Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə380/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   376   377   378   379   380   381   382   383   ...   402

 

809 


normanın  ümumi  əhəmiyyətə  malik  olduğunu  aydınlaşdırmaq  üçün 

biz  necə  hərəkət  etməliyik.  (Biz  deməli  ki,  bu  meyar  haqqında 

"metanorma" kimi danışa bilərik).  

Rolz  əxlaqi  fəlsəfənin  bəzi  adi  problemlərindən  maraqlı  bir 

üsulla  qaçmağa  səy  edir.  Məsələn,  o,  əxlaqı  ənənəvi  mənada 

əsaslandırmaq istəmir.  

Əxlaqın əsaslandırılmasının fəlsəfi problemləri belə bir məsələ 

ilə bağlıdır ki,  əxlaqi mülahizələrin həqiqi və ya  yalan, düzgün və ya 

qeyri-düzgün olduğunu hesab etmək olarmı və olarsa, hansı qaydada? 

Əgər  məsələn,  heç  bir  əxlaqi  fakt  mövcud  deyildirsə,  onda  əxlaqi 

mülahizə  "faktlara"  uyğun  gələ  bilməz  (məntiqi  pozitivizm  ilə 

müqayisə  edin).  Rolz  yanaşmanı,  nəzəri  uyğunluq  (a  coherence-

theoretical  perspective)  ideyasına  əsaslanmış  yanaşmanı  reallaşdırır: 

əgər  əxlaqi  prinsip  bizim  digər  normativ  nöqteyi-nəzərlərimizlə  və 

təsəvvürlərimizlə  uzlaşırsa,  onda  demək  olar  ki,  o,  əsaslandırılmışdır. 

Beləliklə,  məqsəd  bizim  müəyyən  harmoniyaya  nail  oluncaya  qədər 

düzəlişlər  verdiyimiz  özünəməxsus  refleksiv  müvazinətdir.  Əgər 

əxlaqi nəzəriyyə  bizim əxlaqi intuisiyamızla və insan və sosial şərait 

haqqında nəzəriyyələrlə yaxşı uyuşursa, o, daha güclüdür.  

Etiraz etmək olar ki, belə bir mövqe əxlaqi fəlsəfənin bəzi bazis 

problemlərindən  tamamilə  qaçmağa  imkan  vermir.  Məsələn,  bir  neçə 

mümkün  "razılaşdırılmış"  (coherent)  əxlaqi  sistem  təsəvvür  etmək 

olarmı və bizə bu halda onlar arasında necə seçim etmək lazımdır? Belə 

bir situasiyada biz çətin ki "razılaşmaya" bir meyar olaraq müraciət edə 

bilək. Bundan başqa, bu müzakirə üsulu görünür, onu nəzərdə tutur ki, 

əgər  prinsip  bizim  ümumiyyətlə,  düzgün  hesab  edərək  inandığımızla 

uzlaşa  bilərsə,  onda  biz  müəyyən  praktik  sübut  əldə  etmiş  oluruq. 

Amma  burada  bəzi  filosoflar  deyə  bilərdilər  ki,  biz  yenidən  klassik 

problemlə  qarşılışmışıq.  Bizə  haradan  məlumdur  ki,  «bizim  düzgün 

hesab edərək inandığımız» düzgündür? Beləliklə, əxlaqi fəlsəfənin bazis 

problemlərindən tamamilə qaçmaq Rolza nəsib olmur.  

Öncə biz normativ problemlərin dərk olunmasının mümkünlüyü 

məsələsini  müxtəlif  səbəblərdən    məsələn,  sofistlərlə,  Sokratla, 

Platonla,  Hyumla  və  Kantla  əlaqədar  olaraq    müzakirə  etmişik.  Biz 

eyni  zamanda,  bu  suala  verilmiş  bu  və  ya  digər  cavabın  qəbul 

edilməsinin siyasi nəticələrin müəyyən dərəcədə birmənalı olmamasını 

qeyd  etmişik.  (Məsələn,  etik-siyasi  məsələləri  dərk  edəcəyinə  nail 

olacağına  qabil  olduğunu  düşünən  fərd  mövcud  rejimi  həm  müdafiə 

etməyə,  həm  də  tənqid  etməyə  də  qabildir;  Orta  əsrlərdə  kilsənin  və 

dövlətin münasibətləri ilə müqayisə edin). 

Məsələ  onda  deyildir  ki,  "normativ  olan"  ümumi  əhəmiyyətə 

malik  olmaya  iddia  edən  normaların  var  olması  mənasında 



 

810 


mövcuddurmu,  məsələ  ondadır  ki,  biz  ümumi  əhəmiyyətə  malik  olan 

"normativ" barəsində biliyə malik ola bilərikmi? Başqa sözlə, məsələ 

onda  deyildir  ki,  biz  bilə  bilərikmi  ki,  insanlar  normativ  məsələlər 

barədə  nə  düşünürlər  və  ya  onlar  müxtəlif  situasiyalarda  hansı 

normalara praktik olaraq əməl edirlər. Bizim hamımız razıyıq ki, belə 

bir empirik biliyi almaq olar. Məsələ ondadır ki, biz normativ olaraq, 

ümumi  əhəmiyyətə  malik  olanın  dərk  olunmasına  nail  ola bilərikmi? 

Ümumiyyətlə,  normalar  barəsində  həqiqi  (ümumi  əhəmiyyətə  malik 

olma) və ya yalan (ümumi  əhəmiyyətə malik olmayan) kimi danışmaq 

olarmı? 

Biz gördük ki, bu suala müxtəlif cavablar verilmişdir ki, onlar 

da  müxtəlif  müqəddimələrə  və  arqumentlərə  əsaslanmışlar  (sofistlər 

və  Sokrat,  Kant  və  Karnap).  İndi  biz  yalnız  təklif  olunan  müxtəlif 

cavablarla bağlı olan, siyasi olaraq birmənalı olmayan vəziyyəti qeyd 

etməyə səy edək:  

Fərz edək ki, biz normativ haqqında biliyə malik ola bilmərik, o 

mənada  ki,  biz  həm  özümüzü  və  opponentlərimizi  bir  normativ 

mövqenin başqası ilə müqayisədə daha çox həqiqi olduğuna rasional 

olaraq, inandırmaq  iqtidarında   hesab edirik. Bu,  öz  ardınca heç də 

onu  gətirmir  ki,  biz  şəxsən,  hansısa  müəyyən  normativ  mövqedən 

kənarda  dayanırıq  (belə  bir  şey  ümumiyyətlə,  necə  baş  verə  bilər?), 

bu, öz ardınca heç onu da gətirmir ki, bizə normativ nöqteyi-nəzərin 

müdafiəsindən  və  ya  dəstəklənməsindən  özünü  saxlamaq  gərəkdir. 

Lakin  bu,  öz  ardınca  normativ  nöqteyi-nəzərin  ümumi  əhəmiyyətə 

malik olması tələbinin bizim tərəfimizdən rasional əsaslandırılmasının 

qeyri-mümkünlüyünü gətirir.  

Belə  bir  aqnostik  mövqe  (yunanca:  a  =  yox,  gnosis  =  bilik) 

müxtəlif  siyasi nöqteyi-nəzərlərlə  uzlaşdırıla  bilər.  Biz  xatırlatmışdıq 

ki,  nümayəndəli  demokratiyanın  (məsələn,  parlamentarizmin) 

tərəfdarlarının  cavabı  necə  ola  bilərdi.  Belə  ki,  söhbət  normativ 

məsələlərdən  getdiyi  zaman  kimin  düzgün  olduğunu  biz  sübut  edə 

bilmərik,  onların  içərisində  bəziləri  vardır  ki,  biz  bunlarda 

müraciətdən  qaçmaq  iqtidarında  deyilik,  onda  onlara  münasibətdə 

səsverməyə  üz  tutmaq  lazımdır,  vergiyə  və  üzvlük  haqqına 

münasibətdə,  həmçinin  də,  mümkündür  ki,  ailədə,  mədəniyyət 

sahəsində  və  i.a.  edildiyinə  oxşar  olaraq.  Səsvermə  normativ 

məsələlərdə  kompromisə  gətirib  çıxarır,  belə  ki,  burada  rasional 

arqumentasiya  ümumi  əhəmiyyətə  malik  olan  razılaşmaya  aparıb 

çıxara  bilməz.  Bu,  mümkün  cavablardan  biridir,  yəni  daha  dəqiq 

deyilsə, ən yeni dövrdə ümumən qəbul edilmiş cavabdır: nümayəndəli 

demokratiya  dəyərlərin  müəyyən  plyuralizminin  meydana  çıxması  ilə 

eyni  zamanda  yaranmışdır.  (Biz  əlbəttə  ki,  təsdiq  etmirik  ki, 


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   376   377   378   379   380   381   382   383   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə