H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   36   37   38   39   40   41   42   43   ...   60

4.10.  Hakimə  qulluq  mövqeyi  ilə  əlaqədar  məlum  olan  məxfi  məlumat  hakim  tərəfindən  onun 
vəzifələrinin  icrası  ilə  bağlı  olmayan  hər  hansı  digər  məqsədlər  üçün  istifadə  edilə  və  ya 
kiməsə açıqlana bilməz. 
 
ġərh 
 
Məxfi məlumat Ģəxsi mənfəət üçün istifadə oluna və ya baĢqalarına açıqlana bilməz. 
154.  Öz  xidməti  vəzifələrini  icra  edərkən,  hakimə  ictimaiyyətə  əlçatmaz  olan  kommersiya  və  ya  baĢqa 
dəyərə malik məlumat məlum ola bilər. Hakim belə məlumatdan Ģəxsi mənfəət və ya vəzifələrinin icrası 
ilə bağlı olmayan hər hansı digər məqsədlər üçün istifadə etməməli və ya onu açıqlamamalıdır. 
 
Qadağanın mahiyyəti 
155.  Bu  qadağa  əsas  etibarilə  Ģahid  ifadələri,  məsələn,  irimiqyaslı  kommersiya  mübahisəsi  üzrə  Ģahid 
ifadələri  ilə  əldə  edilən  və  açıqlanmasına  qadağa  qoyulan  məlumatdan  lazım  olmayan  Ģəkildə  istifadə 
edilməsinə aiddir.  
 
 


4.11. Öz vəzifələrini lazımi qaydada icra etmək Ģərtilə hakim aĢağıdakı hüquqlara malikdir: 
4.11.1.  Ədəbi  və  pedaqoji  fəaliyyətlə  məĢğul  olmaq,  mühazirə  demək  və  hüquq,  qanunvericilik, 
ədalət  mühakiməsinin  həyata  keçirilməsi  və  digər  oxĢar  məsələlərlə  bağlı  fəaliyyətdə  iĢtirak 
etmək; 
ġərh 
 
Maarifləndirici fəaliyyətdə iĢtirak etmək 
156.  Hakim  xüsusi  mövqeyi  ilə  əlaqədar  həm  öz  yurisdiksiyasında,  həm  də  ondan  kənarda  hüquq  və 
qanunvericiliyin  təkmilləĢdirilməsinə,  ədalət  mühakiməsinin  səmərəli  həyata  keçirilməsinin  təmin 
edilməsinə  xeyli  töhfə  verə  bilər.  Bunun  üçün  o,  auditoriya  qarĢısında  çıxıĢ  edə,  ədəbi  və  pedaqoji 
fəaliyyətlə  məĢğul  ola  və  ya  müxtəlif  məhkəmədənkənar  tədbirlərdə  iĢtirak  edə  bilər.  Hakimlərin  belə 
fəaliyyətini  o  Ģərtlə  dəstəkləmək  və  həvəsləndirmək  lazımdır  ki,  bu,  onların  öz  xidməti  vəzifələrini 
lazımınca icra etmələrinə mane olmasın. 
 
Hüquqi tərbiyələndirmədə və hüquq təhsilində iĢtirak etmək  
157.  Hakim  mühazirələr  demək,  konfrans  və  seminarlarda  iĢtirak  etmək,  tələbələrin  iĢtirakı  ilə  təlim-
tədris  xarakterli  məhkəmə  dinləmələri  aparmaq  və  imtahan  götürən  qismində  çıxıĢ  etməklə,  hüquqi 
tərbiyələndirmə və hüquqi təhsilə öz töhfəsini verə bilər. Hakim, həmçinin hüquq ədəbiyyatının müəllifi 
və ya redaktoru kimi də çıxıĢ edə bilər. Hakimlərin bu cür peĢəkar fəaliyyətlə məĢğul olması cəmiyyətin 
marağındadır və bu səbəbdən, həmin fəaliyyət həvəsləndirilməli və dəstəklənməlidir. Lakin hakim zərurət 
olduqda açıqlama verməlidir ki, təhsillə bağlı tədbirlərdə dediyi fikirlər məsləhətçi rəy xarakteri daĢımır 
və ya onun məhkəmə prosesindəki hər hansı konkret hüquqi mövqeyini ifadə etmir, xüsusən ona görə ki, 
hakimlər  məhkəmə  tərəfindən  lazımi  qaydada  baxılmamıĢ  hüquqi  məsələlərlə  bağlı  fikir  bildirmir  və 
məsləhət  vermirlər.  Hələ  sübutlar  təqdim  edilmədən,  dəlillər  dinlənilmədən  və  zərurət  olarsa  araĢdırma 
qurtarmadan, hakim rəqabətdə olan sübutları və dəlilləri qərəzsiz Ģəkildə qiymətləndirə və həmin məsələ 
barədə qəti məhkəmə rəyi və ya qərarı qəbul edə bilməz. Pedaqoji iĢə görə muzd almamıĢdan öncə hakim 
əmin  olmalıdır  ki,  həmin  muzdun  məbləği  hakim  olmayan  digər  müəllimin  oxĢar  pedaqoji  yük 
müqabilində alacağı məbləğdən artıq deyil və o, əməyin əlavə ödənilməsi ilə bağlı konstitusion və hüquqi 
normalara uyğundur. 
 
 


4.11.2. Hüquq, qanunvericilik, ədalət mühakiməsinin həyata keçirilməsi və digər oxĢar məsələlərlə 
bağlı rəsmi orqanlar qarĢısında iĢlərin ictimai dinləmələrində çıxıĢ etmək; 
ġərh 
 
Rəsmi orqan qarĢısında hakim kimi çıxıĢ etmək 
158.  Hakim  rəsmi  orqan  qarĢısında  malik  olduğu  hakimlik  təcrübəsinin  baxılan  məsələ  ilə  bağlı  onun 
xüsusi səriĢtəliliyini təmin etdiyi həddə çıxıĢ və Ģahidlik edə bilər. 
 
Rəsmi orqan qarĢısında fərdi Ģəxs kimi çıxıĢ etmək  
159. Hakim bilavasitə ona aid olan məsələlərlə  bağlı, məsələn, hakimin daĢınmaz əmlakına təsir edəcək 
ərazi  bölgüsünə  və  ya  yerli  səhiyyə  sisteminin  mümkünlüyünə  dair  təkliflər  barədə  dövlət  orqanlarının 
qarĢısında çıxıĢ və Ģahidlik edə, yaxud öz dəlil və sübutlarını təqdim edə bilər. Lakin bu zaman hakimə 
onun  peĢəkar  səriĢtəyə  malik  olmadığı  məsələlər  üzrə  rəsmi  araĢdırmalarda  öz  qulluq  mövqeyinin 
nüfuzundan istifadə etməməsi üçün ehtiyatlılıq nümayiĢ etdirmək zəruridir. 
 
 


4.11.3.  Əgər  belə  üzvlük  hakimin  öz  qərəzsizliyini  və  siyasi  bitərəf  mövqeyini  saxlamasına  imkan 
verirsə,  hər  hansı  rəsmi  orqanın,  hökumət  komissiyasının,  komitəsinin,  məĢvərətçi  orqanın 
üzvü olmaq; 
ġərh 
AraĢdırma komissiyasında üzvlük 
160.  Məhkəmə  orqanlarına  əhali  arasında  olan  inamı,  həmçinin  halların  araĢdırılması  və  faktların 
müəyyən  edilməsi  fəaliyyətində  hakimlərin  nüfuzunu  nəzərə  alaraq,  onlara  tez-tez  ictimai  əhəmiyyətli 
olan  və  ya  belə  hesab  edilən,  lakin  məhkəmə  orqanlarının  funksiyaları  çərçivəsindən  kənara  çıxan 
məsələlərlə  bağlı  araĢdırma  aparmaq  və  hesabat  təqdim  etmək  xahiĢi  ilə  müraciət  olunur.  Belə  xahiĢə 
baxarkən,  hakim  həmin  fəaliyyətin  onun  müstəqilliyinə  təsir  edib-etmədiyi  barədə  hərtərəfli 
fikirləĢməlidir.  Hakimlərin  tərkibində  iĢlədikləri  komissiyaların  hazırladıqları  hesabatların  nəĢrindən 
sonra  ictimai  mübahisə  və  müzakirələrə  cəlb  olunması,  tənqid  obyektinə  çevrilməsi  və  əlveriĢsiz 
vəziyyətə düĢməsi halları olmuĢdur. Komissiyanın tərkibindəki iĢin məhkəmə funksiyaları ilə nə dərəcədə 
uzlaĢıb-uzlaĢmadığını  qiymətləndirmək  üçün  onun  apardığı  iĢlərin  dairəsini,  həmçinin  komissiyaya  iĢlə 
bağlı  verilən  vaxt  və  resurslar  kimi  digər  Ģərtləri  də  diqqətlə  araĢdırmaq  zəruridir.  Adətən,  hakimlər 
araĢdırma  komissiyasının  iĢində  iĢtirak  etməyi  qəbul  etmək  öhdəliyi  daĢımırlar,  lakin  söhbətin  ölkədə 
fövqəladə  vəziyyət  Ģəraitində  meydana  çıxan  dövlət  əhəmiyyətli  məsələdən  getdiyi  və  hakimin  belə 
komissiyaların  iĢinə  qoĢulmağa  razı  olduğu  hallar  istisna  təĢkil  edə  bilər.  Bəzi  ölkələrdə  konstitusion 
müddəalardan  irəli  gələrək,  hakimlərə  icra  hakimiyyətinin  fəaliyyəti  ilə  bağlı  araĢdırma  aparmaq 
qadağandır
68
  və  hətta  icazə  verilsə  belə,  bu  cür  araĢdırmalarda  hakimlərin  iĢtirakı  araĢdırmanın 
predmetindən  və  komissiya  üzvlərinin  seçilməsi  prosedurundan  asılı  olaraq,  xüsusi  Ģəkildə 
həvəsləndirilmir. 
161.  Doğrudur,  dövlət  və  ya  milli  maraqların  cəmiyyət  üçün  həyati  əhəmiyyətli  məsələlərin  tam, 
hərtərəfli  və  diqqətlə  araĢdırılmasını  tələb  etməsi  və  belə  bir  tapĢırığı  uzun  illər  hakim  və  ya  praktik 
hüquqĢünas  kimi  iĢləməklə  sübutların  hərtərəfli  təhlili  və  Ģahidlərin  etibarlılığının  qiymətləndirilməsi 
üçün  zəruri  olan  təcrübə  və  bacarığa  malik  hakimin  hamıdan  yaxĢı  yerinə  yetirə  biləcəyi  barədə  əsaslı 
dəlillər gətirilə bilər. Lakin nəzərə almaq lazımdır ki: 
(a) Hakimin qanuni funksiyası mühakimə etməkdən ibarətdir. Bu funksiyanı cəmiyyətdə yalnız az 
sayda  Ģəxslər  həyata  keçirmək  iqtidarındadır  və  artıq  hakim  vəzifəsinə  təyin  olunanları  nəzərə 
almasaq,  müəyyən  vaxt  kəsiyi  ərzində  müvafiq  ixtisasa  malik  və  bu  funksiyanı  həyata  keçirmək 
imkanı  olan  Ģəxslərin  sayı  məhduddur.  Digər  tərəfdən,  hakimləri  bu  iĢə  cəlb  etməmək  üçün 
komissiyada əla səviyyədə iĢləyə bilmək üçün lazımi qabiliyyətə və təcrübəyə malik insanlar - həm 
kiĢilər, həm də qadınlar - kifayət qədərdir;
69
 və 
(b)  AraĢdırma  komissiyasının  funksiyaları,  bir  qayda  olaraq,  məhkəmə  hakimiyyətinin  yox,  icra 
hakimiyyətinin  sferasına  aiddir.  Bu  funksiya  icra  hakimiyyətinin  fəaliyyəti  sferasına  aid  olan 
faktlara  dair  məlumatın  araĢdırılmasından  və  mötəbərliyinin  müəyyən  edilməsindən  ibarətdir  ki, 
bununla  bağlı  müəyyən  tədbirlər  görülə  bilər.  Belə  tədbirlər  hərəkətləri  komissiya  tərəfindən 
araĢdırılan  Ģəxslərə  qarĢı  həm  mülki,  həm  də  cinayət  xarakterli  məhkəmə  prosedurunun  həyata 
keçirilməsini nəzərdə tuta bilər. AraĢdırma, həmçinin müxtəlif müzakirələrə səbəb olan təkliflərlə, 
məsələn,  aeroport  və  ya  avtomagistral  tikintisi;  və  ya  aviaqəza  halları,  konkret  qanunvericilik 
islahatları  və  yaxud  əhalinin  müəyyən  qrupunun  hüquqları  və  xüsusi  tələbatları  sferasına  aid 
siyasətin  istiqaməti  ilə  bağlı  ola  bilər.  Ġcra  hakimiyyətinin  istənilən  digər  aktları  kimi  araĢdırma 
komissiyasının  iĢi  və  əldə  etdiyi  məlumatlar  da  əsaslı  olaraq  cəmiyyətdə  mübahisə  və  müzakirə 
predmeti ola bilər və çox vaxt elə belə də olur. 
                                                 
68
 Wilson v Minister for Aboriginal Affairs, High Court of Australia, (1997) 189 CLR 1. 
69  Sir  Murray  McInerney,  “The  Appointment  of  Judges  to  Commissions  of  Inquiry  and  Other  Extra-Judicial  Activities”, 
(1978) The Australian Law Journal, vol. 52, pp. 540-553.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə