Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə379/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   375   376   377   378   379   380   381   382   ...   402

 

807 


tərəfindən  nəzərdən  keçirilən  identiklik  konsepsiyası  ilə  müqayisə 

edin);  4.  Maraqlı  tərəflərin  konsensusuna  əsaslanmış  ədalətin  analizi 

(belə  ki,  biz  eyni  situasiyaları  kantsayağı  qəti  imperativ  halında 

olduğu  kimi  şərh  edə  bilək);  5.  Siyasi  icta  (dövlət)  çərçivələri 

daxilində  diskussiyanın  yuxarıda  sadalanan  bütün  formalarını  özünə 

ehtiva edən hüquqi müzakirə. 

Bütün yuxarıda deyilənləri nəzərə alaraq təsdiq etmək olar ki, 

düşüncənin başqa növlərinin istifadə olunması üçün əsasların mövcud 

olduğu  sferalarda  normativ  təfəkkürün  yalnız  bir  tipini  tələb  etmə 

məzəmmətə  layiqdir.  Bəziləri  bütün  hər  bir  şeyi  iqtisadi  nöqteyi-

nəzərdən,  digərləri  -  identiklik  və  özünüreallaşdırma  nöqteyi-

nəzərindən,  üçüncülər  -  ədalətin  qərəzsiz  prinsipləri  mövqeyindən 

qiymətləndirirlər. Amma özlərinin digərləri ilə diskussiyalarında dərin 

fəhmi  o  kəslər  aşkar  edirlər  ki,  onlar  bütün  bu  perspektivləri 

düşünmək  və  onlardan  zəkavi  olaraq  istifadə  etmək  qabiliyyətinə 

malikdirlər. Axı diskussiyada identiklik və tanıma (etiraf etmə) barədə 

məsələnin  qoyulması  qaçılmazdır  (bənd  3).  Lakin  o,  xərclər  və 

prioritetlər  nöqteyi-nəzərindən  ölçülüb-biçilməlidir  (bənd  2)  və 

identikliyinin və etirafın ədalətli və ədalətsiz formaları haqqında daha 

yüksək  səviyyəli  diskussiyalar  ilə  əlaqədar  olaraq  nəzərdən 

keçirilməlidir (bənd 4).  

Bütövlükdə,  de  Bovuar  və  İrigerey  üçün  olduğu  kimi, 

Benhabib  üçün  də  mərkəzi  mövzu  qərarlaşan  konstellyasiyaların 

normativ tənqidi üçün fəlsəfi imkandır.  

 

Rolz – 

 ədalət və insan hüquqları 

 

İnsan  hüquqları  və  ədalətin  prinsipləri  barədə  məsələ  ikinci 



dünya  müharibəsindən  sonra  yeni  bir  səslənmə  əldə  etmişdir.  Onun 

müzakirəsinə  mühüm  tövhəni  amerikan  filosofu  Con  Rolz  (John 

Rawls,  1921)  gətirmişdir.  Ədalət  nəzəriyyəsi  (A  Theory  of  Justice, 

1971) kitabında o, hüquq, ədalət və ədalətli bölgü ilə bağlı prinsipial 

məsələləri 

müzakirə  edir.  "İnsan  hüquqları"  və  "ədalət" 

nəzəriyyələrinin  problemlərindən  biri  ondadır  ki,  onların  formulə 

etdiyi  prinsiplər  çox  vaxt  elə  bir-birinə  zidd  olur.  Məsələn,  əgər 

nəzəriyyə  "insanların  ən  böyük  sayı  üçün  mümkün  olan  ən  böyük 

xoşbəxtlik"  utilitarist  prinsipdən  çıxış  edirsə,  onda  o,  hər  bir  ayrıca 

insani  fərdin  dəyərli  olması  prinsipi  ilə  asanlıqla  konfliktə  girə  bilər. 

Belə  ki,  əgər  ədalətsiz  əməli  törətmək  (məsələn,  günahsız  insanı 

cəzalandırmaq)  insanların  böyük  sayı  üçün  mümkün  olan  ən  böyük 

xoşbəxtliyi  və  ya  faydanı  təmin  edirsə,  onda  bunu  etmək 




 

808 


düzgündürmü? Əgər belə bir suala bizim cavabımız mənfidirsə, onda 

biz  həmçinin,  digər  prinsipləri  də  nəzərdən  keçirməliyik.  Lakin  elə 

onlar  da  bizim  "əxlaqi  intuisiyamız"  ilə  konfliktə  daxil  ola  bilərlər. 

Rolz belə suallara cavab verməyə səy edir və demək lazımdır ki, onun 

bu işi fəlsəfədən son dərəcə uzaq olan bir çox adamların diqqətini cəlb 

etmişdi.  

Müəyyən mənada Rolz müasir liberal demokratiyaya xas olan 

ədalət  prinsiplərini  izah  etməyə  cəhd  edir.  Özünün  “Ədalət 



nəzəriyyəsi”ndə  o,  göstərməyə  çalışır  ki,  ədalətin  elə  müəyyən 

prinsipləri  mövcuddur  ki,  hər  bir  zəkavi  insan  onları  seçərdi.  Rolz 

metodoloji olaraq, özünəməxsus fikri eksperiment həyata keçirir. Əgər 

siz  milli,  tədrisi,  sosial  və  siyasi  statusunuza  görə  kim  olduğunuzu, 

hansı  cinsə,  hansı  irqə  və  hansı  sinfə  məxsus  olduğunuzu 

bilməsəydiniz,  onda  siz  cəmiyyətin  hansı  formasına  üstünlük 

verərdiniz?  Əgər  siz  elə  bir  cəmiyyətə  düşsəydiniz  ki,  burada  sizin 

mövqeyiniz  və  yeriniz  qeyri-məlumdur,  onda  siz  bu  cəmiyyət  üçün 

ədalətin  hansı  prinsiplərini  seçərdiniz?  Bu  fikri  eksperimenti  Rolz 

çıxış  vəziyyəti  adlandırır  -  fərd  burada  özünün  statusunu  və  yerini 

bilmədən  cəmiyyət  üçün  ədalətin  prinsiplərini  seçməlidir.  Bu  fikri 

eksperimentin  ideyası  ondadır  ki,  ədalətli  sosial  nizam  üçün  elə 

prinsipləri  tapmaq  gərəkdir  ki,  onlarla  bütün  zəkavi  insanlar 

razılaşsınlar.  Başqa  cür  deyilsə,  eksperimentin  məğzi  "rolların 

dəyişməsi" hipotetik yolu ilə universallaşdırmadan ibarətdir.  

Rolza  görə,  biz  gözləyə  bilərik  ki,  çıxış  vəziyyətində  olan  və 

deməli, öz təbii istedadı və resursları barədə məlumatlanmayan zəkavi 

insan  liberal  siyasi  hüquqların  xeyrinə  seçim  edəcəkdir.  Heç  bir  kəs 

belə bir şəraitdə siyasi azadlığı olmayan cəmiyyəti seçməzdi.  

Bundan başqa, Rolz deyir ki, zəkavi insan "çıxış vəziyyətiində" 

o  cəmiyyəti  seçərdi  ki,  maddi  durumu  pis  olan  fərdlər  daha  yaxşı 

maddi şəraitdə yaşayan fərdlərə görə sıxıntılara məruz qoyulmazdı. O, 

məsələn,  insanların  ən  böyük  miqdarının  ən  böyük  mümkün  rifah 

halının təmin olunması üçün utilitarist hesabata uyğun olaraq hərəkət 

edərdi,  özü  də  bunu  elə  edərdi  ki,  ən  pis  şəraitdə  yaşayan  insanların 

narhat olmaq üçün heç bir əsası olmazdı. Bu seçim onunla izah olunur 

ki, zəkavi insanın  özü  də ən  pis  şəraitdə  yaşayanların  arasında  olmuş 

ola bilərdi. Ən pis şəraitdə yaşayanların müdafiəsi tələbi fərq prinsipi 

(the difference principle) adlanır.  

Beləliklə, bazis siyasi hüquqlar da, bazis rifah halının təminatı 

da  nəzərə  alınmalıdır  (kantsayağı  və  utilitarist  ideyalar  arasında 

özünəməxsus orta).  

Çıxış  vəziyyəti  adlananla  bağlı  fikri  eksperiment  normativ 

ümumi  əhəmiyyətə  malik  olma  üçün  meyar  verir.  O,  bizə  deyir  ki, 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   375   376   377   378   379   380   381   382   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə