819
də. Amma kim kimi idarə edir? Fikir və ya onun yoxluğu? Müdrik
əməllər və ya mahiyyətcə köhnə olaraq qalan, uzağı, gələcəyi
görməyən meylmi?
Bir tərəfdən, Haydegger - ekzistensialistdir (nəzər salın: Fəsil
29). O, mötəbər olan və mötəbər olmayan mövcudluğun, bizim unikal
şüurun, bizim seçimin və bizim "həmişə bizimlə" olan ölümümüzün
problemləri ilə narahatdır. Demək olar ki, o, insani varlıq üsulunun
əsas xüsusiyyətlərinin təsviri zamanı Haydegger fenomenoloqdur
(Onun Varlıq və zaman (Sein und Zeit, 1927) kitabına nəzər salın).
İnsanlar dünyanı öz həyati "layihələrinin" əsasında başa düşürlər.
Bizim dünyaya daxil olmaq üçün belə formativ "layihələrdən" başqa
heç bir yolumuz yoxdur. Fenomenlər həmişə hər hansı bir ayrıca
"layihənin" işığında aşkar olunduqları kimi meydana çıxırlar. Belə bir
layihəyə daxil edilmiş idrak mülahizələr formasında ifadə oluna bilər
və ya çəkicin və mişarın məharətli sahibində baş verdiyi kimi "qeyri-
aşkar bilik" olaraq da qala bilər.
Bizim anlam inkişaf etdirilə və dərinləşdirilə bilər. O, həmişə
bizim artıq məlum hesab etdiyimizin fonunda reallaşır. Biz yeni
şeyləri bizə artıq məlum olanın işığında görürük və deməli, heç bir
zaman müqəddimələrsiz qalmırıq. Lakin biz bu zamana qədər malik
olduğumuz gümanlarımızı zəiflədə və ya yenidən qura bilərik.
Deməli, bizim idrak dəyişə bilər. Bunun sayəsində biz həmçinin,
özümüz də dəyişirik. Müəyyən mənada biz özümüzü formalaşdırırıq,
belə ki, yalnız özümüz haqda aşkar hipotezləri formulə etmirik, həm
də "biz kimik" barədə çox zaman dərk etmədiyimiz qeyri-aşkar bazis
müqəddəm şərtlərini formalaşdırırıq. Beləliklə, hermenevtik proses
hipotetik-deduktiv tədqiqata nisbətən daha dərin şəxsi səviyyədə
genişlənir (hipotetik-deduktiv tədqiqatla bağlı olaraq qeyd edək ki,
artıq ifadə olunmuş hipotezlər burada sınağa məruz qoyulur). Amma
Haydegger hermenevtikanı sadəcə olaraq, digər metodlarla yanaşı
duran bir metod kimi şərh etmir. Hermenevtika - insani idrakın bazis
sxemidir. Biz məlum və qeyri-məlum, hissə və bütöv arasında elə
vurnuxuruq ki, öz axtarışımızda mülahizə predmetinin yeni tərəflərini
görürük və həmişə səhvlərə məruz qalan məxluqlar olaraq qalsaq da,
predmetin müxtəlif tərəflərini yəqin ki, getdikcə daha yaxşı və
həqiqətə daha yaxın bir tərzdə görürük.
Müəyyən mədəni-siyasi perspektivdən (bu perspektiv
Haydeggerin deyildir) baxdıqda, Haydegger kütləvi cəmiyyətin
ekzistensialist tənqidinin (Yaspers, Marsel) ardınca gedərək,
naturalizasiyanın və tarixi şüurun itirilməsinin tənqidçisi kimi
görünür.
820
Amma bütün bunların arxasında Haydeggerin total kritisizmi
gizlənir: onların bu tutqun inkişafı "bəzəmək" illyuzor səyləri ilə heç
bir kompromis ola bilməz! Biz texnika ilə birgə öz acı taleyimizlə
birgə yaşadığımız kimi yaşayırıq və öz səthi qərarlarımızla məşğul
olduğumuz zaman onun ağuşuna daha çox atılırıq. Böhran bizim elmi
rasionallıq və texnika kimi ehkamları olan bütün Avropa tarixini əhatə
edir. Deməli, dəyişiklik axtarışları unudulanın və mühüm olanın gizli
olaraq qaldığı ən dərin səviyyəyə gətirilib çıxarılmalıdır.
Amma mühüm olan nədir? Bu, Tanrı və ya prinsip şəklində
"mahiyyət" deyildir, bizə yaxın olandır ki, biz ona yad olmağa
başlamışıq. Lakin biz bu mühüm olanı nəzərdə tuta bilərik və ona o
zamanın filosoflarının köməyi ilə yaxınlaşa bilərik ki, o zaman
üstünlük hələ ki, ideyalara verilmirdi. Mühüm olan "Varlığın
varlığıdır", - deyən Haydegger buraya onu da əlavə edir ki, müasir
insan üçün o, hələ də gizli bir sirrlə örtülmüşdür.
Biz dilə elə qulaq asmağı öyrənməliyik ki, o, bizimlə danışa
bilsin. Dil xüsusən də, poetik dil çətin ifadə olunanın verilməsi üçün
əlverişli imkandır (an opening). Elə bu səbəb ucbatından da,
ümumiyyətlə, incəsənət də vacibdir.
Dil nitqdir. Biz özümüzü nitqdə ifadə edirik. Özümüzü ifadə
edərək, biz kim olduğumuzu xəbər veririk. Elə buna görə də, nitqdə
biz yalnız nəyinsə haqqında danışmırıq, həm də danışan insan olaraq,
özümüz barədə məlumat veririk. Nitqin köməyi ilə biz tərəfimizdən
yaşanan vəziyyəti ifadə edirik. Biz öz situasiyamız barədə məlumat
veririk. Biz öz əhval-ruhiyyəmizi ötürürük və özümüzün özümüzə
qarşı münasibətimizi aşkara çıxarırıq. Bu, həmişə baş verir. Amma
belə bir ekzistensial kommunikasiyanın əhəmiyyəti elmi dildən
poeziyaya keçid zamanı müxtəlif variasiyalara uğrayır. Bizim nə
barədə danışmağımız poeziyada bir o qədər də mühüm deyildir. Onun
üçün mühüm olan varlığın əslində olduğu kimi, həqiqi mahiyyətinin
aşkarlanma üsulu olaraq, müəyyən əhval-ruhiyyənin ötürülməsidir.
Poeziya mənanın qurulması, dünyanın kəşf olunması üçün aktiv
qüvvədir. O, bizim ekzistensial olaraq "əhvallanmış" və həqiqi
mahiyyəti aşkara çıxaran dünyada "situasiyalaşma" üsulumuzu ifadə
edir. Xalq poeziyası ilə tanış olaraq, biz xalqın ruhunu və varlıq
üsulunu dərk edirik. Elə bu yolla da biz özümüzü tapa bilərik və öz
gizli taleyimizi və təyinatımızı üzə çıxara bilərik.
Haydegger poeziyanı, sözü müstəsna dərəcədə yüksək
qiymətləndirir. Dil - insanın evidir, poeziya isə – bizim öz
yaradıcılığımız
nəticəsində
yenidən
yaradılmağımız
və
aktuallaşmağımızdır. Dilin boş söhbətlərdə, çeynənmiş sözlərdə,