|
Гуннар Скирбекк
813
üçün zəruri olan qurumların və institutların yaradılması və
fəaliyyətinin təmin olunması ilə dəstəklənməlidir. Bu, ictimai həyatın
təşkil olunmasının elə formasını tələb edir ki, liberallıq və bərabərlik
onun ayrılmaz əlamətləri olur. Hər bir kəsə prinsipcə, öz şəxsi fikrinə
malik olma hüququ verilməlidir və hər bir kəsə onu ifadə etməyə icazə
verilməlidir. Təhsilin və sosial-iqtisadi səylərin vasitəsi ilə elə praktik
şərait yaradılmalıdır ki, bu zaman hər bir kəs bu hüquqların
reallaşması üçün təqribən eyni imkanlara malik olsun.
Belə bir cəmiyyətdə hər bir kəs yalnız həqiqi və düzgün olaraq
inandığını müdafiə etməyə çalışmır, həm də arqumentlərin təsiri
altında öz nöqteyi-nəzərini dəyişdirməyə çalışır. Sonuncu halda, o,
onu nəzərdə tutur ki, başqalarından öyrənmək də olar. Qısa deyilsə,
bütün bu deyilənlər öz ardınca cəmiyyətin elə bir təşkilini gətirir ki, bu
zaman diskussiyaların köməyi ilə rasional cavabların effektiv axtarışı
həyata keçirilir.
Bu təşkilati təşəbbüslər rasionallığa doğru meylin nəticəsidir
və ya daha doğrusu, o nöqteyi-nəzərə doğru meylin nəticəsidir ki, ona
uyğun olaraq, biz normativ və nəzəri əsaslandırmaya praktik olaraq
həmişə sadiqik.
Etiraz edə bilərlər ki, belə təşəbbüslərin mücəssəməsi mümkün
kimi görünmür. Məsələn, elə sosial-iqtisadi qüvvələr meydana çıxa
bilər ki, onları deformalaşdırsın və ya darmadağın etsin. Belə bir
etiraz kifayət qədər ciddidir, belə ki, bəşəriyyətin tarixində oxşar
deformasiya ən müxtəlif formalara və dərəcələrə malik olmuşdur.
Məsələ deməli, ondan ibarətdir ki, bu etirazın intellektual olaraq
əsaslandırılmış təkzibi tapıla bilərmi?
Fərz edək ki, adamların əksəriyyəti həqiqəti dərk etmək
iqtidarında deyildir. Məsələn, hesab etmək olar (Oktyabr inqilabı
zamanı Leninə oxşar olaraq) ki, kapitalistlər öz sinfi mənsubiyyətləri
ucbatından həqiqəti ideoloji təhriflər olmadan qavramaq iqtidarında
deyillər
465
. Buradan həmçinin, belə bir nəticə də çıxır ki, maariflənmiş
və həqiqət bilgisinə malik olan partiya üzvləri öz sinfi düşmənləri ilə
arqumentasiyalı bir şəkildə mübahisə edə bilməzlər, yalnız onların
əleyhinə vuruşmalıdırlar. Həmçinin, fərz edək ki, fəhlələr özləri də öz
vəziyyətlərini düzgün olaraq dərk edə bilmirlər. Buradan belə bir
nəticə alınır ki, həqiqət bilgisinə malik olan partiya üzvləri kütlələri o
vaxta qədər idarə etməlidirlər ki, kütlələr sinfi mübarizənin köməyi ilə
daha çox maariflənmiş səviyyəyə hələ ki, yüksəlməmişlər, yəni düzgün
sinfi şüur əldə etməmişlər. Bunun təsiri ilə, biz güman etməliyik ki,
əgər bir şəxsiyyət düzgün biliyə malikdirsə, onda o, arqumentasiyanın
465
Sovet İttifaqında bu mövqe zaman ötdükcə dəyişməz olaraq qalmamışdır.
814
köməyi ilə bunu özü ilə eyni bir səviyyədə olan başqalarına sübut
etməyə qabildir. (Başqa cür deyilsə, partiya üzvləri işlərin birgə
rasional müzakirəsinə və son nəticədə, düzgün qərarlar və partiya
proqramı əsasında kütlələri maarifləndirməyə qabil olmalıdırlar).
Qısa deyilsə, fərdin xalqın axmaqlığına və irrasionallığına
münasibətdə pessimizminin dərəcəsindən asılı olmayaraq (və bu
irrasionallığı necə başa düşməkdən və izah etməkdən asılı olmayaraq)
qəbul etmək zəruridir ki, fərd şəxsən, təkbaşına olaraq, zəkanın
dəlillərinə əsaslanaraq, insanların axmaq və irrasional olduqları
haqqında həqiqəti dərk etmişdir, onda bu həqiqət prinsipcə, həmçinin,
başqaları tərəfindən anlaşıla bilər.
Əlbəttə ki, öz mövqeyini müdafiə edərək, onun düzgün sinfi (irqi,
maskulin, feminin və ya hansısa digər bir) nöqteyi-nəzər olduğunu
təsdiq etmək aşkarana bir tərzdə kifayət deyildir. Ümumiyyətlə deyilsə,
"düzgün sinfi nöqteyi-nəzərin" ifadəçisi və daşıyıcısı məsələn, fəhlələrin
əksəriyyəti deyildir. Bu "düzgün" nöqteyi-nəzər ondadır ki, fəhlələr
onların obyektiv olaraq kim olduqları barədə necə deyərlər, düzgün
nəzəriyyədən çıxış edərək, öz sinfi vəziyyətlərini "obyektiv olaraq" başa
düşməlidirlər (və başa düşəcəklər). Bu nəzəriyyə elə olmalıdır ki, onun
həqiqiliyini hər bir kəs başa düşə bilsin. Amma nəyinsə həqiqi olduğunu
bilmək nəyinsə həqiqi olduğuna inanmaqla eyni deyildir. Bilmək -
nəyinsə həqiqi olduğunu düşünmək üçün əsaslara malik olmaq
deməkdir, yəni öz nöqteyi-nəzərinin həqiqiliyinin əsaslandırılması üçün
dəlillər gətirə bilmək qabiliyyətinə malik olmaq zəruridir. Əgər
düşünsək ki, düzgün sinfi nöqteyi-nəzər rasional arqumentlərin təsvir
olunmasına qədər seçilməlidir, onda problem əlbəttə ki, düzgün sinfi
nöqteyi-nəzərlə və düzgün seçimin necə edilə bilməsi ilə bağlı müxtəlif
fikirlərin varlığından ibarətdir. Rasionallıq üçün standartın (burada -
düzgün sinfi nöqteyi-nəzərin, düzgün partiyanın) seçimi rasional
standartın köməyi ilə seçim ola bilməz. Əgər kimsə deyirsə ki, praktika
düzgün (sinfi) nöqteyi-nəzəri üzə çıxaracaqdır, onda bu nöqteyi-nəzərin
həqiqi olduğunu və birmənalı olmayan "praktika" sözünün altında nəyin
başa düşüldüyünü bilmək onun üçün artıq indi zəruridir. Başqa sözlə,
həm praktika kimi hesab olunanın, həm də həqiqi idrakın praktika
tərəfindən müəyyənləşməsinin həqiqi idrakına sahib olmaq onun üçün
zəruridir.
Həqiqət bütün çətinliklərə və maneələrə baxmayaraq, bir
qaçılmaz öhtəlik olaraq görünür ki, insan taleyinin əsas cizgisidir ki,
onu da tamamilə təkzib etmək çətindir.
Dostları ilə paylaş: |
|
|