H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   21   22   23   24   25   26   27   28   ...   60

Tətbiqi: 
2.1.  Hakim  öz  vəzifələrinin  icrası  zamanı  hər  hansı  üstüntutma  hallarından,  qabaqcadan 
formalaĢmıĢ yanlıĢ fikirlərdən və qabaqcadan hasil olan qənaətlərdən azaddır. 
 
ġərh 
Qərəzlilik hissi cəmiyyətin inamını sarsıdır. 
55. Əgər hakim qərəzli kimi qəbul olunarsa, cəmiyyətin məhkəmə hakimiyyətinə inamı sarsılacaqdır. Ona 
görə də, hakim onun qərarına xarici amillərin (məsələn, tərəflərdən biri ilə Ģəxsi münasibətlər və ya iĢin 
nəticəsində  maraqlı  olmaq)  təsir  edə  bilməsinə  dəlalət  edən  kimi  Ģərh  oluna  biləcək  istənilən 
hərəkətlərdən çəkinməlidir. 
 
Qabaqcadan hasil olan qənaətin mövcudluğu ehtimalı 
56.  Qərəzsizlik  təkcə  qabaqcadan  hasil  olan  qənaətin  və  qabaqcadan  formalaĢmıĢ  yanlıĢ  fikrin  real 
mövcud  olmamasını  deyil,  həm  də  onun  belə  qəbul  olunmasını  nəzərdə  tutur.  Bu  anlayıĢın  ikili  təbiəti 
onda ifadə olunur ki, ədalət mühakiməsini təkcə həyata keçirmək deyil, həm də bunu cəmiyyət üçün açıq 
Ģəkildə etmək vacibdir.
  51
 Bu halda adətən istifadə olunan meyar ondan ibarətdir ki, həmin məsələni real 
və praktiki qiymətləndirən sağlam düĢüncəli müĢahidəçi hakimin hərəkətlərində qərəzsizliyin olmamasını 
ehtimal edərdimi (və ya edə bilərdimi)?  Qərəzli münasibətin mövcudluğunun ehtimal edilib-edilməməsi 
məsələsi kənar müĢahidəçinin nöqteyi-nəzərindən qiymətləndirilməlidir. 
 
“Qabaqcadan hasil olan qənaət və ya qabaqcadan formalaĢmıĢ yanlıĢ fikir” anlayıĢlarının mənası 
57.  Qabaqcadan hasil olan qənaət və ya qabaqcadan formalaĢmıĢ yanlıĢ fikir bu və ya digər tərəfə və ya 
konkret  nəticəyə  münasibətdə  rəğbət,  üstün  tutma  və  ya  meyllilik  kimi  müəyyən  olunur.  Ədalət 
mühakiməsi prosesinə münasibətdə bu anlayıĢ məsələnin və ya məhkəmə iĢinin həllinə müəyyən formada 
olan  meylliliyi  ifadə  edir,  hansı  ki  hakimin  düĢüncəsinin  obyektiv  qiymətləndirməli  olduğu  dəlil  və 
sübutlar üçün tam açıq-aydın olmasına imkan vermir. Qabaqcadan hasil olan qənaət – mühakiməyə təsir 
göstərən və hakimi konkret məhkəmə iĢi ilə bağlı öz funksiyalarını qərəzsiz icra etmək qabiliyyətindən 
məhrum  edən  əhval-ruhiyyə,  mövqe  və  ya  nəzər  nöqtəsidir.
52
  Lakin  bu  zaman  qabaqcadan  hasil  olan 
qənaətin xarakteri də nəzərə alınmalıdır. Məsələn, əgər hakim əsas insan hüquqlarına üstünlük verirsə, bu, 
qanunda  dəqiq  və  birmənalı  olaraq  baĢqa  hal  nəzərdə  tutulmadığı  təqdirdə,  iĢə  qərəzli  baxılmasını 
söyləməyə əsas vermir.  
 
Qabaqcadan hasil olan qənaət və ya qabaqcadan formalaĢmıĢ yanlıĢ fikrin təzahürü 
58. Qabaqcadan hasil olan qənaət münasibəti həm Ģifahi, həm də fiziki formada təzahür edə bilər. Buna 
misal  kimi  bənzətmələr,  iftiralar,  təhqiredici  ləqəblər,  neqativ  stereotiplərin  yaradılması,  uğursuz 
zarafatlar  (məsələn,  cinsi,  irqi  və  s.  mənsubiyyətlə  bağlı),  hədə-qorxu  gəlmələr,  yaxud  irqi  və  ya  milli 
mənsubiyyətlə  əlaqədar  ədavətli  hərəkətlər,  həmçinin  iĢə  aidiyyəti  olmayan  hansısa  Ģəxsi  keyfiyyətlər 
barədə xatırlatmalar çıxıĢ edə bilər. Qabaqcadan hasil olan qənaət və  ya  qabaqcadan formalaĢmıĢ  yanlıĢ 
fikir, həmçinin məhkəmə iclası zamanı və ya məhkəmədən kənarda edilən jestlərlə, duruĢ vəziyyətləri ilə 
və  digər  iĢarələrlə  ifadə  oluna  bilər.  DavranıĢın  fiziki  manerası  Ģahidə  inamsızlığı  göstərə  və  bununla 
məhkəmədə  andlı  iclasçıların  tərkibinə  qanunsuz  təsir  edə  bilər.  Gərəksiz  mimika,  üz  ifadələrinin 
nümayiĢi məhkəmə iĢinin tərəfləri, iĢdə iĢtirak edən vəkillər, andlı iclasçılar, KĠV nümyəndələri və digər 
Ģəxslər  tərəfindən  qabaqcadan  hasil  olan  qənaət  münasibətinin  mövcudluğuna  dəlalət  edən  kimi  qəbul 
                                                 
51
 R v Sussex Justices, ex parte McCarthy, King‟s Bench Division of the High Court of Justice of England and Wales [1924) 1 
KB 256 at 259, per Lord Chief Justice Hewart. 
52
  R  v  Bertram  [1989]  OJ  No.2133  (QL),  quoted  by  Justice  Cory  in  R  v  S,  Supreme  Court  of  Canada,  [1997]  3  SCR  484, 
paragraph 106. 


oluna  bilər.  Qabaqcadan hasil olan qənaət  və  ya  qabaqcadan  formalaĢmıĢ  yanlıĢ  fikir tərəflərdən  birinə, 
Ģahidə və ya vəkilə münasibətdə mövcud ola bilər.  
 
Məhkəməyə hörmətsizlik ifadə edən davranıĢla bağlı səlahiyyətlərdən sui-istifadə qabaqcadan hasil 
olan qənaət və ya qabaqcadan formalaĢmıĢ yanlıĢ fikir münasibətinin təzahürü sayılır. 
59.  Məhkəməyə  hörmətsizlik  ifadə  edən  davranıĢa  dair  məsələlərə  münasibətdə  yurisdiksiya  hakimə 
məhkəmə  zalında  davranıĢa  nəzarət  və  müvafiq  davranıĢ  qaydalarına  riayət  olunmasını  təmin  etmək 
imkanı  verir.  Məhkəməyə  hörmətsizlik  həm  öz  xarakterinə,  həm  də  nəticələrinə  görə  cəza  təbiətli 
sanksiyaların tətbiqinə səbəb olduğu üçün onları yalnız son tədbir vasitəsi kimi və yalnız hüquqi nöqteyi-
nəzərdən  kifayət  edən  əsaslarla  və  prosessual  tələblərə  ciddi  riayət  etməklə  tətbiq  etmək  lazımdır. 
Göstərilən səlahiyyətdən son dərəcə diqqət və ehtiyatla istifadə edilməlidir. Həmin səlahiyyətlərdən sui-
istifadə qabaqcadan hasil olan qənaət münasibətinin təzahürü kimi qiymətləndirilməlidir. Belə sui-istifadə 
o halda mövcud olur ki, hakim özünə nəzarəti itirir və Ģəxsi haqq-hesab aparmağa cəhd göstərir və malik 
olduğu səlahiyyətləri, xüsusilə Ģəxsi konfliktdə olduğu tərəfə, vəkilə və ya Ģahidə münasibətdə tətbiq edir. 
 
Nə qabaqcadan hasil olan qənaət və ya qabaqcadan formalaĢmıĢ yanlıĢ fikir hesab olunmaya bilər?  
60. Hakimin inandığı dəyərlər, onun prinsipləri və ya qanuna aid fikirləri qabaqcadan hasil olan qənaətin 
təzahürü sayılmır.  Hakimin baxılan iĢə  aidiyyəti olan hüquqi  və  ya sosial  məsələ  barədə  bu və  ya digər 
fikrə malik olması faktı onu iĢin baxılmasında iĢtirak etmək hüququndan məhrum etmir
53
. Yol verilə bilən 
kimi  dəyərləndirilən  fikrin  mövcudluğunu  yolverilməz  sayılan  qabaqcadan  hasil  olan  qənaətin 
mövcudluğundan  fərqləndirmək  lazımdır.  Qeyd  edilir  ki,  “hakimin  düĢüncəsinin  tabula  rasa  (“təmiz 
lövhə”)  olmasının  sübut  edilməsi  qabaqcadan  hasil  olan  qənaətin  deyil,  peĢəkarlığın  yoxluğuna  dəlalət 
edərdi”.
54
 Bu bənddə əks olunan qayda hakimin qərarlarına və ya məhkəmə iclasının gediĢində sübutlara 
aid izahlarına Ģamil olunmur, yalnız bir Ģərtlə ki hakim bütün mövcud sübutlara məhdudiyyət və baxmaq 
istəməmək niyyəti nümayiĢ etdirməsin. 
 
 
                                                 
53
 See Jeffrey M. Shaman, Steven Lubet and James J. Alfini, Judicial Conduct and Ethics, 3
rd
 ed. (Charlottesville, Virginia, 
The Michie Company, 2000). 
54
 Laird v Tatum, United States Supreme Court (1972) 409 US 824. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə