Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə385/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   381   382   383   384   385   386   387   388   ...   402

 

819 


də.  Amma  kim  kimi  idarə  edir?  Fikir  və  ya  onun  yoxluğu?  Müdrik 

əməllər  və  ya  mahiyyətcə  köhnə  olaraq  qalan,  uzağı,  gələcəyi 

görməyən meylmi? 

Bir  tərəfdən,  Haydegger  -  ekzistensialistdir  (nəzər  salın:  Fəsil 

29). O, mötəbər olan və mötəbər olmayan mövcudluğun, bizim unikal 

şüurun,  bizim  seçimin  və  bizim  "həmişə  bizimlə"  olan  ölümümüzün 

problemləri  ilə  narahatdır.  Demək  olar  ki,  o,  insani  varlıq  üsulunun 

əsas  xüsusiyyətlərinin  təsviri  zamanı  Haydegger  fenomenoloqdur 

(Onun  Varlıq  və  zaman  (Sein  und  Zeit,  1927)  kitabına  nəzər  salın). 

İnsanlar  dünyanı  öz  həyati  "layihələrinin"  əsasında  başa  düşürlər. 

Bizim  dünyaya  daxil  olmaq  üçün  belə  formativ  "layihələrdən"  başqa 

heç  bir  yolumuz  yoxdur.  Fenomenlər  həmişə  hər  hansı  bir  ayrıca 

"layihənin" işığında aşkar olunduqları kimi meydana çıxırlar. Belə bir 

layihəyə  daxil  edilmiş  idrak mülahizələr  formasında ifadə  oluna  bilər 

və  ya çəkicin və mişarın məharətli sahibində baş verdiyi kimi "qeyri-

aşkar bilik" olaraq da qala bilər.  

Bizim  anlam  inkişaf  etdirilə  və  dərinləşdirilə  bilər.  O, həmişə 

bizim  artıq  məlum  hesab  etdiyimizin  fonunda  reallaşır.  Biz  yeni 

şeyləri  bizə  artıq  məlum  olanın  işığında  görürük  və  deməli,  heç  bir 

zaman  müqəddimələrsiz  qalmırıq.  Lakin  biz  bu  zamana  qədər  malik 

olduğumuz  gümanlarımızı  zəiflədə  və  ya  yenidən  qura  bilərik. 

Deməli,  bizim  idrak  dəyişə  bilər.  Bunun  sayəsində  biz  həmçinin, 

özümüz də dəyişirik. Müəyyən mənada biz özümüzü formalaşdırırıq, 

belə  ki,  yalnız  özümüz  haqda  aşkar  hipotezləri  formulə  etmirik,  həm 

də "biz kimik" barədə çox zaman dərk etmədiyimiz qeyri-aşkar bazis 

müqəddəm  şərtlərini  formalaşdırırıq.  Beləliklə,  hermenevtik  proses 

hipotetik-deduktiv  tədqiqata  nisbətən  daha  dərin  şəxsi  səviyyədə 

genişlənir  (hipotetik-deduktiv  tədqiqatla  bağlı  olaraq  qeyd  edək  ki, 

artıq  ifadə  olunmuş hipotezlər  burada  sınağa  məruz qoyulur).  Amma 

Haydegger  hermenevtikanı  sadəcə  olaraq,  digər  metodlarla  yanaşı 

duran bir metod kimi şərh etmir. Hermenevtika - insani idrakın bazis 

sxemidir.  Biz  məlum  və  qeyri-məlum,  hissə  və  bütöv  arasında  elə 

vurnuxuruq ki, öz axtarışımızda mülahizə predmetinin yeni tərəflərini 

görürük və həmişə səhvlərə məruz qalan məxluqlar olaraq qalsaq da, 

predmetin  müxtəlif  tərəflərini  yəqin  ki,  getdikcə  daha  yaxşı  və 

həqiqətə daha yaxın bir tərzdə görürük.  

Müəyyən  mədəni-siyasi  perspektivdən  (bu  perspektiv 

Haydeggerin  deyildir)  baxdıqda,  Haydegger  kütləvi  cəmiyyətin 

ekzistensialist  tənqidinin  (Yaspers,  Marsel)  ardınca  gedərək, 

naturalizasiyanın  və  tarixi  şüurun  itirilməsinin  tənqidçisi  kimi 

görünür.  



 

820 


Amma  bütün  bunların  arxasında  Haydeggerin  total  kritisizmi 

gizlənir:  onların  bu  tutqun  inkişafı  "bəzəmək" illyuzor  səyləri  ilə heç 

bir  kompromis  ola  bilməz!  Biz  texnika  ilə  birgə  öz  acı  taleyimizlə 

birgə  yaşadığımız  kimi  yaşayırıq  və  öz  səthi  qərarlarımızla  məşğul 

olduğumuz zaman onun ağuşuna daha çox atılırıq. Böhran bizim elmi 

rasionallıq və texnika kimi ehkamları olan bütün Avropa tarixini əhatə 

edir. Deməli, dəyişiklik axtarışları unudulanın və mühüm olanın gizli 

olaraq qaldığı ən dərin səviyyəyə gətirilib çıxarılmalıdır.  

Amma  mühüm  olan  nədir?  Bu,  Tanrı  və  ya  prinsip  şəklində 

"mahiyyət"  deyildir,  bizə  yaxın  olandır  ki,  biz  ona  yad  olmağa 

başlamışıq.  Lakin  biz  bu  mühüm  olanı nəzərdə  tuta  bilərik  və  ona  o 

zamanın  filosoflarının  köməyi  ilə  yaxınlaşa  bilərik  ki,  o  zaman 

üstünlük  hələ  ki,  ideyalara  verilmirdi.  Mühüm  olan  "Varlığın 

varlığıdır",  -  deyən  Haydegger  buraya  onu  da  əlavə  edir  ki,  müasir 

insan üçün o, hələ də gizli bir sirrlə örtülmüşdür.  

Biz  dilə  elə  qulaq  asmağı  öyrənməliyik  ki,  o,  bizimlə  danışa 

bilsin. Dil xüsusən də, poetik dil çətin ifadə olunanın verilməsi üçün 

əlverişli  imkandır  (an  opening).  Elə  bu  səbəb  ucbatından  da, 

ümumiyyətlə, incəsənət də vacibdir.  

Dil  nitqdir.  Biz  özümüzü  nitqdə  ifadə  edirik.  Özümüzü  ifadə 

edərək,  biz  kim  olduğumuzu  xəbər  veririk.  Elə  buna  görə  də,  nitqdə 

biz yalnız nəyinsə haqqında danışmırıq, həm də danışan insan olaraq, 

özümüz  barədə  məlumat  veririk.  Nitqin  köməyi  ilə  biz  tərəfimizdən 

yaşanan  vəziyyəti  ifadə  edirik.  Biz  öz  situasiyamız  barədə  məlumat 

veririk.  Biz  öz  əhval-ruhiyyəmizi  ötürürük  və  özümüzün  özümüzə 

qarşı  münasibətimizi  aşkara  çıxarırıq.  Bu,  həmişə  baş  verir.  Amma 

belə  bir  ekzistensial  kommunikasiyanın  əhəmiyyəti  elmi  dildən 

poeziyaya  keçid  zamanı  müxtəlif  variasiyalara  uğrayır.  Bizim  nə 

barədə danışmağımız poeziyada bir o qədər də mühüm deyildir. Onun 

üçün mühüm  olan  varlığın  əslində  olduğu  kimi, həqiqi mahiyyətinin 

aşkarlanma  üsulu  olaraq,  müəyyən  əhval-ruhiyyənin  ötürülməsidir. 

Poeziya  mənanın  qurulması,  dünyanın  kəşf  olunması  üçün  aktiv 

qüvvədir.  O,  bizim  ekzistensial  olaraq  "əhvallanmış"  və  həqiqi 

mahiyyəti  aşkara  çıxaran  dünyada  "situasiyalaşma"  üsulumuzu  ifadə 

edir.  Xalq  poeziyası  ilə  tanış  olaraq,  biz  xalqın  ruhunu  və  varlıq 

üsulunu dərk  edirik.  Elə  bu  yolla  da  biz  özümüzü  tapa  bilərik  və  öz 

gizli taleyimizi və təyinatımızı üzə çıxara bilərik.  

Haydegger  poeziyanı,  sözü  müstəsna  dərəcədə  yüksək 

qiymətləndirir.  Dil  -  insanın  evidir,  poeziya  isə  –  bizim  öz 

yaradıcılığımız 

nəticəsində 

yenidən 


yaradılmağımız 

və 


aktuallaşmağımızdır.  Dilin  boş  söhbətlərdə,  çeynənmiş  sözlərdə, 


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   381   382   383   384   385   386   387   388   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə