Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə384/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   380   381   382   383   384   385   386   387   ...   402

 

817 


daha  çox  mərkəzləşdirilmiş  hakimiyyət,  qısamüddətli  mənafelər  və 

uzunmüddətli perspektivdə isə anarxiya səciyyələndirirlər.  

Marks,  Freyd  və  Nitşe  tənqid  axınını  zəkanın  və  azadlığın 

düzgün  yolda  olması  ilə  bağlı  olan  optimistik  inam  üzərinə 

yönəldirdilər. Marks ideologiyanı, Freyd isə zəkanı tənqid edir. Bizim 

öncə davranışın və yönümlərin rasional izahı hesab etdiyimizi Freyd 

"rasionalizasiya"  olaraq,  dərk  olunmayan  və  təhrifə  uğrayan  reallıq 

kimi  ifşa  edir.  Azad  və  rasional  fərd  ideyası  öz  tutarsızlığını  aşkar 

edir. Biz öz gizli tələbatlarımızın və arzularımızın qaranlıq okeanı ilə 

yalqız,  tənha  qalmış  oluruq.  Maarifçilik  və  bilik  -  sadəcə  olaraq, 

xarici  və  etibarsız  örtükdür  və  ona  etibar  etmək  həddindən  artıq 

təhlükəli  illüziya  olardı.  Bütün  sivilizasiya  intizama  öyrədir  və  buna 

görə də, onunla bağlı olan "diskomfort" son nəticədə, qarşısı alınmaz 

şəkil alır. Biz daimi dünyaya utopik bir tərzdə ümid etmədən, öz ölüm 

instinktimizin 

əleyhinə 

mübarizədə 

öz 

destruktivliyimizi 

məhdudlaşdırmağa səy edə bilərik.  

Baxmayaraq ki, bu, mədəniyyətin freydsayağı tənqidinin tutqun 

bir  şərhidir,  amma  o,  Nitşean  tənqidi  analizə  açar  kimi  də  istifadə 

oluna  bilər.  O  zaman  ki  biz  həqiqət  haqqında  danışırıq,  onda  bunun 

arxasında  həyat  iradəsi  gizlənir!  Elə  buna  görə  də,  bizim  bütün 

mülahizələrimiz  mülahizə  predmetinin  yalnız  bir  tərəfini  aşkara 

çıxarır,  onun  digər  tərəfini  isə  kölgədə  qoyur.  Deməli,  həqiqət  və 

qeyri-həqiqət yanaşı irəliləyir və onların arxasında həyati qüvvələr və 

hakimiyyətə  can  atan  iradə  gizlənir.  Elmdə  və  siyasətdə  təriflənərək, 

göylərə  qaldıran  rasionallıq  əslində  gizli  hakimiyyətdir.  Teoloji 

dəyərlər kimi, humanistik dəyərlər də illüziyalardır. İndi daha heç nə 

mövcud deyildir ki, ona inana biləsən. Hər cür yalançı ümid yox olur. 

Avropasayağı  niqilizm  daha  çox  öz  tamamlanmasına  yaxınlaşır. 

Yalnız  bədii  və  yüksək  əməllərin  köməyi  ilə  biz  rasionallığın  dəmir 

zirehindən  azadlığa  doğru  qopub  ayrıla  bilərik.  Eşitmək  üçün  qulağı 

olanlara fəlsəfədən  yeganə  olaraq qalan yalnız  poetik  nitqdir.  Bunun 

sərhədləri 

xaricində 

isə 

biz 

tənqidə, 

dekonstruksiyaya 

(deconstruction) malikik ki, onun da köməyi ilə sözlərin və əməllərin 

arxasında gizlənən hakimiyyət üzə çıxır və tənqid edilir.  

İnkişafın total tənqidinin məğzi belədir. Maarifçilik, idarəetmə 

və təbiət üzərində hökmranlıq sferalarında tərəqqinin yüksək idealları 

süqutun  və  axmaqlığın  ifadəsi  olaraq,  həyati  qüvvələri  qandallayan 

intizam  olaraq  və  təbii  şəraitin  qeyri-zəkavi  dağıdılması  olaraq  bir 

kənara atılır. İki dünya müharibəsi arasındakı dövrdə bu total tənqid 

sol siyasi baxışlarının tərəfdarları olaraq nəzərdən keçirilən kəslərin, 

yəni  daha  dəqiq  deyilsə,  marksizmdən  ilhamlanan  Frankfurt 

məktəbinin  nümayəndələrinin  dilindən  səslənirdi.  Onlara  Teodor 


 

818 


Adorno  (Theodor  W.  Adorno,  1903-1969),  Maks  Horkhaymer  (Max 

Horkheimer,  1895-1973)  və  (sondadan)  Herbert  Markuze  (Herbert 

Marcuse,  1898-1979)  aiddirlər.  Bu  mütəfəkkirlər  bizi  daha  yaxşı 

cəmiyyətə  aparıb  çıxaracaq  "inqilabi  subyektə"  (proletariata)  artıq 

inanmırdılar.  Onlar  daha  Maarifçiliyə  də  qeyd-şərtsiz  olaraq 

inanmırlar,  belə  ki,  maarifçilik  heç  zaman  birmənalı  olmamışdır. 

Onlar daha çox permanent tənqidə və estetik yönümlərin və əməllərin 

azadedici  potensialına  etibar  edirlər.  Müasir  cəmiyyətin  bu  radikal 

özünütənqidi  sonradan  postmodernist  (post-modernist)  (Fuko, 

Derrida və başqaları) adlandırılanlar tərəfindən davam etdirilmişdir.  

Müharibələrarası  böhranın  alman  intellektualları  tərəfindən 

anlaşılmasına  əsaslaraq,  biz  Martin  Haydegger  (Martin  Heidegger, 

1889-1976),  Hanna  Arend  (Hanna  Arend,  1906-1975)  və  Yürgen 

Habermas 

(Jürgen 


Habermas, 

1929) 


tərəfindən 

onun 


mənalandırılmasından  alınan  nəticələri  nəzərdən  keçirək.  Haydegger 

skeptik  mövqe  tuturdu.  Arend  Aristotelin  siyasət  konsepsiyanı 

canlandırmağa  çalışırdı.  Habermas  böhranlardan  sirkələnən  dünyada 

"minimal  zəka"  axtarışları  ilə  məşğul  olmuşdur

466

.  Biz  həmçinin, 



qısaca olaraq, Qadamerin, Derridanın, Fukonun və Rortinin baxışlarını 

da nəzərdən keçirək.  

 

Haydegger və poetiklik 

 

Haydeggerə  görə,  qərb  tarixi  işığa  və  xoşbəxtliyə  doğru 



triumfal  marş  deyildir.  Əksinə,  o,  Sokrataqədərki  filosofların 

zamanından başlayaraq, daimi tənəzzüllə səciyyələnir. İnsanlar bütün 

mövcudluğu  öz  nəzəri  anlayışlarında  əhatə  etməyə  və  texnikanın 

köməyi ilə ona sahib olmağa nə qədər çox səy edirlərsə, əslində, daha 

mühüm  olanı  unutmağın  yolunu  daha  tez  tapırlar.  Beləliklə,  tarix  – 

mühüm olandan mühüm olmayanın biçarə axtarışına doğru ağır taleli 

tənəzzül  hərəkatıdır,  mühüm  olmayan  isə  nəzəri  idrak  da  ola  bilir, 

texniki qüdrət də ola bilir və ya həyat tərzi də ola bilir.  

Platon  bu  istiqamətdə  ilk  addımı  qeydə  alır.  O,  dünyəvi  olan 

bütün hər bir şeyi ideyaların boyunduruğu altında salır. Bundan sonra, 

fəlsəfə və nəzəri elm Platonun yanaşmasını elə güclü və əhatəli inkişaf 

etdirmişlər  ki,  heç  olmasa  bir  fenomen  tapıla  bilsin  ki,  bu  qayda-

qanuna çəkən idealizasiyadan kənarda qala bilsin. Texnoloji inkişaf bu 

nəzəri  meylin  bir  praktik  paralelidir.  Bütün  hər  bir  şey  rasional 

idarəetmənin  obyekti  olmalıdır:  təbiət,  cəmiyyət  və  insanların  özləri 

                                                



466

 Bax:  J.  Habermas.  The  Philosophical  Discourse  of  Modernity.  -  London, 

1987.  


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   380   381   382   383   384   385   386   387   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə