H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   47   48   49   50   51   52   53   54   ...   60

A
NLAYIġLAR 
 
Prinsiplər  barədə  hazırkı  bəyanatda  istifadə  olunan  sözlər  aĢağıdakı  mənaları  daĢıyır  (məzmunun  fərqli 
mənaya yol verdiyi və ya bunu tələb etdiyi hallar istisna olmaqla): 
“Məhkəmə iĢçiləri” – hakimin bilavasitə tabeliyində olan Ģəxslər, o cümlədən məhkəmə kargüzarları; 
“Hakim” – istənilən Ģəkildə təyin olunmuĢ və hakimlik funksiyalarını həyata keçirən hər hansı Ģəxs; 
“Hakimin ailə üzvləri” – hakimin əri (arvadı), oğlu, qızı, kürəkəni, gəlini və hakimin evində yaĢayan hər 
hansı digər yaxın qohumu və ya hakimin partnyoru olan və ya ona muzdla xidmət edən Ģəxs; 
“Hakimin  əri  (arvadı)”  – hakimin  həyat  yoldaĢı  və  ya istənilən  cinsə mənsub və hakimlə  yaxın  Ģəxsi 
münasibətlərdə olan istənilən Ģəxs. 
 
ġərh 
Hakimin ailə üzvləri 
221. “Hakimin ailə üzvləri” anlayıĢında “hakimin evində yaĢayan Ģəxs” ifadəsi  yalnız “hakimin hər hansı 
digər  yaxın  qohumuna  və  ya  hakimin  partnyoru  olan  və  ya  ona  muzdla  xidmət  edən  Ģəxsə”  aiddir, 
hakimin əri (arvadı), oğlu, qızı, kürəkəni və ya gəlininə aid deyil. 
 
 


Əlavə 
 
M
ƏDƏNĠ VƏ 
D
ĠNĠ 
Ə
NƏNƏLƏR 
Hələ qədim zamanlardan bütün mədəniyyət və dinlərdə hakim yüksək əxlaqi keyfiyyətlərə və onu 
adi  insanlardan  fərqləndirən  xüsusiyyətlərə  malik  olan,  cəmiyyətin  digər  üzvlərindən  fərqli  olaraq  daha 
sərt tələblərə tabe olmağa, ehtiyatlı davranmağa və daha ciddi və məhdudlaĢdırılmıĢ həyat tərzi sürməyə 
məcbur olan insan hesab olunurdu. 
 
Qədim Yaxın ġərq 
Qorunub  saxlanılan  yazılı  mənbələrə  əsasən,  təxminən  e.ə.  1500-cü  ildə  firon  III  Tutmos  Misirin 
baĢ vəziri Rexmirə bu təlimatları vermiĢdir:
75
 
“BaĢ hakimin palatası barədə qayğıkeĢ ol. Orada baĢ verənlərin hamısını diqqətlə izlə. Yadda saxla 
ki,  orada  krallığın  bütün  iĢləri  həll  olunur;  ...  Nəzarət  et  ki,  hakim  vəzirlərin  və  ali  mənsəb 
sahiblərinin qarĢısında təzim etməsin və bütün insanlarla qardaĢ kimi davranmasın. 
... Diqqətli ol ki, hər Ģey qanuna uyğun və ədalətlə həyata keçirilsin və heç bir insan ondan məhrum 
olunmasın... ali mənsəb sahibi hər Ģeyi qanuna uyğun Ģəkildə görməli, Ģikayətçinin onun yanına nə 
üçün gəldiyinə diqqət etməlidir...  
Allah  qərəzliliyə  nifrət  edir.  O  belə  öyrədir:  hamı  ilə  eyni  cür  davran,  tanımadıqlarınla  da 
tanıdıqların kimi və uzaqda olanlarla da yaxında olanlar kimi... Buna əməl edən ali mənsəb sahibi 
vəzifəsində uğur qazanacaqdır.  
Heç kimə nahaq yerə qəzəblənmə, lakin qəzəblənmək lazım olan Ģey barəsində qəzəbli ol.” 
 
Qədim hind hüququ 
Qədim hind hüququnda ən mühüm və ətraflı qanunvericilik toplusu “Manu Qanunları” (təxminən 
e.ə.  1500-cü  il)  sayılır.  Görkəmli  qədim  hind  hüquqĢünas  alimi  Narada  (təxminən  b.e.  400-cü  ili)  öz 
Ģərhlərində “Manu Qanunları”na əsaslanaraq, məhkəmələr haqqında belə yazırdı:
76
 
1.
 
Kral  məhkəməsinin  üzvləri  müqəddəs  qanunları  bilməli  və  sağlam  mühakimə  qaydalarını  rəhbər 
tutmalı;  alicənab  olmalı,  həqiqətə  qulluq  etməli  və  həm  dostuna,  həm  də  qeyri-dostuna  qarĢı 
qərəzsiz olmalıdır. 
2.
 
Ədalət  mühakiməsi  onlardan  asılıdır  və  ədalət  mühakiməsinin  hakimi  kral  tərəfindən  təyin 
edilmiĢdir.  
3.
 
Lakin  harada  ki  adxarmanın  (qanunsuzluğun)  təsirinə  məruz  qalan  dxarma  (qanun)  məhkəməyə 
nüfuz  edir  və  hakimlər  cinayətin  qarĢısını  almırlar,  orada  hakimlər  eyni  qanunsuzluğun  təsirinə 
məruz  qalırlar.  Harada  ki  hakimlərin  nəzərində  qanun  qanunsuzluqla,  həqiqət  isə  yalanla  məhv 
edilir, orada hakimlərin özləri məhv olurlar. 
4.
 
Ya  məhkəməyə  gəlmək  lazım  deyil,  ya  da  düzgün  danıĢmaq  lazımdır:  danıĢmayan  və  ya  həqiqətin 
əleyhinə danıĢan insan günahkar sayılır. 
5.
 
Məhkəməyə gəldikdən sonra lal kimi oturan, danıĢmalı olduqları məqamlarda sakit və seyrçi mövqe 
tutan hakimlər həqiqətən yalançıdırlar. 
6.
 
Ədalətsiz davranıĢa görə günahın dörddə biri təqsirkar Ģəxsə, dörddə biri - Ģahidə, dörddə biri  - 
bütün hakimlərə, dörddə biri isə - Ģaha aiddir. 
                                                 
75
 J.H. Breasted, Ancient Records of Egypt, Vol II (The Eighteenth Dynasty) (University of Chicago Press, 1906), pp. 268-270, 
cited in C.G. Weeramantry, An Invitation to the Law (Melbourne, Australia, Butterworths, 1982), pp. 239-240. 
76
 Sacred Books of the East, Max Muller (ed), (Motilal Banarsidass, 1965), Vol XXXIII, (The Minor Law Books) pp. 2-3, 5, 
16, 37-40, cited in Weeramantry, An Invitation to the Law, pp. 244-245. 


Ədalətli  davranıĢın  zəruriliyini  vurğulayan  Manu  hakimin  “Ģəhvət  düĢkünü”  olmamasını  tələb 
edirdi, çünki “Ģəhvani hisslərinin əsirinə çevrilmiĢ” insan ədalətli cəza təyin edə bilməz.
77
 
Qanun  yaradıcılığı  və  idarəetmənin  prinsiplərinə  dair  ən  məĢhur  qədim  hind  traktatı  olan 
ArtxaĢastra”nın tərtibçisi Kautilya (təxminən e.ə. 326-291-ci illər) hakimlər haqqında belə yazır:
78
 
 
“Məhkəmə çəkiĢməsinin iĢtirakçılarından hər hansı birini hədələyən, qorxudan, zaldan qovan və ya 
ədalətsiz  Ģəkildə  susmağa  məcbur  edən  hakim  pul  cəriməsi  ilə  cəzalandırılmalıdır.  Əgər  o, 
onlardan  hər  hansı  birini  təhqir  edərsə  və  ləyaqətini  tapdalayarsa,  cəzanı  ikiqat  etmək  lazımdır. 
Əgər o, soruĢmalı olduqlarını soruĢmursa və ya soruĢulmamalı Ģeyləri soruĢursa, öz soruĢduqlarını 
nəzərə  almırsa,  yaxud  əvvəlki  ifadələri  kiməsə  öyrədirsə,  xatırladırsa  və  ya  göstərirsə,  onu  orta 
məbləğli cərimə ilə cəzalandırmaq lazımdır. 
Əgər  hakim  zəruri  olan  halları  aydınlaĢdırmırsa,  lazımsız  hallar  barədə  məlumat  toplayırsa, 
vəzifələrinin  icrasını  zərurət  olmadan  gecikdirirsə,  iĢi  qərəzli  olaraq  təxirə  salır  və  yubadırsa, 
Ģikayətçini  və  cavabdehi  formal  əngəllərlə  bezdirərək  məhkəməni  tərk  etməyə  vadar  edirsə, 
mübahisənin  həllinə  kömək  edə  bilən  məsələlərin  üzərindən  keçirsə  və  ya  buna  Ģərait  yaradırsa, 
Ģahidlərə  öz  fikirlərində  ipucu  verərək  kömək  edirsə,  yaxud  artıq  həll  edilmiĢ  iĢləri  təzələyirsə, 
maksimal cərimə ilə cəzalandırılmalıdır.” 
 
Buddizm fəlsəfəsi 
Budda  (təxminən  e.  ə.  500-cü  il)  təliminə  görə,  insanın  davranıĢı  bütün  aspektləri  baxımından 
düzgün olmalı və buna nail olmaq üçün buddizmin “səkkizölçülü nəcib yol”u ilə getmək lazımdır. Buraya 
düzgün  baxıĢ,  düzgün  fikir,  düzgün  nitq,  düzgün  fəaliyyət,  düzgün  həyat  tərzi,  düzgün  səylər,  düzgün 
zehin və düzgün konsentrasiya aiddir ki, bunların hamısı birlikdə insanın istənilən fəaliyyət növünü əhatə 
edən davranıĢ məcəlləsini təĢkil edir. Buddizmə görə, ədalət hər biri buddist fikrin mövcud olduğu bir çox 
əsrlər  ərzində  hərtərəfli  fəlsəfi  təhlilin  predmeti  olmuĢ  bütün  bu  əxlaqi  qaydalara  riayət  olunmasıdır. 
Düzgün davranıĢın bu konsepsiyası buddist hüquq sistemləri kimi idarəetmənin də buddist anlayıĢından 
ayrılmazdır.
79
 
Qanunun  həyata  keçirilməsində  əsas  rol  oynayan  kral  və  ya  hökmdar  bərabərlər  arasında  birinci 
(primus  inter  pares)  sayılır  və  buna  görə  də  qanundan  yüksəkdə  dayanmır.  XoĢbəxt  idarəetməni  təmin 
etmək üçün hökmdarın riayət etməli olduğu əxlaqi qaydalar məcəlləsi aĢağıdakı prinsipləri əks etdirir:
80
 
1.  Hökmdar  var-dövlət  və  mal-mülk  hərisi  olmamalı,  əksinə  onları  insanların  rifahı  naminə  sərf 
etməlidir; 
2.  O  öz  vəzifələrinin  icrası  zamanı  qorxu  və  ya  lütfkarlıqdan  azad,  yəni  qərəzsiz  olmalı,  öz 
niyyətlərində səmimi olmalı və ictimaiyyəti aldatmamalıdır; 
3. O, xoĢ xasiyyətə malik olmalıdır; 
4.  O, sadə həyat tərzi keçirməli, cah-cəlal içində yaĢamamalı və özünü məhdudlaĢdıra bilməlidir; 
5. O, heç kimə nifrət etməməli və hirs və ədavətdən uzaq olmalıdır; 
6. O özündən çıxmadan çətinliklərə, məhrumiyyətlərə və təhqirlərə dözməlidir. 
Mübahisə  yarandıqda,  kral  (və  ya  digər  hakim)  “hər  iki  tərəfə  bərabər  Ģəkildə  diqqət  yetirməli”, 
“hər bir tərəfin dəlillərini dinləməli və məsələni həqiqətə uyğun həll etməlidir”. Hakim araĢdırma zamanı 
“ədalətsizliyə aparan dörd ünsürdən” qaçmağa çalıĢmalıdır. Bunlar qabaqcadan formalaĢmıĢ yanlıĢ fikir, 
nifrət, qorxu və cəhalətdir.
81
 
                                                 
77
 „The Laws of Manu‟, Sacred Books of the East, 50 vols., ed. F. Max Muller, (Motilal Banarsidass, Delhi), 3rd reprint (1970), 
vol. xxv, vii. 26.30, cited in Amerasinghe, Judicial Conduct, p. 50. 
78
 The Arthasastra, R.Shamasastry (trans.), (Mysore Printing and Publishing House, 1967), pp. 254-255, cited in Weeramantry, 
An Invitation to the Law, p. 245. 
79
 Weeramantry, An Invitation to the Law, p. 23. 
80
 Walpola Rahula, What the Buddha Taught (Bedford, The Gordon Fraser Gallery Ltd., 1959), 1967 edition, p. 85. 
81
 Sri Lanka Foundation, Human Rights and Religions in Sri Lanka (Colombo, 1988), p. 67.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə