Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə371/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   367   368   369   370   371   372   373   374   ...   402

 

791 


Vitgenşteynin  ardıcılıllarından  biri  Piter  Uinç  (Peter  Winch, 

1926) dil oyunları nəzəriyyəsindən sosial elmlərin xüsusi fəlsəfəsinin 

işlənib  hazırlanması  üçün  istifadə  etmişdir

458


.  O,  belə  bir  anlamdan 

çıxış  edir  ki,  cəmiyyətin  anlaşılması  dil  oyunlarının  yığımının 

anlaşılmasına oxşardır. Öz növbəsində, dil oyununun anlaşılması onun 

ona  xas  olan  anlayışlar  və  qaydalar  əsasında  anlamı  deməkdir.  Bu 

halda,  digər  anlayışlardan  və  qaydalardan  -  deyək  ki,  səbəbiyyət 

izahını  nəzərdə  tutanlardan    istifadə  etmək  olmaz.  Uinç  anlama 

əsaslanan  sosial  elm  ideyasının  ifadəçisidir.  Beləliklə,  o,  dil 

oyunlarının elə bir nəzəriyyəsini təklif edir ki, o, müxtəlif konkret dil 

oyunlarına münasibətdə metanəzəriyyə statusuna malikdir.  

Dil  oyunlarının  bazis  qaydaları  hansı  mənada  belədir  ki,  biz 

onlardan imtina edə bilirik və hansı mənada onlar belədir ki, biz bunu 

etmək  iqtidarında  deyilik?  Biz  belə  hesab  edə  bilərik  ki,  bütün  dil 

oyunlarının  elə  zəruri  komponentini  təşkil  edən  müəyyən  bazis 

qaydaları  mövcuddur  ki,  biz  onlardan  imtina  etmək  iqtidarında 

deyilik.  Bu  halda,  biz  bu  qaydalardan  imtina  etmirik  və  onların 

barəsində  danışa  bilərik.  Belə  ki,  biz  onların  nə  olduqlarını  refleksiv 

olaraq  göstərə  və  bu  mənada  onlardan  istifadə  etdiyimiz  zaman  biz 

onların  barəsində  fikir  söyləyə  bilərik.  Nəticədə,  biz  linqvistik 

fəlsəfənin  müəyyən  transsendental  variantına  gəlib  çıxırıq,  yəni  dil 

bəzi  ümumi,  qaçılmaz  qaydaları  və  ya  prinsipləri  özündə  ehtiva  edir 

ki, onlar bütövlükdə linqvistik mənalandırılma üçün konstitutivdir və 

bütün  mənalandırılmış  dillər  üçün  ali  apellyasiya  məhkəməsi  rolunu 

yerinə  yetirirlər.  Əgər  məsələ  belədirsə,  onda  biz  linqvistik 

mənalandırılmanın bəzi ümumi bazis meyarlarına malikik.  

Biz oxşar fikirləri Noam Xomskidə (həmçinin Çomski) (Noam 

Chomsky,  1928),  onun  universal  qrammatika  nəzəriyyəsində  tapırıq. 

Dilin  bazis  strukturu  onun  tərəfindən  universal  epistemoloji  struktur 

olaraq  başa  düşülür.  Belə  bir  yanaşma  sadə  konkret  dil  olyunları  ilə 

bağlı olan terapevtik vəzifələrin həlli hədlərindən kənara çıxmağı arzu 

etməyən Vitgenşteynin mövqeyindən kifayət qədər uzaqlaşmadır.  

Əgər  mənalandırılmanın  meyarları  dildən  istifadə  ilə 

bağlıdırsa, onda dil və istifadəçi arasındakı münasibətlərdə işlər görün 

nə  yerdədir!  Məgər  dil  dilin istifadəçisi,  subyektlə  zəruri  bir  qaydada 

bağlı  deyilmi?  Və  dilin istifadəçiləri  barədə  intersubyektiv  və  sosial-

tarixi  aspektlər  barədə  nə  söyləmək  olar?  Axı  dil  bioloji  əlamətlərə 

oxşar  olaraq  istifadəçiyə  irsən  keçmir,  başqaları  ilə  ünsiyyətdə 

başqalarından mənimsənilir!  Dilin  danışan  və  dərk  edən  subyektə  və 

                                                



458

 П.  Уинч.  Идея  социальной  науки  и  ее  отношение  к  философии.  -  М., 

1997.  


 

792 


üstəlik,  tarixi  və  sosial  ictimaiyyətə  daxili  münasibətinin  bu 

problemləri  bizi  linqvistik  fəlsəfəyə  xas  olan  yanaşmanın  sərhədləri 

xaricinə  çıxarır  və  fenomenologiya  və  ekzistensializm  istiqamətinə 

yönəldir.  

 

 

 



 

 

Fenomenologiya və ekzistensializm – 



Husserl və Sartr 

 

Fenomenologiya  eynicinsli  cərəyan  deyildir.  Onun  banisi 



Edmund  Husserl  (Edmund  Husserl,  1859-1938)  onu  özünün  bütün 

elmi fəaliyyəti ərzində inkişaf etdirmişdir. Fenomenoloji cərəyana çox 

vaxt  aid  edilənlər  arasındakı  fərqlər  də  çox  böyükdür.  Martin 

Haydegger  (Martin  Heidegger,  1889-1976),  Jan  Pol  Sartr  (Jean  Paul 

Sartre,  1905-1980)  və  Moris  Merlo-Ponti  (Maurice  Merleau-Ponty, 

1907-1961) onların arasındadır. Lakin Sartr bu halda ekzistensialist də 

hesab oluna bilər.  

Öncə fenomenologiyanın qısa xülasəsi ilə məhdudlaşacağıq:  

Fenomenologiya  (hərfi  olaraq,    fenomenlər  və  ya  hadisələr 

nəzəriyyəsi) - hadisələri və əməlləri üzə çıxdıqları kimi təsvir etməyə 

çalışan  fəlsəfi  məktəbdir.  Onun  tənqidi  kəskinliyi  real  olaraq,  yalnız 

təbii elmlərdə təsvir olunanı qəbul etmək meyli əleyhinə yönəlmişdir. 

Fenomenologiya  bizim  tərəfimizdən  istifadə  olunan  gündəlik  şeyləri 

onların bizim qarşımızda üzə çıxdıqları kimi təsvir etmək istəyir. Belə 

ki,  köməyi  ilə  mənim  yazı  yazdığım  karandaş  fenomenoloji  olaraq, 

yalnız  bu  kontekstdə  istifadə  olunduğu  kimi  təsvir  olunur. 

Fenomenoloji  tənqid  o  təsəvvürün  əleyhinə  yönəlmişdir  ki,  karandaş 

əslində yalnız hansısa atomların bir məcmusudur. Bu mənada biz deyə 

bilərik  ki,  fenomenologiya  kainatı  onun  bütün  tamlığında  və 

çoxcəhətliliyində,  onun  bütün  keyfiyyəti  ilə  rekonstruksiya  etmək 

istəyir.  O,  elmi  ontologiyaya  əsaslanmış  birölçülü  standartizasiyaya 

qarşı  durur,  yəni  o  nəzəriyyəyə  ki,  ona  uyğun  olaraq,  yalnız  təbii 

elmlərin anlayışları  əşyaları onların  olduqları kimi əslndə dərk edir.  

Burada  bizim  analitik  fəlsəfədə  rastlaşdığımız  dil  oyunları 

konsepsiyası ilə müəyyən paralellər nəzərdən keçirilir. Belə ki, yalnız 

elm  dilinin  düzgünlüyü  barədə  təsəvvür  müxtəlif  linqvistik 

kontekstlərin rəngarəngliyi  barədə təsəvvürlərün xeyrinə rədd  olunur: 

linqvistik  məna  kontekstlə  müəyyənləşir.  Lakin  fenomenoloji 

təsvirlərdə  mərkəzi  yeri  dil  deyil,  hadisələr  tutur.  Amma 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   367   368   369   370   371   372   373   374   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə