H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   33   34   35   36   37   38   39   40   ...   60

tamahkarlıqdan  uzaq  olan  tənha  qalmıĢ  xeyirxah  deyil:  ona  özündə  cəmiyyətin  yaxın  diqqətini  hiss 
etməyə və sadə insanların açıq və doğru fikirlərini eĢitməyə imkan verilməlidir”.
67
 
 
Hakim məhkəmə orqanlarına aid məsələlər üzrə öz fikrini açıq bildirə bilər. 
138.  Bir  sıra  hallarda  hakim  siyasi  nöqteyi-nəzərdən  ziddiyyətli  məsələlər  üzrə  öz  fikrini  açıq  bildirə 
bilər:  xüsusilə,  bu  məsələ  hakimin  fəaliyyətinə,  məhkəmə  orqanlarının  müstəqilliyinə  (o  cümlədən, 
hakimlərin  maaĢlarına  və  onlara  təqdim  edilən  güzəĢtlərə),  ədalət  mühakiməsinin  həyata  keçirilməsinin 
mühüm  aspektlərinə,  yaxud  hakimlərin  vicdanlılığına  və  ələalınmazlığına  bilavasitə  aid  olduqda.  Lakin 
hətta  bu məsələlərə  dair  öz  fikrini  bildirərkən belə, hakim  ehtiyatlı  olmalıdır. Hakim bu məsələlərə  dair 
açıq  bəyanatla  hökumətə  müraciət  edə  bilməsinə  baxmayaraq,  onun  söz  və  hərəkətləri  hökumətə 
“lobbiçilik” cəhdi,  yaxud konkret  məsələlərin məhkəmə baxıĢına çıxarıldığı  təqdirdə, onun hansı  qərarı 
qəbul edəcəyinə iĢarə kimi qəbul edilməməlidir. Bundan əlavə, hakim həmiĢə yadda saxlamalıdır ki, onun 
tərəfindən  açıq  ifadə  edilmiĢ  nəzər  nöqtəsi  bütün  məhkəmə  ictimaiyyətinin  rəyini  əks  etdirən  kimi 
qiymətləndirilə  bilər;  hakimə  öz  fikrini  heç  də  həmiĢə  elə  tərzdə  ifadə  etmək  nəsib  olmur  ki,  bu  fikir 
bütövlükdə məhkəmə ictimaiyyətinin rəyi kimi deyil, onun öz Ģəxsi nəzər nöqtəsi kimi qəbul olunsun. 
 
Hakim qanunvericiliyin müzakirəsində iĢtirak edə bilər. 
139. Hakim qanunvericiliyin müzakirəsində maarifləndirici məqsədlərlə, yaxud qanun və ya qanunlarda 
mövcud  olan  çatıĢmazlıqları  göstərmək  üçün  iĢtirak  edə  bilər.  Müəyyən  hallarda  hakimin  qanun 
layihəsinə  dair  rəyi  faydalı  və  hakimin  qeyri-rəsmi  Ģərhlərdən  və  qanun  layihəsində  təklif  olunan 
normaların  konstitusionluğuna  aid  mübahisəli  nəticələrdən  çəkinməsi  Ģərtilə  diqqətəlayiq  ola  bilər.  Bir 
qayda  olaraq,  hakimin  təklif  olunan  qanun  layihəsinə,  yaxud  hökumətin  siyasətinin  digər  məsələlərinə 
dair  Ģərhləri  həmin  normaların  tətbiqinin  praktiki  məsələlərinə,  qanun  layihəsinin  tərtibindəki  redaksion 
çatıĢmazlıqlara  aid  olmalı  və  siyasi  baxımdan  mübahisəli  və  ya  ziddiyyətli  görünən  məsələlərə 
toxunmamalıdır.  Ümumiyyətlə,  belə  Ģərh  ayrıca  hakimin  deyil,  bütövlükdə  hakimlər  birlyi 
nümayəndələrinin birgə və ya institusional səylərinin nəticəsi olmalıdır. 
 
Hakim nə vaxt Ģəxsi rəyini bildirməyi öz mənəvi borcu hesab etməlidir? 
140.  Elə  hallar olur ki,  hakim vicdana,  əxlaqi prinsiplərə, hisslərə  və dəyərlərə malik  olan hər bir insan 
kimi öz fikrini açıq bildirməyi özünün mənəvi borcu hesab edir. Məsələn, öz ifadə azadlığı hüququndan 
istifadə edərkən, hakim gecə-gündüz davam edən etiraz nümayiĢinə qoĢula, əlində plakat tuta, müharibə 
əleyhinə  petisiyaya  imza  ata,  enerji  resurslarından  səmərəli  istifadə  edilməsinə,  yoxsulluqla  mübarizə 
tədbirlərinun  maliyyələĢdirilməsini    təmin  etməyə  yönələn  qüvvələri  dəstəkləyə  bilər.  Bununla,  hakim 
yerli  əhalini  və  ya  dünya  ictimaiyyətini  həyəcanlandıran  problemlərlə  bağlı  öz  narahatlığını  ifadə  edir. 
Əgər  bu  məsələlərdən  hər  hansı  biri  həmin  hakimin  iĢə  baxdığı  məhkəmədə  qalxarsa  və  hakimin 
qərəzsizliyi Ģübhə altında olarsa, hakim özünü həmin iĢdən kənarlaĢdırmalı və keçmiĢ hərəkətlərinin onun 
qərəzsizliyini, vicdanlılığını və düzgünlüyünü hər hansı formada Ģübhə altına qoya bildiyi hər hansı iĢlərə 
baxılmasında iĢtirak etməməlidir. 
 
 
                                                 
67
 Ambard v. Attorney General for Trinidad and Tobago, Privy Council on appeal from the Court of Appeal of Trinidad and 
Tobago [1936]AC 322 at 335, per Lord Atkin. 


4.7.  Hakim  özünün  məxfi  xarakterli  Ģəxsi  və  maddi  maraqları  barədə  məlumatlı  olmalı  və  öz  ailə 
üzvlərinin maddi maraqları barədə məlumat almaq məqsədilə ağlabatan tədbirlər görməlidir. 
 
ġərh 
 
Maddi maraqlar barədə məlumatlı olmaq öhdəliyi 
141. Əgər məhkəmədə baxılan iĢ üzrə hakimin qəbul etdiyi qərar nəticəsində onun özü, ailə üzvlərindən 
hər hansı biri,  yaxud “fidusiar” münasibətlərdə olduğu digər Ģəxs maddi fayda əldə edə bilərsə, hakimin 
istefaya  getməkdən  baĢqa  seçimi  qalmır.  Ona  görə  də,  hakim  öz  ailə  üzvlərinin  maddi  maraqları  kimi 
həmiĢə özünün də Ģəxsi, həmçinin fidusiar maddi maraqları barədə məlumatlı olmalıdır. “Fidusiar”, yəni 
etibarlı  münasibətlərə  etibar  edən  və  etibar  olunan  Ģəxslər  arasındakı  münasibətlər  daxildir  (məsələn, 
vəsiyyətnamə  icraçısı,  investisiyaların  idarə  edilməsi  və  ya  aktivlərin  qorunması  etibar  edilmiĢ 
vəkalətnaməli idarə edən, qəyyum və himayəçi). 
   
Maddi maraq 
142.  “Maddi  maraq”  anlayıĢı  müəssisədə  və  ya  təĢkilatda  qanuni  və  ya  ədalətlilik  prinsipinə  əsaslanan 
paya sahib  olmanı,  yaxud bu müəssisənin  və  ya  təĢkilatın fəaliyyətində  direktor, məsləhətçi və  ya digər 
aktiv tərəf kimi iĢtirak etməni nəzərdə tutur. AĢağıdakılar istisna halları təĢkil edir: 
(i)  Qiymətli  kağızların  saxlayanı  sayılan  qarĢılıqlı  və  ya  ümumi  investisiya  fondunda  mülkiyyətə 
sahib olma saxlayanı həmin təĢkilat hesab olunan qiymətli kağızlara münasibətdə “maddi marağın” 
mövcudluğu demək deyil
(ii) Təhsil, dini, xeyriyyə və ya ictimai təĢkilatda, yaxud qardaĢlıqda vəzifəyə sahib olma saxlayanı 
həmin təĢkilat  hesab olunan qiymətli  kağızlara  münasibətdə  “maddi marağın” mövcudluğu demək 
deyil; 
(iii)  QarĢılıqlı  sığorta  Ģirkətində  sığorta  polisini  saxlayanın,  qarĢılıqlı  əmanət  assosiasiyalarında 
əmanətçinin  mülkiyyət  hüququ  və  ya  digər  marağı  yalnız  o  halda  həmin  təĢkilata  münasibətdə 
“maddi  marağın”  mövcudluğu  deməkdir  ki,  hər  hansı  iĢin  nəticəsi  bu  mülkiyyətin  dəyərinə 
əhəmiyyətli təsir göstərə bilsin;  
(iv) Dövlət qiymətli kağızlarına sahib olma yalnız o halda emitentə münasibətdə “maddi marağın” 
mövcudluğu deməkdir ki, hər hansı iĢin nəticəsi bu qiymətli kağızların dəyərinə əhəmiyyətli təsir 
göstərə bilsin. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə