Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə375/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   371   372   373   374   375   376   377   378   ...   402

 

799 


Amma  bu  seçimlə  müəyyən  bir  ixtiyarilik  bağlıdır. 

Fundamental  seçimi  fərdin  özü  tək  yerinə  yetirir.  Hətta  məsləhət 

istədikdə belə qərarı insan özü qəbul edir, həm bu xahişlə bağlı, həm 

də məsləhəti necə şərh etmək və ona əməl etməklə bağlı. Seçim qərara 

çevrilir və elə bu mənada da kifayət qədər ixtiyari olur. Altruizmi və 

ya  eqoizmi,  kommunizmi  və  ya  faşizmi  də  seçmək  olar.  Seçim 

rasional  olaraq  əsaslandırıla  bilməz.  (Popper  və  Karnapla  bağlı 

paralellə müqayisə edin).  

Amma eyni zamanda, Sartr deyir ki (kifayət qədər maraqlıdır),  

biz  fərd  olaraq, hər halda hər  bir kəsin  adından  seçim  edirik.  Burada 

biz Kantın hərəkət və əməl normalarının universallaşdırılması ideyası 

ilə qarşılaşırıq.  



Amma  biz  həqiqətənmi  o  qədər  suverenik  ki,  bizim 

identikliyimizi  belə  bir  qaydada  müəyyənləşdirə  bilək?  Məgər  öz 

daxili  varlığımızda  biz  cəmiyyətlə  bağlı  deyilikmi  -  sosiallaşma 

vasitəsi  ilə,  bizim  sonrakı  həyatımızda  qarşılıqlı  tanınma  (etiraf) 

vasitəsi ilə, obyektiv, zəruri əmək dünyası və dil vasitəsi ilə? 

Görünür  ki,  fərd  və  icma  arasındakı  münasibətdə  erkən 

ekzistensialist  Sartrın  başa  düşdüyü  kimi  problematik  olan  nəsə 

mövcuddur.  

 

İdentiklik və tanınma 



- de Bovuar və feminist fəlsəfə 

 

Ekzistensializmin 



əsas  problemi  -  identiklik  haqqında 

məsələdir

460

.  Mən  mahiyyət  etibarı  ilə  kiməm?  Sartr  bizim  artıq 



gördüyümüz  kimi  güman  edirdi  ki,  insan  öz  identikliyinin 

müəyyənləşdirilməsində 

prinsipcə 

azaddır. 

Bizim 

həyatımızın 



qabaqcadan  müəyyənləşdirilmiş  heç  bir  ssenarisi  yoxdur!  Heç  bir 

"mahiyyət" yoxdur ki, bizim kim olduğumuzu və kim olmalı olduğumuzu 

bizə  xəbər  verə  bilsin.  Bizim  azadlığımız  və  bizim  məsuliyyətimiz  elə 

ondadır ki, bizim özümüz, bizim hamımız və hər birimiz bu ekzistensial 

tapmacanın cavabını tapaq, daha dəqiq deyilsə yaradaq.  

Sartr  bu  problemi  Hegeldən  əxz  etmişdi,  Hegel  isə  identiklik 

barədə  məsələni  insani  subyektlərin  qarşılıqlı  münasibəti  məsələsi 

kimi  nəzərdən  keçirirdi.  İki  subyekt  qarşılaşdıqları  zaman  tanınma 

(etiraf edilmə) uğrunda mübarizə başlanır, onlardan hər biri çalışır ki, 

başqası  onu  onun  özünün nəzərdən  keçirdiyi  kimi nəzərdən  keçirsin. 

Bu  -  "mənəvi"  mübarizədir,  o  mənada  ki,  o, maddi  dəyərlər  uğrunda 

                                                



460

 İdentiklik  termini  altında  insanın  eyniləşdirlməsi,  özünü  anlaması  başa 

düşülür.  


 

800 


aparılmır, qarşılıqlı tanınma (etiraf edilmə) uğrunda aparılır. Bununla 

belə,  Hegelə  görə,  bu  mübarizə  ölüm-dirim  mübarizəsidir. Axı  bizim 

başqalarına  münasibətdə  kim  olmağımız  bizim  üçün  həyati  olaraq 

vacibdir.  

Hegelin nöqteyi-nəzərindən, bu, həm də başqasını yuxarıda və 

ya  aşağıda  olan  kimi  tanıma  (etiraf  etmə)  məsələsidir.  Bu,  kimin 

"ağa",  kimin  isə  -  «kölə»  olmalı  olması  uğrunda  mübarizədir. 

Sonradan  Hegel  bu  mövqeləri  maddi  şəraitlə  əlaqələndirir:  kölə  –  o 

kəsdir ki, öz həyatından ehtiyatlanaraq, ağa üçün işləməyə məcburdur.  

Deməli, Hegel insani identikliyi - bizim özümüzü anlamağımız 

və  bizim  başqalarını  anlamağımız  -  sürəkli  sosial-psixoloji  prosesin 

zəif nəticəsi  kimi  başa  düşür.  İdentiklik  saçların rəngi  və  ya  genlərin 

yığımı  kimi  bizə  məxsus  olanların  oxşarı  deyildir.  O,  bizim 

tərəfimizdən  gərginliklə  dolu  olan  intersubyektiv  prosesin  gedişində 

əldə  olunur  və  həmişə  yenidən  və  yenidən  şübhə  altına  alına  bilər. 

İnsanlar  yalnız  fiziki  varlıqlar  olaraq,  xəstəliklərə  və  ölümə 

münasibətdə zəif deyillər, onlar həm də sosial varlıqlar olaraq, bizim 

digər  insanlar  tərəfindən  identikliyimizin  müəyyənləşdirilməsinə  və 

yenidən müəyyənləşdirilməsinə münasibətdə zəifdirlər.  

Belə hesab edərək ki, identiklik hər halda, təbiətin məhsuludur, 

biz  həm  özümüzdə,  həm  də  digərlərində  elə  bir  təəssürat  yarada 

bilərik  ki,  bu,  sosial  olaraq  müəyyənləşmiş  identiklik  sadəcə  olaraq, 

elə  olduğu  kimidir  və  bizim  başqa  təbii  əlamətlərimizə  oxşar  olaraq 

dəyişməzdir.  Guya  ki,  nökər  elə  təbiətən  də  nökərdir,  ağa  da  elə 

təbiətən  ağadır.  Onlar  sosial  qüvvələrin  oyununun  nəticəsində  deyil, 

yəni  prinsipcə,  həmişə  yenidən  və  başqa  cür  ola  müəyyənləşə  bilən 

oyunun  səbəbindən  deyil,  təbiətən  və  ya  Tanrının  mərhəməti 

ucbatından belədirlər. Belə ki, ağ insan özünü təbiətən ağa kimi, qara 

insanı isə təbiətən kölə kimi nəzərdən keçirə bilər və işlərin mövcud 

vəziyyətini  elə  qiymətləndirə  bilər  ki,  bu,  elə  belə  də  olmalıdır. 

Deməli, həm ağa, həm də kölə o şəraiti darmadağın edirlər ki, onların 

arasındakı  münasibət  sosial  olaraq  qarşıya  qoyulmuş,  əslində 

dəyişdirilə bilən qarşılıqlı anlaşmanın nəticəsidir.  

Hegelin  mövqeyinin  və  Sartrın  ondan  əxz  etdiyinin  bizim 

tərəfimizdən  şərhi  belədir  (qismən  Aleksandr  Kojev  vasitəsi  ilə, 

Alexandre Kojeve, rus familiyası Kojevnikov, 1902-1968). Sartr üçün 

naturalizasiya  "ağılsız  inamın",  yəni  özünüaldatmanın  bir  nümunəsi 

idi,  biz  bu  özünüaldatmanın  köməyi  ilə  bizim  öz  həyatımıza  görə 

ekzistensial  məsuliyyətdən  və  bizim  kim  olmağımız  barədə  sualın 

cavabından yaxamızı kənara çəkirik.  

Həm  Sartr  üçün,  həm  də  Hegel  üçün  fərdlərin  qarşılıqlı 

tanınması (etiraf edilməsi) döyüş meydanıdır. Sartra görə, iki insanın 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   371   372   373   374   375   376   377   378   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə