Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə389/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   385   386   387   388   389   390   391   392   ...   402

 

827 


olaraq  aktiv  olduğu  elitar  nümayəndəli  demokratiyanın  müasir 

ifadəçisi  kimi  çıxış  edir.  O,  müxtəlif  siyasi  partiyaların  oyunları  ilə 

səciyyələnən durğun, süst parlamentli sistemi kəskin bir şəkildə tənqid 

edir.  Arend  siyasətin  özünəməxsus  romantik  görüntüsünə  malikdir: 

siyasət  vətəndaşların  özlərinə  şərəf  və  etiraf  axtardıqları  və  hər  bir 

fərdin  özünü  reallaşması  üçün  ünsiyyət  meydanı  (communicative 

battleground)  olmalıdır.  Bu  görüntü  daha  yaxşı  bir  tərzdə 

özünüreallaşma  demokratiyası  (self-realization  democracy)  olaraq 

səciyyələndirilə  bilər,  bu  zaman  siyasət  əsasən  estetikləşdirilir  və 

aktivliyin  ifadəsinə  şamil  edilir.  Arend  üçün  əsl  (autentik)  siyasət 

böyük  teatr  sənətinə  bənzəyir.  Belə  bir  nöqteyi-nəzərdən,  yalnız 

"gündəlik  siyasət"  deyil,  həm  də  siyasi  xadimlərin  zamanın 

çatışmazlığı,  kompromisslərə  getmək,  strateji  mülahizələri  nəzərə 

almaq  və  i.a.  hallarında  qərar  qəbul  etməyə  məcbur  olduqları  şərait 

yox  olur.  Heç  də həmişə  aydın  deyildir  ki,  Arend  siyasətin  predmeti 

və  siyasi  problemlərin  altında nəyi  başa  düşür.  Bir  çox  kontekstlərdə 

o,  "sosial"  və  "siyasi"  arasında  kəskin  sərhəd  qoyur  və  sosial 

məsələlərin  siyasətdən  ayrılması  üzərində  təkid  edir.  "Heç  nə... 

bəşəriyyəti  siyasi  vasitələrlə  yoxsulluqdan  azad  etmə  səyinə  nisbətən 

daha  köhnəlmiş,  daha  mənasız  və  ya  daha  təhlükəli  hesab  edilə 

bilməz"

469


.  

Burada etiraz etmək olardı ki, yoxsulluğun ləğv edilməsi siyasi 

həyatda arendsayağı mənada iştirak üçün müqəddimədir, deməli ki, bu 

ləğv  edilmə  həmçinin,  siyasi  məsələdir.  Amma  Arend  üçün  nə 

yoxsulluq,  nə  də  digər  sosial  problemlər  siyasi  vasitələrlə  həll  oluna 

bilməz.  Onlar  polisə  məxsus  olan  məsələlər  deyildir.  Onları  ya  ev 

təsərrüfatı  sferasında  həll  etmək  ya  da  nəzərdən  keçirmək  üçün 

ekspertlərə  vermək  lazımdır.  Bu,  çox  mübahisəli  mövqedir.  Əgər 

Arendin  ardınca  gedilərək,  bütün  sosial  məsələlər  siyasətdən 

kənarlaşdırılsa,  onda  bunun  nəticəsi  siyasi  həyatı  onun  mühüm 

məzmunundan  məhrum  etmə  olacaqdır.  Bu  zaman  diskussiya  nə 

barədə  getməlidir?  Arend  görmür  ki,  siyasətin  nə  olduğunu  və  nə 

olmadığını  siyasi həyatın  iştirakçılarının  özləri həll  etməlidir  -  siyasi 

arqumentlərin  köməyi  ilə.  Siyasəti  mənalandıran  filosoflar  onun 

məzmununu  müəyyənləşdirə  bilməzlər.  Yuxarıda  söylənilənlərdən 

sonra  vurğulamaq  lazımdır  ki,  Arendin  gücü  siyasi  proqramın 

hazırlanmasında deyildir, onun diaqnostik görüntüsündədir.  

 

                                                



469

 H. Arendt. On Revolution. - New York, 1963, p. 110.  


 

828 


Qadamer 

və hermenevtik ənənə 

 

Haydeggerdən  sonra  iki  əsas  istiqaməti  ayırmaq  olar. 



Hermenevtik  adlandırıla  bilən  birinci  istiqamət  Qadamerin  (Hans-

Georg  Gadamer,  1900)  əsərlərində  ifadə  olunmuşdur.  İkinci, 

dekonstruktivist  (deconstructionist)  istiqamət  bir  sıra  görkəmli 

şəxsiyyətlərlə təmsil olunmuşdur ki, onlardan da Derridanın, Fukonun 

və Rortinin üzərində dayanacağıq.  

Birinci  istiqamət  erkən  Haydeggerin  ideyalarını  inkişaf  etdirir 

və  başa  düşmə  və  şərh  fəlsəfəsini  işləyib  hazırlayır.  Onun  kökləri 

Şleyermaxerin  və  Dilteyin  yaradıcılığından  rişələnir  (bax:  Fəsil  19, 

hermenevtik  problematika  burada  humanitar  elmlərin  təşəkkülü  ilə 

əlaqədar  olaraq  müzakirə  olunmuşdur).  Bu  istiqamət  başa  düşən 

sosiologiya adlandırılana da yaxındır (bax: Veber, fəsil 27).  

Özünün  başa  düşmə  və  şərh  fəlsəfəsini  işləyib  hazırlayaraq, 

Haydegger (“Varlıq və zaman”da) öz işini insani əməldən (layihədən) 

başlayır. Qadamer isə hər şeydən öncə, tarixi mətnlərə müraciət edir. 

Onun üçün və həmçinin də, yaşlı nəslin hermenevtləri (Şleyermaxer, 

Diltey  və  başqaları)  üçün  hermenevtik  paradiqma  mətnlərin 

anlaşılmasında  tapıla  bilər.  Amma  əgər  bu  hermenevtlər  mətnləri 

başlıca  olaraq  keçmiş  əməllərin  və  hadisələrin  tarixi  idrakı  üçün 

öyrənirdilərsə,  Qadamer  ədəbi,  dini  və  hüquqi  mətnləri  yalnız 

hermenevtik  fəlsəfənin  inkişafının  çıxış  nöqtəsi  olaraq  nəzərdən 

keçirir. O, bundan da qabağa gedir, belə ki, onun üçün mərkəzi yerdə 

insanın  formalaşma  problemi  dayanır.  Bundan  başqa,  Qadamer  də 

Haydegger kimi əsasən, insanın başa düşülməsi ilə məşğul olur. Onun 

üçün  metodun  problemləri  insanın  başa  düşən  yaratıq  olaraq  anlamı 

ilə  bağlı  "ontoloji"  (fəlsəfi  antropoloji)  məsələyə  münasibətdə  ikinci 

dərəcəli əhəmiyyətə malikdir.  

İkinci,  dekonstruktivist  istiqamət  ənənənin  Haydeggersayağı 

fəlsəfi tənqidi ilə, yəni onun güman olunanlar, amma "görürməyənlər" 

barədə,  tarixi  formalaşdıranlar  barədə  ən  dərin  məsələləri  qoymaq 

səyləri  ilə  başlayır.  Nəsillərdən  nəsillərə  ötürülən  fəlsəfi  mətnlərdə 

"mətndən kənara çıxmaq" və onun müəllifinin buraxa biləcəyi, amma 

tənqidi  şərhin  üzə  çıxara  bilən  ziddiyyətləri  aşkar  etmək  üçün 

gərginlik  (tensions)  axtarırlar.  Belə  bir  yolla mətnlər  "dekonstruksiya 

olunur".  Bu  mənada  dekonstruksiya  tənqidi  fəaliyyət  olaraq, 

göstərməyə  çalışır  ki,  ənənəvi  mətnlər  onların  iddia  etdikləri  kimi 

deyillər,  əslində  nəsə  başqa  cürdürlər.  Beləliklə,  dekonstruktivist 

istiqamət  ənənəyə  münasibətdə  radikal  və  tənqidi  olaraq  köklənən 

proqramdan  çıxış  edir.  Biz  görəcəyik  ki,  ənənənin  bu  parçalanması 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   385   386   387   388   389   390   391   392   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə