H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   24   25   26   27   28   29   30   31   ...   60

zaman rəy bildirmək yolu ilə cavab verməsi məsləhət deyil. Məhkəmənin baxdığı iĢlərlə əlaqədar hakim 
yalnız  öz  qərarını  əsaslandırdığı  dəlillərin  dili  ilə  danıĢır.  Hakim  çıxardığı  qərarın  hüquqi 
əsaslandırılmasının açıq müdafiəsi ilə məĢğul olmamalıdır. 
 
KĠV tərəfindən qeyri-dəqiq və ya qeyri-düzgün məlumatların verilməsi 
75. KĠV məhkəmə prosesi və ya çıxarılan qərar barədə qeyri-dəqiq və ya qeyri-düzgün məlumat verdikdə 
və  hakim  yanlıĢlığın  düzəldilməsini  məqsədəuyğun  hesab  etdikdə,  məhkəmənin  katibi  iĢin  real 
vəziyyətinə dair press-reliz yaya, yaxud KĠV vasitəsilə yayılmıĢ məlumata müvafiq düzəliĢlər etmək üçün 
lazımi addımlar ata bilər. 
 
KĠV-lə münasibətlər 
76.  KĠV-lə  münasibətlər  məsələsinə  “Banqalor  prinsipləri”nin  2.4-cü  bəndində  birbaĢa  toxunulmasa  da, 
bu məsələ əhəmiyyətlidir. Burada narahatlıq doğura bilən üç aspekti qeyd etmək zəruridir:  
(a)  KĠV-dən  (məhkəmə  iclası  zamanı  və  ya  məhkəmədən  kənarda)  hakimin  cəmiyyətin  nəzərində  özü 
barədə  arzuolunan  “imic”  formalaĢdırılması  və  ya  karyera  yüksəliĢi  üçün  istifadə  edilməsi,  yaxud 
çıxardığı qərara KĠV-in göstərəcəyi mümkün reaksiya ilə bağlı narahatlıq keçirməsi. Hakim heç bir halda 
özünün  KĠV-in  təsiri  altına  düĢməsinə  imkan  verməməlidir,  çünki  bu  demək  olar  ki  “Banqalor 
prinsipləri”nin  1.1  bəndində  və  digər,  o  cümlədən  2.1,  2.2,  3.2  və  4.1  bəndlərində  nəzərdə  tutulan 
müddəaların pozuntusu hesab olunardı. 
(b)  Ġkinci  aspekt  hakimin  KĠV-lə  məhkəmədənkənar  münasibətlərinə  aiddir.  Əksər  ölkələrdə  KĠV 
məlumatı  məhkəmə  iclas  protokollarından  və  onlara  təqdim  edilən  sənədlərdən,  həmçinin  məhkəmə 
araĢdırmasının  aĢkarlığı  sayəsində  əldə  edir.  Bəzi  ölkələrdə  (xüsusilə,  məhkəmə  materiallarının  gizli 
saxlandığı)  məhkəmədə  baxılan  istənilən  iĢin  cari  vəziyyəti  barədə  KĠV-ə  məlumat  verməyin  konkret 
hakimə həvalə olunduğu sistem mövcuddur. Belə xarakterli məlumatlar istisna olmaqla, hakim tərəfindən 
baxdığı iĢlə bağlı məhkəmədən kənarda fikir bildirilməsi yolverilməz sayılmalıdır.  
(c)  Üçüncü  aspekt,  əgər  bu  cür  Ģərh  hətta  elmi  məqalədə  əks  olunsa  belə,  hakimin  Ģəxsən  və  ya  digər 
hakimlər  tərəfindən  çıxarılmıĢ  qərarla  bağlı  verdiyi  Ģərhlərə  aiddir.  Belə  Ģərhi  yalnız  o  halda  mümkün 
hesab etmək olar ki, ümumi maraq kəsb edən və baxılan hər hansı konkret iĢin sırf hüquqi məqamlarına 
aid  olsun.  Lakin  keçmiĢdə  çıxarılmıĢ  qərarların  sırf  elmi  kontekstdə  müzakirə  edilməsinə  aid  qayda 
dəyiĢikliyə uğrayır. Bu məsələyə münasibətdə hakimlər arasında fikir ayrılığı olduğu üçün bununla bağlı 
hansısa mütləq qaydalar barədə danıĢmaq qeyri-mümkün görünür. Mövcud tədbirlilik qaydalarına əsasən, 
hakim  çıxarılmıĢ  qərarlarla  bağlı  mənasız  müzakirələrə  giriĢməməlidir,  xüsusən  o  hallarda  ki,  belə 
müzakirə  çıxarılmıĢ  qərarda  göstərilənlərlə  yanaĢı,  əlavə  dəlillərin  irəli  sürülməsinə  cəhd  kimi 
qiymətləndirilə bilsin. 
 
 


2.5.  Əgər  iĢ  üzrə  obyektiv  qərarın  çıxarılması  onun  üçün  mümkün  görünmürsə  və  ya  kənar 
müĢahidəçidə  hakimin  qərəzsizliyinə  Ģübhələr  yarana  bilərsə,  hakim  özü-özünə  etiraz 
etməlidir. 
 
ġərh 
 
Kənar müĢahidəçi 
77. “Banqalor prinsipləri”nin layihəsində söhbət hakimin məsələni qərəzsiz həll etməyə qabil olmadığını 
“hesab edə bilən” “ağıllı, sağlam düĢüncəli və məlumatlı Ģəxs”dən gedirdi. “Banqalor prinsipləri”ndə əks 
olunan ifadə forması - “kənar müĢahidəçidə Ģübhələr yarana bildikdə” - 2002-ci ilin noyabrında Haaqada 
təĢkil olunan  iclasda “kənar müĢahidəçi” dedikdə “sağlam düĢüncəli və məlumatlı müĢahidəçinin” baĢa 
düĢülməsini nəzərə almaqla razılaĢdırılmıĢdır. 
 
“Heç kəs öz Ģəxsi iĢi üzrə hakim ola bilməz”. 
78.  Heç  kəsin  öz  Ģəxsi  iĢi  üzrə  hakim  ola  bilməməsi  təməl  prinsiplərdəndir.  Bu  prinsip  məhkəmələrin 
təfsirində  iki  oxĢar,  lakin  eyni  olmayan  Ģərhi  nəzərdə  tutur.  Birincisi,  o,  sözün  hərfi  mənasında  təfsir 
oluna bilər: əgər hakim məhkəmə iĢində tərəfdirsə və ya onun nəticəsində iqtisadi marağı varsa, onda öz 
Ģəxsi iĢində həqiqətən hakim rolunda çıxıĢ etmiĢ olur. Bu, hakimin özü-özünə etirazı üçün kifayət edən 
əsas hesab olunur. Ġkincisi, bu prinsip hakim iĢdə tərəf sayılmadığı və onun nəticəsində iqtisadi marağının 
olmadığı halda, özünü onun qərəzsizliyinə Ģübhə doğuran Ģəkildə apardıqda (məsələn, iĢ üzrə tərəflərdən 
hər  hansı  biri  ilə  dostluq  etməsi)  da  tətbiq  edilir.  Belə  vəziyyət  heç  kəsin  öz  Ģəxsi  iĢi  üzrə  hakim  ola 
bilməməsi prinsipinin tətbiqinə nümunə sayılmır, çünki hakimin real və ya görünən qərəzliliyi, bir qayda 
olaraq, onun özü deyil, baĢqa Ģəxs üçün faydanı əks etdirir.
57
 
 
Tərəflərin razılığa gəlməsi mühüm əhəmiyyət kəsb etmir. 
79.  Əgər  hətta  tərəflər  özü-özünə  etiraz  etməli  olduğunu  hesab  edən  hakimin  məhkəmə  prosesində 
iĢtirakına razılıqlarını ifadə edirlərsə, bu, hakimin iĢə baxılmasında sonrakı iĢtirakına haqq qazandırmır. 
Çünki  cəmiyyət  maraqlıdır  ki,  ədalət  mühakiməsinin  həyata  keçirilməsinin  qərəzsizliyinə  hər  hansı 
Ģübhələr  olmasın.  Bununla  belə,  əksər  ölkələrdə  məhkəmə  prosesinin  tərəfləri  qərəzsizliklə  bağlı 
tələblərindən  rəsmi  imtina  etmək  hüququna  malikdirlər.  Belə  imtina  kifayət  qədər  əsaslandırıldıqda, 
tərəflərin hakimə etiraz üçün əsas ola bilən halların mövcudluğu ilə bağlı etirazını aradan qaldırır.  
 
Hakimin faktları tam açıqlamaq vəzifəsi 
80.  Hakim  iki  halda  faktları  protokola  daxil  etməklə  elan  edir  və  tam  açıqlayır  və  tərəflərə  öz 
mülahizələrini təqdim etmək xahiĢi ilə müraciət edir. Birincisi, əgər hakim özü-özünə etiraz üçün sübut 
olunan  əsasların  mövcud  olduğunu  ehtimal  edirsə,  lakin  buna  tam  əmin  deyildirsə.  Ġkincisi,  əgər  iĢə 
məhkəmədə  baxılanadək  və  ya  məhkəmə  araĢdırmasının  gediĢində  gözlənilmədən  hər  hansı  mübahisəli 
məsələ  ortaya  çıxarsa.  Tərəflərə  öz  mülahizələrini  təqdim  etmək  xahiĢi  ilə  müraciət  edərkən,  hakim  bu 
müraciətin tərəflərdən və ya onların müdafiəçilərindən özü-özünə etiraza razılıq almaq üçün deyil, özü-
özünə  etiraz  üçün  sübut  olunan  əsasların  mövcud  olması,  həmçinin  bu  halda  həmin  hakimin  məhkəmə 
araĢdırmasında  iĢtirakı  doktrinasının  tətbiq  oluna  bilməsi  məsələsinin  həllində  ona  kömək  etmələri 
məqsədilə  edildiyini  vurğulamalıdır.  Hakimin  Ģübhələri  real  əsasa  malik  olduqda,  bu  məsələ,  bir  qayda 
olaraq, hakimə etirazın lehinə həll olunur. 
 
Qabaqcadan hasil olan qənaətin mövcudluğuna dair əsaslandırılmıĢ ehtimal 
                                                 
57
 
R v. Bow Street Stipendiary Magistrate, Ex parte Augusto Pinochet Ugarte (No.2), House of Lords, United Kingdom, [1999] 1 LRC 1.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə