81. Hakimə etiraz üçün qəbul olunmuĢ meyar onun qabaqcadan hasil olan qənaətə malik olmasına dair
əsaslandırılmıĢ ehtimalın mövcudluğu sayılır. Qabaqcadan hasil olan qənaətin və ya qabaqcadan
formalaĢmıĢ yanlıĢ fikrin mövcudluğunu ehtimal etmək üçün əsaslar “yüksək dərəcədə ehtimal”, “real
imkan”, “böyük ehtimal”, həmçinin “əsaslandırılmıĢ Ģübhə” kimi müxtəlif hüquqi ifadələri nəzərə
almaqla müəyyən edilir. Qabaqcadan hasil olan qənaətin mövcudluğu barədə ehtimal əsaslandırılmıĢ
olmalı, məsələni diqqətlə öyrənən və bununla bağlı zəruri məlumatı əldə edən sağlam düĢüncəli və
məlumatlı Ģəxslərdən irəli gəlməlidir. Qabaqcadan hasil olan qənaətin mövcudluğu barədə ehtimal
aĢağıdakı meyar əsasında müəyyən olunur: “bu məsələni real və praktiki nöqteyi-nəzərdən qiymətləndirən
sağlam düĢüncəli və məlumatlı müĢahidəçi hansı qənaətə gələ bilərdi? O, həmin hakimin ədalətli və
qərəzsiz qərar qəbul etməyəcəyini düĢünürdümü?”
58
Cəmiyyətin məhkəmə orqanlarına inamını
saxlamağın zəruriliyini nəzərə alan və müstəsna olaraq məhkəmə tərkibinə daxil olan həmkarları
tərəfindən onun iĢinə verilən qiymətə söykənməyən meyardan istifadə edilməsinin obyektivliyini qeyd
etmək üçün hakimin davranıĢı kənar müĢahidəçinin nəzəri mövqeyi ilə qiymətləndirilir.
82.
Kanada Ali Məhkəməsinin
59
fikrincə, qarĢısındakı məhkəmə iĢinə münasibətdə hakimdə faktiki
olaraq
qabaqcadan formalaĢmıĢ yanlıĢ fikrin müəyyən edilməsi məsələsi nadir hallarda həlledici əhəmiyyət kəsb
edir. Əlbəttə, belə halın mümkün ola bildiyi yerdə müəyyən edilməsi hakimin həmin iĢə baxılmasında
iĢtirak etmək hüququndan məhrum olunmasını labüd edir. Lakin əksər hallarda hakimə etirazın
dəlillərinin müzakirəsi, bir qayda olaraq, ondan baĢlayır ki, tərəflər hakimdə real mövcud olan
qabaqcadan formalaĢmıĢ yanlıĢ fikrin olmamasını qəbul edir və qabaqcadan hasil olan qənaətin
mövcudluğuna dair əsaslandırılmıĢ ehtimalın olması məsələsinin müzakirəsinə keçirlər. Belə formal
yanaĢma çox vaxt onunla Ģərtlənir ki, hakimdə real mövcud olan qabaqcadan formalaĢmıĢ yanlıĢ fikrin
olmasından Ģübhələnən tərəf onu sübut edə bilmir və buna görə də qabaqcadan hasil olan qənaətin
mövcudluğuna dair əsaslandırılmıĢ ehtimalın olmasının təsdiqi ilə məhdudlaĢır, çünki sonuncu asan sübut
oluna bilir.
Göstərilən iki məsələ - yəni, real mövcud olan qabaqcadan formalaĢmıĢ yanlıĢ fikrin olması və
qabaqcadan hasil olan qənaətin mövcudluğuna dair əsaslandırılmıĢ ehtimal – bir-biri ilə bağlı olduğundan,
hakimin iĢə baxılmasında iĢtirak etmək hüququndan məhrum olunması üçün əsas ola bilən hakimdə real
mövcud olan qabaqcadan formalaĢmıĢ yanlıĢ fikrin olmamasının təsdiqi dedikdə, məhz nəyin nəzərdə
tutulmasına baxmaq məqsədəuyğun görünür. Hakimdə real mövcud olan qabaqcadan formalaĢmıĢ yanlıĢ
fikrin olmamasının təsdiqi faktı aĢağıdakıları ifadə edə bilər: ya real mövcud olan qabaqcadan
formalaĢmıĢ yanlıĢ fikrin olması faktını müəyyən etməyə zərurətin olmamasını, çünki qabaqcadan hasil
olan qənaətin mövcudluğuna dair əsaslandırılmıĢ ehtimala onu əvəz edən kimi baxıla bilər; ya hakimdə
hətta düzgün və vicdanla fəaliyyət göstərdikdə belə qeyri-Ģüurlu qabaqcadan formalaĢmıĢ yanlıĢ fikrin
olması mümkünlüyünü; ya da real mövcud olan qabaqcadan formalaĢmıĢ yanlıĢ fikrin olub-olmaması
məsələsinə baxılmasının yersiz görünməsini.
83. Birincisi, tərəflər hakimdə real mövcud olan qabaqcadan formalaĢmıĢ yanlıĢ fikrin olmadığını təsdiq
etdikdə, hakimə etirazla bağlı qüvvədə olan standartın onların bunun mövcudluğunu sübuta yetirmələrini
tələb etmədiyini güman edə bilərlər. Bu mənada, “qabaqcadan hasil olan qənaətin mövcudluğuna dair
əsaslandırılmıĢ ehtimal”a real mövcud olan qabaqcadan formalaĢmıĢ yanlıĢ fikri əvəz edən kimi baxıla
bilər, nəzərə alaraq ki sonuncunun sübut olunmasını tələb etmək ağlabatan və real olmazdı. Hakimin nə
düĢündüyünü, onun simpatiyası və antipatiyasını dəqiq müəyyənləĢdirmək çətindir, xüsusən ona görə ki,
qanun hakimin psixoloji durumuna hansı xarici amillərin təsir edə bilməsini aydınlaĢdırmaq üçün onun
sorğu prosedurunu nəzərdə tutmur. Bundan baĢqa, hüquq siyasəti məhkəmə prosesinin tərəflərinə onların
üzərinə düĢən sübutetmə yükünün azaldılması imkanının təqdim edilməsində ifadə olunur, çünki qanun
tərəflərə bu halın real mövcud olmasının sübut edilməsini tələb etmədən qabaqcadan formalaĢmıĢ yanlıĢ
fikrin olmasına real təhlükəyə istinad etməyə imkan verir.
58
Bax:
Locabail (UK) Ltd v Bayfield Properties, Court of Appeal of England and Wales [2000] QB 451, [2000] 3 LRC 482;
Re edicaments and Related Classes of Goods (No.2), House of Lords, United Kingdom [2001] 1 WLR 700;
Porter v Magill,
House of Lords, United Kingdom [2002] 2 AC 357;
Webb v The Queen, High Court of Australia (1994) 181 CLR 41;
Newfoundland Telephone Co v Newfoundland (Board of Commissioners of Public Utilities), Supreme Court of Canada [1992]
1 SCR 623;
R v Gough, House of Lords, United Kingdom [1993] AC 646;
R v Bow Street Stipendiary Magistrate, Ex parte
Augusto Pinochet Ugarte (No.2), House of Lords [2001] 1 AC 119.
59
Wewaykum Indian Band v. Canada, Supreme Court
of Canada, [2004] 2 LRC 692, per Chief Justice McLachlin.
84. Ġkincisi, tərəflər hakimdə real mövcud olan qabaqcadan formalaĢmıĢ yanlıĢ fikrin olmadığını təsdiq
etdikdə, onlar razılığa gələ bilərlər ki, hakim düzgün və vicdanla fəaliyyət göstərir və Ģüurlu Ģəkildə
qabaqcadan formalaĢmıĢ hər hansı yanlıĢ fikrə malik deyil. Lakin qabaqcadan formalaĢmıĢ yanlıĢ fikir və
qabaqcadan hasil olan qənaət qeyri-iradi də ola və hakim səmimi Ģəkildə təsdiq edə bilər ki, onun
qabaqcadan formalaĢmıĢ hər hansı yanlıĢ fikri yoxdur və öz maraqlarının onun Ģüuruna və fikirlərinə təsir
etməsinə imkan vermir, lakin bununla belə qeyri-iradi olaraq bu hal baĢ verə bilər.
85. Və nəhayət, tərəflər hakimdə real mövcud olan qabaqcadan formalaĢmıĢ yanlıĢ fikrin olmadığı ilə
razılaĢdıqda, düĢünə bilərlər ki, qabaqcadan formalaĢmıĢ yanlıĢ fikir və qabaqcadan hasil olan qənaətin
real mövcudluğu barədə məsələnin qoyuluĢunun özü kifayət qədər uyğun görünməyə bilər. Onlar onu
rəhbər tuturlar ki, “təkcə ədalət mühakiməsini həyata keçirmək kifayət deyil, bunu açıq və elə etmək
lazımdır ki, ədalət mühakiməsinin həyata keçirilməsi cəmiyyətdə hər hansı Ģübhələr doğurmasın”. BaĢqa
sözlə, hakimə etiraz məsələsi meydana çıxdıqda, hakimdə
həqiqətən Ģüurlu və ya qeyri-Ģüurlu olaraq
qabaqcadan formalaĢmıĢ yanlıĢ fikrin mövcudluğuna deyil, kənar məlumatlı müĢahidəçidə belə
təsəvvürün yarana bilib-bilməməsinə diqqət yetirmək lazımdır. Bu mənada, qabaqcadan hasil olan
qənaətə dair əsaslandırılmıĢ ehtimal özü-özlüyündə qabaqcadan hasil olan qənaəti istisna edən sübutları
sadəcə əvəz etmir, həm də hakimdə qeyri-Ģüurlu qabaqcadan formalaĢmıĢ yanlıĢ fikrin mövcudluğu
ehtimalının müəyyən edilməsi üçün sübutedici vasitə qismində çıxıĢ edir; hakimin iĢə baxılmasında
iĢtirak etmək hüququndan məhrum edilməsi barədə məsələnin həlli zamanı həmin əsasa verilən bu
əhəmiyyət ədalət mühakiməsinin “imicinə” və xüsusilə, dövlətin cəmiyyətdə ədalət mühakiməsinin
düzgün həyata keçirilməsinə inamın möhkəmləndirilməsi marağına necə böyük diqqət yetirilməsinə
dəlalət edir.
86. Qabaqcadan hasil olan qənaətin olması barədə əsaslandırılmıĢ ehtimala dair obyektiv meyarın
yuxarıda göstərilən üç əsasından sonuncusu məhkəmə sisteminə münasibətdə daha sərt görünür, çünki
ədalət mühakiməsi əslində həyata keçirildiyi halda, cəmiyyət tərəfindən onun həyata keçirilməmiĢ kimi
qəbul olunması imkanını istisna etmir. BaĢqa sözlə, o, tam Ģəkildə obyektiv və qərəzsiz olan hakimin
bəzən onun kənarlaĢdırılmasını, yəni iĢə baxılmasında iĢtirak etmək hüququndan məhrum olunmasını
tələb edən qərəzliliyi barədə ehtimalları doğura bilən hallarla üzləĢə bilməsini də nəzərdə tutur. Lakin
baxılan prinsipin hətta bu cür anlamında belə, kənarlaĢdırmanın zəruriliyini müəyyən edən meyar, sağlam
düĢüncəli kənar müĢahidəçinin obyektiv baxıĢları ilə qiymətləndirilsə də, hakimin dəyərlər sistemi və
Ģüuru sayılır. Bu mənada, tez-tez istinad olunan “ədalət mühakiməsini açıq və elə həyata keçirmək
lazımdır ki, onun həyata keçirilməsi cəmiyyətdə hər hansı Ģübhələr doğurmasın” fikrinə qabaqcadan hasil
olan qənaətin olması barədə əsaslandırılmıĢ ehtimala dair meyardan ayrılıqda baxıla bilməz.
Hakim özü-özünə etiraz etmə tələbinə həddən artıq həssas reaksiya verməməlidir.
87. Hakim özü-özünə etiraz etmə tələbinə həddən artıq həssas yanaĢmamalı və bunu Ģəxsi təhqir kimi
qəbul etməməlidir. Əgər hakim özü-özünə etiraz etmə tələbini Ģəxsi təhqir kimi qəbul edərsə, keçirdiyi
mənəvi həyəcan hissi onun mühakimələrinə mənfi təsir göstərə bilər. Əgər hakim tərəflərə öz incikliyini
açıq Ģəkildə ifadə edərsə, bu, tələbkarın həmin hakimin qərəzliliyi barədə Ģübhələrini daha da artırar.
Tərəf hakimin qabaqcadan hasil olan qənaəti barədə əsaslandırılmıĢ Ģübhələrə malik olduqda, hakim ona
etiraz edən Ģəxsin onu və onun hərəkətlərini məhz necə
qəbul etdiyini anlamalıdır. Hakimin hüququn və
ictimai siyasətin təməl prinsipi sayılan ədalət mühakiməsinin açıq və heç bir Ģübhə doğurmadan həyata
keçirilməsini təmin etmək vəzifəsi az əhəmiyyət kəsb etmir. Ona görə də, hakim məhkəmə araĢdırmasını
elə aparmalıdır ki, onun qərəzsizliyi, obyektivliyi və ədalətliliyi iĢə aidiyyəti olan bütün, xüsusən hakimə
etiraz tələbi verən Ģəxslər üçün aĢkar olsun. Müvafiq olaraq, barəsində etiraz tələbi verilən hakim
bilməlidir ki, ondan, həmçinin etiraz barədə vəsatətlə bağlı aydın və heç kəsdə Ģübhə doğurmayan
qərəzsizlik gözlənilir.
60
KeçmiĢ siyasi mənsubiyyəti hakimin iĢdən kənarlaĢdırılması üçün əsas ola bilməz.
60
Bax:
Cole v Cullinan et al, Court
of Appeal of Lesotho, [2004] 1 LRC 550.