nəticə alınır ki, həqiqət bilgisinə malik olan partiya üzvləri kütlələri o 

vaxta qədər idarə etməlidirlər ki, kütlələr sinfi mübarizənin köməyi ilə 

daha çox maariflənmiş səviyyəyə hələ ki, yüksəlməmişlər, yəni düzgün 

sinfi  şüur  əldə  etməmişlər.  Bunun  təsiri  ilə,  biz  güman  etməliyik  ki, 

əgər bir şəxsiyyət düzgün biliyə malikdirsə, onda o, arqumentasiyanın 

                                                



465

 Sovet İttifaqında bu mövqe zaman ötdükcə dəyişməz olaraq qalmamışdır.  


 

814 


köməyi  ilə  bunu  özü  ilə  eyni  bir  səviyyədə  olan  başqalarına  sübut 

etməyə  qabildir.  (Başqa  cür  deyilsə,  partiya  üzvləri  işlərin  birgə 

rasional  müzakirəsinə  və  son  nəticədə,  düzgün  qərarlar  və  partiya 

proqramı  əsasında  kütlələri  maarifləndirməyə  qabil  olmalıdırlar). 

Qısa  deyilsə,  fərdin  xalqın  axmaqlığına  və  irrasionallığına 

münasibətdə  pessimizminin  dərəcəsindən  asılı  olmayaraq  (və  bu 

irrasionallığı necə başa düşməkdən və izah etməkdən asılı olmayaraq) 

qəbul  etmək  zəruridir  ki,    fərd  şəxsən,  təkbaşına  olaraq,  zəkanın 

dəlillərinə  əsaslanaraq,  insanların  axmaq  və  irrasional  olduqları 

haqqında həqiqəti dərk etmişdir, onda bu həqiqət prinsipcə, həmçinin, 

başqaları tərəfindən anlaşıla bilər.  

Əlbəttə ki, öz mövqeyini müdafiə edərək, onun düzgün sinfi (irqi, 

maskulin,  feminin  və  ya  hansısa  digər  bir)  nöqteyi-nəzər  olduğunu 

təsdiq etmək aşkarana bir tərzdə kifayət deyildir. Ümumiyyətlə deyilsə, 

"düzgün sinfi nöqteyi-nəzərin" ifadəçisi və daşıyıcısı məsələn, fəhlələrin 

əksəriyyəti  deyildir.  Bu  "düzgün"  nöqteyi-nəzər  ondadır  ki,  fəhlələr 

onların  obyektiv  olaraq  kim  olduqları  barədə  necə  deyərlər,  düzgün 

nəzəriyyədən çıxış edərək, öz sinfi vəziyyətlərini "obyektiv olaraq" başa 

düşməlidirlər (və başa düşəcəklər). Bu nəzəriyyə elə olmalıdır ki, onun 

həqiqiliyini hər bir kəs başa düşə bilsin. Amma nəyinsə həqiqi olduğunu 

bilmək    nəyinsə  həqiqi  olduğuna  inanmaqla  eyni  deyildir.  Bilmək  - 

nəyinsə  həqiqi  olduğunu  düşünmək  üçün  əsaslara  malik  olmaq 

deməkdir, yəni öz nöqteyi-nəzərinin həqiqiliyinin əsaslandırılması üçün 

dəlillər  gətirə  bilmək  qabiliyyətinə  malik  olmaq  zəruridir.  Əgər 

düşünsək  ki,  düzgün  sinfi  nöqteyi-nəzər  rasional  arqumentlərin  təsvir 

olunmasına  qədər  seçilməlidir,  onda  problem  əlbəttə  ki,  düzgün  sinfi 

nöqteyi-nəzərlə və düzgün seçimin necə edilə bilməsi ilə bağlı müxtəlif 

fikirlərin  varlığından  ibarətdir.  Rasionallıq  üçün  standartın  (burada  - 

düzgün  sinfi  nöqteyi-nəzərin,  düzgün  partiyanın)  seçimi  rasional 

standartın köməyi ilə seçim ola bilməz. Əgər kimsə deyirsə ki, praktika 

düzgün (sinfi) nöqteyi-nəzəri üzə çıxaracaqdır, onda bu nöqteyi-nəzərin 

həqiqi olduğunu və birmənalı olmayan "praktika" sözünün altında nəyin 

başa  düşüldüyünü bilmək  onun  üçün artıq indi  zəruridir. Başqa  sözlə, 

həm  praktika  kimi  hesab  olunanın,  həm  də  həqiqi  idrakın  praktika 

tərəfindən  müəyyənləşməsinin  həqiqi  idrakına  sahib  olmaq  onun  üçün 

zəruridir.  

Həqiqət  bütün  çətinliklərə  və  maneələrə  baxmayaraq,  bir 

qaçılmaz öhtəlik olaraq görünür ki, insan taleyinin əsas cizgisidir ki, 

onu da tamamilə təkzib etmək çətindir.  


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   378   379   380   381   382   383   384   385   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə