Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə381/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   377   378   379   380   381   382   383   384   ...   402

 

811 


"dəyərlərin plyuralizmi" ilə azad səsvermə arasındakı sadə səbəbiyyət 

əlaqəsi  göz  qaşısındadır  -  bütün  bunlar  böyük  sosial  oyunun 

hissəsidir).  

Amma  bu,  normativ  məsələlərə  aqnostik  münasibət  üçün 

yeganə  olaraq  mümkün  olan  cavab  deyildir.  Qeyd  edək  ki, 

nümayəndəli  demokratiya  oyunun  ona  xas  olan  normativ  qaydaları 

üzrə razılığı nəzərdə tutur, amma aqnostik belə hesab edir ki, biz onu 

rasional  olaraq  əsaslandırmaq  iqtidarında  deyilik.  Və  bizim  tezliklə 

görəcəyimiz  kimi,  nümayəndəli  demokratiyanın  siyasi  idealına 

həmçinin,  "normativ  olan"a  münasibətdə  başqa  nöqteyi-nəzərin  - 

məsələn, 

təbii 

hüquq  konsepsiyasına  əsaslanmış  bərabərlik 

nəzəriyyəsindən  götürülən  nöqteyi-nəzərin    köməyi  ilə  də  nail  olmaq 

olar. Biz artıq xatırlatmışdıq ki, Dekart zamanının fransız skeptikləri 

(Fəsil.  10)  çox  vaxt  tradisionalist  nəticələrə  gəlib  çıxardılar:  indi  ki, 

biz nəyin düzgün olduğunu rasional olaraq əsaslandıra bilmərik, onda 

gəlin malik olduğumuza qane olaq! 

Amma  normativ  məsələlərin  aqnostik  anlamı  bizi  həmçinin, 

tradisionalist anlama müxalifətdə də qoya bilər. Əgər heç nə obyektiv 

olaraq düzgün deyilsə, onda nəyin normativ olaraq düzgün olduğunu 

mənim  özüm  suveren  olaraq  həll  edə  bilərəm!  Biz  bu  mövqeni 

normativ  desizionizm  adlandıra  bilərdik:  biz  nəyi  düzgün  hesab 

etməyə  qərar  veririksə  (mən  nəyi  düzgün  hesab  etməyə  qərar 

verirəmsə),  elə  o  da  düzgündür!  Nəyin  normativ  olaraq  düzgün 

olduğunu rasional arqumentlər deyil, qərar müəyyənləşdirir.  

Biz  normativ  desizionizmin  müxtəlif  versiyaları  ilə  sosial-

liberal  Popperdə,  ekzistensialist  Sartrda  və  faşist  ideoloqlarında 

qarşılaşmışıq. Beləliklə, müxtəlif məsələlərin geniş dairəsi üzrə qərar 

qəbul  edilə  bilər.  O  zaman  ki,  biz  müəyyən  insanın  normativ 

məsələlərə  münasibətdə  aqnostik  və  eyni  zamanda,  desizionist 

olduğunu  eşidirik,  onda  biz  yalnız  bundan  çıxış  edərək,  onun  siyasi 

baxışları  barədə  nəticə  çıxarmaq  iqtidarında  deyilik.  O,  məsələn, 

faşizmin  də  tərəfdarı  ola  bilər,  marksizmin  də,  sinfi  mübarizənin  də 

tərəfdarı  ola  bilər,  sinfi  dünyanın da,  totalitarist də  ola  bilər, liberal 

da.  (Amma  hər  halda,  bəzi  mövqelər  mövcuddur  ki,  desizionist  öz 

intellektual bütövlüyünü dağıtmadan onları dəstəkləyə bilməz. Onların 

sırasına  məsələn,  tradisionalizmin  o  növü  aiddir  ki,  burada  seçim 

yoxdur,  yəni  elə  bir  tradisionalizm  ki,  o,  xoşbəxtliyi  onda  görür  ki, 

doğulduğun cəmiyyətdə yaşamaq iqtidarında olasan, burada müxtəlif 

alternativlər arasında seçim olmasa belə. Desizionist o siyasi mövqeni 

də  seçməzdi  ki,  o,  ən  həqiqi  olduğunun  rasional  olaraq  nümayiş 

etdirilməsinə iddia edir.  


 

812 


Müəyyən  normativ  mövqenin  düzgünlüyünü  rasional  olaraq, 

göstərə  biləcəklərini  düşünənlər  barədə  nə  demək  olar?  Hətta  bu 

insanların  (qnostiklər)  normativ  olaraq,  düzgün  olan  qismində  nəyə 

inandıqlarına  uyğun  olaraq,  onlar  müxtəlif  siyasi  mövqeləri  tuta 

bilərlər. Belə ki, Platon cəmiyyətin biliyə malik olanlarla biliyə malik 

olmayanlar  arasında  fərqə  söykənən  iyerarxik  quruluşunu  müdafiə 

edirdi. Lokk cəmiyyətin o təşkilini müdafiə etmişdi ki, bu zaman hamı 

prinsipial olaraq eyni dərəcədə dəyərli hesab edilirdi və o, təbii hüquq 

konsepsiyasına  söykənən  nümayəndəli  demokratiyanı  dəstəkləyirdi. 

Beləliklə,  normativ  məsələlərin  rasional  olaraq  dərk  olunma  imkanı 

haqqında  mülahizənin  əsasında  iyerarxiyanı  da,  bərabərliyi  də 

müdafiə etmək olar. Fərd normativ məsələlərə münasibətdə "qnostik" 

olaraq təsdiq edə bilər ki, cəmiyyəti yalnız onun sayca az olan, seçmə 

hissəsi  idarə  etməlidir  (Platonla,  papistlərlə  və  kommunist 

partiyasının  rəhbərlik  edici  və  istiqamət  verici  rolu  haqqında  Lenin 

ideyasının  tərəfdarları  ilə  müqayisə  edin).  Səbəb  ondadır  ki,  düzgün 

idraka yalnız bəziləri malikdirlər (intellektin və təlimin, sirrdən agah 

olma inamının, sinfi mənsubiyyətin və təhsilin sayəsində). Və ya  fərd 

təsdiq  edə  bilər  ki,  hamı  normativ  planda  bərabərdir  və  heç  kəs 

başqalarına nisbətən daha çox hakimiyyətə malik olmamalıdır.  

"Aqnostik" terroru və qətli (Roma imperatoru Kaliqulaya oxşar 

olaraq)  və  ya  demokratiyanı  və  sülhü  (dəyər  niqilisti  olan  İsveç 

filosofu  Aksel  Hagerstr  (Axel  Hagerstr,  1868-1939)  oxşar  olaraq) 

dəstəkləyə  bilər.  Öz  növbəsində,  "qnostik"  inandığı  həqiqətin xatirinə 

qətl  də  törədə  (kor  bir  fanatik  kimi)  bilər  və  ya  istənilən  zorakılığın 

əleyhdarı da ola bilər (kvaker kimi).  

"Aqnostik" mövqenin əleyhinə belə etiraz etmək olar ki, biz hər 

halda,  daha  artıq  bir  dərəcədə  qəbul  edilə  bilən  bəzi  normativ 

nöqteyi-nəzərləri  tapırıq  və  biz  deməli  ki,  müxtəlif  normativ 

mövqelərin lehinə və əleyhinə arqumentlər irəli sürməyə səy etməliyik. 

"Qnostiklərin"  də  əleyhinə  normativ  olaraq  düzgün  olan  barədə  son 

dərəcə bir çox müxtəlif konsepsiyaların mövcud olması ilə bağlı olan 

belə  bir  etiraz  irəli  sürmək  olar  ki,  bu  sahədə  biliyə  iddia  etmək 

aşkarana  bir  tərzdə  problematikdir.  Həmçinin,  aralıq  və  ya 

mümkündür  ki,  sintetik  mövqeni  müdafiə  etməyə  də  səy  etmək  olar. 

Başqa 

cür 

deyilsə, 

biz 

normativ 

nöqteyi-nəzərlərimizi 

qanuniləşdirməyə  səy  etməyə  və  eyni  zamanda,    daimi  olaraq  səhv 

etmə  imkanımızı  etiraf  üçün  açıq  olmağa  borcluyuq.  Belə  bir  aralıq 

mövqe də həmçinin, müəyyən siyasi nəticələrə malikdir. Məsələn, o, öz 

ardınca  müxtəlif  nöqteyi-nəzərlər  arasında  onların  asanlıqla  dərk 

olunması  barədə  hansısa  illüziya  olmadan  rasional  diskussiya  üçün 

şəraitin meydana çıxmasını gətirə bilərdi. Açıq, ictimai debatlar onlar 


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   377   378   379   380   381   382   383   384   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə