H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   40   41   42   43   44   45   46   47   ...   60

4.16. Qanunda əks olunan qadağaların olmadığı təqdirdə və zəruri məlumatın dərc edilməsinə dair 
qanunla  nəzərdə  tutulan  tələblərə  uyğun  olaraq,  hakim  müvafiq  halda  xatirə  hədiyyələri, 
mükafatlar və imtiyazlar qəbul edə bilər, bu Ģərtlə ki onlar hakimin öz xidməti vəzifələrinin 
icrasına  hər  hansı  formada  təsir  göstərmək  niyyəti  güdməsin  və  digər  tamah  məqsədləri 
daĢımasın. 
 
ġərh 
Qiymətli hədiyyələri qəbul etmək olmaz.  
181.  Hakimə  və  ya  onunla  birgə  yaĢayan  ailə  üzvünə  qiymətli  hədiyyənin  verilməsi  həmin  hakimin  öz 
xidməti vəzifələrini qərəzsiz və düzgün icra etməsindən Ģübhələnməyə əsas verir və baĢqa Ģəraitdə özü-
özünə etiraz tələb olunmadığı halda, bu vəziyyətdə hakimin özü-özünə etiraz etməsini tələb edə bilər. Ona 
görə  də,  bu  cür  hədiyyələr  qəbul  edilməməlidir.  Hakim  hədiyyədən  və  ya  hədiyyə  təklifini  qəbul 
etməkdən nəzakətli Ģəkildə imtina edə bilər. Bəzən belə hədiyyə hakimin riayət etməli olduğu qaydaları 
dərk edə bilmədən gözlənilməz Ģəkildə verilə bilər. Hakim nikaha və ya qanunla belə prosedurun nəzərdə 
tutulduğu  yerdə  vətəndaĢlığa  daxilolma  mərasimini  apardıqdan  sonra  Ģəxsin  ona  fitnes-kluba  üzvlük 
təklifi xoĢ  niyyətlə  edilmiĢ  ola  bilər,  lakin  hakim  bu  təklifin  qəbul  edilməsinin  ictimai  mərasimin  icrası 
müqabilində  alınan  qonorar  və  ya  mükafat  kimi  baĢa  düĢülə  biləcəyini  izah  edərək,  həmin  təklifdən 
imtina  etməlidir.  Digər  tərəfdən,  hakimə  bir  ĢüĢə  viski  və  ya  onun  sevdiyi  musiqinin  yazıldığı  bir-iki 
kompakt diskin verilməsi hər hansı qınaq doğurmur. 
 
Ağlabatan qonorarların alınması 
182. Hakim etdiyi çıxıĢlara görə qonorar almağa haqlıdır, bu Ģərtlə ki həmin mükafatın miqdarı ağlabatan 
və  yerinə  yetirilən  iĢə  müvafiq  olsun.  Hakim  əmin  olmalıdır  ki,  onun  məhkəmədənkənar  fəaliyyəti  hər 
hansı  kolliziyalar  yaratmır.  Hakim  cəmiyyət  tərəfindən  öz  qulluq  mövqeyindən  Ģəxsi  mənfəəti  üçün 
istifadə  edən  kimi  qəbul  edilməməlidir.  O  öz  xidməti  vəzifələrinin  icrası  üçün  nəzərdə  tutulan  vaxtını 
müqabilində  qonorar  aldığı  nitq  və  ya  nəĢrlə  çıxıĢlar  etməyə  sərf  etməməlidir.  Bundan  əlavə,  ödəniĢin 
mənbəyi  qeyri-lazımi  təsirlərə  dair  ehtimallar  və  ya  hakimin  baxılması  onun  xidməti  vəzifələrinə  daxil 
olan məsələlərə münasibətdə qərəzsiz olmaq qabiliyyətinə və ya istəyinə Ģübhələr üçün səbəb kimi çıxıĢ 
etməməlidir. 
 
 


5-ci göstərici 
B
ƏRABƏRLĠK 
Prinsipi: 
Məhkəmə  iclasında  bütün  tərəflərə  bərabər  münasibətin  təmin  edilməsi  hakim  tərəfindən  öz 
vəzifələrinin lazımi qaydada icra edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. 
 
ġərh 
 
Beynəlxalq standartlar 
183.  Hakim  cəmiyyətin  qorunmağa  ehtiyacı  olan  qruplarına  qarĢı  diskriminasiyanı  qadağan  edən 
beynəlxalq  və  regional  sənədlər  barədə,  xüsusilə,  Ġrqi  diskriminasiyanın  bütün  növlərinin  aradan 
qaldırılması üzrə Beynəlxalq Konvensiya (1965-ci il), Qadınlara qarĢı diskriminasiyanın bütün növlərinin 
aradan  qaldırılması  üzrə  Beynəlxalq  Konvensiya  (1979-cu  il),  Dinə  və  ya  inanca  əsaslanan 
diskriminasiyanın və dözümsüzlüyün bütün növlərinin aradan qaldırılması üzrə Bəyannamə (1981-ci il) 
və Milli, etnik, dil və ya dini azlıqlara aid insanların hüquq və azadlıqlarına dair Bəyannamə (1992-ci il) 
barədə məlumatlı olmalıdır. Hakim Mülki və siyası hüquqlar haqqında Beynəlxalq Paktın “bütün insanlar 
məhkəmələr  və  tribunallar  qarĢısında  bərabərdirlər”  müddəasını  bəyan  edən  14-cü  maddəsinin  1-ci 
bəndini,  həmçinin  14-cü  maddənin  1-ci  bəndi  ilə  birgə  oxunmaqla,  irqindən,  dərisinin  rəngindən, 
cinsindən,  dilindən,  dinindən,  siyasi  və  ya  digər  əqidəsindən,  milli  və  ya  sosial  mənĢəyindən,  əmlak 
vəziyyətindən,  ictimai  vəziyyətindən  və  ya  digər  hallardan  asılı  olmayaraq,  hər  bir  Ģəxsin  ədalətli 
məhkəmə  hüququnu  bəyan  edən  2-ci  maddəsinin  1-ci  bəndini  rəhbər  tutmalıdır.  “Digər  hallar”  (və  ya 
“digər status”) ifadəsi mövcud təfsirə əsasən nikahdankənar doğulma, cinsi orientasiya, iqtisadi vəziyyət, 
əmək  qabiliyyətsizliyi  və  HIV-ə  yoluxma  kimi  halları  əhatə  edir.  Buna  görə  də,  hakimin  borcu  öz 
vəzifələrini  qabaqcadan  hasil  olan  qənaət  münasibətinə  və  ya  diskriminasiyaya  yol  vermədən,  tərəflər 
arasında  çəkiĢmə  prinsipini  və  hər  bir  tərəf  üçün  ədalətli  məhkəmə  baxıĢını  təmin  etməklə,  məhkəmə 
iclasında  bütün  tərəflərə  bərabər  rəftar  prinsipinə  lazımi  qaydada  hörmət  bəsləməklə  icra  etməkdən 
ibarətdir.  
 
Hakim stereotip münasibətlərdən çəkinməlidir. 
184. Ədalətli  və bərabər münasibət  uzun müddətdən bəri ədalət  mühakiməsinin  əsas göstəriciləri hesab 
edilir. Qanuna uyğun olaraq bərabərliyin təmin edilməsi yalnız ədalət mühakiməsinin həyata keçirilməsi 
üçün  birinci  dərəcəli  əhəmiyyət  kəsb  etmir,  həm  də  hakimin  davranıĢının  onun  qərəzsizliyi  və 
obyektivliyinə birbaĢa aidiyyəti olan xüsusiyyəti sayılır. Məsələn, düzgün qərar çıxaran, lakin bu zaman 
nəyəsə  stereotip  münasibət  sərgiləyən  hakim  qərəzsiz  hesab  edilmir  və  ya  belə  qəbul  olunmur.  Hakim 
stereotiplərə,  miflərə  və  ya  xurafata  əsaslanan  hər  hansı  baxıĢların  təsirinə  məruz  qalmamalıdır.  Buna 
görə də, hakim bu cür stereotip təsəvvürlərin lazımi Ģəkildə öyrənilməsi və qarĢısının alınması üçün bütün 
səylərini səfərbər etməlidir. 
 
Cinsi diskriminasiya  
185. Hakim həm kiĢilərin, həm də qadınların məhkəməyə bərabər çıxıĢının təmin edilməsinə çalıĢmalıdır. 
Bu  qayda  hakimin  məhkəmə  prosesinin  tərəfləri,  vəkillər  və  məhkəmənin  iĢçiləri  ilə  olan  qarĢılıqlı 
münasibətləri ilə yanaĢı, məhkəmə iĢçiləri və vəkillərin digər Ģəxslərlə olan qarĢılıqlı münasibətlərinə də 
Ģamil  olunur.  Müasir  dövrdə  məhkəmələrdə  hakimlərin  qadın  vəkillərə  qarĢı  qabaqcadan  hasil  olan 
qənaətin  açıq  təzahürü  hallarına  tez-tez  rast  gəlinməsə  də,  hakimin  ifadə,  jest  və  digər  hərəkətləri  – 
məsələn, qadın vəkillərə müraciət edərkən əzizləyici sözlərdən (məsələn, “Ģirinim”, “əzizim”, “qızcığaz”, 
“kiçik bacı” kimi) istifadə etmək  və ya onların zahiri görünüĢü və ya geyimləri ilə bağlı kiĢi vəkillərə 
qarĢı deyilə bilməyən fikirlər bildirmək – təhqiramiz və cinsi qısnama kimi qəbul oluna bilər. Hakimin 
özünü üstün aparması (“bu ərizəni yəqin ki qadın hazırlayıb”) qadın vəkillərin heysiyyatına toxunmaqla 
özü-özünə qiymət vermələrinə mənfi təsir göstərə və  ya peĢəkar bacarıqlarına inamlarını sarsıda bildiyi 
üçün onların vəkil kimi səmərəli fəaliyyətinə mane olur. Baxılan iĢ üzrə tərəf kimi çıxıĢ edən qadınlara 
qarĢı  təhqiramiz  münasibət  göstərilməsi  (“bu  axmaq  qadındır”)  onların  qanuni  hüquqlarını  poza  və  ya 
belə  görünə  bilər.  Məhkəmə  iĢçilərinə,  vəkillərə,  çəkiĢən  tərəflərə  və  ya  öz  həmkarlarına  qarĢı  cinsi 
qısnama nəinki qeyri-qanuni sayılır, həm də etik normalara ziddir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə