H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   37   38   39   40   41   42   43   44   ...   60

162. 1998-ci ildə Kanada Hakimlər ġurası federal hakimlərin araĢdırma komissiyalarının tərkibinə təyin 
olunması proseduru barədə məsələ ilə bağlı onun mövqeyini açıqlayan bəyanatla çıxıĢ etmiĢdir.
70
 ġuranın 
təsdiqlədiyi prosedura aĢağıdakı mərhələlər daxildir: 
(a)  Hakimin  araĢdırma  komissiyasına  təyin  olunması  barədə  istənilən  müraciət  ilk  növbədə  baĢ 
hakimə ünvanlanmalıdır; 
(b)  Müraciətə  araĢdırma  zamanı  görüləcək  iĢlərin  təklif  olunan  dairəsini,  həmçinin  komissiyanın 
iĢinin davametmə müddətini göstərən sənəd əlavə edilməlidir
(c) BaĢ hakim müraciətdə sözügedən hakimlə məsləhətləĢdikdən sonra həmin hakimin yoxluğunun 
məhkəmənin iĢinə nə dərəcədə ciddi mane ola biləcəyi məsələsinə baxır; 
(d)  BaĢ  hakim  və  komissiya  üzvlüyünə  təklif  olunan  hakim  onun  araĢdırma  komissiyasına  təyin 
olunmasının məhkəmədəki gələcək fəaliyyətinə mane ola bilib-bilməyəcəyi məsələsini də müzakirə 
etmək istəyə bilərlər.  
 
Bununla bağlı, onlar aĢağıdakıları müzakirə edə bilərlər: 
i. Komissiya tərəfindən aparılan araĢdırmanın predmeti dövlət siyasəti məsələləri üzrə peĢəkar rəy 
verilməsini tələb edirmi, yoxsa o, dar çərçivədə olan məsələlərə aiddir? 
ii. AraĢdırma hökumət orqan və stukturlarının hərəkətlərinə müfəssəl baxılmasını nəzərdə tuturmu? 
iii.  AraĢdırma  konkret  Ģəxslərin  cinayət  və  ya  mülki  hüquq  pozuntusu  törətməsinin 
aydınlaĢdırılmasını nəzərdə tuturmu? 
iv.  Komissiyanın  hüquq  məsləhətçisinin  və  Ģtatda  olan  əməkdaĢlarının  seçiminə  görə  kim 
cavabdehdir? 
v. Həmin araĢdırma onun predmeti ilə bağlı xüsusi ixtisasına və təcrübəsinə görə məhz bu hakimin 
iĢtirakını tələb edirmi? Yoxsa komissiyada iĢtirak üçün istefada olan və ya Ģtatdankənar hakim də 
uyğun ola bilər? 
vi.  Əgər  komissiyanın  iĢində  iĢtirak  üçün  hüquq  təhsilinə  malik  mütəxəssis  tələb  olunursa, 
məhkəmə  hakimi  göndərməyə  borcludurmu,  yoxsa  təcrübəli  vəkil  də  nəzərdə  tutulan  tapĢırığın 
öhdəsindən heç də ondan pis gəlməyə bilər? 
 
Fövqəladə halların mövcudluğu istisna olmaqla, Kanada Hakimlər ġurasının qəti mövqeyi belədir ki, baĢ 
hakim  və  komissiyanın  tərkibinə  təyin  olunması  nəzərdə  tutulan  hakim  nə  qədər  ki  bütün  yuxarıda 
göstərilən  məsələləri  ətraflı  müzakirə  etmək  imkanına  malik  olmayıblar  və  belə  təyinatın  məhkəmənin 
iĢinə  və  həmin  hakimin  öz  xidməti  vəzifələrinin  icrası  zamanı  gələcək  fəaliyyətinə  əhəmiyyətli  zərər 
yetirməyəcəyindən əmin deyillər, heç bir federal hakim araĢdırma komissiyasının tərkibinə təyin olunmaq 
təklifini qəbul etməməlidir. 
163.  Əgər  hakimin  belə  vəzifəyə  təyin  edilməsi  qanunla  nəzərdə  tutulmamıĢdırsa,  hakim  hökumət 
komitəsində,  komissiyasında  vəzifəyə,  yaxud  hüquq,  qanunvericilik,  ədalət  mühakiməsinin  həyata 
keçirilməsi  məsələlərinə  baxılması  ilə  bağlı  olmayan  digər  vəzifəyə  təyin  olunmaq  barədə  təkliflərin 
qəbul  edilməsi  məsələsinə  münasibətdə  ehtiyatlı  olmalıdır.  Hər  bir  halda,  əgər  onun  hökumət  vəzifəsi 
üzrə öhdəlikləri öz hakimlik vəzifələrinin icrasına mane ola və ya cəmiyyətin məhkəmə hakimiyyətinin 
düzgünlüyü,  qərəzsizliyi  və  ya  müstəqilliyinə  olan  inamını  zədələyə  bilərsə,  hakim  belə  təyinatı  qəbul 
etməməlidir.  Bundan  baĢqa,  əgər  hakim  öz  adi  vəzifələrinin  icrasından  uzun  müddətə  imtina  etməyə 
məcbur  olarsa,  normal  həyata  geri  qayıtmaq  və  yenidən  öz  həyat  tərzini,  dünyagörüĢünü  və  adətlərini 
məhkəmə iĢinə uyğunlaĢdırmaq onun üçün heç də asan olmaya bilər. 
 
Hökumətin fəaliyyətində iĢtirak etmək 
164. Hakim bu vəzifədə  olduğu müddətdə paralel olaraq icra və  ya qanunvericilik strukturlarında iĢləyə 
bilməz.  Lakin  əgər  sistem  buna  imkan  verirsə,  hakim  öz  səlahiyyət  müddətinin  bitməsindən  sonra  hər 
hansı nazirliyin inzibati bölməsində (məsələn, Ədliyyə Nazirliyinin mülki və  ya cinayət qanunvericiliyi 
Ģöbəsində)  çalıĢa bilər.  Hakim nazirliyin  mərkəzi  aparatında iĢlədikdə, məsələ daha mürəkkəb  görünür. 
Ümümi  (anqlo-sakson)  hüquq  sistemi  ölkələrində  belə  təyinat  birmənalı  olaraq  qanunsuz  sayılardı,  bir 
sıra kontinental (roman-german) hüquq sistemi ölkələrində isə bu məsələyə fərqli münasibət mövcuddur. 
                                                 
70 Kanada Hakimlər ġurasının federal hakimlərin araĢdırma komissiyasına təyin edilməsi məsələsinə dair mövqeyi (Position 
of the Canadian Judicial Council on the Appointment of Federally-Appointed Judges to Commissions of Inquiry) 1998-ci ilin 
mart ayında təĢkil olunmuĢ müĢavirədə qəbul edilmiĢdir, www.cjc-ccm.gc.ca 


Bu  halı  nəzərə  alaraq,  kontinental  (roman-german)  hüquq  sistemi  ölkəsində  hakim  nazirliyin  mərkəzi 
aparatında iĢə baĢlamazdan  öncə hakimlərin təyinatına  məsul  və həmçinin,  hər bir konkret  halda  tətbiq 
edilməli davranıĢ qaydasını iĢləyib hazırlamalı olan müstəqil orqan öz rəyini verməlidir. Hakim məhkəmə 
orqanlarına iĢə qayıdanadək icra və ya qanunvericilik strukturlarındakı postundan getməlidir. 
 
 
Ölkəni təmsil etmək 
165. Hakim öz ölkəsini və ya regionunu rəsmi mərasimlərdə və ya milli, regional, tarixi, maarifləndirici 
və ya mədəni tədbirlərlə bağlı təmsil edə bilər. 


4.11.4. Hakim vəzifəsinin yüksək statusu ilə uzlaĢan və ya onun tərəfindən öz vəzifələrinin icrasına 
hər hansı dərəcədə mane olmayan digər fəaliyyətlə məĢğul olmaq. 
ġərh 
Məhkəmədənkənar fəaliyyətdə iĢtirak etmək 
166.  Hakimlər  cəmiyyətdən  təcrid  olunmamaq  üçün  məhkəmədənkənar  münasib  fəaliyyətlə  məĢğul  ola 
bilərlər.  Belə  ki,  hakim,  əgər  bu  cür  fəaliyyət  onun  hakimlik  vəzifəsi  ilə  bağlı  nüfuzunu  hörmətdən 
salmırsa və ona öz xidməti vəzifələrini icra etməyə mane olmursa, ədəbi, pedaqoji fəaliyyətlə məĢğul ola, 
mühazirələr  deyə,  hüquqi  sferaya  aid  olmayan  müxtəlif  məsələlər  üzrə  çıxıĢ  edə,  incəsənət,  idman  və 
digər  istirahət  və  əyləncə  növləri  ilə  məĢğul  ola  bilər.  Müxtəlif  sferalarda  fəaliyyət  hakimə  öz 
dünyagörüĢünü geniĢləndirmək və cəmiyyətin problemləri barədə məlumatlı olmaq imkanı verir ki, bu da 
hakimin öz peĢə vəzifələrinin icrası zamanı əldə etdiyi bilikləri tamamlayır. Lakin hakimin ictimai həyata 
cəlb  olunmasının  yol  verilən  dərəcəsi  ilə  öz  xidməti  vəzifələrinin  icrası  zamanı  müstəqil  və  qərəzsiz 
olması  və  digər  insanlar  tərəfindən  belə  qəbul  edilməsi  zəruriliyi  arasında  ağlabatan  tarazlığı  müəyyən 
etmək  lazımdır.  Həmçinin,  həmiĢə  hakimin  onun  müstəqilliyini  və  qərəzsizliyini  obyektiv  olaraq 
etibardan sala bilən fəaliyyətə cəlb olunub-olunmaması sualının verilməsi zəruridir. 
 
Qeyri-kommersiya təĢkilatlarında üzvlük  
167. Hakim müxtəlif növ ictimai, qeyri-kommersiya təĢkilatlarında həmin təĢkilatın üzvü və ya rəhbərliyi 
qismində iĢtirak edə bilər. Bu cür təĢkilatlara xeyriyyə  təĢkilatları, universitet və məktəb Ģuraları, qeyri-
kilsə dini qurumlar, xəstəxanaların himayədarlar Ģurası, ictimai klublar, idman təĢkilatları və mədəniyyət 
və ya incəsənətin təbliği ilə məĢğul olan təĢkilatlar aiddir. Lakin belə təĢkilatlarda iĢtirakla bağlı aĢağıdakı 
məqamları nəzərə almaq lazımdır:  
(a)  Əgər  belə  təĢkilat  siyasi  məqsədlər  güdürsə,  onun  fəaliyyəti  hakimi  ictimai  müzakirələrə  cəlb 
edə  bilərsə  və  ya  həmin  təĢkilat  müntəzəm  olaraq  və  ya  tez-tez  məhkəmə  çəkiĢmələrində  iĢtirak 
etməli olarsa, hakim bu təĢkilatın fəaliyyətində iĢtirakı qəbul etməməlidir
(b) Hakim əmin olmalıdır ki, təĢkilatdakı iĢi onun vaxtının çox hissəsini almayacaqdır; 
(c) Hakim təĢkilatda hüquq məsləhətçisi  və  ya hüquqi  məsələlər  üzrə  müĢavir  kimi  iĢləməməlidir. 
Bu,  onu  həmin  təĢkilatın  üzvü  kimi  hüquqi  nəticələr  doğura  biləcək  məsələlərlə  bağlı  öz  fikrini 
bildirmək  hüququndan  məhrum  etmir;  lakin  həmin  fikirlərə  hüquqi  məsləhət  kimi  baxılmamalı 
olduğu dəqiq izah edilməlidir. TəĢkilatın ehtiyac duyduğu hər hansı hüquqi məsləhət peĢəkar hüquq 
məsləhətçisindən alınmalıdır; 
(d) Hakim fandrayzinqə, yəni maddi vəsaitlərin toplanılmasına dair tədbirlərdə iĢtirak edərkən və ya 
belə tədbirlərin onun adından həyata keçirilməsi zamanı ehtiyatlı olmalıdır; və 
(e)  Əgər  belə  vəsatət  məntiqlə  məcburedici  xarakter  daĢıyan  kimi  qəbul  oluna  bilərsə  və  ya 
mahiyyət  etibarilə  maddi  vəsaitin  toplanılması  mexanizmini  əks  etdirirsə,  hakim  kiminsə  təĢkilata 
üzvlüyə cəlb olunması barədə Ģəxsən vəsatət verməməlidir. 
168. Hakim kimisə irqi, cinsi, dini, milli mənsubiyyəti və  ya  əsas insan hüquqlarına zidd olan hər hansı 
digər əlamətə görə diskriminasiya edən hər hansı təĢkilatın üzvü olmamalıdır, çünki belə təĢkilata üzvlük 
hakimin  qərəzsiz  olmadığına  dəlalət  edən  kimi  Ģərh  oluna  bilər.  TəĢkilatın  fəaliyyətinin  təhqiramiz 
diskriminasiya  xarakteri  daĢıyıb-daĢımadığı  barədə  məsələ  çox  vaxt  mürəkkəb  görünür.  Ümumiyyətlə, 
əgər  təĢkilat  digər  halda  üzvlüyə  qəbul  edə  biləcəyi  Ģəxsləri  sırf  irqi,  dini,  cinsi,  milli  və  ya  etnik 
mənsubiyyəti  və  ya  cinsi  orientasiyası  əsasında  üzvlüyə  qəbul  etməkdən  imtina  edirsə,  bu  halda  həmin 
təĢkilat  təhqiramiz diskriminasiya münasibəti nümayiĢ  etdurən hesab olunur.  Lakin  hakim öz üzvlərinin 
ümumi  marağını  təmsil  edən,  dini,  etnik  və  ya  mədəni  dəyərlərin  qorunması  və  mühafizəsi  ilə  məĢğul 
olan təĢkilatın üzvü ola bilər. Analoji qaydada hakim onda olan məlumata görə təhqiramiz diskriminasiya 
siyasəti  yeridən  klublarda  kiminləsə  görüĢ  təyin  etməməli;  həmçinin  belə  klublara  tez-tez  və  müntəzəm 
Ģəkildə getməməlidir. 
 
Maliyyə fəaliyyətləri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə