H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   39   40   41   42   43   44   45   46   ...   60

4.13.  Hakim  hakimlərin  assosiasiyasını  yarada,  onların  üzvü  ola  və  ya  hakimlərin  maraqlarını 
təmsil edən digər təĢkilatlarda iĢtirak edə bilər. 
 
ġərh 
 
Həmkarlar ittifaqında üzvlük 
176. Sərbəst  toplaĢmaq və birləĢmək azadlığı  prinsipinə uyğun olaraq, hakim həmkarlar ittifaqına və  ya 
hakimlərin  müvafiq  iĢ  Ģəraitinin  və  maaĢlarının  təmin  olunması  məqsədilə  yaradılmıĢ  peĢə 
assosiasiyalarına  üzv  ola,  yaxud  digər  hakimlərlə  birlikdə  həmkarlar  ittifaqı  və  ya  bu  cür  assosiasiya 
yarada bilər. Hakimlərin vəzifə səlahiyyətlərinin ictimai və konstitusional xarakterini nəzərə alaraq, onlar 
tərəfindən tətillərin keçirilməsi hüququna məhdudiyyətlər müəyyən edilə bilər. 
 
 


4.14. Hakim və onun ailə üzvləri hakimin etdiyi və ya etmək niyyətində olduğu hərəkətlərə, yaxud 
öz xidməti vəzifələrinin icrası ilə bağlı hərəkətsizliyə görə hər hansı hədiyyə, ssuda, miras və 
ya baĢqa formada yardım tələb və ya qəbul etməməlidir.  
4.15.  Hakim  məhkəmə  iĢçilərinin,  həmçinin  onun  təsiri  altında  və  ya  tabeçiliyində  olan,  yaxud 
rəhbərliyi altında iĢləyən digər Ģəxslərin, əgər bunun hakimin funksiyalarına, yaxud etdiyi və 
ya  etmək  niyyətində  olduğu  hərəkətlərə  və  ya  öz  xidməti  vəzifələrinin  icrası  ilə  bağlı 
hərəkətsizliyə görə olduğunu qabaqcadan bilirsə, hər hansı hədiyyə, ssuda, miras və ya baĢqa 
formada yardım tələb və ya qəbul etmələrinə imkan verməməlidir. 
 
ġərh 
 
Ailə  üzvlərini  və  məhkəmə  iĢçilərini  etik  xarakterli  məhdudiyyətlər  barədə  məlumatlandırmaq 
vəzifəsi  
177.  Hakimin  ailə  üzvlərindən  birinə  və  ya  onun  evində  yaĢayan  digər  Ģəxslərə  verilən  hədiyyə,  ssuda, 
miras və  ya baĢqa formada yardım hakimə təsir etmək məqsədi daĢıya və ya belə təəssürat  yarada bilər. 
Buna  görə  də,  hakim  özünə  aid  müvafiq  etik  xarakterli  məhdudiyyətlər  barədə  öz  ailə  üzvlərini 
məlumatlandırmalı  və  onları  bu  qadağaları  pozmamağa  çağırmalıdır.  Lakin  hakim  öz  ailə  üzvlərinin 
bütün  maliyyə  və  ya  iĢgüzar  əməliyyatları  barədə  məlumatlı  ola  və  bundan  əlavə  onlara  nəzarət  edə 
bilməz.  
178. Eyni baxıĢlar məhkəmənin iĢçilərinə, həmçinin hakimin təsiri altında və ya tabeçiliyində olan, yaxud 
rəhbərliyi altında iĢləyən digər Ģəxslərə də aiddir. 
 
Nələr qəbul edilə bilər? 
179. Bu qadağa aĢağıdakılara Ģamil edilmir: 
(a)  Hakimin  üzvü  olduğu  cəmiyyətdə  qəbul  edilmiĢ,  məhkəmə  iĢlərinə  aidiyyəti  olan  hər  hansı 
məqsədlərlə  Ģərtlənməyən,  qeyri-iĢgüzar  xarakterli  və  sadə  yemək  və  sərinləĢdirici  içki  süfrəsi  ilə 
məhdudlaĢan adi qonaqpərvərlik təzahürləri
(b) Dəyərə malik olmayan və sırf diqqət əlaməti kimi təqdim edilmək üçün nəzərdə tutulan əĢyalar, 
məsələn,  niĢanlar,  xatirə  hədiyyələri,  dekorativ  boĢqablar,  hədiyyə  sertifikatları,  mükafatlar  və 
təbrik açıqcaları; 
(c) Hakimin vəzifə statusuna aidiyyəti olmadan, banklar və digər maliyyə qurumları tərəfindən adi 
Ģərtlərlə, adi amilləri nəzərə almaqla verilən ssuda və kreditlər
(d)  Hakimin  vəzifə  statusuna  heç  bir  aidiyyəti  olmayan  amillər  əsasında  təqdim  olunan  güzəĢt  və 
imtiyazlar, o cümlədən güzəĢt tarifləri və kommersiya endirimləri
(e)  Hakimin  vəzifə  statusuna  heç  bir  aidiyyəti  olmayan  amillər  əsasında  müxtəlif  növ  lotoreyalar, 
müsabiqələr  və  ictimaiyyət  üçün  açıq  olan  sair  tədbirlərin  iĢtirakçılarına  verilən  mükafatlar  və 
uduĢlar; 
(f)  Hakimin  vəzifə  statusuna  aidiyyəti  olmadan,  bərabər  Ģərtlərlə  və  bütün  namizədlərə  eyni 
meyarlar tətbiq olunmaqla verilən stipendiyalar və ya akademik üzvlüklər
(g)  Hakimin  iĢgüzar  səfəri  ilə  bağlı  xərclərin,  o  cümlədən  onun  hüququn,  qanunvericiliyin 
təkmilləĢdirilməsi  və  ya  ədalət  mühakiməsinin  həyata  keçirilməsi  səmərəliliyinin  artırılması 
məsələlərinə  dair  tədbirdə  və  ya  görüĢdə  iĢtirak  etməsi  ilə  əlaqədar  özünün  və  ailə  üzvünün 
nəqliyyat, mehmanxana və yemək xərclərinin ödənilməsi və ya həmin xərclərdən azad edilməsi
(h) Ġcazə verilən məhkəmədənkənar fəaliyyət müqabilində alınan ağlabatan haqq. 
 
Qonaqpərvərlik təzahürləri 
180.  Bəzən  “adi  qonaqpərvərlik  təzahürü”  ilə  hakimi  ələ  almaq  cəhdini  bir-birindən  fərqləndirmək  çox 
çətin  olur.  Burada  konkret  konteksti  nəzərə  almaq  çox  mühümdür  və  adətən,  hakimin  bu  və  ya  digər 
tədbirdə iĢtirakının qanuniliyi hər hansı bir amillə deyil, onların məcmusu ilə müəyyən olunur. Hakimin 


cavab  verməli  olduğu  əsas  sual  budur  ki,  onun  belə  tədbirdə  iĢtirakı  hakimin  müstəqilliyinə, 
düzgünlüyünə, qanuna hörmət vəzifəsinə, qərəzsizliyinə, vəzifəsinin yüksək statusuna və ya vəzifələrinin 
vaxtında icra edilməsinə mənfi təsir göstərəcəkmi və ya bu prinsiplərin hər hansı birinin pozulması kimi 
qəbul ediləcəkmi? Nəzərdən keçirilməli olan digər suallar da vardır: sosial ünsiyyət qurmaq istəyən Ģəxs 
hakimin köhnə dostudur, yoxsa yeni tanıĢı? Həmin Ģəxs cəmiyyətdə hansı nüfuza malikdir? Tədbirdə çox 
insan iĢtirak edəcək, yoxsa ancaq yaxın Ģəxslər? Tədbir qabaqcadan planlaĢdırılıb və təĢkil edilib, yoxsa 
gözlənilmədən baĢ tutub? Tədbir iĢtirakçılarından hər hansı biri məhkəmədə baxılan iĢ üzrə tərəf deyil ki? 
Hakim  digərlərinə  təklif  olunmayan  və  əsaslı  Ģübhə  və  ya  tənqid  doğura  biləcək  hər  hansı  imtiyaz  əldə 
edirmi? 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə