H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   31   32   33   34   35   36   37   38   ...   60

4.3.  Hakim  iĢə  onun  baxdığı  məhkəmədə  daimi  təcrübəyə  malik  olan  vəkillərlə  öz  Ģəxsi  qarĢılıqlı 
münasibətlərində  əsaslı  Ģübhələr  doğura  və  ya  hakimdə  hər  hansı  üstün  tutma  və  ya 
qabaqcadan  hasil  olan  qənaət  münasibətinin  mövcudluğu  görüntüsünü  yarada  bilən 
vəziyyətlərdən çəkinməlidir. 
 
ġərh 
Vəkillərlə dostluq əlaqələri 
119.  Hakim  korpusunun  və  vəkilliyin  nümayəndələri  arasında  dostluq  əlaqələri  və  ünsiyyət  qədim  və 
hörmətə  layiq  ənənə  sayılır.  Hakimlər  fil  diĢindən  hazırlanan  qalalarda  deyil,  real  həyatda  yaĢadıqları 
üçün  hakim  vəzifəsinə  girərkən  vəkillərlə  olan  bütün  əlaqələrini  nə  kəsə  bilər,  nə  də  ki  kəsməlidirlər. 
Hakimin  cəmiyyətdən,  o cümlədən öz dostlarından,  iĢ  yoldaĢlarından, həmçinin  vəkillər sırasından olan 
həmkarlarından təcrid olunması hüquqi prosesdə də arzu olunmayandır. Həqiqətən, hakimin vəkillərlə bu 
və  ya  digər  tədbirlərə  qatılmasının  bir  sıra  üstünlükləri  vardır.  Belə  tədbirlər  hakimlərlə  vəkillərin 
münasibətlərindəki  gərginliyi  aradan  qaldırmağa  imkan  yaradan  qeyri-rəsmi  ünsiyyətə,  habelə  hakimin 
vəzifəyə təyin olunduqdan sonra məruz qaldığı keçmiĢ həmkarlarından uzaqlaĢmanın və təcrid olunmanın 
müəyyən dərəcədə qarĢısını almağa rəvac verir. Bununla belə, hakim öz hərəkətlərində sağlam düĢüncəni 
əsas tutmalı və ehtiyatlı olmalıdır. 
 
Ayrı-ayrı vəkillərlə qarĢılıqlı dostluq münasibətləri 
120.  Hakimin  iĢə  baxdığı  məhkəmədə  müntəzəm  olaraq  iĢtirak  edən  vəkillə  qarĢılıqlı  dostluq 
münasibətləri  və  ünsiyyət  narahatlıq  doğuran  haldır  və  belə  münasibətlərin  daim  tarazlaĢdırılması 
zəruridir.  Bir  tərəfdən,  hakimin  məhkəmədənkənar  dostluq  əlaqə  və  münasibətlərinə  maneçilik 
törədilməməlidir. Digər tərəfdən, əgər iĢə baxılması zamanı vəkil qismində hakimin dostu, yaxud keçmiĢ 
iĢ  yoldaĢı  və  ya  partnyoru  iĢtirak  edirsə,    hakimdə  qərəzli  münasibətin  və  tərəfkeĢliyin  mövcudluğu 
görüntüsü problemi meydana çıxır. Son nəticədə, həqiqətən vəkillə həddindən artıq yaxın münasibətlərdə 
olmasını  və  ya  yalnız  belə  halın  görüntüsünün  mövcudluğunu  hakim  özü  həll  etməlidir.  Həmin  həddin 
haradan  keçməli  olduğunu  hakim  özü  həll  edir.  Hakim  özünə  vəkillə  dostluq  münasibətlərinin  onun 
vəzifələrinin  icrasına  təsir  edə  bilib-bilməməsi  və  onun  sosial  münasibətlərinin  xarakteri  barədə  ətraflı 
məlumata  malik  olan  müĢahidəçinin  onun  ədalət  mühakiməsini  həyata  keçirmək  qabiliyyətindən  əsaslı 
olaraq  Ģübhələnə  bilib-bilmədiyi  sualını  verməlidir.  Hakim,  həmçinin  öz  iradəsindən  asılı  olmayaraq 
baxdığı  iĢə  aid  olan  məhkəmədənkənar  məlumat  əldə  edə  bilməsi  təhlükəsi  ilə  də  bağlı  özünə  hesabat 
verməlidir.  Ona  görə  də,  hakim,  əgər  bu  əlaqələr  əsaslı  olaraq  hakimlə  vəkil  arasında  yaxın  Ģəxsi 
münasibətlərə  dəlalət  edən  kimi  Ģərh  edilə  bilərsə,  baxdığı  konkret  iĢdə  iĢtirak  edən  vəkillə  Ģəxsi 
əlaqələrdən uzaq durmağa çalıĢmalıdır. . 
 
Hakimin həm də qonĢusu olan vəkillə qarĢılıqlı dostluq münasibətləri 
121.Yaxın  qonĢusu  onun  iĢlərə  baxdığı  məhkəmədə  müntəzəm  iĢtirak  edən  vəkil  olan  hakim,  özünün 
baxdığı  iĢ  üzrə  müdafiəçi  qismində  həmin  vəkilin  çıxıĢ  etdiyi  dövr  istisna  olmaqla,  bu  vəkillə  hər  cür 
əlaqələrdən  çəkinməməlidir.  Konkret  hallardan  asılı  olaraq,  hakimin  həmin  vəkillə  ünsiyyəti  müəyyən 
hədlərdə o Ģərtlə mümkündür ki, bu ünsiyyət hakimin tez-tez özü-özünə etiraz etməsi barədə bəyanatları 
üçün  əsas  və  onun  obyektivliyi  və  qərəzsizliyinin  etibardan  salına  bilməsinə  dair  əsaslandırılmıĢ 
ehtimallar üçün səbəb kimi çıxıĢ etməsin. 
 
Vəkillərin iĢtirakı ilə keçirilən görüĢlərə getmək 
122.  Hakimin,  məsələn,  baĢ  vəkil  təyinatına  layiq  görülmüĢ  vəkillərin  öz  nailiyyətlərini  bayram  etmək 
üçün təĢkil etdikləri böyük gecələrə və ya digər tədbirlərə getməsinə etiraz etməyə heç bir əsaslar yoxdur. 
Belə tədbirdə həmin hakimin iĢə baxdığı məhkəmədə çıxıĢ edən vəkillər də iĢtirak edə bilsələr də, onlarla 
blavasitə  əlaqələrdən  o  halda  uzaq  durmaq  lazımdır  ki,  müdafiəçi  qismində  həmin  vəkillərin  iĢtirak 
etdikləri iĢ məhkəmə baxıĢında olsun. Bu cür görüĢün keçirildiyi təqdirdə hakim baxılan iĢ haqqında hər 
hansı söhbətlərdən çəkinməli və konkret hallardan asılı olaraq, ilk imkandaca həmin görüĢ barədə tərəfləri 
məlumatlandırmalıdır.  Belə  hallarda  rəhbər  tutulmalı  olan  əsas  fikir  ondan  ibarətdir  ki,  bu  cür  ünsiyyət 
vəkillə  hakim  arasında  xüsusi  qarĢılıqlı  münasibətlərin  mövcudluğu  görüntüsünü  yaradırmı  və  ya 


yaranmasına  gətirib  çıxara  bilərmi  və  belə  xüsusi  qarĢılıqlı  münasibətlərin  mövcudluğu  hakimin  həmin 
vəkilin fikirləri ilə razılaĢmağa hazır olduğunu ifadə edirmi? 
 
Sadə qonaqpərvərliyin nümayiĢ etdirilməsi 
123. Adətən, hakimlərə vəkillərin və hüquq peĢəsinin digər nümayəndələrinin qeyri-rəsmi görüĢlərinə və 
toplantılarına dəvəti qəbul etməyə icazə verilir. Belə tədbirlərdə adətən yer alan qeyri-rəsmi danıĢıqları və 
müzakirələri nəzərə alaraq, vəkillərlə bu cür görüĢləri dəstəkləmək lazımdır. Lakin hakim özünün baxdığı 
iĢ üzrə müdafiəçi qismində çıxıĢ edə bilən vəkildən hədiyyə qəbul etməməli, yaxud habelə hüquq firması 
tərəfindən  keçirilən  və  qonaqpərvərliyin  miqyası  qəbul  olunan  həddi  aĢan  gecədə  və  ya  qəbulda  iĢtirak 
etməməlidir.  Belə  hallarda  rəhbər  tutulmalı  olan  meyar  bu  cür  tədbirin  vəkillərin  adətlərinə  o  qədər  də 
dözümlü münasibət göstərə bilməyən kənar müĢahidəçinin nəzərində necə görünməsidir.  
 
Hüquq firmasının qonağı 
124.  Hüquq  firması  tərəfindən  keçirilən  gecədə  və  ya  qəbulda  hakimin  iĢtirakının  mümkünlüyü  bu 
tədbirin  təĢkilatçısı  qismində  kimin  çıxıĢ  etməsindın,  tədbirə  qonaq  qismində  kimin  dəvət  edilməsindən 
və  tədbirin  xarakterinin  necə  olmasından  asılıdır.  Hakim  belə  tədbirdə  iĢtirak  etmək  qərarına  gələrkən, 
yerli adətlər barədə Ģəxsi biliklərinə, həmçinin bu növdən olan keçmiĢ tədbirlərdəki təcrübəsinə əsaslanır. 
Vəziyyətdən  asılı  olaraq,  hakim  tədbirin  təĢkilatçısından  tədbirə  daha  kimlərin  dəvət  olunması  və  onun 
miqyası barədə məlumat əldə edə bilər. Konkret firma potensial müĢtərilərə özünü və ya öz xidmətlərini 
təklif edən kimi  göründüyü halda, xüsusi ehtiyatlılıq  tələb olunur. Bundan baĢqa, peĢəkar assosiasiyalar 
tərəfindən  keçirilən  nümayəndəlik  tədbirləri  (hansılara  ki  hakimləri  geniĢ  marağa  səbəb  olan  məsələlər 
üzrə  çıxıĢ  etmək  üçün  tez-tez  dəvət  edirlər)  ilə  ayrı-ayrı  hüquq  və  ya  vəkillik  firmalarının  keçirdiyi 
tədbirlər arasında dəqiq  sərhəd mövcuddur. Hakim  hüquq  firması  tərəfindən keçirilən  gecədə  iĢtirakının 
cəmiyyətin nəzərində onun qərəzsizliyini əksiltməməsini təmin etməlidir. 
 
Hakimin əvvəllər iĢlədiyi vəkillik kontoruna, firmasına və ya bürosuna getməsi 
125. Hakimin əvvəllər iĢlədiyi vəkillik kontoruna və ya hüquq firmasına getməsinin qanunauyğunluğunun 
qiymətləndirilməsi zamanı ehtiyatlı olmaq lazımdır. Məsələn, hakimin əvvəllər iĢlədiyi vəkillik kontoruna 
və ya hüquq firmasına illik toplantıda, firmanın üzvünün baĢ vəkil və ya keçmiĢ iĢ yoldaĢının hakim təyin 
olunması  münasibətilə  keçirilən  təntənəli  gecədə  və  ya  qəbulda  iĢtirak  etmək  üçün  getməsi,  bir  qayda 
olaraq,    qanunauyğun  hesab  edilir.  Lakin  vəziyyətdən  asılı  olaraq,  hakimin  əvvəllər  iĢlədiyi  firmaya 
keçmiĢ  həmkarları  ilə  ünsiyyətdə  olmaq  üçün  həddindən  artıq  tez-tez  getməsi  heç  də  qanunauyğun 
olmaya bilər. Əvvəllər prokuror iĢləmiĢ hakim həm prokurorluq, həm də polis xidməti üzrə əvvəllər birgə 
iĢləmiĢ olduğu öz keçmiĢ həmkarları ilə həddindən artıq yaxın əlaqələrdən çəkinməlidir. Hətta hər hansı 
qərəzlilik görüntüsü də istisna edilməlidir. Kronizm əsasında qurulan münasibətlər belə düzgün deyildir. 
 
Məhkəmə iĢində tərəflərlə qarĢılıqlı münasibətlər 
126. Əgər belə qarĢılıqlı münasibətlər əsaslı olaraq qərəzli münasibətin mövcudluğu görüntüsünü yarada 
və  ya hakimin iĢə baxılmasında iĢtirakdan kənarlaĢdırılması zərurətini Ģərtləndirə bilərsə, hakim  özünün 
iĢə  baxdığı  məhkəmədə  tez-tez  tərəf  qismində  çıxıĢ  edən  Ģəxslərlə  həddindən  artıq  yaxın  qarĢılıqlı 
münasibətlərdən  çəkinməli  və  ehtiyatlı  olmalıdır:  bu,  xüsusilə  nazirlərə  və  hökumət  məmurlarına, 
bələdiyyə iĢçilərinə, prokurorluq orqanlarının nümayəndələrinə və dövlət müdafiəçilərinə aiddir. Hakimin 
həmin  vəzifəli  Ģəxsin  və  ya  vəkilin  məhkəmədə  tez-tez  görünməsini,  özünün  onunla  qarĢılıqlı 
fəaliyyətinin  xarakterini  və  intensivliyini,  iĢlədiyi  hüquq  ictimaiyyətinin  mədəni  xüsusiyyətlərini, 
həmçinin baxılan və ya baxılacaq iĢin xüsusiyyətlərini nəzərə alması məqsədəuyğundur. 
 
Gizli cəmiyyətlərə üzvlük 
127. Hakimə onun iĢlədiyi məhkəmədə müdafiəçi qismində çıxıĢ edən vəkilin də daxil olduğu hər hansı 
gizli cəmiyyətə üzv olmaq məsləhət deyil, çünki bu, qardaĢlıq məcəlləsinə əsasən həmin vəkilə hər hansı 
üstünlüklərin verilməsi mümkünlüyü barədə fikir formalaĢdıra bilər. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə