Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə377/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   373   374   375   376   377   378   379   380   ...   402

 

803 


qadınlar  müxtəlifdirlər  və  onlar  özlərini  və  başqalarını  müxtəlif  cür 

başa  düşürlər  və  deməli  ki,  belə  bir  şeyə  inanmaq  illüziya  olardı  ki, 

guya  onlar  istənilən  situasiyada  bir-birlərini  bərabər  olaraq 

tanıyacaqlar.  Onlar  bir-birlərini  bərabərhüquqlu,  amma  bununla  belə, 

fundamental  olaraq  fərqli    tanıya  bilərlər.  Həm  kişilər,  həm  də 

qadınlar bir-birlərinə nisbətən "başqalarıdırlar". Məhz belədir və belə 

də olmalıdır.  

Amma  bu  gərginliklə  dolu  olan,  tam  qarşılıqlı  anlaşma 

olmadan  baş  verən  etiraf  qadınlara  münasibətdə  ənənəvi  olaraq,  baş 

vermişlərin  inkar  edilməsinə  və  sıxışdırılmasına  aparıb  çıxara  bilər. 

Belə  bir  vəziyyət  təshih  edilməlidir,  amma  məqsəd  tam  qarşılıqlı 

anlaşma  və  bərabərlik  ola  bilməz  və  olmamalıdır.  Hüquqi  olaraq, 

maddi  və  sosial    bərabərhüquqluluq  olmalıdır.  Amma  söhbət  bizim 

identikliyiyə,  qarşılıqlı  anlaşmaya,  özümüzü  və  başqasını  tanımaya 

münasibətdə  bərabərlikdən  getdiyi  zaman  anlamaq  vacibdir  ki,  onun 

tamamilə və bütövlükdə reallaşmasına nail olmaq olmaz.  

Bu  mövqeni  feminist  Lüsi  İrigerey  (Luce  Irigaray,  1932) 

işləyib  hazırlayır.  Dilin  fəlsəfəsinə  və  psixoanalizə  istinad edərək,  o, 

təsdiq  edir  ki,  kişilər  və  qadınlar  zəruri  olaraq  müxtəlifdirlər  və 

onların  bazis  fərqlərinin,  onların  "oxşar  olmadıqlarının"  (otherness) 

tanınmasına nail olmaya çalışmaq daha yaxşı və daha zəruri olardı.  

İrigerey  adamları  bir  insani  növ  kimi,  nəzərdən  keçirməyə 

istinad edən bərabərliyə yönələn baxışı faydalı hesab etmir. Bir deyil, 

iki insani növ - qadınlar və kişilər  mövcuddur. Biz bu faktı tanımalı, 

etiraf  etməli  və  onunla  razılaşmalıyıq.  Bu  mövqedə  dayanaraq  o, 

cinslər  haqqında  bir  çox  mühakimələri,  o  cümlədən  də,  de  Bovuara 

məxsus  olan  mühakimələri  tənqid  edir.  Əgər  de  Bovuar  bərabərliyin 

feministidirsə  (equality-feminist),  onda  İrigerey  fərqin  feministidir 

(difference-feminist).  

Fərq həm fiziki, həm də psixoloji fərqlərin necə şərh olunmalı 

olmasından  ibarətdir.  Onlar  insani  identiklik  üçün,  bizim  dəyər 

konsepsiyalarımız  və  zəkaya  və  ədalətə  dair  nöqteyi-nəzərlərimiz 

üçün nə qədər mühümdür, əhəmiyyətlidir və ya əhəmiyyətli deyildir? 

Feminizmin bu iki növü arasında fikir ayrılığının məğzi elə bundadır.  

Başqasını  yalnız  fərqli  olaraq  deyil, hətta  fundamental  olaraq, 

fərqli  kimi  tanınma  müasir  (postmodernist!)  diskussiyalarda  tədricən 

mərkəzi mövzuya çevrilmişdir. Biz yalnız cinslərə münasibətdə deyil, 

həmçinin  də,  etnoslara  və ümumiyyətlə, mədəniyyətlərə  münasibətdə 

fərqlərin  sosial-tənqidi  müdafiəsinə  gəlib  yetişmişik.  İndi  biz  "etiraf 

siyasətini" dəstəkləyirik, bu "etiraf siyasətinə" uyğun olaraq, müxtəlif 

qruplar fərqlərin müdafiə olunması zamanı etirafın məhz bu formasını 

tələb  edirlər,  ona  görə  ki,  onlar  dominant  qrupa  və  ya  qruplara  oxşar 




 

804 


olmaq  istəmirlər

461


.  Şimali  Amerikada  homoseksualistlər  də  daxil 

olmaqla azlıqların mədəniyyətləri ilə bağlı diskussiyaların canlanması 

baş  verir.  Bəzi  feminist  dairələrdə  "fərqin  feminizmi"  barədə 

mübahisələr  qızışmaqdadır.  Bu  mövqelərdən  nəzərdən  keçirilən  de 

Bovuar  ənənəvi  konformist  kimi  görünə  bilər.  Modernizmin 

monomədəniyyəti  hücuma  məruz  qalır  və  ön  plana  postmodernist 

mədəni plyuralizm çıxır! 

Amma  "son  müasir"  cəmiyyətdə  praktik  olaraq,  istənilən 

məsələ ilə, o cümlədən,  yuxarıda söylənilən məsələ ilə bağlı bir deyil, 

bir çox fikirlər mövcuddur. Belə ki, insan həyatının bioloji və genetik 

ölçüsü  tədricən  müzakirə  mərkəzlərindən  birinə  çevrilir  (Darvin 

barədə  fəslə  (Fəsil  23)  nəzər  salın).  Bundan  başqa,  psixologiyanın, 

sosial və humanitar elmlərin daxilində bir çox müxtəlif istiqamətlər və 

fənnlər mövcuddur ki, onların da insan haqqında deməyə sözü vardır. 

Əgər filosof təsdiq etmək istəyirsə ki, insanların əslində, nə olduğunu 

başa  düşmüşdür  və  bu  zaman  ya  ümumi  ekzistensial  azadlığın  (de 

Bovuar), ya cinslər arasında fundamental fərqlərin (İrigerey) prinsipial 

vacib  olduğunu  göstərirsə,  onda  o,  bizim  nə  üçün  məhz  belə 

olduğumuzu  izah  etməyə  səy  edərək,  aşkarana  bir  tərzdə  çətin 

vəzifədən  yapışmış  olur.  Amma  hətta  əgər  belə  bir  filosof  da  öz 

nöqteyi-nəzərini sübut edə bilmirsə və ya inandırıcı üsulla, birmənalı 

bir  tərzdə  əsaslandıra  bilmirsə,  o,  hər  halda,  maraqlı  alternativ 

perspektivləri təklif edə və mümkündür ki, rəqabət aparan istiqamətlər 

və nəzəriyyələr ilə müqayisədə daha samballı dəlilləri təsvir edə bilər. 

Bunu həmişə etmək olar. Və biz bunu etməliyik, belə ki, biz insanlar 

cəmiyyət və insan həyatı haqqında müxtəlif fikirlərə malik olmalıyıq. 

Bunun ardınca qeyd edək ki, biz digər məlum mövqelərlə müqayisədə 

daha  zəkavi  olan  (və  ya  daha  az  dərəcədə  qeyri-zəkavi  olan)  fikirləri 

tapmağa  səy  etməliyik.  Bu  aspektdə  de  Bovuar  və  İrigerey  bizim 

fikrimizi  daimi  olaraq  oyadacaqlar.  Elə  buna  görə  də,  biz  onlar 

tərəfindən deyilənləri öyrənməliyik.  

İdentiklik  -  fərdi  və  kollektiv    bizim  cəmiyyətin  mərkəzi 

mövzusuna  çevrilmişdir.  Özünü  bərpa  etməyə  daha  qabil  olmayan 

yalnız təbiət deyildir. Sosial  və  ekzistensial mənalar da defisit  oldular. 

Hətta  real  siyasət  (Realpolitik)  adlandırılanın  barəsində  belə  yalnız 

qüvvənin  və  ya  pulun  terminləri  ilə  deyil,  həm  də  identikliyinin 

terminləri  ilə  danışırlar.  Biz  yeni  dinə  və  yeni  millətçiliyə  gəlib 

çıxmışıq. Elə buna görə də, identiklik barədə məsələ çox mürəkkəbdir. 

                                                

461

 Bax:  Ch.  Taylor.  Multiculturalism  and  "The  Politics  of  Recognition".  Ed. 

by A. Gutmann with commentaries by A. Gutmann, S. Rockefeller, M. Walzer 

and S. Wolf. - New Jersey, 1992.  



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   373   374   375   376   377   378   379   380   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə