H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   18   19   20   21   22   23   24   25   ...   60

1.3. Hakim nəinki istənilən qeyri-müvafiq qarĢılıqlı münasibət vəzifələrini və ya hakimiyyətin icra 
və  qanunverici  qolları  tərəfindən  edilən  təsiri  istisna  edir,  həm  də  bunu  elə  etməlidir  ki,  bu, 
hətta kənar müĢahidəçiyə belə aĢkar olsun. 
 
ġərh 
 
Hakimiyyətlərin və ya funksiyaların bölgüsü 
36.  Məhkəmə  orqanlarının  müstəqilliyinin  əsasında  hakimiyyətlərin  bölgüsü  prinsipi  dayanır:  müasir 
demokratik  dövlətin  üç  əsas  və  bərabər  sütunlarından  biri  olan  məhkəmə  hakimiyyəti  digər  iki,  yəni 
qanunverici  və  icra  hakimiyyəti  qollarından  asılı  olmadan  fəaliyyət  göstərməlidir.  Hakimiyyətin  bu  üç 
qolu  arasındakı  qarĢılıqlı  münasibətlər  qarĢılıqlı  inam  və  onlardan  hər  birinin  hakimiyyətin  digər  iki 
qolunun müvafiq rolunu tanıması üzərində qurulmalıdır. Bu zəruridir, çünki məhkəmə hakimiyyəti digər 
iki  hakimiyyət  qoluna  münasibətdə  mühüm  rol  oynayır.  Məhkəmə  hakimiyyəti  hökumətin  və  inzibati 
orqanların  öz  hərəkətlərinə  cavabdeh  olmasını  təmin  etməyə  xidmət  edir,  qanunverici  hakimiyyətə 
gəldikdə,  məhkəmə  hakimiyyəti  qəbul  edilmiĢ  və  qanuni  qüvvəyə  minmiĢ  qanunların  lazımi  qaydada 
tətbiqini,  həmçinin  onların  milli  konstitusiyaya  və  zərurət  olduqda,  dövlətdaxili  hüququn  tərkib  hissəsi 
olan  regional  və  beynəlxalq  müqavilələrə  uyğunluğunu  təmin  etməyə  yönəlir.  Onlara  həvalə  olunmuĢ 
funksiyaların yerinə yetirilməsi və müstəqil qərar qəbul etmək səlahiyyətlərinin azad və məhdudiyyətsiz 
həyata  keçirilməsi  üçün  məhkəmə  orqanları  hakimiyyətin  digər  qolları  ilə  qeyri-qanuni  qarĢılıqlı 
münasibətləri,  həmçinin  onlar  tərəfindən  edilən  təsirləri  istisna  etməlidir.  Beləliklə,  müstəqillik 
qərəzsizliyin və obyektivliyin təminatı kimi çıxıĢ edir. 
 
Məhkəmə orqanlarının müstəqilliyinin cəmiyyət tərəfindən qəbul edilməsi 
37. Məhkəmə orqanlarının və hakimlərin hamı tərəfindən müstəqil kimi qəbul olunması və müstəqilliyin 
qiymətləndirilməsi  meyarının  bu  aspekti  də  özünə  daxil  etməsi  vacibdir.  Yəni,  mühüm  olan  konkret 
məhkəmənin  hakimlərin  müstəqilliyinin  təmin  edilməsi  üçün  obyektiv  Ģərait  və  təminatlara  malik 
olmasının  hamı  tərəfindən  qəbul  olunmasıdır,  nəinki  müĢahidəçinin  fikrincə,  onun  belə  Ģərait  və 
təminatlarının  olub-olmamasından  asılı  olmayaraq  əslində  necə  hərəkət  etməsi.  Məhkəmənin 
müstəqilliyini Ģübhə altına qoymaq istəyən Ģəxsin bu müstəqilliyin real olaraq olmamasını sübut etməsinə 
ehtiyac  yoxdur,  baxmayaraq  ki  belə  sübut  məhkəmənin  obyektivliyinin  qiymətləndirilməsi  zamanı 
həlledici  əhəmiyyət  kəsb  edə  bilər.  Bu  halda  istifadə  olunan  meyar  çıxarılmıĢ  qərarın  qərəzli  olub-
olmamasının  müəyyən  olunması  üçün  istifadə  edilən  meyarla  eyniyyət  təĢkil  edir.  BaĢqa  sözlə,  məsələ 
ondadır ki,  məhkəmə sağlam düĢüncəli kənar müĢahidəçinin nəzərində   müstəqil görünürmü (və  ya bir 
neçə  yurisdiksiyalarda  belə  görünə  bilərmi)?  Məhkəmə  orqanlarının  müstəqilliyi  özündə  obyektiv 
mövcud  olan  Ģərait  və  təminatlarla,  həmçinin  məhkəmə  funksiyalarının  real  həyata  keçirilməsi  zamanı 
hakimlərin  peĢə  məqsədləri  ilə  müəyyən  olunan  qarĢılıqlı  münasibətlərin  statusu  və  ya  formasını  əks 
etdirməsinə  baxmayaraq,  müstəqillik  testi  məhkəmənin  kənar  müĢahidəçinin  nəzərində  müstəqil  kimi 
görünə bilməsinə verilən qiyməti nəzərdə tutur. 
 
 
Qeyri-qanuni qarĢılıqlı münasibət və təsirlərin bir sıra nümunələri 
38.  AĢağıda  “qeyri-qanuni  qarĢılıqlı  münasibətlərin”  və  hakimiyyətin  icra  və  qanunverici  qolları 
tərəfindən  edilən  “təsirlərin”  məhkəmələr  və  məhkəmə  etikası  üzrə  məĢvərətçi  komitələr  tərəfindən  bu 
cür  qiymətləndirilmiĢ  bir  sıra  misalları  göstərilmiĢdir.  Bu  müddəalar  rəhbər  prinsiplər  qismində  təqdim 
edilir.  Hər  bir  konkret  halda  nəticə  bu  halların  sağlam  düĢüncəli  kənar  müĢahidəçinin  nəzərində  necə 
qiymətləndirilməsi kompleksindən asılıdır: 
(a) Əgər qanunverici orqanın üzvü konkret seçicisinə aid boĢanma və qəyyumluq iĢi ilə əlaqədar ən qısa 
zamanda  ədalətli  məhkəmə  qərarının  çıxarılması  xahiĢini  əks  etdirən  məktubla  hakimə  müraciət  edərsə, 
hakim  -  Ģəxsən  və  ya  daha  yaxĢı  olar  ki  nümayəndəsi  vasitəsilə  -  öz  cavabında  həmin  Ģəxsi  sadəcə 
hakimlərin  davranıĢ  prinsiplərinin  ona  belə  müraciətləri  qəbul  etmək,  baxmaq  və  ya  cavab  verməyi 
qadağan  etməsi  barədə  məlumatlandıra  bilər.  Bu  qadağa,  həmçinin  qanunverici  orqanın  üzvünün  iĢin 
hansı  mərhələdə  olması  və  ya  həmin  iĢ  üzrə  qərarın  çıxarılması  müddətləri  barədə  sorğularına  verilən 


cavaba  da Ģamil  olunur, çünki  belə  sorğuya  cavab verilməsi  hakimin  qərarın çıxarılmasını tezləĢdirməsi 
və  bununla  çəkiĢən  tərəflərdən  birinə  üstünlük  verməsi  üçün  qanunverici  orqanın  üzvünün  hakimə  təsir 
edə bilməsi təsəvvürünü yarada bilər
39

(b)  Məzuniyyəti  dövründə  hakimin  hakimiyyətin  icra  və  ya  qanunverici  qollarında  yüksək  məvacibli 
mühüm siyasi vəzifəyə (məsələn, ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində islahatlar məsələləri 
üzrə məsləhətçi qismində) təyin olunmağa razılıq verməsi məhkəmə orqanlarının müstəqilliyi prinsipi ilə 
uzlaĢmır.  Ġcra,  qanunverici  və  ya  məhkəmə  hakimiyyətləri  arasında  yüksək  vəzifələrdə  növbəliliklə 
yerdəyiĢmələr  məhz  belə  hallardan  qaçmaq  üçün  hakimiyyətlərin  bölgüsü  konsepsiyasının  mövcud 
olduğu funksiyaların qarıĢmasına gətirib çıxarır. Belə qarıĢma həm hakimin özünün, həm də onun birgə 
iĢlədiyi digər vəzifəli Ģəxslərin nəzərində hakimin müstəqilliyi barədəki təsəvvürü əhəmiyyətli dərəcədə 
dəyiĢə  bilər.  Hətta  belə  hal  baĢ  verməsə  belə,  bu  cür  xidmət  məhkəmələrin  hakimiyyətin  icra  və 
qanunverici  qollarından  müstəqilliyi  barədə  cəmiyyətdə  formalaĢmıĢ  fikirlərə  mənfi  təsir  göstərə  bilər. 
Hakimin  bu  vəzifəyə  təyin  olunanadək  və  ya  həmin  vəzifədən  getdikdən  sonra  qanunverici  və  ya  icra 
hakimiyyəti orqanlarında xidmət etməsi isə baĢqa məsələdir. Belə hallarda hakimin təyin olunması və ya 
istefaya çıxması prosesi həm hakimə, həm də kənar müĢahidəçiyə hakimiyyətin bu və ya digər qollarında 
xidməti dəqiq fərqləndirməyə imkan verir
40

(c)  Hakimin  əri  və  ya  arvadı  aktiv  siyasi  fəaliyyətlə  məĢğul  olduqda,  hakim  cəmiyyətdə  onun  bu  və  ya 
digər  siyasi  namizədi  dəstəkləməsi  təsəvvürünün  yaranmaması  üçün  ailə  üzvlərinin  hərəkətləri  ilə  öz 
arasında  məsafə  saxlamalıdır.  Əgər  hakimin  əri  və  ya  arvadı  siyasi  toplantıda  iĢtirak  edirsə,  o,  həyat 
yoldaĢını  həmin  tədbirə  müĢayiət  etməməlidir.  Bundan  baĢqa,  belə  tədbirlər  hakimin  evində 
keçirilməməlidir.  Əgər  hakimin  əri  və  ya  arvadı  belə  tədbirin  onun  yaĢadığı  evdə  keçirilməsini  israr 
edərsə,  hakim,  o  cümlədən  qonaqların  gözünə  görünməməklə  və  hətta  zərurət  olduğu  təqdirdə  tədbir 
ərzində öz evini tərk etməklə, həmin tədbirə qatılmamaq üçün lazımi tədbirləri görməlidir. Hakimin əri və 
ya arvadı tərəfindən üzvü olduğu siyasi partiyanın xeyrinə ianələr hakimlə birgə mülkiyyətçisi olduqları 
ümumi hesabdan deyil, özünün Ģəxsi hesabından köçürülməlidir. Qeyd olunmalıdır ki, bu cür hərəkətlər 
cəmiyyətin  gözündə  məhkəmələrin  imicinin  artması  və  ya  ədalət  mühakiməsinin  həyata  keçirilməsi 
prosesinə  ciddi  xələl  gətirir
41
.  Digər  tərəfdən,  hakimin  öz  əri  və  ya  arvadı  ilə  sırf  mərasim  xarakterli 
tədbirlərdə, məsələn, parlamentin açılıĢında və ya ölkədə səfərdə olan hər hansı dövlət baĢçısının Ģərəfinə 
düzənlənən qəbulda iĢtirak etməsi konkret hallardan asılı olaraq qanunsuz hesab olunmaya bilər. 
(d) Hakimi onun məhkəmə fəaliyyətinə görə təltif edən və ya təltif olunmasını tövsiyə edən ədliyyə naziri 
bununla  məhkəmə  orqanlarının  müstəqilliyini  pozmuĢ  olur.  Hakimin  öz  funksiyalarını  yerinə  yetirdiyi 
dövrdə məhkəmə korpusunun əhəmiyyətli Ģəkildə iĢtirakı olmadan onun iĢinin icra hakimiyyəti tərəfindən 
diskresion tanınması məhkəmə sisteminin müstəqilliyinə xələl gətirir
42
. Digər tərəfdən, konkret hallardan 
asılı  olaraq  hakimin  hakimiyyətdə  olan  hökumətin  formalaĢdırmadığı  müstəqil  orqan  tərəfindən  və  ya 
belə orqanın tövsiyəsi ilə mükafatlandırılması qanunsuz hesab olunmaya bilər.  
(e)  Ədalət  mühakiməsinin  həyata  keçirilməsi  fəaliyyəti  ilə  əlaqədar  hakimə  icra  orqanı  tərəfindən 
həvəsləndirmə tədbiri kimi “mükafat”ın verilməsi məhkəmə orqanlarının müstəqilliyi prinsipinə ziddir
43

(f) Əgər iĢə məhkəmədə baxılması zamanı beynəlxalq müqavilənin Ģərh olunması ilə bağlı məsələ ortaya 
çıxarsa  və  hakim  həmin  sənədin  təfsirinin  məhkəmə  funksiyasının  hüdudlarından  kənara  çıxdığını  elan 
edərsə və müvafiq rəylə Xarici ĠĢlər Nazirinə müraciət edərsə, daha sonra isə baxılan iĢ üzrə həmin rəyə 
uyğun olaraq qərar çıxararsa, bu o deməkdir ki, hakim məhkəmənin qarĢısında duran hüquqi məsələnin 
həlli ilə əlaqədar icra hakimiyyətinin nümayəndəsinə müraciət etmiĢdir. Qeyd olunan nazirin mühakimə 
prosesinə  cəlb  olunması  məhkəmə  iĢinin  nəticəsinə  müəyyən  dərəcədə  təsir  etmiĢsə  və  tərəflərin  həmin 
Ģəxsin  iĢə  cəlb  olunmasına  qanuni  etiraz  etmək  imkanı  olmamıĢsa,  bu,  iĢə  müstəqil  olmayan  məhkəmə 
tərəfindən baxılması anlamına gələcəkdir
44

 
 
                                                 
39
 Bax: United States of America, Commonwealth of Virginia Judicial Ethics Advisory Committee, Opinion 2000-7. 
40
 Bax: United States of America, The Massachusetts Committee on Judicial EthicsOpinion No.2000-15. 
41
 See United States of America, The Massachusetts Committee on Judicial Ethics, Opinion No.1998-4. 
42
 Macarıstan Konstitusiya Məhkəməsinin qərarı, 18.10.1994, ĠĢ No.45/1994, (1994) 3 Bulletin on Constitutional Case-Law
240.
 
43
 Litva Konstitusiya Məhkəməsinin qərarı, 06.12.1995, ĠĢ No.3/1995, (1995) 3 Bulletin on Constitutional Case-Law, 323.
 
44
 Beaumartin v France, European Court of Human Rights, (1984) 19 EHRR 485. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə