H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   41   42   43   44   45   46   47   48   ...   60

Tətbiqi: 
5.1. Hakim cəmiyyətdəki müxtəlifliyi və irqi mənsubiyyət, dərinin rəngi, cins, din, milli mənĢə, silk, 
əmək qabiliyyətsizliyi, yaĢ, ailə vəziyyəti, cinsi orientasiya, sosial-iqtisadi vəziyyət və sair oxĢar 
səbəblərin  (“iĢə  aidiyyəti  olmayan  əsaslar”)  daxil  olduğu,  lakin  bunlarla  məhdudlaĢmayan 
müxtəlif mənbələrdən irəli gələn fərqləri bilməli və anlamalıdır.  
 
ġərh 
 
Mədəni müxtəlifliyi bilmək və ona hörmətlə yanaĢmaq vəzifəsi 
186. Hakim təkcə cəmiyyətdəki mədəni, irqi və dini müxtəliflikləri və fərqləri bilməli və anlamalı deyil, 
həm də hər hansı iĢə aidiyyəti olmayan əsaslarla bağlı qabaqcadan hasil olan qənaət münasibətindən və ya 
qabaqcadan  formalaĢmıĢ  yanlıĢ  fikirdən uzaq olmalıdır. Hakim cəmiyyətdə  dəyiĢən baxıĢlar və  dəyərlər 
barədə  məlumatlı  olmaq  üçün  bütün  mümkün  vasitələrdən,  həmçinin  onun  qərəzsiz  olmasına  və  belə 
qəbul  olunmasına  kömək  edə  biləcək  münasib  təhsil  imkanlarından  (hansı  ki  müvafiq  Ģəkildə  təmin 
olunmalıdır)  istifadə  etməyə  çalıĢmalıdır.  Lakin  yadda  saxlamaq  lazımdır  ki,  bu  cəhdlər  cəmiyyətin 
nəzərində hakimin qərəzsizliyini azaltmalı deyil, artırmalıdır. 
 
 


5.2. Hakim öz vəzifələrini icra edərkən sözlə və ya hərəkətlə hər hansı Ģəxsə və ya Ģəxslər qrupuna 
qarĢı  iĢə  aidiyyəti  olmayan  səbəblərə  əsaslanaraq  qərəzlilik  və  ya  qabaqcadan  formalaĢmıĢ 
yanlıĢ fikir nümayiĢ etdirməməlidir. 
 
ġərh 
 
Üzürsüz Ģərhlərdən çəkinmək vəzifəsi 
187.  Hakim  özünü  elə  aparmağa  çalıĢmalıdır  ki,  istənilən  sağlam  düĢüncəli  müĢahidəçidə  onun 
qərəzsizliyinə  inam  yaransın.  Hakim  etinasızlıq  və  ya  hörmətsizlik  göstərilməsi  kimi  təfsir  edilə  bilən 
qeyd,  ifadə,  jest  və  ya  davranıĢlardan  çəkinməlidir.  Bu,  irqi,  mədəni,  cinsi  və  ya  digər  stereotiplərə 
əsaslanan, iĢə aidiyyəti olmayan və ya üzürsüz Ģərhlərə, həmçinin məhkəmə araĢdırmasında iĢtirak edən 
Ģəxslərin onların maraqlarına bərabər hörmət və diqqətdən istifadə etmədiklərini ifadə edən hərəkət və ya 
davranıĢlara aiddir. Hakimin kiminsə, o cümlədən özünün etnik mənsubiyyəti barədə saymazyana fikirləri 
də  nalayiq  və  ədəbsiz  rəftarın  təzahürü  sayılır.  Hakim  öz  Ģərhlərinin  hər  hansı  irqi  ayrı-seçkilik  mənası 
daĢımaması  və  qəsdən  olmasa  belə,  cəmiyyətdəki  azlıqlar  qrupunu  təhqir  etməməsi  üçün  xüsusi 
ehtiyatlılıq nümayiĢ etdirməlidir.    
 
Hakim qeydlərini ehtiyatla və nəzakətlə bildirməlidir.  
188. Hakim iĢ  üzrə tərəflərin, vəkillərin, məhkəmə prosesi iĢtirakçılarının və Ģahidlərin ünvanına  əsaslı 
olmayan və təhqiramiz fikirlər bildirməyə haqlı deyil. Elə hallar olub ki, cinayət törətməkdə təqsirli hesab 
olunan  Ģəxsin  barəsində  hökmün  çıxarılması  zamanı  hakim  onu  təhqiramiz  ifadələrlə  “bəzəmiĢdir”. 
Hakim  yerli  ənənələrdən  asılı  olaraq  törədilmiĢ  ağır  cinayətlə  bağlı  cəmiyyətin  qəzəbini  ifadə  edə  bilsə 
də,  onun  qeydləri  həmiĢə  ehtiyatla  seçilməli,  müəyyən  çərçivə  daxilində  və  nəzakətli  Ģəkildə  ifadə 
olunmalıdır.  Cinayət  törətməkdə  təqsirli  hesab  olunan  məhkumun  barəsində  hökmün  çıxarılması  hakim 
üçün öz emosiyalarını ifadə etmək vasitəsi deyil, cəmiyyətin adından ədalətli və qanuni hərəkətin icrasını 
nəzərdə  tutan  böyük  məsuliyyətdir.  Belə  hərəkətlər  hakimlik  vəzifəsinin mühüm  əsaslarını  və  nüfuzunu 
sarsıdır. 
 
 


5.3.  Hakim  məhkəmə  funksiyalarını  bütün  Ģəxslərin,  xüsusilə  iĢ  üzrə  tərəflərin,  Ģahidlərin, 
vəkillərin,  məhkəmə  iĢçilərinin  və  məhkəmə  tərkibinə  daxil  olan  həmkarlarının  maraqlarını 
lazımi Ģəkildə nəzərə almaqla, iĢə aidiyyəti olmayan və bu funksiyaların lazımi qaydada həyata 
keçirilməsi üçün əhəmiyyət kəsb etməyən hər hansı əsaslara görə fərqləndirmə etmədən yerinə 
yetirməlidir. 
ġərh 
 
Məhkəmədə iĢtirak edən Ģəxslərlə onların ləyaqətinə hörmətlə yanaĢmaqla rəftar edilməlidir. 
189.  Məhkəmədə  ədalətli  məhkəmə  araĢdırması  üçün  zəruri  olan  Ģəraiti  və  atmosferi  yaradan  məhz 
hakimdir. Məhkəmədə iĢtirak edən insanlara qarĢı qeyri-bərabər və ya fərqləndirici Ģəkildə davranmaq və 
ya  belə  davranıldığı  təəssüratını  yaratmaq  yolverilməzdir.  Məhkəmədə  iĢtirak  edən  bütün  Ģəxslərin  – 
vəkillər, iĢ üzrə tərəflər və ya Ģahidlər – hüququ var ki, insan ləyaqətinə və fundamental insan hüquqlarına 
hörmət prinsipinə uyğun münasibət görsünlər. Hakim məhkəmədə iĢtirak edən bütün Ģəxslərin irqi, cinsi, 
dini və ya digər iĢə aidiyyəti olmayan əsaslardan irəli gələn qabaqcadan hasil olan qənaət münasibətinin 
və  ya  qabaqcadan  formalaĢmıĢ  yanlıĢ  fikrin  istənilən  təzahürlərindən  müdafiə  və  mühafizə  edilməsini 
təmin etməlidir. 
 
 


5.4.  Hakim  məhkəmə  iĢçilərinin  və  ya  onun  təsiri,  tabeçiliyi  və  ya  nəzarəti  altında  olan  digər 
Ģəxslərin hakimin baxdığı iĢlə bağlı olan Ģəxsləri hər hansı iĢə aidiyyəti olmayan əsaslara görə 
fərqləndirmələrinə bilə-bilə yol verməməlidir.  
 
ġərh 
 
Hakin  məhkəmə  iĢçilərinin  özlərini  müəyyən  olunmuĢ  standartlara  uyğun  aparmalarını  təmin 
etməlidir. 
190.  Cəmiyyət  üzvlərinin  məhkəmə  sistemi  ilə  təması  zamanı  ünsiyyətdə  olduqları  ilk  Ģəxslər  çox  vaxt 
məhkəmə iĢçiləri olurlar. Buna görə də, hakimin malik olduğu bütün imkanlar daxilində tabeçiliyində və 
ya nəzarəti altında olan məhkəmə iĢçilərinin davranıĢının yuxarıda sadalanan davranıĢ standartlarına tam 
Ģəkildə uyğunluğunu təmin etməsi çox vacibdir. Məhkəmə iĢçilərinin davranıĢı qüsursuz olmalıdır: onlar, 
xüsusilə cinsi əlamətə görə diskriminasion münasibəti bildirən ifadələr iĢlətməkdən, həmçinin təhqiramiz, 
xoĢagəlməz,  hədələyici,  həddindən  artıq  səmimi  və  ya  digər  hər  hansı  səbəblərə  görə  qanunsuz  hesab 
edilə biləcək davranıĢdan çəkinməlidirlər. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə