6.5. Hakim özünün bütün vəzifələrini, təxirə salınmıĢ qərarların çıxarılması da daxil olmaqla,
ağlabatan və ədalətli Ģəkildə, mümkün qədər qısa müddətdə yerinə yetirməlidir.
ġərh
ĠĢlərə mümkün qədər qısa müddətdə baxmaq vəzifəsi
207. ĠĢlərə səmərəli, ədalətli və mümkün qədər qısa müddətdə baxarkən, hakim onun qarĢısında çıxıĢ
edən tərəflərin hüquqlarına lazımi diqqət nümayiĢ etdirməli və mübahisəli məsələlərin əlavə xərc və ya
lazımsız təxirəsalmalar və gecikmə olmadan həllini təmin etməlidir. Hakim lazımsız təxirəsalmaları,
qarĢısı alına biləcək gecikmələri və əlavə xərcləri azaltmaq və ya aradan qaldırmaq üçün məhkəmə
baxıĢına verilən iĢləri izləməli və nəzarətdə saxlamalıdır. Hakim tərəflər arasında mübahisənin barıĢıq
yolu ilə tənzimlənməsini dəstəkləməli və buna kömək etməyə çalıĢmalıdır, lakin bu zaman tərəflər
özlərini onların mübahisəsinə məhkəmə tərəfindən baxılması hüquqlarından imtinaya məcbur edilmiĢ
kimi hiss etməməlidirlər. Bütün iĢlərə ədalətli və səbrli Ģəkildə baxmaq vəzifəsi məhkəmə iĢlərinin
mümkün qədər qısa müddətdə baxılıb həll edilməsi ilə ziddiyyət təĢkil etmir. Hakim öz vəzifələrini zəruri
səbr nümayiĢ etdirmək və götür-qoy etməklə bahəm səmərəli və iĢgüzar icra edə bilər.
Dəqiq olmaq vəzifəsi
208. Məhkəməyə verilmiĢ iĢlərə mümkün qədər qısa müddətdə baxılıb həll edilməsi hakimdən məhkəmə
iclaslarına dəqiq vaxtında gəlməyi və məhkəmə baxıĢında olan iĢlərin həll edilməsi zamanı operativ
olmağı tələb edir; bu məqsədə nail olmaq üçün o, məhkəmə aparatı iĢçilərinin, çəkiĢən tərəflərin və
onların vəkillərinin qarĢılıqlı əməkdaĢlıq etmələrini tələb etməlidir. Məhkəmə iclası qaydalarının
pozulması, onların qeyri-müntəzəmliyi məhkəmə prosesinin əsassız gecikmə və ləngimələrinə səbəb olur
və məhkəmələrin fəaliyyəti barədə xoĢagəlməz təəssürat yaradır. Ona görə də, müntəzəm məhkəmə iclas
saatlarının nəzərdə tutulduğu yurisdiksiyalarda hakimlər bu qaydalara, funksiyalarının məhkəmədənkənar
qaydada tez bir zamanda yerinə yetirilməsini də təmin etməklə, ciddi Ģəkildə riayət etməlidirlər.
Təxirə salınmıĢ qərarların dərhal çıxarılması vəzifəsi
209. Hakim iĢin təcililiyini və digər xüsusi halları, iĢin davamiyyətini və ya mürəkkəbliyini, həmçinin
digər iĢ öhdəliklərini lazımınca nəzərə alaraq, təxirə saldığı qərarları mümkün qədər tez bir zamanda
çıxarmalıdır. Xüsusilə, qərarın əsaslandırıcı hissəsi hakim tərəfindən əsassız gecikdirməyə yol verilmədən
elan edilməlidir.
ġəffaflığın əhəmiyyəti
210. Hakim çəkiĢən tərəflərin və onların vəkillərinin müvafiq iĢ üzrə icraatın hansı mərhələdə olması
barədə məlumat əldə edə bilmələrinə imkan verən Ģəffaf mexanizmlər yaratmalıdır. Vəkillərin və ya öz
maraqlarını özlərinin təmsil etdiyi tərəflərin əsassız Ģəkildə ləngidildiyini fikirləĢdikləri qərarların
çıxarılma müddətləri barədə sorğu verə bilmələri üçün məhkəmələr ictimaiyyətə açıq olan protokolları
təqdim etməlidirlər. Həmin protokollarda təxirəsalma açıq-aĢkar əsassız olduğu və ya hər hansı tərəfə
ciddi ziyan vurduğu hallarda məhkəmə daxilində müvafiq orqana Ģikayət edə bilmək imkanı nəzərdə
tutulmalıdır.
6.6. Hakim bütün məhkəmə araĢdırmaları gediĢində qaydanı gözləməli, etiketə riayət etməli və iĢ
üzrə tərəflərə, andlı iclasçılara, Ģahidlərə, vəkillərə və vəzifəsi ilə bağlı ünsiyyətdə olduğu digər
Ģəxslərə münasibətdə səbrli, ləyaqətli və nəzakətli davranmalıdır. Hakim eyni cür davranıĢı
tərəflərin qanuni nümayəndələrindən, məhkəmə iĢçilərindən və hakimin təsiri, tabeçiliyi və ya
nəzarəti altında olan digər Ģəxslərdən də tələb etməlidir.
ġərh
Hakimin rolu
211.
Hakimin rolu, baĢ
hakimlərdən birinin fikrincə, aĢağıdakılarda ifadə olunur:
74
“Hakimin rolu Ģahidlərə yalnız nəzərdən yayınan və ya qaranlıq qalan hər hansı məqama
aydınlıq gətirmək lazım olduqda suallar verməklə, məhkəməyə verilən ifadələri diqqətlə dinləməkdən; iĢə
aidiyyəti olmayan məsələlərin müzakirəsini istisna etmək və təkrarlara yol verməmək üçün vəkillərin
özlərini münasib Ģəkildə aparmalarına və qanunla nəzərdə tutulmuĢ qaydalara riayət etmələrinə nəzarət
etmək; məntiqli müdaxilə ilə vəkillərin dediklərini anladığından və qiymətləndirə bildiyindən əmin olmaq;
və nəhayət, həqiqətin kimin tərəfində olduğunu həll etməkdir. Əgər hakim bu rol çərçivəsindən kənara
çıxırsa, hakimlik mantiyasını ataraq vəkil mantiyasını geymiĢ olur: bunu etmək hakimə yaraĢmır. . .
Bizim standartlarımız belədir”.
Məhkəmə iclasının gediĢində qaydanı gözləmək və etiketə riayət etmək
212. “Qayda” dedikdə, hüququn tələblərinə uyğunluq və iĢə məhkəmədə baxılması prosesində müəyyən
olunmuĢ prosedur qaydalara riayət edilməsini təmin etmək üçün zəruri olan səlislik nəzərdə tutulur.
“Etiket” dedikdə isə, həm proses iĢtirakçılarının, həm də ictimaiyyətin nəzərində məhkəmə tərəfindən iĢə
ədalətli və ciddi Ģəkildə baxıldığını göstərən diqqətlilik və nəzakətlilik Ģəraiti baĢa düĢülür. Ayrı-ayrı
hakimlər onların qarĢısında çıxıĢ edən vəkilin və ya proses iĢtirakçısının konkret davranıĢı, danıĢığı və ya
geyim tərzinin nə dərəcədə yaraĢan hal sayılması ilə bağlı müxtəlif nəzər nöqtəsi və standartlara malik ola
bilərlər. Bir hakim tərəfindən etik normalara açıq-aydın uyğun olmayan kimi qəbul edilən hal digər
hakimin nəzərində zərərsiz orijinallıq kimi görünə, iĢə aidiyyəti olmaya və ya davranıĢ normalarına tam
uyğun gələ bilər. Bundan baĢqa, bəzi iĢlər digərlərindən fərqli olaraq formallığa daha çox riayət
olunmasını tələb edir. Ona görə də, hər hansı konkret ölkənin ayrı-ayrı ərazilərindəki məhkəmə zallarında
hər bir konkret zaman kəsiyində “qayda” və “etiket”in müxtəlif təzahürlərinin geniĢ spektrini görmək
olar. “Qayda” və “etiket” anlayıĢlarının vahid standartını təklif etmək arzuolunan deyil və bu, hər bir
halda imkansızdır. Bunun əvəzində hakim məhkəmədə qayda və etiketin məhkəmə tərəfindən öz
səlahiyyətlərinin ədalətli və qanunun tələblərinə uyğun icra edilməsi üçün zəruri olan səviyyəsini təmin
etmək və saxlamaqdan ötrü ağlabatan tədbirlər görməli, eyni zamanda vəkillərə və məhkəmə
araĢdırmasının tərəflərinə ədalətlilik və hüququn tələblərinə uyğunluq təminatları təqdim etməlidir.
Məhkəmə araĢdırmasının tərəflərinə münasibətdə davranıĢ
213. Hakimin davranıĢı, onun özünü aparmaq manerası hakimin qərəzsizliyinə olan inamın saxlanması
üçün birinci dərəcəli əhəmiyyət kəsb edir, çünki məhz onun davranıĢı ilk növbədə ətrafdakıların diqqətini
özünə cəlb edir. Qeyri-lazımınca davranıĢ qabaqcadan hasil olan qənaət və ya laqeyd münasibət təəssüratı
yaratdığı üçün məhkəmə prosesinə olan inamı sarsıda bilər. Məhkəmə araĢdırmasının tərəfinə qarĢı
kobud, hörmətsiz münasibət həmin tərəfin öz iĢinin dinlənilməsi hüququnu pozur və məhkəmə zalında
hökmranlıq etməli olan nüfuzu və ədəb-ərkanı sarsıdır. Hakimin nəzakətsiz davranıĢı, həmçinin tərəfin iĢə
baxılması prosesindən məmnun qalmasına mənfi təsir göstərir və ümumilikdə məhkəmələr haqqında
neqativ təsəvvür yaradır.
74
Jones v. National Coal Board, Court of Appeal of England and Wales [1957] 2 QB p.55 at p.64, per Lord Denning.