Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə387/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   383   384   385   386   387   388   389   390   ...   402

 

823 


analizini qısaca olaraq nəzərdən keçirək: Bu kitabda o, əmək, istehsal 

və aktivlik arasındakı fərqi işıqlandırır.  

Əməyin  köməyi  ilə  insan  animal  laborans  (işləyən  heyvan) 

kimi  yaranmışdır.  İnsan  işləyərək,    yeməyi  və  öz  mövcudluğunu 

qoruyub saxlaq üçün zəruri olan qalan hər bir şeyi əldə edir. Yaşamaq 

xatirinə bu elementar aktivlik özündən sonra heç bir məhsul saxlamır. 

O,  yalnız  Knut  Hamsunun  sözləri  ilə  deyilsə,  "həyatın  yaşanmasını" 

(life is lived) təmin edir. Antik yunanlarda  əmək evdə, ev təsərrüfatı, 

eykos (oikos) sferasında baş vermişdir. Qədim yunan dövründə eykos 

xalqa  çatdırılmaq  üçün  nəzərdə  tutulmayan  xüsusi  sfera  idi.  Ailənin 

başçısı eykosu despotik olaraq idarə edirdi. Yunan sözü olan despotes 

(despot) sadəcə olaraq, evin sahibi deməkdir. Eykosda zərurət, məcbur 

etmə  və  azadlığın  yoxluğu  üstünlük  təşkil  edirdi  (ev  təsərrüfatında 

kölələrin rolu ilə müqayisə edin).  

İstehsalın  köməyi  ilə  insan  özünü  və  öz  ətrafını  dəyişdirən 

yaradıcı  varlıq,  homofaber  kimi  formalaşır.  Arend  üçün  istehsal 

yunanların poyezis (poiesis) adlandırdıqlarına, yəni "süni" olanın, insan 

tərəfindən düzəldilən obyektlər dünyasının yaradılmasına uyğun gəlir.  

Amma 

insanı 


spontan 

olaraq 


fəaliyyət 

göstərmək 

qabiliyyətindən,  dünyaya  qabaqcadan  bilinməyən  prinsipial  yeniliyin 

gətirməsindən  daha  öncə  nə  səciyyələndirir?!  Bu  mənada  aktivlik 

müəyyən  əməl  sferasını,  iştirakı  və  müzakirəni  mümkün  edən  siyasi 

"kütləvi  meydanı"  tələb  edir.  Sonra  demək  olar  ki,  aktivlik  sadəcə 

olaraq, əmək və istehsal olmaqdan daha böyük bir şeydir. Arend üçün 

aktivliyin  modeli  polisdə  onun  bərabərhüquqlu  vətəndaşları  arasında 

baş verən praksisdir.  

Nə üçün əmək, istehsal və aktivlik arasındakı fərq Arend üçün 

son  dərəcə  vacibdir?  O,  belə  hesab  edir  ki,  XX  yüzilliyin  siyasi 

hərəkatları  aktivliyi  əməyə  və  istehsala  şamil  etməyə  səy  edirlər.  Bu 

halda siyasət elə şərh olunur ki, o, sanki siyasi ustalığın, texnikanın və 

ya  "sosial  mühəndisliyin"  bir  formasıdır.  Nəticədə,  aktivlik  üçün 

məkan yox olur. Əmək və istehsal siyasi həyatı özlərinə "tabe edirlər". 

Siyasi  məsələlər  "sosial  problemlərə"  aparılıb  çıxarılır  ki,  bu  da, 

dramatik nəticələrə gətirilib çıxardılır.  

Arendin  tənqidi  bir  çox  müasir  siyasi  hərəkatlara,  xüsusən  də, 

nasizmə və stalinizmə qarşı yönəlmişdi. Əməyin, istehsalın və aktivliyin 

əlaqələri probleminin tədqiqi onun ilk böyük əsərində - “Totalitarizmin 



mənbələri”də (The Origins of Totalitarianism, 1951)  mühüm yer tutur. 

Arend  nasizmə  və  stalinizmə  münasibətdə  totalitarizm  terminindən  ilk 

dəfə istifadə  edənlərdən biri idi.  Arendə görə,  stalinçi Sovet İttifaqında 

və  hitlerçi  Almaniyada  yeni  olan  yeni  insanın  və  tamamilə  yeni  siyasi 

nizamın yaradılmasına  yönələn meyl idi. Ənənəvi diktaturaların əksinə 



 

824 


olaraq,  bu  rejimlər  totalitar  ideologiyaya,  kütlələrin  iri  miqyaslı 

səfərbərliyinə,  sistematik  olaraq  onlarla  manipulyasiya  etməyə,  onların 

ideoloji  emalına  və  siyasətə  münasibətdə  ardıcıl  texnokratik  nöqteyi-

nəzərə  əsaslanmışlar.  Sənətkarın  öz  məmulatını  formasız  xammaldan 

hazırlamasına  oxşar olaraq xarizmintik lider (Fuhrer) də  yeni insan və 

yeni cəmiyyət yaratmaq istəyirdi. İnsan və cəmiyyət - fürerin əlində bir 

gil parçası idi! 

Totalitar  cəmiyyətlərdə  aktivlik  istehsala,  praksis  isə  poyezisə 

şamil  edilir.  Totalitarizmin  düşmənləri  əleyhinə  mübarizəni  eyni 

texnokratik  yönüm  səciyyələndirir.  Arendin  yazdığı  kimi,  nasistlərin 

yəhudiləri  gülləbaran  etməsi  (yəhudi  probleminin  qəti  həlli, 

Endlosung) ənənəvi qarətlərin (pogroms) oxşarı deyildi, təfsilatları ilə 

planlaşdırılmış və bürokratik olaraq, təşkil edilmiş kütləvi qırğın idi.  

Adolf  Eyxmann  (Adolf  Eichmann,  1906-1962)  əmin  idi  ki, 

Almaniyanın "yadellilərdən" təmizlənməsi məsələsi ən effektiv üsulla 

həll edilmişdir. Stalinçi baxışlara görə, "sinfi düşmənlər" (o cümlədən 

köhnə bolşevik elita da daxil olmaqla) sinifsiz cəmiyyətin yaradılması 

xatirinə  məhv  edilməlidir.  Həm  bu  və  həm  də  digər  halda  patoloji 

instrumental-məqsədli  təfəkkür  (a  means-to-an-ends  thinking)  göz 

qarşısındadır.  

Arendi narahat edən odur ki, bütün bunlar necə baş verə bilərdi. 

Totalitarizmin  mənşəyinin  onun  tərəfindən  verilmiş  tarixi  analizini 

təfsilatları  ilə  şərh  etmədən  onun  yalnız  bir  neçə  fundamental  hissəsi 

üzərində dayanaq. O zaman ki, siyasi liderlər insanı  yumşaq mum (və 

məqsədə  nail  olma  vasitəsi  kimi)  kimi  şərh  edirlər,  bu,  bizə  XX  əsrdə 

insani  mövcudluğun  şəraiti  barədə  çox  şey  danışır.  Totalitar  şəraitdə 

insan aktivlik göstərmək imkanından məhrumdur, ona görə ki, totalitar 

rejimlər  onun  aktivliyini  hədə  olaraq  nəzərdən  keçirir  və  daha  asan 

nəzarət  üçün  öz  vətəndaşlarının  davranışında  spontanlığın  aradan 

qaldırılmasına  nail  olurlar.  Fərdləri  özünə  tabe  etdirmək  və 

atomlaşdırmaq  üçün,  bu  rejimlər  bütün  "kütləvi  meydanların" 

bağlanması  üçün  mümkün  olan  hər  bir  şeyi  edirlər.  Arendə  görə, 

totalitarizmin  müqəddim  şərtlərindən  biri  təcrid  olunmuş  və 

atomlaşdırılmış fərdin meydana çıxması ilə bağlıdır (liberal cəmiyyətin 

özünəməxsus əks tərəfi), o fərdin ki, həqiqi aktivlik qabiliyyətinə malik 

deyildir  və  hətta  onun  imkanından  belə  məhrumdur.  Deməli,  müasir 

"kütləvi  insan"  siyasi  diktatorların  yeni  tipinə  uyğun  gəlir.  Arendin 

analizində  heyrətə  salan  və  dərindən  narhat  edən  odur  ki,  müasir 

differensiasiya  və  rasionalizasiya  yeni  fərdləri  törədir  ki,  onlar  köklərə 

malik  deyillər  və  identiklikyə  sahib  deyillər.  Onlar  özlərini  artıq  kimi 

hiss  edirlər  və  buna  görə  də,  onları  yeni  məqsəd  və  yeni  identikliklə 

təmin edə bilər liderlərə doğru can atırlar.  




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   383   384   385   386   387   388   389   390   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə