H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   27   28   29   30   31   32   33   34   ...   60

2.5.2. eyni mübahisə predmetinə əvvəllər baxılması zamanı hakim vəkil qismində çıxıĢ etmiĢsə və ya 
mühüm Ģahid qismində cəlb edilmiĢsə; 
 
ġərh 
 
Vəkil vəkillik kontorunun digər üzvlərinə görə məsuliyyət daĢımır. 
94.  Hakim  əvvəllər  fərdi  vəkillik  təcrübəsi  ilə  məĢğul  olmuĢsa,  azad  peĢə  sahibi  -  vəkillik  kontorunda 
iĢləyən  vəkil  kimi  müstəqil  statusu  onu  həmin  kontorun  digər  üzvlərinin  iĢi  ilə  bağlı  istənilən 
məsuliyyətdən və həmçinin, onların iĢləri haqqında ətaflı məlumata malik olmaq vəzifəsindən azad edir. 
 
ĠĢləyən hüquqĢünaslar öz partnyorlarının peĢə hərəkətlərinə görə məsuliyyət daĢıyırlar. 
95. Hər hansı hüquq firmasında və  ya Ģirkətində iĢləyən vəkil və  ya hüquq məsləhətçisi həmin firmanın 
digər  partnyorlarının  peĢə  hərəkətlərinə  görə  hüquqi  məsuliyyət  daĢıya  bilərlər.  Ona  görə  də,  gələcək 
partnyor kimi firmanın və ya Ģirkətin üzvü, hətta heç vaxt onların maraqlarını müdafiə etməli olmadıqda 
və  onların  iĢləri  barədə  məlumatlandırılmadıqda  belə,  firmanın  müĢtəriləri  qarĢısında  məsuliyyət  daĢıya 
bilər.  Müvafiq  olaraq,  əvvəllər  belə  firmanın  və  ya  Ģirkətin  üzvü  olmuĢ  hakim  bu  vəzifəyə  təyin 
olunanadək özünün və  ya keçmiĢ  firmasının hər  hansı  qisimdə  bilavasitə  aidiyyəti olduğu istənilən iĢdə 
hakim kimi iĢtirak etməməlidir. 
 
Hökumət təĢkilatında və ya hüquq məsləhətxanasında iĢ 
96. Hakimin əvvəllər hökumət təĢkilatında və ya hüquq məsləhətxanasında iĢləməsi faktından irəli gələn 
qabaqcadan hasil olan qənaət münasibətinin mövcudluğunun qiymətləndirilməsi zamanı həmin təĢkilatda 
və  ya  məsləhətxanada  hüquqi  təcrübənin  xüsusiyyətlərini,  həmçinin  hakimin  əvvəllər  yerinə  yetirdiyi 
inzibati, məsləhət və ya nəzarət xarakterli funksiyaları nəzərə almaq zəruridir.  
 
Hakim  əvvəllər  eyni  mübahisə  predmetinə  baxılması  zamanı  mühüm  Ģahid  qismində  cəlb 
edilmiĢdir. 
97.  Belə  qaydanın  mövcudolma  səbəbi  ondadır  ki,  hakim  özü  tərəfindən  verilmiĢ  Ģahid  ifadələrinə 
münasibətdə  sübutedici  qərarlar  çıxara  bilməz  və  bu  cür  hallarla  bağlı  yarana  bilən  qeyri-münasib 
vəziyyətə düĢməməlidir. 
 
 


2.5.3. hakim və ya onun ailə üzvləri baxılan iĢin nəticəsində maraqlıdırsa. 
 
ġərh 
 
Hansı hallarda maddi maraq hakimə etiraz üçün əsas kimi çıxıĢ edir? 
98.  Bir  qayda  olaraq,  hakim  necə  həll  olunacağından  asılı  olaraq,  hakimin  (və  ya  onun  ailə  üzvünün) 
maliyyə baxımından uda və ya uduzacağı ilə bağlı iĢə baxılmasında iĢtirakdan özü-özünə etiraz edir. Belə 
vəziyyət o halda da mövcud ola bilər ki, hakim məhkəmə mübahisəsinin tərəflərindən biri olan Ģirkətdə 
səhmlərin böyük əksəriyyətinə malik olur və baxılan iĢin nəticəsi hakimin maliyyə maraqlarına real təsir 
edə, yaxud təsir edən kimi qəbul oluna bilər. Əgər iĢdə tərəf kimi açıq səhmdar cəmiyyəti iĢtirak edirsə və 
hakim oradakı səhm paylarının ümumi miqdarının az hissəsinə malikdirsə, iĢə baxılmasında iĢtirak etmək 
hüququndan məhrum edilmir, çünki iĢin nəticəsi, bir qayda olaraq, onun maliyyə maraqlarına təsir etmir. 
Lakin  əgər  məhkəmə  mübahisəsinin  nəticəsindən  Ģirkətin  gələcəyi  və  sonrakı  varlığı  asılıdırsa,  iĢ  baĢqa 
cür də ola bilər. Belə halda, konkret hallardan asılı olaraq, iĢin nəticəsinə hakimin maliyyə maraqlarına 
real təsir edən kimi baxıla bilər.  
 
“Maddi maraq” nəyə Ģamil olunmur? 
99. “Maddi maraq” anlayıĢı hakimin, məsələn, qarĢılıqlı və ya ümumi investisiya fondundakı aktivlərinə 
və  ya  paylarına;  maliyyə  təĢkilatları,  qarĢılıqlı  ssuda-əmanət  assosiasiyaları  və  ya  kredit  ittifaqlarındakı 
depozitlərinə;  yaxud  sahibi  olduğu  dövlət  qiymətli  kağızlarına  Ģamil  olunmur,  bir  Ģərtlə  ki,  məhkəmə 
prosesi  belə  aktivlərin  və  ya  payların  dəyərinə  əhəmiyyətli  təsir  göstərə  bilməsin.  Hakimin  iĢə 
baxılmasında  iĢtirakına  etiraz,  həmçinin  o  halda  tələb  edilmir  ki,  hakim  baxılan  iĢdə  tərəf  kimi  iĢtirak 
edən bankın, sığorta Ģirkətinin, kredit kartları xidməti üzrə Ģirkətin və s. adi  müĢtərisi sayılır, bir Ģərtlə ki, 
həmin hakimin özünün cəlb olunduğu mübahisə və ya xüsusi tranzaksiya olmasın. Hakimin həyat yoldaĢı, 
valideynləri və ya uĢaqlarının direktor, müĢavir, məsləhətçi və s. qisimdə iĢləyə bildikləri təhsil, xeyriyyə 
və ya ictimai təĢkilatın qiymətli kağızların sahibi ola bilməsi faktı hakimin belə təĢkilatlara münasibətdə 
maddi  marağının  olması  anlamına  gəlmir.  Eynilə,  maliyyə  nəticələri  əhəmiyyətli  dərəcədə 
proqnozlaĢdırılmayan  və  çox  uzaq  perspektivə  aid  olan  iĢlərə  münasibətdə  maddi  marağın  müəyyən 
edilməsi  üçün  istifadə  olunan  meyarın  tətbiqi,  bir  qayda  olaraq,  hakimin  kənarlaĢdırılmasına  gətirib 
çıxarmır.  Bununla  belə,  bu  cür  hallarda  hakim,  əgər  tərəfləri,  açıq  məhkəmə  iclasında  elan  etdiyi 
məlumatları onlarla təkcə tərəflərin vəkillərinin deyil, həm də özlərinin tanıĢ ola bilmələri üçün protokola 
daxil  etməklə,  hər  hansı  belə  hallar  barədə  məlumatlandırırsa,  ağıllı  və  tədbirli  hərəkət  etmiĢ  olur.  Çox 
vaxt nəinki hakimin peĢə həmkarları, qeyri-peĢəkarlar daha çox hər Ģeydən Ģübhələnən və heç kəsə etibar 
etməyən olurlar. 
 
 


Həmin iĢə baxılması üçün heç bir digər məhkəmə təyin edilə bilmədikdə və ya həllinin ləngidilməsi 
ciddi  məhkəmə  səhvlərinə  gətirib  çıxara  bilən  iĢin  təcili  xarakterini  nəzərə  alaraq,  hakim  iĢə 
baxılmasında iĢtirak etməkdən kənarlaĢdırıla bilməz. 
 
ġərh 
Zərurət nəzəriyyəsi 
100. Fövqəladə hallar yuxarıda göstərilən prinsipdən kənara çıxmanı tələb edə bilər. Zərurət nəzəriyyəsi, 
əks  təqdirdə  məhkəmə  icraatında  iĢtirakdan  uzaqlaĢdırılan  hakimə,  bunun  icra  olunmaması  ədalət 
mühakiməsindən  imtinaya  gətirib  çıxara  bilən  hallarda,  iĢə  baxmaq  və  həmin  iĢ  üzrə  qərar  çıxarmaq 
imkanı  verir.  Belə  zərurət,  məhkəmə  icraatında  iĢtirakdan  kənarlaĢdırılmamıĢ  baĢqa  hakim  olmadıqda, 
yaxud  məhkəmə  prosesinin  təxirə  salınması  və  ya  qeyri-düzgün  məhkəmə  araĢdırması  ciddi  çətinliklərə 
səbəb  olarsa  və  ya  həmin  hakimin  iĢtirakı  olmadan  iĢə  baxılması  və  iĢ  üzrə  qərar  çıxarılması  qeyr-
mümkündürsə, yarana bilər.
64
 Əlbəttə, bu cür zərurət nadir və xüsusi hallarda meydana çıxır. Lakin belə 
vəziyyət  bəzi  hallarda  hakimlərin  məhdud  sayına  malik  olan  və  üzərlərinə  konstitusion  hüquqların 
müdafiəsi  və  baĢqa  hakimlərlə  əvəz  edilə  bilməyən  apellyasiya  icraatı  üzrə  mühüm  funksiyalar  həvalə 
olunmuĢ son instansiya məhkəmələrində yarana bilər. 
 
 
                                                 
64
 Bax: The Judges v Attorney-General of Saskatchewan, Privy Council on appeal from the Supreme Court of Canada, (1937) 
53  TLR  464;  Ebner  v  Official  Trustee  in  Bankruptcy,  High  Court  of  Australia,  [2001]  2  LRC  369;  Panton  v  Minister  of 
Finance, Privy Council on appeal from the Court of Appeal of Jamaica, [2002] 5 LRC 132. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə