Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə383/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   379   380   381   382   383   384   385   386   ...   402

 

815 


OTUZUNCU FƏSİL 

 

MÜASİRLİK VƏ BÖHRAN 

 

Müasirliyin tənqidi 

 

Bu  kitabda  biz  Avropa  fəlsəfəsinin  Antik  dövrdən  Orta  əsrlər 



vasitəsi  ilə  bizim  zamana  kimi  inkişafı  ilə  bağlı  müəyyən  nöqteyi-

nəzəri  təklif  etdik.  Bu  nöqteyi-nəzərdən  "müasirlik"  nədir  və  onun 

tənqidi analizi nədən ibarətdir? 

Müasirliyi  hərtərəfli  sientizasiya  ilə  səciyyələndirən  aspektlə 

bağlı müəyyən  qiyməti  biz artıq  vermişik  və həmçinin,  onun  tənqidi 

analizinə  dair  Russoya  və  Börkə,  Freydə  və  Nitşeyə,  Dürkheymə  və 

Veberə məxsus olan bir sıra  nümunələri gətirmişik. İndi isə biz qısaca 

olaraq, 


müasirliyin 

alman 


və 

fransız 


fəlsəfələrində 

və 


sosiologiyalarında  işlənib  hazırlanan  və  müzakirə  edilələn 

görüntüsünün  əsas  cizgilərini  yaradaq:  O,  Haydegger,  Arend, 

Habermas,  Qadamer,  Derrida,  Fuko  və  Rorti  kimi  mütəfəkkirlərin 

bizim  tərəfimizdən  nəzərdən  keçirilməsinin  başlanğıc  nöqtəsi  olaraq 

da çıxış edir.  

Differensiasiya  çox  vaxt  sosial  modernizasiyanın  unikal 

xüsusiyyəti  olaraq  şərh  olunur.  O  cəmiyyətdə  ki,  hamı  əsasən  eyni 

fəaliyyətlə  məşğuldur,  bu  cəmiyyət  "primitivdir".  Əmək  bölgüsünün 

mövcud olduğu cəmiyyətdə böyük miqdarda problem həll oluna bilər 

(dambaların tikintisi və birgə müdafiənin təşkili buna nümunə olaraq 

göstərilə  bilər).  O,  belə  bir  ixtisaslaşmanın  mövcud  olmadığı 

cəmiyyətə  nisbətən  daha  çox  inkişaf  etdirilmişdir.  Əmək  bölgüsünə 

aparan  differensiasiya  ilə  yanaşı,  koordinasiyaya  və  bununla  da 

qərarların qəbul edilməsi və onların həyata keçirilməsi ilə bağlı olan 

məsuliyyətin  bir  mərkəzə  toplanmasına  da  tələbat  yaranır. Nəticə  isə 

ictimai  təbəqələşmədir.  O,  öz  növbəsində,  həm  əmək  fəaliyyətinə 

münasibətdə,  həm  də  hakimiyyət  bölgüsünə  münasibətdə  sosial 

fərqlərin qanuniləşdirilməsi tələbatına aparıb çıxarır. Bu halda təbiət 

üzərində hökmranlığın dərəcəsi yüksəlir və ictimai olaraq zəruri olan 

intizamın əhəmiyyəti artır.  

Avropanın  inkişafının  ilkin  mərhələlərində  kilsə  və  dövlət 

arasında  fərq  mövcud  idi.  Dini  və  dünyəvi  hakimiyyət  bir-biri  ilə 

uyğun gəlmirdi. Bu differensiasiya dünyəvi hakimiyyətin tənqidi üçün 

və  elə  bununla  da  müəyyən  intellektual  seçim  üçün  də  imkan 

yaradırdı.  

Sadalanan 

institusional 

differensiasiyalar 

intellektual 

differensiasiyalarla  necə  deyərlər,  bizim  özünüdərkdə  və  bizim 



 

816 


tərəfimizdən 

"dəyər 

sferaları"  kimi  qəbul  edilən  tiplərdə 

distinksiyalarla  müşayiət  olunmuşdur.  Biz  artıq  teologiyanın  və 

fəlsəfənin  və  həmçinin,  empirik  elmlərin  və  fəlsəfənin  (həm  də 

teologiyanın) tədrici bölgüsü haqqında xatırlatmışdıq. Biz eləcə də, üç 

"dəyər  sferasının"  müəyyən  bölgüsünü  də  göstərmişdik:  elm, 

hüquq/əxlaq və incəsənət. Onlarda uyğun olaraq həqiqət, ədalət və ya 

xeyir,  gözəllik  və  ya  möhtəşəmlik  məsələləri  nəzərdən  keçirilir. 

(Kantın  üç  Tənqidi  ilə  müqayisə  edin).  İncəsənət  nə  həqiqətin  və  ya 

ədalətin  nə  olduğu  barədə  suallara,  nə  də  teoloji  suallara  cavab 

vermir.  O,  incəsənət  xatirinə  incəsənətdir.  Biz  hüquqi  və  əxlaqi 

aspektlərdə  necə  hərəkət  etməliyik  barədə  suallara  elmlər  deyil, 

fəaliyyət göstərən hüquq və etik arqumentasiya cavab verir. Elmlər isə 

varlığın  faktiki  vəziyyətləri  və  onların  izahı  məsələlərində  son 

instansiyadır.  Müxtəlif  "dəyər  sferalarının"  bu  sxematik  təqdimatı 

əlbəttə  ki,  çoxsaylı  aralıq  hallarının  və  kəsişən  sahələrin  işığında 

modifikasiya  edilməli  və  dəqiqləşdirilməlidir.  Buna  baxmayaraq,  bu 

sferalar  arasında  demarkasiya  xəttlərinin  mövcud  olması  şübhə 

doğurmur - məsələ yalnız ondadır ki, onlar harada və necə olmalıdır.  

Renessans  dövründən  başlayaraq,  dərk  edən  subyekt  fəlsəfi 

hesabat  sistemi  oldu.  Bu,  empiriklər  (məsələn,  Hyum),  rasionalistlər 

(məsələn,  Dekart)  və  kantçılar  üçün  doğrudur.  Siyasi  nəzəriyyədə 

(Lokkdan  və  Milldən  başlayaraq)  fərd  rasionallığın  daşıyıcısıdır,  o, 

bazarda,  siyasətdə  və  ya  hüquq  sahəsində  olmuş  olduqda  belə. 

Maariflənmiş  subyekt  nadanlığa  və  mövhumata  qarşı  durur.  Tərəqqi 

dedikdə  elmin  və  Maarifçiliyin  inkişafı,  təbiət  üzərində  texnoloji 

hökmranlığın artması və maddi rifah halının yaxşılaşdırılması nəzərdə 

tutulur. Müstəqil olaraq fəaliyyət göstərən və dərk edən subyekt, elm 

və  maarifçilik,  tərəqqi  və  zəka  -  Yeni  dövrü  səciyyələndirən 

təsəvvürlərdir.  

Börk  və  Tokvil,  Russo  və  Herder  və  bir  çox  digərləri  bu 

modernist  təsəvvürləri  tənqid  etmişlər.  Onlar  ənənələrin  ötəri,  keçici 

olmayan  xarakterini,  tərəqqinin  birmənalı  olmamasını  və  fərdin 

avtonomizasiyasından  öz  başlağıcını  götürən  dağıdıcı  meyli 

vurğulayırdılar.  Yeni,  müasir  olanın  konservativ  tənqidini 

səciyyələndirən başlıca anlayışlar isə bunlardır. 

Bizim günlərə doğru yaxınlaşdıqca sientizasiyanın və texnoloji 

inkişafın  templərinin  sürətlənməsi  baş  vermişdir.  Bu  halda  sosial 

inteqrasiya  və  siyasi  idarəetmə  müqayisə  olunmaz  dərəcədə  daha  da 

mürəkkəb və problematik olmağa başlamışdır. Hər bir fərdin mobilliyi 

və  rol  repertuarı  əhəmiyyətli  dərəcədə  yüksəlmişdir.  Eyni  zamanda, 

cəmiyyət  üzərində  nəzarət  və  təbiətə  müdaxilə  də  artmışdır.  "Müasir 

zəmanə"  belədir:  indi  işi  və  asudə  vaxtı  böyük  "seçim  azadlığı"  və 


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   379   380   381   382   383   384   385   386   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə