|
Гуннар Скирбекк
811
"dəyərlərin plyuralizmi" ilə azad səsvermə arasındakı sadə səbəbiyyət
əlaqəsi göz qaşısındadır - bütün bunlar böyük sosial oyunun
hissəsidir).
Amma bu, normativ məsələlərə aqnostik münasibət üçün
yeganə olaraq mümkün olan cavab deyildir. Qeyd edək ki,
nümayəndəli demokratiya oyunun ona xas olan normativ qaydaları
üzrə razılığı nəzərdə tutur, amma aqnostik belə hesab edir ki, biz onu
rasional olaraq əsaslandırmaq iqtidarında deyilik. Və bizim tezliklə
görəcəyimiz kimi, nümayəndəli demokratiyanın siyasi idealına
həmçinin, "normativ olan"a münasibətdə başqa nöqteyi-nəzərin -
məsələn,
təbii
hüquq konsepsiyasına əsaslanmış bərabərlik
nəzəriyyəsindən götürülən nöqteyi-nəzərin köməyi ilə də nail olmaq
olar. Biz artıq xatırlatmışdıq ki, Dekart zamanının fransız skeptikləri
(Fəsil. 10) çox vaxt tradisionalist nəticələrə gəlib çıxardılar: indi ki,
biz nəyin düzgün olduğunu rasional olaraq əsaslandıra bilmərik, onda
gəlin malik olduğumuza qane olaq!
Amma normativ məsələlərin aqnostik anlamı bizi həmçinin,
tradisionalist anlama müxalifətdə də qoya bilər. Əgər heç nə obyektiv
olaraq düzgün deyilsə, onda nəyin normativ olaraq düzgün olduğunu
mənim özüm suveren olaraq həll edə bilərəm! Biz bu mövqeni
normativ desizionizm adlandıra bilərdik: biz nəyi düzgün hesab
etməyə qərar veririksə (mən nəyi düzgün hesab etməyə qərar
verirəmsə), elə o da düzgündür! Nəyin normativ olaraq düzgün
olduğunu rasional arqumentlər deyil, qərar müəyyənləşdirir.
Biz normativ desizionizmin müxtəlif versiyaları ilə sosial-
liberal Popperdə, ekzistensialist Sartrda və faşist ideoloqlarında
qarşılaşmışıq. Beləliklə, müxtəlif məsələlərin geniş dairəsi üzrə qərar
qəbul edilə bilər. O zaman ki, biz müəyyən insanın normativ
məsələlərə münasibətdə aqnostik və eyni zamanda, desizionist
olduğunu eşidirik, onda biz yalnız bundan çıxış edərək, onun siyasi
baxışları barədə nəticə çıxarmaq iqtidarında deyilik. O, məsələn,
faşizmin də tərəfdarı ola bilər, marksizmin də, sinfi mübarizənin də
tərəfdarı ola bilər, sinfi dünyanın da, totalitarist də ola bilər, liberal
da. (Amma hər halda, bəzi mövqelər mövcuddur ki, desizionist öz
intellektual bütövlüyünü dağıtmadan onları dəstəkləyə bilməz. Onların
sırasına məsələn, tradisionalizmin o növü aiddir ki, burada seçim
yoxdur, yəni elə bir tradisionalizm ki, o, xoşbəxtliyi onda görür ki,
doğulduğun cəmiyyətdə yaşamaq iqtidarında olasan, burada müxtəlif
alternativlər arasında seçim olmasa belə. Desizionist o siyasi mövqeni
də seçməzdi ki, o, ən həqiqi olduğunun rasional olaraq nümayiş
etdirilməsinə iddia edir.
812
Müəyyən normativ mövqenin düzgünlüyünü rasional olaraq,
göstərə biləcəklərini düşünənlər barədə nə demək olar? Hətta bu
insanların (qnostiklər) normativ olaraq, düzgün olan qismində nəyə
inandıqlarına uyğun olaraq, onlar müxtəlif siyasi mövqeləri tuta
bilərlər. Belə ki, Platon cəmiyyətin biliyə malik olanlarla biliyə malik
olmayanlar arasında fərqə söykənən iyerarxik quruluşunu müdafiə
edirdi. Lokk cəmiyyətin o təşkilini müdafiə etmişdi ki, bu zaman hamı
prinsipial olaraq eyni dərəcədə dəyərli hesab edilirdi və o, təbii hüquq
konsepsiyasına söykənən nümayəndəli demokratiyanı dəstəkləyirdi.
Beləliklə, normativ məsələlərin rasional olaraq dərk olunma imkanı
haqqında mülahizənin əsasında iyerarxiyanı da, bərabərliyi də
müdafiə etmək olar. Fərd normativ məsələlərə münasibətdə "qnostik"
olaraq təsdiq edə bilər ki, cəmiyyəti yalnız onun sayca az olan, seçmə
hissəsi idarə etməlidir (Platonla, papistlərlə və kommunist
partiyasının rəhbərlik edici və istiqamət verici rolu haqqında Lenin
ideyasının tərəfdarları ilə müqayisə edin). Səbəb ondadır ki, düzgün
idraka yalnız bəziləri malikdirlər (intellektin və təlimin, sirrdən agah
olma inamının, sinfi mənsubiyyətin və təhsilin sayəsində). Və ya fərd
təsdiq edə bilər ki, hamı normativ planda bərabərdir və heç kəs
başqalarına nisbətən daha çox hakimiyyətə malik olmamalıdır.
"Aqnostik" terroru və qətli (Roma imperatoru Kaliqulaya oxşar
olaraq) və ya demokratiyanı və sülhü (dəyər niqilisti olan İsveç
filosofu Aksel Hagerstr (Axel Hagerstr, 1868-1939) oxşar olaraq)
dəstəkləyə bilər. Öz növbəsində, "qnostik" inandığı həqiqətin xatirinə
qətl də törədə (kor bir fanatik kimi) bilər və ya istənilən zorakılığın
əleyhdarı da ola bilər (kvaker kimi).
"Aqnostik" mövqenin əleyhinə belə etiraz etmək olar ki, biz hər
halda, daha artıq bir dərəcədə qəbul edilə bilən bəzi normativ
nöqteyi-nəzərləri tapırıq və biz deməli ki, müxtəlif normativ
mövqelərin lehinə və əleyhinə arqumentlər irəli sürməyə səy etməliyik.
"Qnostiklərin" də əleyhinə normativ olaraq düzgün olan barədə son
dərəcə bir çox müxtəlif konsepsiyaların mövcud olması ilə bağlı olan
belə bir etiraz irəli sürmək olar ki, bu sahədə biliyə iddia etmək
aşkarana bir tərzdə problematikdir. Həmçinin, aralıq və ya
mümkündür ki, sintetik mövqeni müdafiə etməyə də səy etmək olar.
Başqa
cür
deyilsə,
biz
normativ
nöqteyi-nəzərlərimizi
qanuniləşdirməyə səy etməyə və eyni zamanda, daimi olaraq səhv
etmə imkanımızı etiraf üçün açıq olmağa borcluyuq. Belə bir aralıq
mövqe də həmçinin, müəyyən siyasi nəticələrə malikdir. Məsələn, o, öz
ardınca müxtəlif nöqteyi-nəzərlər arasında onların asanlıqla dərk
olunması barədə hansısa illüziya olmadan rasional diskussiya üçün
şəraitin meydana çıxmasını gətirə bilərdi. Açıq, ictimai debatlar onlar
Dostları ilə paylaş: |
|
|