H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   25   26   27   28   29   30   31   32   ...   60

81.  Hakimə  etiraz  üçün  qəbul  olunmuĢ  meyar  onun  qabaqcadan  hasil  olan  qənaətə  malik  olmasına  dair 
əsaslandırılmıĢ  ehtimalın  mövcudluğu  sayılır.  Qabaqcadan  hasil  olan  qənaətin  və  ya  qabaqcadan 
formalaĢmıĢ  yanlıĢ  fikrin  mövcudluğunu  ehtimal  etmək  üçün  əsaslar  “yüksək  dərəcədə  ehtimal”,  “real 
imkan”,  “böyük  ehtimal”,  həmçinin  “əsaslandırılmıĢ  Ģübhə”  kimi  müxtəlif  hüquqi  ifadələri  nəzərə 
almaqla  müəyyən  edilir.  Qabaqcadan  hasil  olan  qənaətin  mövcudluğu  barədə  ehtimal  əsaslandırılmıĢ 
olmalı,  məsələni  diqqətlə  öyrənən  və  bununla  bağlı  zəruri  məlumatı  əldə  edən  sağlam  düĢüncəli  və 
məlumatlı  Ģəxslərdən  irəli  gəlməlidir.  Qabaqcadan  hasil  olan  qənaətin  mövcudluğu  barədə  ehtimal 
aĢağıdakı meyar əsasında müəyyən olunur: “bu məsələni real və praktiki nöqteyi-nəzərdən qiymətləndirən 
sağlam  düĢüncəli  və  məlumatlı  müĢahidəçi  hansı  qənaətə  gələ  bilərdi?  O,  həmin  hakimin  ədalətli  və 
qərəzsiz  qərar  qəbul  etməyəcəyini  düĢünürdümü?”
58
  Cəmiyyətin  məhkəmə  orqanlarına  inamını 
saxlamağın  zəruriliyini  nəzərə  alan  və  müstəsna  olaraq  məhkəmə  tərkibinə  daxil  olan  həmkarları 
tərəfindən  onun  iĢinə  verilən  qiymətə  söykənməyən  meyardan  istifadə  edilməsinin  obyektivliyini  qeyd 
etmək üçün hakimin davranıĢı kənar müĢahidəçinin nəzəri mövqeyi ilə qiymətləndirilir.  
82. Kanada Ali Məhkəməsinin
59
 fikrincə, qarĢısındakı məhkəmə iĢinə münasibətdə hakimdə faktiki olaraq 
qabaqcadan formalaĢmıĢ yanlıĢ fikrin müəyyən edilməsi məsələsi nadir hallarda həlledici əhəmiyyət kəsb 
edir.  Əlbəttə,  belə  halın  mümkün  ola  bildiyi  yerdə  müəyyən  edilməsi  hakimin  həmin  iĢə  baxılmasında 
iĢtirak  etmək  hüququndan  məhrum  olunmasını  labüd  edir.  Lakin  əksər  hallarda  hakimə  etirazın 
dəlillərinin  müzakirəsi,  bir  qayda  olaraq,  ondan  baĢlayır  ki,  tərəflər  hakimdə  real  mövcud  olan 
qabaqcadan  formalaĢmıĢ  yanlıĢ  fikrin  olmamasını  qəbul  edir  və  qabaqcadan  hasil  olan  qənaətin 
mövcudluğuna  dair  əsaslandırılmıĢ  ehtimalın  olması  məsələsinin  müzakirəsinə  keçirlər.  Belə  formal 
yanaĢma çox vaxt  onunla Ģərtlənir ki,  hakimdə real  mövcud olan qabaqcadan  formalaĢmıĢ  yanlıĢ fikrin 
olmasından  Ģübhələnən  tərəf  onu  sübut  edə  bilmir  və  buna  görə  də  qabaqcadan  hasil  olan  qənaətin 
mövcudluğuna dair əsaslandırılmıĢ ehtimalın olmasının təsdiqi ilə məhdudlaĢır, çünki sonuncu asan sübut 
oluna bilir. Göstərilən iki məsələ - yəni, real mövcud olan qabaqcadan formalaĢmıĢ yanlıĢ fikrin olması və 
qabaqcadan hasil olan qənaətin mövcudluğuna dair əsaslandırılmıĢ ehtimal – bir-biri ilə bağlı olduğundan, 
hakimin iĢə baxılmasında iĢtirak etmək hüququndan məhrum olunması üçün əsas ola bilən hakimdə real 
mövcud  olan  qabaqcadan  formalaĢmıĢ  yanlıĢ  fikrin  olmamasının  təsdiqi  dedikdə,  məhz  nəyin  nəzərdə 
tutulmasına baxmaq məqsədəuyğun görünür. Hakimdə real mövcud olan qabaqcadan formalaĢmıĢ yanlıĢ 
fikrin  olmamasının  təsdiqi  faktı  aĢağıdakıları  ifadə  edə  bilər:  ya  real  mövcud  olan  qabaqcadan 
formalaĢmıĢ yanlıĢ fikrin olması faktını müəyyən etməyə zərurətin olmamasını, çünki qabaqcadan hasil 
olan qənaətin mövcudluğuna dair  əsaslandırılmıĢ ehtimala onu  əvəz  edən kimi  baxıla bilər;  ya hakimdə 
hətta  düzgün  və  vicdanla  fəaliyyət  göstərdikdə  belə  qeyri-Ģüurlu  qabaqcadan  formalaĢmıĢ  yanlıĢ  fikrin 
olması  mümkünlüyünü;  ya  da  real  mövcud  olan  qabaqcadan  formalaĢmıĢ  yanlıĢ  fikrin  olub-olmaması 
məsələsinə baxılmasının yersiz görünməsini.  
83. Birincisi, tərəflər hakimdə real mövcud olan qabaqcadan formalaĢmıĢ yanlıĢ fikrin olmadığını təsdiq 
etdikdə, hakimə etirazla bağlı qüvvədə olan standartın onların bunun mövcudluğunu sübuta yetirmələrini 
tələb  etmədiyini  güman  edə  bilərlər.  Bu  mənada,  “qabaqcadan  hasil  olan  qənaətin  mövcudluğuna  dair 
əsaslandırılmıĢ  ehtimal”a  real  mövcud  olan  qabaqcadan  formalaĢmıĢ  yanlıĢ  fikri  əvəz  edən  kimi  baxıla 
bilər, nəzərə alaraq ki sonuncunun sübut olunmasını tələb etmək ağlabatan və real olmazdı. Hakimin nə 
düĢündüyünü, onun simpatiyası və antipatiyasını dəqiq müəyyənləĢdirmək çətindir, xüsusən ona görə ki, 
qanun hakimin  psixoloji durumuna hansı  xarici  amillərin təsir edə bilməsini aydınlaĢdırmaq üçün onun 
sorğu prosedurunu nəzərdə tutmur. Bundan baĢqa, hüquq siyasəti məhkəmə prosesinin tərəflərinə onların 
üzərinə düĢən sübutetmə yükünün azaldılması imkanının təqdim edilməsində ifadə olunur, çünki  qanun 
tərəflərə bu halın real mövcud olmasının sübut edilməsini tələb etmədən qabaqcadan formalaĢmıĢ yanlıĢ 
fikrin olmasına real təhlükəyə istinad etməyə imkan verir.  
                                                 
58
 Bax: Locabail (UK) Ltd v Bayfield Properties, Court of Appeal of England and Wales [2000] QB 451, [2000] 3 LRC 482; 
Re edicaments and Related Classes of Goods (No.2), House of Lords, United Kingdom [2001] 1 WLR 700;  Porter v Magill
House  of  Lords,  United  Kingdom  [2002]  2  AC  357;  Webb  v  The  Queen,  High  Court  of  Australia  (1994)  181  CLR  41; 
Newfoundland Telephone Co v Newfoundland (Board of Commissioners of Public Utilities), Supreme Court of Canada [1992] 
1 SCR 623;  R v Gough, House of Lords, United Kingdom [1993] AC 646;  R v Bow Street Stipendiary Magistrate, Ex parte 
Augusto Pinochet Ugarte (No.2), House of Lords [2001] 1 AC 119. 
59
 Wewaykum Indian Band v. Canada, Supreme Court of Canada, [2004] 2 LRC 692, per Chief Justice McLachlin. 


84. Ġkincisi, tərəflər hakimdə real mövcud olan qabaqcadan  formalaĢmıĢ yanlıĢ fikrin olmadığını təsdiq 
etdikdə,  onlar  razılığa  gələ  bilərlər  ki,  hakim  düzgün  və  vicdanla  fəaliyyət  göstərir  və  Ģüurlu  Ģəkildə 
qabaqcadan formalaĢmıĢ hər hansı yanlıĢ fikrə malik deyil. Lakin qabaqcadan formalaĢmıĢ yanlıĢ fikir və 
qabaqcadan  hasil  olan  qənaət  qeyri-iradi  də  ola  və  hakim  səmimi  Ģəkildə  təsdiq  edə  bilər  ki,  onun 
qabaqcadan formalaĢmıĢ hər hansı yanlıĢ fikri yoxdur və öz maraqlarının onun Ģüuruna və fikirlərinə təsir 
etməsinə imkan vermir, lakin bununla belə qeyri-iradi olaraq bu hal baĢ verə bilər. 
85.  Və  nəhayət,  tərəflər  hakimdə  real  mövcud  olan  qabaqcadan  formalaĢmıĢ  yanlıĢ  fikrin  olmadığı  ilə 
razılaĢdıqda, düĢünə bilərlər ki, qabaqcadan formalaĢmıĢ yanlıĢ fikir və qabaqcadan hasil olan qənaətin 
real  mövcudluğu  barədə  məsələnin  qoyuluĢunun  özü  kifayət  qədər  uyğun  görünməyə  bilər.  Onlar  onu 
rəhbər  tuturlar  ki,  “təkcə  ədalət  mühakiməsini  həyata  keçirmək  kifayət  deyil,  bunu  açıq  və  elə  etmək 
lazımdır ki, ədalət mühakiməsinin həyata keçirilməsi cəmiyyətdə hər hansı Ģübhələr doğurmasın”. BaĢqa 
sözlə,  hakimə  etiraz  məsələsi  meydana  çıxdıqda,  hakimdə  həqiqətən  Ģüurlu  və  ya  qeyri-Ģüurlu  olaraq 
qabaqcadan  formalaĢmıĢ  yanlıĢ  fikrin  mövcudluğuna  deyil,  kənar  məlumatlı  müĢahidəçidə  belə 
təsəvvürün  yarana  bilib-bilməməsinə  diqqət  yetirmək  lazımdır.  Bu  mənada,  qabaqcadan  hasil  olan 
qənaətə  dair  əsaslandırılmıĢ  ehtimal  özü-özlüyündə  qabaqcadan  hasil  olan  qənaəti  istisna  edən  sübutları 
sadəcə  əvəz  etmir,  həm  də  hakimdə  qeyri-Ģüurlu  qabaqcadan  formalaĢmıĢ  yanlıĢ  fikrin  mövcudluğu 
ehtimalının  müəyyən  edilməsi  üçün  sübutedici  vasitə  qismində  çıxıĢ  edir;  hakimin  iĢə  baxılmasında 
iĢtirak  etmək  hüququndan  məhrum  edilməsi  barədə  məsələnin  həlli  zamanı  həmin  əsasa  verilən  bu 
əhəmiyyət  ədalət  mühakiməsinin  “imicinə”  və  xüsusilə,  dövlətin  cəmiyyətdə  ədalət  mühakiməsinin 
düzgün  həyata  keçirilməsinə  inamın  möhkəmləndirilməsi  marağına  necə  böyük  diqqət  yetirilməsinə 
dəlalət edir. 
86.  Qabaqcadan  hasil  olan  qənaətin  olması  barədə  əsaslandırılmıĢ  ehtimala  dair  obyektiv  meyarın 
yuxarıda  göstərilən  üç  əsasından  sonuncusu  məhkəmə  sisteminə  münasibətdə  daha  sərt  görünür,  çünki 
ədalət mühakiməsi  əslində həyata keçirildiyi halda, cəmiyyət tərəfindən onun həyata keçirilməmiĢ kimi 
qəbul  olunması  imkanını  istisna  etmir.  BaĢqa  sözlə,  o,  tam  Ģəkildə  obyektiv  və  qərəzsiz  olan  hakimin 
bəzən  onun  kənarlaĢdırılmasını,  yəni  iĢə  baxılmasında  iĢtirak  etmək  hüququndan  məhrum  olunmasını 
tələb  edən  qərəzliliyi  barədə  ehtimalları  doğura  bilən  hallarla  üzləĢə  bilməsini  də  nəzərdə  tutur.  Lakin 
baxılan prinsipin hətta bu cür anlamında belə, kənarlaĢdırmanın zəruriliyini müəyyən edən meyar, sağlam 
düĢüncəli  kənar  müĢahidəçinin  obyektiv  baxıĢları  ilə  qiymətləndirilsə  də,  hakimin  dəyərlər  sistemi  və 
Ģüuru  sayılır.  Bu  mənada,  tez-tez  istinad  olunan  “ədalət  mühakiməsini  açıq  və  elə  həyata  keçirmək 
lazımdır ki, onun həyata keçirilməsi cəmiyyətdə hər hansı Ģübhələr doğurmasın” fikrinə qabaqcadan hasil 
olan qənaətin olması barədə əsaslandırılmıĢ ehtimala dair meyardan ayrılıqda baxıla bilməz. 
 
Hakim özü-özünə etiraz etmə tələbinə həddən artıq həssas reaksiya verməməlidir. 
87.  Hakim  özü-özünə  etiraz  etmə  tələbinə  həddən  artıq  həssas  yanaĢmamalı  və  bunu  Ģəxsi  təhqir  kimi 
qəbul  etməməlidir.  Əgər  hakim  özü-özünə  etiraz  etmə  tələbini  Ģəxsi  təhqir  kimi  qəbul  edərsə,  keçirdiyi 
mənəvi həyəcan hissi onun mühakimələrinə mənfi təsir göstərə bilər. Əgər hakim tərəflərə öz incikliyini 
açıq  Ģəkildə  ifadə  edərsə,  bu,  tələbkarın  həmin  hakimin  qərəzliliyi  barədə  Ģübhələrini  daha  da  artırar. 
Tərəf hakimin qabaqcadan hasil olan qənaəti barədə əsaslandırılmıĢ Ģübhələrə malik olduqda, hakim ona 
etiraz edən Ģəxsin onu və onun hərəkətlərini məhz necə qəbul etdiyini anlamalıdır. Hakimin hüququn və 
ictimai  siyasətin  təməl  prinsipi  sayılan  ədalət  mühakiməsinin  açıq  və  heç  bir  Ģübhə  doğurmadan  həyata 
keçirilməsini təmin etmək vəzifəsi az əhəmiyyət kəsb etmir. Ona görə də, hakim məhkəmə araĢdırmasını 
elə aparmalıdır ki, onun qərəzsizliyi, obyektivliyi və ədalətliliyi iĢə aidiyyəti olan bütün, xüsusən hakimə 
etiraz  tələbi  verən  Ģəxslər  üçün  aĢkar  olsun.  Müvafiq  olaraq,  barəsində  etiraz  tələbi  verilən  hakim 
bilməlidir  ki,  ondan,  həmçinin  etiraz  barədə  vəsatətlə  bağlı  aydın  və  heç  kəsdə  Ģübhə  doğurmayan 
qərəzsizlik gözlənilir.
60
 
 
KeçmiĢ siyasi mənsubiyyəti hakimin iĢdən kənarlaĢdırılması üçün əsas ola bilməz. 
                                                 
60
 Bax: Cole v Cullinan et al, Court of Appeal of Lesotho, [2004] 1 LRC 550. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə