Gürcüstan Hökumətİ Dövlət İdarələrarası Komİss


Mədəniyyətlər arası dialoqun inkişaf etdirilməsi



Yüklə 315,22 Kb.
səhifə11/12
tarix01.11.2017
ölçüsü315,22 Kb.
#7920
1   ...   4   5   6   7   8   9   10   11   12

Mədəniyyətlər arası dialoqun inkişaf etdirilməsi



Mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi məqsədilə Mədəniyyət və Abidələrin Müdafiəsi Nazirliyi tərəfindən bir neçə layihə həyata keçirildi:


  • Rəngarəng Gürcüstan” layihəsi – həm Marneulidə, həm Axalkalakidə, həm də Ninodzminda və Bolnisidə mədəni tədbirlərin keçirilməsini, Gürcüstanda yaşayan gənc etnik azlıq nümayəndələrinin mədəni həyatda inteqrasiyasının dəstəklənməsini, gənclərin məlumatlandırılmasını və incəsənət təhsili səviyyəsinin yüksəldilməsini, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsini nəzərdə tuturdu. Layihə çərçivəsində Bolnisidə, Ninodzmindada, Marneuli və Axalkalakidə mədəni tədbirləri keçirildi.

  • Bütün mədəniyyətlər fərqli, lakin bərabərdirlər” –layihəsi çərçivəsində Marneuli şəhəri və Ninodzminda şəhərində müxtəlif etnos nümayəndələrinin folklor ansambllarının konsertləri və rəsm müsabiqələri keçirildi. Tbilisidə qeyd olunmuş müsabiqə və konsertləri əks etdirən fotosərgi təşkil edildi.

  • QKHŞ “Etnik mədəniyyət cəmiyyəti” klassik musiqi axşamı –“Rəngarənglik bayramı” həyata keçirdi. Layihə müəllifləri Gürcüstanın müxtəlif guşələrindən istedadlı gənclər seçdilər və Tbilisinin A. Xaçaturiani adına musiqi məktəbinin konsert salonunda axşam təşkil etdilər.

  • QKHŞ İncəsənətin Dəstəklənməsi Mərkəzinin “Afişalarda rəngarəng Gürcüstan” layihəsi çərçivəsində eyni adlı kataloq hazırlanıb dərc olundu, afişalar çap edilib sərgiləndi.

  • Serqo Paracanovun Tbilisisi” –Serqo Paracanov yaradıcılığını əks etdirən kataloqun dərc edilməsi. Kitabda tanınmış rejissorun və rəssamın həyat və yaradıcılığı ilə bağlı rəssamların və incəsənətşünasların baxışları öz əksini tapmışdır. Kataloqun təqdimatı Gürcüstan Milli Muzeyində və Kiyevdə -Dovjenko adına Milli Mərkəzdə keçirildi.

  • “Demosi” ittifaqının təşəbbüsü ilə “Başqa bir Gürcüstan harada var” layihəsi işlənib hazırlandı. Layihənin məqsədi gürcü mahnılarının yeniyetmələr arasında populyarlaşdırmaqdan ibarət idi. Marneuli şəhərində gürcü mahnıları müsabiqə-festivalı “Başqa bir Gürcüstan harada var” keçirildi. Festival çərçivəsində, Kvemo Kartli regionunda yaşayan 6-17 yaş aralığında gürcü və başqa etnik azlıq nümayəndəsi yeniyetmələr gürcü akademik estrada mahnılarını ifa etdilər.

  • Gürcülərlə osetinlərin dostluğu” layihəsi –“Qafqaz mozaikası” Beynəlxalq Cəmiyyəti “Demarkasiya xəttində yerləşən kəndlərin əhalisi üçün sərginin təşkili və mədəni tədbirlərin keçirilməsi” layihəsini həyata keçirdi. Layihə çərçivəsində, Erqnetidə gürcü-osetin münasibətlərini əks etdirən fotomüsabiqə, eləcə də gürcü və osetin rəssamlarının əsərlərinin sərgisi təşkil edildi, konsert keçirildi.

  • Gürcü xoreoqrafiyasının himayəçisi Omar Xubayevin yubiley və yaradıcılıq gecəsi keçirildi.

Hesabat dövrü ərzində Mədəniyyət və Abidələrin Müdafiəsi Nazirliyi Pankisi dərəsində aşağıdakı tədbirləri həyata keçirdi:

  • “Bizim xalq -vaynaxlar” –layihəsi çərçivəsində Pankisi və Coğoloda təşkilatçılar tərəfindən seçilmiş yaradıcı qruplar tərəfindən Tbilisidə, Kote Marcanişvili adına Dövlət Dram Teatrımda sərgi və konsert keçirildi.

  • “Pankisidə Qafqaz mədəniyyəti festivalı” –layihənin əsas məqsədini vaynax mədəniyyətinin yayılması və dəstəklənməsi təşkil edirdi.

  • “Milli azlıqların mədəni irsinin populyarlaşdırılması” –Tuşeti və Pankisi dərəsində mühüm problemlərin həll edilməsinə dəstəyin göstərilməsi, vaynax mədəniyyətinin populyarlaşdırılması; tuşların və vaynaxların iştirakı ilə birgə folklor konserti keçirildi.

  • 2016-cı il mayın 21-də Duisi kəndində Rəngarənglik günü qeyd edildi. Müxtəlif növ tədbirlər keçirildi. Muzey eksponatlarının və ənənəvi əl işi əşyalarının sərgisi təşkil edildi. Bağater Arabulinin kitabı “Xevsur saqası”nın təqdimatı, yerli folklor ansambllarının və ÜHHŞ Qori Q.Eristavi adına Peşəkar Dram Teatrının aktyorlarının iştirakı ilə bayram konserti keçirildi;

  • “Pankisi dərəsi və kist rəqsinin himayədarı” –qeyd edilmiş ad altında albom ərsəyə çıxarıldı, hansı ki, yerli rəqslərin, ənənələrin qorunub-saxlanmasına, aşkarlanmasına və populyarlaşdırılmasına xidmət edir.

  • “Foto-məktəb” yerli uşaqların foto-sənətə yiyələnməsini nəzərdə tutur. Layihənin sonunda yekun foto-sərgi keçirildi.

  • “Vaynax incəsənəti” albomunun dərc olunması –kataloqda vaynax incəsənət nümunələri, vaynax ənənəvi mədəniyyəti, tətbiqi-dekorativ incəsənət, qədimi sənət texnologiyaları və ustalıq haqqında məlumatlar öz əksini tapmışdır;

  • Vaynax uşaq nağılları gürcü dilində nəşr olunmaq üçün hazırlandı, hansı ki, qədim vaynax nağıllarının, ənənələrinin və məişət mədəniyyətinin populyarlaşdırılmasına xidmət edir.

  • ÜHHŞ Nodar Dumbadze adına Gənc Tamaşaçılar Teatrının Pankisi kəndlərinə (Duisi, Omalo, Coğolo) qastrolları təşkil olundu;

  • ÜHHŞ “Kölgələr teatrının” Duisi kəndinə qastrolu (tamaşa “Dörd fəsil”);

  • Uşaq folklor ansamblı “Siin Siqla” səhnə kostyumları və texniki avadanlıqla təchiz edildi.



Samsxe-Cavaxeti dövlət qəyyumu-qubernatoru administrasiyası etnik azlıqların mədəniyyətinin və identikliyinin qorunmasını dəstəkləyən tədbirlərdə aktiv surətdə iştirak edir. Etnik azlıqların kompakt məskunlaşdığı administrasiya vahidlərində klub müəssisələri funksiya göstərir. Burada mahnı və rəqs ansamblları da yaradılmışdır. Axalkalaki və Ninodzmindada həmçinin musiqi və rəssamlıq məktəbləri aktiv fəaliyyət göstərirlər. Bununla yanaşı, mədəni ənənələrin qorunması məqsədilə yerli büdcə əsasında müxtəlif mədəni obyektlərə maliyyə dəstəyinin göstərilməsi və mədəni tədbirlərin maliyyələşdirilməsi həyata keçirilir. Samsxe-Cavaxetinin 7 bələdiyyəsində 183 mədəni müəssisə, eləcə də 11 rəssamlıq və musiqi məktəbi fəaliyyət göstərir.

Kaxeti regionunda dövlət qəyyumu-qubernatoru administrasiyası tərəfindən həyata keçirilmiş işlər:


Kaxeti regionu bələdiyyələrinin yerli büdcəsi ilə etnik azlıqların məskunlaşdığı kəndlərdə müxtəlif infrastruktur layihələri maliyyələşdirildi. Layihənin yekun dəyəri 450 000 lari təşkil etdi. Həmçinin bələdiyyələrin sosial yardım proqramının müxtəlif maddələri üzrə 150 000 laridən artıq məbləğ verildi. Kaxeti regionunda il ərzində 35-ə qədər müxtəlif mədəni tədbirlər keçirildi.
Hesabat dövrü ərzində kənd kitabxanalarında (Coğolo, Aşağı Xalatzani) kitab fondunun Bələdiyyə-Mərkəzi Kitabxananın Kitab fondu hesabına zənginləşdirilməsi həyata keçirildi, Duisi kənd kitabxanasının isə statusu bərpa edildi.

  • Pankisi etnoqrafiya muzeyinə əsasən yerli əhalinin ianələri hesabına 15 muzey eksponatı əlavə edildi;

  • Dəmirçi dəzgahı almaq üçün bələdiyyə büdcəsindən məbləğ ayrıldı;

  • Axmeta bələdiyyəsi incəsənət-maarif məktəbi bazasında Coğolo kəndində incəsənət-maarif məktəbin filialı açıldı. Xüsusilə, tətbiqi incəsənət dərnəyi açıldı və burda 27 uşaq dərs alır;

  • Pankisi dərəsində, xüsusən, Duisidə bir musiqi məktəbi fəaliyyət göstərir (7 uşaq qəbul edilib, iki işçi işlə təmin olunub).

2016-cı il ərzində Gürcüstan Cəzaçəkmə və Probasiya Nazirliyinin Penitensiar İdarəsində aktiv surətdə müxtəlif mədəni-maarif və idman tədbirləri keçirilirdi. Tədbirlərdə etnik azlıq nümayəndəsi olan məhkumlar aktiv şəkildə iştirak edirdilər. Əldə edilmiş təcrübəyə əsasən, hesabat dövrü ərzində penitensiar idarələrdə ayda iki dəfə informasiya xarakterli görüşlər təşkil olunurdu.

Qeyd etmək lazımdır ki, hər bir penitensiar idarədə elə bir otaq var, harada ki, müxtəlif din nümayəndələri özlərinin ruhaniləri ilə görüşür və dini ayinlər yerinə yetirirlər. Həmçinin, N5 saylı penitensiar müəssisədə müsəlman məhbus və məhkumlar üçün dini mərasimlərin yerinə yetirilməsi üçün xüsusi otaq fəaliyyət göstərir.


Yüklə 315,22 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə