H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   38   39   40   41   42   43   44   45   ...   60

169. Hakim Ģəxsi maliyyə məsələləri ilə bağlı öz vəzifələrinin lazımınca icrasını təmin etmək üçün zəruri 
olan məhdudiyyətlər istisna olmaqla, adi vətəndaĢlarla eyni hüquqlara malikdir. Hakim  investisiyalara, o 
cümlədən daĢınmaz əmlaka malik ola və idarə edə və digər gəlirli fəaliyyət növləri ilə məĢğul ola bilər, 
lakin qapalı tipli kompaniyadan baĢqa, onun ailə üzvlərindən kiməsə məxsus olan və nəzarət edilən hər 
hansı  kompaniyada  direktor,  partnyor,  menecer,  məsləhətçi  və  ya  iĢçi  kimi  çalıĢa  bilməz.  Hakimin  ailə 
üzvlərindən  kiməsə  məxsus  olan  qapalı  tipli  kompaniyanın  fəaliyyətində  iĢtirakı  yolveriləndir,  lakin  bu 
fəaliyyət onun həddən artıq çox vaxtını alırsa, hakim vəzifəsinin yüksək nüfuzundan sui-istifadəyə gətirib 
çıxarırsa, yaxud əgər həmin kompaniya  məhkəmə araĢdırmasında tərəf kimi çıxıĢ edirsə, belə iĢtirakdan 
çəkinmək  lazımdır.  Hakim  kommersiya  müəssisəsinin,  baĢqa  sözlə,  məqsədi  gəlir  əldə  etmək  olan 
müəssisənin direktorlar Ģurasının tərkibinə daxil ola bilməz. Bu qayda direktorun icraedici səlahiyyətlərə 
malik  olub-olmamasından,  həmçinin  bu  iĢin  əvəzi  ödənilən  və  ya  ödənilməyən  olmasından  asılı 
olmayaraq, həm dövlət, həm də özəl kompaniyalara aiddir. 
 
Sakinlərin assosiasiyalarında üzvlük  
170.  Əgər  hakim  mülkiyyətçilərin  və  ya  sakinlərin  assosiasiyasının  olduğu  binada  yerləĢən  mənzilin 
mülkiyyətçisidirsə və ya ondan istifadə edirsə, həmin assosiasiyanın idarə komitəsinin tərkibinə daxil ola 
bilər,  lakin  hüquq  məsləhətçisi  qismində  çıxıĢ  edə  bilməz.  Bu,  onu  həmin  assosiasiyanın  üzvü  kimi 
hüquqi nəticələr doğura biləcək məsələlərlə bağlı öz fikrini bildirmək hüququndan məhrum etmir; lakin 
həmin  fikirlərə  hüquqi  məsləhət  kimi  baxıla  bilməməsinin  dəqiq  izah  edilməsi  zəruridir.  TəĢkilatın 
ehtiyac  duyduğu  hər  hansı  hüquqi  məsləhət  peĢəkar  hüquq  məsləhətçisindən  alınmalıdır.  Əgər  konkret 
məsələ mübahisəlidirsə və ya belə hesab oluna bilərsə, hakim ehtiyatlı olmalı və mübahisə predmeti olan 
məsələ  ilə bağlı fikir bildirməməlidir. Bu  cür  fikir daha  geniĢ  əhatə  dairəsinə  məlum ola bilməklə, həm 
hakimi, həm də məhkəmənin özünü əlveriĢsiz vəziyyətə sala bilər. 
 
Fidusiari qismində fəaliyyət göstərmək  
171.  Konkret  hallardan  asılı  olaraq,  hakim,  əgər  bu  məĢğuliyyət  onun  həmin  xidmətlərə  görə  heç  bir 
maddi  ödəniĢ  almaması  Ģərtilə  öz  vəzifələrini  lazımınca  icra  etməsinə  mane  olmursa,  vəsiyyətnamə 
icraçısı, etibarnamə ilə idarə edən, himayəçi və ya onun ailə üzvlərindən və ya yaxın dostlarından kiməsə 
məxsus  olan  əmlaka  və  ya  pul  məbləğinə  münasibətdə  digər  fidusiari  kimi  çıxıĢ  edə  bilər.  Fidusiari 
qismində fəaliyyət göstərən hakimə fərdi Ģəxs kimi çıxıĢ edən hakimin maliyyə fəaliyyətinə Ģamil olunan 
bütün eyni məhdudiyyətlər tətbiq edilir. 
 
 


4.12. Hakim bu vəzifədə olduğu müddət ərzində digər hüquq fəaliyyəti ilə məĢğul olmamalıdır. 
 
ġərh 
 
“Digər hüquq fəaliyyəti” ifadəsinin mənası 
172.  Digər  hüquq  fəaliyyəti  dedikdə,  məhkəmədənkənar  görülən  və  məhkəmə  icraatı  ilə  birbaĢa  bağlı 
olmayan  iĢ  nəzərdə  tutulur.  Buraya  daĢınmaz  əmlaka  mülkiyyət  hüququnun  verilməsi  aktlarının  tərtibi, 
müxtəlif məsələlər üzrə hüquqi  məsləhətlərin verilməsi,  iĢgüzar və  ya etibaredici münasibətlər və s. ilə 
bağlı  sahələri  əhatə  edən  hüquqi  sənədlərin  tərtibi  və  rəsmiləĢdirilməsi  daxildir.  Hakimin  illik 
məzuniyyəti  dövründə  hökumətin  hər  hansı  strukturunda  məhkəmələrə  və  ədalət  mühakiməsinin  həyata 
keçirilməsinə aid məsələlər üzrə xüsusi müĢavir qismində iĢləməsinə “digər hüquq fəaliyyəti” kimi baxıla 
bilər. Digər hüquq fəaliyyəti ilə məĢğul olmağa qadağanın tətbiqi sferasına aid fikirlər müxtəlif ölkələrdə 
mövcud  olan  ənənələrdən  asılı  olaraq  fərqlənir.  Bəzi  kontinental  (roman-german)  hüquq  sistemli 
ölkələrdə  hətta  axırıncı  instansiya  məhkəmələrinin  hakimlərinə  arbitr  və  ya  vasitəçi  vəzifələrini  yerinə 
yetirməyə icazə verilir. Bundan baĢqa, ümumi (anqlo-sakson) hüquq sistemli ölkələrdən birində təqaüdə 
çıxmağa  az  qalmıĢ  hakimə  xarici  dövlətin  hökuməti  tərəfindən  yaradılmıĢ  qurumda  ödəniĢli  əsasla 
beynəlxalq arbitr kimi çalıĢmasına icazə verilmiĢdir. 
 
Arbitr və ya vasitəçi qismində fəaliyyət göstərmək  
173. Adətən, ən azından ümumi (anqlo-sakson) hüquq sistemi olan ölkələrdə hakim qanunla belə hüquq 
bilavasitə  nəzərdə  tutulmadığı  halda  arbitr  və  ya  vasitəçi  qismində  fəaliyyət  göstərə  və  ya  baĢqa  bir 
Ģəkildə fiziki Ģəxs kimi hakimlik funksiyalarını icra  edə bilməz. Ümumi düĢüncəyə  əsasən, hakimin öz 
vəzifəsindən mübahisələrin həlli üzrə ödəniĢli özəl xidmətlər göstərmək  yolu ilə maddi gəlir əldə etmək 
üçün  istifadə  etməsi  məhkəmə  orqanlarının  vicdanlılığını  və  ələalınmazlığını  Ģübhə  altına  qoya  bilər. 
Hətta  həmin  xidmətlər  ödəniĢsiz  əsaslarla  göstərildikdə  belə,  hakimlik  funksiyalarının  lazımi  Ģəkildə 
icrasına mane ola bilər. 
 
Ailə üzvlərinə hüquqi məsləhətlər vermək 
174. Hakim hüquqi məsləhətlər verməməlidir. Lakin hakim ailə üzvləri və  yaxın dostlarına qeyri-rəsmi 
Ģəkildə, dostcasına və ödəniĢsiz Ģəxsi məsləhət verə bilər, bu Ģərtlə ki onun fikirlərinin hüquqi məsləhət 
kimi qəbul edilməməli və əgər zərurət olarsa, hüquqi məsələlər üzrə istənilən məsləhətin peĢəkar hüquq 
məsləhətçisindən alınmalı olduğunu onlara dəqiq izah etsin. 
 
Hakimin Ģəxsi maraqlarının qorunması  
175.  Hakim  öz  hüquq  və  maraqlarını,  məhkəmə  prosesində  tərəf  kimi  çıxıĢ  etmək  də  daxil  olmaqla, 
müdafiə  etməyə  haqlıdır.  Lakin  hakim  məhkəmə  çəkiĢməsində  iĢtirak  edərkən  ehtiyatlı  olmalıdır. 
Məhkəmə prosesində tərəf kimi çıxıĢ etməklə, hakim Ģəxsi fayda əldə etmək üçün öz qulluq mövqeyindən 
sui-istifadə  edən  təəssüratını  yarada  bilər.  Bundan  baĢqa,  o  öz  hakim  həmkarlarının  gələ  bildikləri 
nəticələrə əsasən özünə olan inamı sarsıda bilər. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə