Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə372/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   368   369   370   371   372   373   374   375   ...   402

 

793 


fenomenologiyada  da  absolyutist  nöqteyi-nəzər  tənqid  olunur,  o 

nöqteyi-nəzər  ki,  ona  uyğun  olaraq,  yalnız  düzgün  olan  -  təbii-elmi 

anlayışlardan istifadədir.  

Eyni zamanda,  vurğulamaq  lazımdır  ki, nə  analitik  fəlsəfə, nə 

də fenomenologiya təbii elmlərin əleyhinə çıxış etmirlər! Onlar yalnız 

o  fəlsəfi  nəzəriyyəni  tənqid  edirlər  ki,  ona  uyğun  olaraq,  gerçəklik 

müstəsna dərəcədə təbii-elmi anlayışlarla dərk oluna bilər.  

Fenomenologiya çox vaxt sadə situasiyaları təsvir edir: taxılın 

üyüdülməsi,  atın  nallanması,  məktubun  yazılması.  Bütün  bunlar 

barədə  çox  vaxt  həyati  dünya  (Lebenswelt),  yəni  bizim  yaşadığımız, 

gündəlik  əşyaları  və  fikirləri  olan  hadisələri  (fenomenləri)  və  onları 

meydana çıxaran linqvistik ifadələri olan dünya kimi danışılır. (Xalis 

sintaksik  və  ya  semantik  deyil,  dil  mənasında  praqmatik  olan  dil 

oyunları  ilə  paralellə  müqayisə  edin).  Deməli,  dilin  istifadəçisi  üçün 

istifadədə olan dil də həyati dünyanın hissəsidir.  

Fenomenologiya həyati dünya anlayışını  yalnız elmi təsəvvürün 

alternativi  olaraq  irəli  sürmür.  Həyati  dünya  epistemoloji  üstünlüyə 

malikdir.  Elmlər  həyati  dünyanın  sayəsində  mümkün  oldu.  Doğru 

deyildir  ki,  onlar  tarixi  olaraq  həyati  dünyadan  kənarda  yaranmışlar. 

Elmi fəaliyyəti transsendental mənada məhz o, mümkün edir.  

Beləliklə, fenomenologiya (məsələn, Husserldə) özünü Avropa 

elmi  inkişafının  davamı  kimi  dərk  edir,  burada  fəlsəfə  elə  elm  də 

rasionallığı  bir  məqsəd  (telos)  olaraq  izləyir,  fenomenologiya  isə 

elmin  bazis  problemlərini  işıqlandırmaq  və  izah  etmək  məqsədinə 

malikdir.  Əgər  Husserlin  sözlərindən  istifadə  etsək,  onda  "Avropa 

elmlərinin 

böhranı"  şəraitində  elmə  dəstəyi  "transsendental 

fenomenologiya", başqa cür deyilsə, "ciddi elm olaraq fəlsəfə" təmin 

edir.  Fenomenologiyanın  elmdə  elmi  aspektlərin  xilas  edilməsinə 

yönələn  səyləri  həyati  dünyanın  elmlərin  məna  yaradan  əsasının  və 

onların zəkaya doğru daxili meylinin (telos) kəşfindən və təfərrüatları 

ilə öyrənilməsindən ibarətdir.  

Fenomenologiya    göstərildiyi  kimi,  yalnız hadisələri,  yəni adi 

güzəranın  şeylərini  deyil,  həm  də  adamların  müxtəlif  kontekstlərdə 

aşkar olunan niyyətlərini və i.a. təsvir edir. (Fenomenologiya fərdin öz 

yaşantılarının  poetik  təsvirinə,  onun  müşahidələrinin  özünəməxsus 

lirik  versiyasına  əsaslanmır).  Onun  daha  dərin  məqsədi  həyati 

dünyanın  daxilində  onu  mümkün  edən  şəraitin  aşkar  edilməsindən, 

yəni  onun  məna  yaradan  şəraitinin  kəşf  edilməsindən  ibarətdir  ki, 

bunlar olmadan, o, mövcud ola bilməzdi. (Yenidən şahmat oyunu ilə 

müqayisə edin: şahmat qaydaları müxtəlif güclü və zəif gedişlər üçün 

məna  yaradandır).  Burada  linqvistik  analiz  zamanı  olduğu  kimi, 

müəyyən transsendental-praqmatik arqumentasiya iştirak edir. Amma 



 

794 


nəzərə  çatdıraq  ki,  bu  qəbildən  olan  transsendental  fəlsəfə  Kantın 

etdiyi  kimi  bir  subyektin  deyil,  dil-praktik  mühitinin  bu  və  ya  digər 

dərəcədə dəyişkən mənayaradan müqəddəm şərtlərini axtarır.  

Həyati  dünyanın  strukturunun  izahı  müəyyən  epistemoloji 

məqsədə  malikdir.  Bu  halda  vacibdir  ki,  həyati  dünya  məqsədyönlü 

vəzifələr  və  əməlin  tənzimlənən  normaları  vasitəsi  ilə  aşkara  çıxan 

praktik təbiətə malik olsun. Elə buna görə də, epistemoloji problemlər 

passiv  hissi  təcrübə  (məsələn,  Berkli  təlimində  olduğu  kimi) 

kontekstində  deyil,  əməllər  (tapşırıqlar,  əmək,  qarşılıqlı  təsir) 

kontekstində  müzakirə  olunur.  Bizim  nə  etdiyimiz  barədə  biliyimiz 

fundamental  sifətində  şərh  olunur.  O,  sadə  hissi  təəssüratlara  gətirilə 

bilməz.  Məsələn,  mən  odun  doğradığım  zaman, nə  etdiyimi  impulsiv 

şüuraltı  olaraq  bilirəm.  Və  məsələn,  mənim  əllərimin  hərəkətləri 

barədə  bildiyim mənim öz əlimə baxaraq öyrəndiyim deyildir, əgər o, 

sadəcə  olaraq,  bir  müşahidə  obyekti  olsaydı.  Əlbəttə  ki,  mən  odun 

doğradığım  zaman  öz  əlimə  baxıram,  amma  mənim  əli  görmə 

qavrayışım əməlin kontekstinin bir hissəsidir, bu əməl zamanı isə əlin 

hərəkətinin  mənim  tərəfimdən  dərk  olunması  mənim  onu  sadəcə 

olaraq,  bir  kənar  obyekt  kimi  nəzərdən  keçirdiyim  zaman  onu  dərk 

etdiyimdən fərqlənir

459

.  


Fenomenologiyanın 

epistemoloji 

olaraq 

passiv 


hissi 

qavrayışlardan  və  ya  xalis  təfəkkürdən  deyil,  bizim  davranış 

vəzifələrimizdən  başlaması  faktı  o  deməkdir  ki,  subyektin  və  obyektin 

onun  daxilində  qarşılıqlı  əlaqəsi  problemi  şeylərin  aşkar  edilməsi  və 

fərdin  özünəeyniyyəti  (personal  identity)  ilə  unikal  bir  tərzdə 

çuğlaşmışdır. İnsan fəaliyyət göstərən şəxs olaraq fəaliyyətdə bilavasitə 

iştirak  edir.  Burada  subyektə  və  obyektə  yönəmli  heç  bir  mütləq 

ikiləşmə  yoxdur.  Hadisələr  şeylər  özlərini  verilmiş  situasiyada  aşkar 

etdikləri  kimidir.  Əməlin  baş  verdiyi  zaman  məhz  fəaliyyət  göstərən 

şəxsin şüuru onun fasiləsizliyini və özünəeyniyyətini təmin edir. (Şeylər 

(xarici  dünya,  "maddi  substansiya")  və  subyekt  (Berkli  və  Hyum 

təlimlərdə "mental substansiya") problematikası ilə müqayisə edin. ) 

Əməldən  başlayan  fenomenoloji  təsvirlər  sosial  elmlər  və 

onlarda  aparılan  prinsipial  mübahisələr  üçün  maraq  kəsb  edir.  Əməl 

                                                

459

 Bir kimsənin  odun doğradağı  zaman öz  əlinin  hərəkətlərini  sadəcə  olaraq 

müşahidə  edərək  onun  nə  etdiyini  başa  düşmək  nə  deməkdir,  əgər  bu,  onun 

üçün özgə obyekt olsa belə? Mən öz ayağımı qaldırdığım (mənim öz əməlimin 

nəticəsində) zamanın müşahidəsi (və biliyi) ilə həkimin kiçik çəkici ilə mənim 

ayağımın  diz  qapağından  aşağı  hissəsinə  zərbə  vurması  nəticəsində  mənim 

ayağımın  yuxarı  atılması  zamanın  müşahidəsi  (və  biliyi)  arasındakı  fərqə 

nəzər salın.  



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   368   369   370   371   372   373   374   375   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə