807
tərəfindən nəzərdən keçirilən identiklik konsepsiyası ilə müqayisə
edin); 4. Maraqlı tərəflərin konsensusuna əsaslanmış ədalətin analizi
(belə ki, biz eyni situasiyaları kantsayağı qəti imperativ halında
olduğu kimi şərh edə bilək); 5. Siyasi icta (dövlət) çərçivələri
daxilində diskussiyanın yuxarıda sadalanan bütün formalarını özünə
ehtiva edən hüquqi müzakirə.
Bütün yuxarıda deyilənləri nəzərə alaraq təsdiq etmək olar ki,
düşüncənin başqa növlərinin istifadə olunması üçün əsasların mövcud
olduğu sferalarda normativ təfəkkürün yalnız bir tipini tələb etmə
məzəmmətə layiqdir. Bəziləri bütün hər bir şeyi iqtisadi nöqteyi-
nəzərdən, digərləri - identiklik və özünüreallaşdırma nöqteyi-
nəzərindən, üçüncülər - ədalətin qərəzsiz prinsipləri mövqeyindən
qiymətləndirirlər. Amma özlərinin digərləri ilə diskussiyalarında dərin
fəhmi o kəslər aşkar edirlər ki, onlar bütün bu perspektivləri
düşünmək və onlardan zəkavi olaraq istifadə etmək qabiliyyətinə
malikdirlər. Axı diskussiyada identiklik və tanıma (etiraf etmə) barədə
məsələnin qoyulması qaçılmazdır (bənd 3). Lakin o, xərclər və
prioritetlər nöqteyi-nəzərindən ölçülüb-biçilməlidir (bənd 2) və
identikliyinin və etirafın ədalətli və ədalətsiz formaları haqqında daha
yüksək səviyyəli diskussiyalar ilə əlaqədar olaraq nəzərdən
keçirilməlidir (bənd 4).
Bütövlükdə, de Bovuar və İrigerey üçün olduğu kimi,
Benhabib üçün də mərkəzi mövzu qərarlaşan konstellyasiyaların
normativ tənqidi üçün fəlsəfi imkandır.
Rolz –
ədalət və insan hüquqları
İnsan hüquqları və ədalətin prinsipləri barədə məsələ ikinci
dünya müharibəsindən sonra yeni bir səslənmə əldə etmişdir. Onun
müzakirəsinə mühüm tövhəni amerikan filosofu Con Rolz (John
Rawls, 1921) gətirmişdir. Ədalət nəzəriyyəsi (A Theory of Justice,
1971) kitabında o, hüquq, ədalət və ədalətli bölgü ilə bağlı prinsipial
məsələləri
müzakirə edir. "İnsan hüquqları" və "ədalət"
nəzəriyyələrinin problemlərindən biri ondadır ki, onların formulə
etdiyi prinsiplər çox vaxt elə bir-birinə zidd olur. Məsələn, əgər
nəzəriyyə "insanların ən böyük sayı üçün mümkün olan ən böyük
xoşbəxtlik" utilitarist prinsipdən çıxış edirsə, onda o, hər bir ayrıca
insani fərdin dəyərli olması prinsipi ilə asanlıqla konfliktə girə bilər.
Belə ki, əgər ədalətsiz əməli törətmək (məsələn, günahsız insanı
cəzalandırmaq) insanların böyük sayı üçün mümkün olan ən böyük
xoşbəxtliyi və ya faydanı təmin edirsə, onda bunu etmək
808
düzgündürmü? Əgər belə bir suala bizim cavabımız mənfidirsə, onda
biz həmçinin, digər prinsipləri də nəzərdən keçirməliyik. Lakin elə
onlar da bizim "əxlaqi intuisiyamız" ilə konfliktə daxil ola bilərlər.
Rolz belə suallara cavab verməyə səy edir və demək lazımdır ki, onun
bu işi fəlsəfədən son dərəcə uzaq olan bir çox adamların diqqətini cəlb
etmişdi.
Müəyyən mənada Rolz müasir liberal demokratiyaya xas olan
ədalət prinsiplərini izah etməyə cəhd edir. Özünün “Ədalət
nəzəriyyəsi”ndə o, göstərməyə çalışır ki, ədalətin elə müəyyən
prinsipləri mövcuddur ki, hər bir zəkavi insan onları seçərdi. Rolz
metodoloji olaraq, özünəməxsus fikri eksperiment həyata keçirir. Əgər
siz milli, tədrisi, sosial və siyasi statusunuza görə kim olduğunuzu,
hansı cinsə, hansı irqə və hansı sinfə məxsus olduğunuzu
bilməsəydiniz, onda siz cəmiyyətin hansı formasına üstünlük
verərdiniz? Əgər siz elə bir cəmiyyətə düşsəydiniz ki, burada sizin
mövqeyiniz və yeriniz qeyri-məlumdur, onda siz bu cəmiyyət üçün
ədalətin hansı prinsiplərini seçərdiniz? Bu fikri eksperimenti Rolz
çıxış vəziyyəti adlandırır - fərd burada özünün statusunu və yerini
bilmədən cəmiyyət üçün ədalətin prinsiplərini seçməlidir. Bu fikri
eksperimentin ideyası ondadır ki, ədalətli sosial nizam üçün elə
prinsipləri tapmaq gərəkdir ki, onlarla bütün zəkavi insanlar
razılaşsınlar. Başqa cür deyilsə, eksperimentin məğzi "rolların
dəyişməsi" hipotetik yolu ilə universallaşdırmadan ibarətdir.
Rolza görə, biz gözləyə bilərik ki, çıxış vəziyyətində olan və
deməli, öz təbii istedadı və resursları barədə məlumatlanmayan zəkavi
insan liberal siyasi hüquqların xeyrinə seçim edəcəkdir. Heç bir kəs
belə bir şəraitdə siyasi azadlığı olmayan cəmiyyəti seçməzdi.
Bundan başqa, Rolz deyir ki, zəkavi insan "çıxış vəziyyətiində"
o cəmiyyəti seçərdi ki, maddi durumu pis olan fərdlər daha yaxşı
maddi şəraitdə yaşayan fərdlərə görə sıxıntılara məruz qoyulmazdı. O,
məsələn, insanların ən böyük miqdarının ən böyük mümkün rifah
halının təmin olunması üçün utilitarist hesabata uyğun olaraq hərəkət
edərdi, özü də bunu elə edərdi ki, ən pis şəraitdə yaşayan insanların
narhat olmaq üçün heç bir əsası olmazdı. Bu seçim onunla izah olunur
ki, zəkavi insanın özü də ən pis şəraitdə yaşayanların arasında olmuş
ola bilərdi. Ən pis şəraitdə yaşayanların müdafiəsi tələbi fərq prinsipi
(the difference principle) adlanır.
Beləliklə, bazis siyasi hüquqlar da, bazis rifah halının təminatı
da nəzərə alınmalıdır (kantsayağı və utilitarist ideyalar arasında
özünəməxsus orta).
Çıxış vəziyyəti adlananla bağlı fikri eksperiment normativ
ümumi əhəmiyyətə malik olma üçün meyar verir. O, bizə deyir ki,