Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə376/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   372   373   374   375   376   377   378   379   ...   402

 

801 


bir-birinə baxdığı zaman kimin vəziyyəti öz nəzarəti altında saxlamaq, 

özünün və başqasının statusunu müəyyənləşdirmək niyyətində olması 

ilə bağlı olaraq, güc mübarizəsinin bir elementi həmişə iştirak edir.  

Hətta  qarşılıqlı  anlaşmanın  və  identikliyinin  bərabərhüquqlu 

olmayan  formalarına  belə  bu  bərabərhüquqlu  olmayan  vəziyyətlə 

razılaşan  iki  tərəf  qoşulmuşdu.  Bu,  yalnız  təcrid  olunmuş  subyekt 

tərəfindən  özünü  və  başqaları  daxilən  görmə  deyil,  qarşılıqlı 

münasibət  məsələsidir.  Biz  başqaları  tərəfindən  etiraf  olunmadan 

bizim  tərəfimizdən  arzu  olunan  identikliyə  malik  ola  bilmərik.  Məhz 

buna  görə  də,  biz  başqa  hər  bir  kəsin  bizim  barəmizdə  nə 

düşündüyündən  asılıyıq  və  elə  buna  görə  də,  mübarizə  qaçılmazdır. 

Lakin biz belə hesab edə bilərik ki, bu, mədəniyyətin və mübarizənin 

sayəsində deyil, təbiətin sayəsində baş verir.  

Sosial  identiklik  barədə  bu  fikirlər  nəzəriyyə  və  praktika 

arasındakı  əlaqəni  ifadə  edir,  o  mənada  ki,  onlar  bərabərhüquqlu 

olmayan  sosial  münasibətləri  başa  düşməyin  və  prinsipcə,  yenidən 

müəyyənləşdirilməsinə səy etməyin necə mümkün olduğunu göstərir. 

Bununla  da,  nəzəriyyə  siyasi  əməl  üçün  impuls  verir  və  onu 

qanuniləşdirir.  

Oxşar ideyalar ümumən bəyənilmədiklərini hiss edən qrupların 

əlində bir silah oldu. Bu, ikinci dünya müharibəsindən sonrakı dövrdə 

antikolonial mübarizənin iştirakçılarına məsələn, Frans Fanon, (Frantz 

(Ömər) Fanon, 1925-1961) və onun ardıcıllarına aiddir. Bu, həmçinin, 

ikinci dünya  müharibəsindən  sonra  yaranan  qadın  azadlıq hərəkatına 

və  onun  Simona  de  Bovuar  kimi  görkəmli  nümayəndəsinə  də  tətbiq 

oluna bilər.  

Simona de Bovuar (Simone de Beauvoir, 1908-1986) Fransada 

ənənəvi  burjua  mühitində  boya-başa  çatmışdı,  burada  qadınlar 

müharibədən sonra ilk dəfə səsvermə hüququnu  əldə etdikləri zaman 

de Bovuarın təxminən 40 yaşı vardı. Eyni zamanda, o, Sartrla yanaşı 

radikal  ekzistensialist  hərəkatın  ilk  üzvlərindən  biri  oldu.  Onu 

xüsusən,  qadınların  bir  xüsusi qrup  olaraq tutduqları  bərabərhüquqlu 

olmayan sosial vəziyyəti narahat edirdi. Kişilərə münasibətdə qadınlar 

onlardan  fərqli,  başqaları  kimi  müəyyənləşirdi.  Məhz  kişi  "nöqteyi-

nəzəri  həm  kişiləri,  həm  də  qadınları  ("ikinci  cins"  olaraq) 

müəyyənləşdirirdi.  Kişi  özünüdərki  və  başqalarının  kişiyə  xas  bir 

tərzdə  anlamı,  yəni  bəşəriyyətin  "ikinci  yarısı"  kimi  anlamı  üstünlük 

təşkil edirdi. Bütövlükdə, qadınlar insan nəslinin ikinci dərəcəli hissəsi 

kimi  müəyyənləşdirilirdi  və  onlar  özləri  və  kişilər  haqqındakı  bu 

təsəvvürü  sadəcə  olaraq mənimsəyirdilər.  Bunun nəticəsi  isə  o idi  ki, 

qadınlar həqiqi identikliyə malik deyildilər.  



 

802 


Bu, sosial müəyyənlik təbiətdən verilən olaraq başa düşülürdü 

və  qanuniləşdirilirdi.  De  Bovuara  oxşar  ekzistensialistlər  üçün  o, 

insanın müstəsna  dərəcədə  ciddi alçaldılması idi,  belə  ki,  onlar  üçün 

insanlar  hər  şeydən  öncə,  azadlıqları  ilə,  yəni  kim  olmalı  olduğunu 

şəxsən,  həll  etmək  azadlıqları  ilə  müəyyənləşirlər.  Kişilərlə 

müqayisədə  qadınlar  bir  qrup  olaraq,  öz  həyat  formalarının  fərdi 

seçimində əhəmiyyətli dərəcədə az azadlığa malik idilər. Amma belə 

bir  azadlıq  ekzistensialistlər  tərəfindən  insani  mövcudluğun  əsas 

xüsusiyyəti  və  başlıca  dəyəri  kimi  nəzərdən  keçirilmişdir.  Qadınlar 

"ikinci cins" kimi müəyyənləşdirilirdilər ki, bu da, dəyişməz və təbiət 

tərəfindən verilmiş hesab olunmuşdur.  

Bu  modelin  yenidən  müəyyənləşdirilməsi  üçün  öncə  göstərmək 

lazım  idi  ki,  qadınlara  şamil  etdirilən  rol  təbiətin  deyil,  sosial 

müəyyənləşdirilmənin  nəticəsidir.  Sonra  nəzəri  və  praktik  səylərin 

köməyi  ilə  hər  iki  tərəfi,  həm  kişiləri,  həm  də  qadınları  özlərini  və 

başqaları yeni və daha çox eyni hüquqlu anlama gətirib çıxarmaq qarşıda 

durudu.  Bundan  çıxış  edərək,  de  Bovuar  öz  həyati  layihəsini  həm 

praktika, həm də nəzəriyyə, fəlsəfə və ədəbiyyat sferalarında qurdu.  

Onun həyatının məzmunu onun mövqeyini  əsaslandıran və izah 

edən  kitabların,  fəlsəfi  esselərin  və  başqa  publikasiyaların  yaradılması 

oldu.  Bir  intellektual  olaraq,  o,  aktiv  siyasi  fəaliyyətlə  məşğul  oldu, 

xüsusən də, mədəniyyət sahəsində. Tanınma (etiraf edilmə) və identiklik 

uğrunda mübarizə bu sahədə geniş vüsət almışdı. Amma o, həmçinin də, 

uşağın  doğulması  və  arzu  olunmayan  hamiləlikdən  xilas  olma 

məsələsinin qadınların özlərinin həll etmə hüququ və buna oxşar bir çox 

konkret məsələlərin həll olunması uğrunda mübarizədə iştirak etmişdir. 

Burada başlıca cəhət qadının abort hüququnu müdafiə etmək idi.  

Bioloji  amillərin  insan  həyatına  təzyiqi  bizim  azadlığımızın 

ilkinliyi  barədə  ekzistensialist  anlamla  bir  çox  konfliktlərə  gətirib 

çıxarır.  De  Bovuar  öz  həyat  yoldaşı  Sartrla  birgə  "təbiətin  bu 

təzyiqini"  şəxsən,  minimuma  endirməyə  üstünlük  verdi,  o,  uşaqlara 

malik olmaqdan imtina etdi.  

Bir  çox  münasibətlərdə  Bovuarın  məqsədi  bərabərlik  idi. 

Kişilər və qadınlar bir-birlərini qarşılıqlı olaraq, bərabərhüquqlu kimi 

tanımalıdırlar.  Bu,  o  demək  deyildir  ki,  onlar  arasında  fərqlər 

olmamalıdır  və  onların  həyati  layihələri  eyni  olmalıdır.  Amma 

qadınların  ikinci  dərəcəli  cins  kimi  ümumən  qəbul  edilmiş  şərhi 

aradan qaldırılmalıdır.  

Qadın rollarının və identikliklərinin yeni şərhinin, amma başqa 

üsulu  da mövcuddur. Təsdiq  etmək  olar  ki,  söhbət  qarşılıqlı anlaşma 

barədə getdiyi zaman, bərabərlik uğrunda mübarizə aparmaq mümkün 

deyildir  və  arzu  olunan  deyildir.  Təsdiq  etmək  olar  ki,  kişilər  və 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   372   373   374   375   376   377   378   379   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə