809
normanın ümumi əhəmiyyətə malik olduğunu aydınlaşdırmaq üçün
biz necə hərəkət etməliyik. (Biz deməli ki, bu meyar haqqında
"metanorma" kimi danışa bilərik).
Rolz əxlaqi fəlsəfənin bəzi adi problemlərindən maraqlı bir
üsulla qaçmağa səy edir. Məsələn, o, əxlaqı ənənəvi mənada
əsaslandırmaq istəmir.
Əxlaqın əsaslandırılmasının fəlsəfi problemləri belə bir məsələ
ilə bağlıdır ki, əxlaqi mülahizələrin həqiqi və ya yalan, düzgün və ya
qeyri-düzgün olduğunu hesab etmək olarmı və olarsa, hansı qaydada?
Əgər məsələn, heç bir əxlaqi fakt mövcud deyildirsə, onda əxlaqi
mülahizə "faktlara" uyğun gələ bilməz (məntiqi pozitivizm ilə
müqayisə edin). Rolz yanaşmanı, nəzəri uyğunluq (a coherence-
theoretical perspective) ideyasına əsaslanmış yanaşmanı reallaşdırır:
əgər əxlaqi prinsip bizim digər normativ nöqteyi-nəzərlərimizlə və
təsəvvürlərimizlə uzlaşırsa, onda demək olar ki, o, əsaslandırılmışdır.
Beləliklə, məqsəd bizim müəyyən harmoniyaya nail oluncaya qədər
düzəlişlər verdiyimiz özünəməxsus refleksiv müvazinətdir. Əgər
əxlaqi nəzəriyyə bizim əxlaqi intuisiyamızla və insan və sosial şərait
haqqında nəzəriyyələrlə yaxşı uyuşursa, o, daha güclüdür.
Etiraz etmək olar ki, belə bir mövqe əxlaqi fəlsəfənin bəzi bazis
problemlərindən tamamilə qaçmağa imkan vermir. Məsələn, bir neçə
mümkün "razılaşdırılmış" (coherent) əxlaqi sistem təsəvvür etmək
olarmı və bizə bu halda onlar arasında necə seçim etmək lazımdır? Belə
bir situasiyada biz çətin ki "razılaşmaya" bir meyar olaraq müraciət edə
bilək. Bundan başqa, bu müzakirə üsulu görünür, onu nəzərdə tutur ki,
əgər prinsip bizim ümumiyyətlə, düzgün hesab edərək inandığımızla
uzlaşa bilərsə, onda biz müəyyən praktik sübut əldə etmiş oluruq.
Amma burada bəzi filosoflar deyə bilərdilər ki, biz yenidən klassik
problemlə qarşılışmışıq. Bizə haradan məlumdur ki, «bizim düzgün
hesab edərək inandığımız» düzgündür? Beləliklə, əxlaqi fəlsəfənin bazis
problemlərindən tamamilə qaçmaq Rolza nəsib olmur.
Öncə biz normativ problemlərin dərk olunmasının mümkünlüyü
məsələsini müxtəlif səbəblərdən məsələn, sofistlərlə, Sokratla,
Platonla, Hyumla və Kantla əlaqədar olaraq müzakirə etmişik. Biz
eyni zamanda, bu suala verilmiş bu və ya digər cavabın qəbul
edilməsinin siyasi nəticələrin müəyyən dərəcədə birmənalı olmamasını
qeyd etmişik. (Məsələn, etik-siyasi məsələləri dərk edəcəyinə nail
olacağına qabil olduğunu düşünən fərd mövcud rejimi həm müdafiə
etməyə, həm də tənqid etməyə də qabildir; Orta əsrlərdə kilsənin və
dövlətin münasibətləri ilə müqayisə edin).
Məsələ onda deyildir ki, "normativ olan" ümumi əhəmiyyətə
malik olmaya iddia edən normaların var olması mənasında