H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   16   17   18   19   20   21   22   23   ...   60

Tətbiqi: 
1.1.  Hakim  öz  məhkəmə  funksiyasını  faktların  müstəsna  olaraq  hüququn  Ģüurlu  surətdə  dərk 
edilməsinə  uyğun  qiymətləndirilməsindən,  istənilən  tərəfin  istənilən  məqsədlərlə  etdiyi  hər 
hansı  kənar  təsir,  niyyət,  təzyiq,  birbaĢa  və  ya  dolayı  hədə  və  ya  müdaxilələrdən  asılı 
olmayaraq həyata keçirməlidir. 
ġərh 
 
Kənar müdaxilələr qərarlara təsir etməməlidir. 
27. Əgər hakimlərin qərar qəbul etmə prosesi kənardan edilən qanunsuz təsirlərə məruz qalan kimi 
görünə  bilərsə,  bu,  cəmiyyətin  məhkəmə  sisteminə  olan  inamını  sarsıdacaqdır.  Məhkəmə  orqanlarının 
müstəqilliyinin  təmin  edilməsi  və  cəmiyyətin  ədalət  mühakiməsi  sisteminə  olan  inamının  saxlanması 
üçün icra və qanunverici orqanların nümayəndələrinin, həmçinin hakimlərin çıxarılan qərarlara təsir edən 
kimi  təfsir  oluna  bilən  hərəkətlərin  yolverilməzliyini  unutmamaları  vacibdir.  Hakimə  təsir  müxtəlif 
üsullarla göstərilə bilər. Hakimin borcudur ki, qanunu öz hüquq düĢüncəsinə uyğun olaraq, daxili inamına 
əsasən,  faktlara  öz  qiymətini  verməklə,  qərarının  nə  dərəcədə  populyar  olacağı  haqda  düĢünmədən, 
qərəzsiz və obyektiv tətbiq etsin. Məsələn, Cənubi Afrika cəmiyyətində ağırlaĢdırıcı hallarla qəsdən adam 
öldürməyə görə ölüm cəzası təyin edilməsinin qəddar, qeyri-insani və insan ləyaqətini alçaldan cəza növü 
kimi  hesab  edilməməsi  barədə  fikirlə  əlaqədar  Cənubi  Afrika  Respublikası  Konstitusiya  Məhkəməsinin 
sədri bildirmiĢdir ki:
32
 
“QarĢımızda  duran  sual  hökmün  Cənubi  Afrika  əhalisinin  əksəriyyətinin  fikrincə  necə  olmalı 
olmasında  deyil.  Məsələ  belə  hökmə  Konstitusiya  tərəfindən  yol  verilib-verilməməsindədir.  Ġctimai  rəy 
hökmün  öyrənilməsi  nöqteyi-nəzərindən  müəyyən  əhəmiyyət  kəsb  edə  bilər,  lakin  məhkəmələrin  üzərinə 
qoyulmuĢ Konstitusiyanın təfsir edilməsi və orada nəzərdə tutulmuĢ prinsip və dəyərləri qərəzsiz mühafizə 
etmək  vəzifəsini  heç  cür  əvəz  edə  bilməz.  Əgər  ictimai  rəyin  belə  bir  həlledici  əhəmiyyəti  olsaydı,  onda 
konstitusion nəzarət  qaydasında qərarların  qəbul  edilməsinə ümumiyyətlə  zərurət olmazdı…  . Məhkəmə 
nəyin  ictimaiyyətin  xoĢuna  gəlməsindən  asılı  olaraq  seçim  etməməli  və  Konstitusiyanın  müstəqil  arbitri 
qismində çıxıĢ etmək vəzifəsindən yayınmamalıdır”.
 
   
Hakim ictimai rəydən asılı olmayaraq fəaliyyət göstərməlidir. 
28. Məhkəmə iĢi cəmiyyətdə polemikaya səbəb ola, kütləvi informasiya vasitələrinin diqqətini cəlb 
edə  və  geniĢ  Ģəkildə  iĢıqlandırıla bilər; belə vəziyyətdə  hakim  “fırtına mərkəzində” ola bilər. Bəzən, bu 
cür aĢkarlığın təsiri altında ictimai rəy nəzərəçarpacaq dərəcədə bu və ya digər arzuolunan nəticəyə doğru 
meyllənə  bilər.  Lakin  hakim  öz  vəzifəsini  icra  edərkən  hər  hansı  kənar  təsirdən  azad  olmalıdır.  Hakim 
tətbiq  edəcəyi  qanunun  və  ya  mübahisələrini  həll  etməli  olduğu  çəkiĢən  tərəflərin  ictimaiyyət,  KĠV, 
dövlət  məmurları  və  yaxud  onun  ailə  üzvləri  və  dostları  tərəfindən  bəyənilib-bəyənilməməsini  nəzərə 
almamalıdır. Hakim hər hansı qrup maraqlarının təsiri altına düĢməməli, ictimaiyyətin narazılığına səbəb 
olmaq  və  ya  tənqidə  məruz  qalmaq  təhlükəsindən  çəkinməməlidir.  Hakimlərin  müstəqilliyi  hər  hansı 
formada kənar təsirdən asılı olmamanı nəzərdə tutur. 
 
Qərara təsir göstərməyə istənilən cəhd rədd edilməlidir.  
29.  Məhkəməyə  göstərilən  hər  hansı  təsir  cəhdləri  aĢkar  surətdə  məhkəmə  zalında  və  yalnız  iĢin 
tərəfləri və yaxud onların vəkilləri tərəfindən edilməlidir. Bəzi hallarda hakimə iĢ üzrə çıxarılacaq qərarla 
əlaqədar kənardan təsir göstərmək cəhdləri olur. Bu cür cəhdlərin haradan və kimlər tərəfindən – nazirlər, 
siyasətçilər, məmurlar, jurnalistlər, ailə üzvləri və ya digər Ģəxslər – edilməsindən asılı olmayaraq onların 
qarĢısı qəti surətdə alınmalıdır. Bəzən, müstəqillik üçün təhlükə hakimin konkret iĢə olan münasibətinə 
gizlicə  təsir  göstərməyə  və  ya  onun  rəğbətini  qazanmağa  çalıĢan  insanlardan  irəli  gələ  bilər.  Hakimə 
istənilən  bu  cür  birbaĢa  və  ya  dolayı  təsir  cəhdlərinin  qarĢısı  alınmalıdır.  Bəzi  hallarda,  xüsusən  belə 
                                                 
32
 S v. Makwanyane, Constitutional Court of South Africa, 1995 (3) S.A. 391, per President Chaskalson. 


cəhdlər  təkidlə  təkrar  edildikdə,  hakim  bu  barədə  müvafiq  orqanları  məlumatlandırmalıdır.  Hakim  ailə, 
siyasi,  ictimai  və  sair qarĢılıqlı  əlaqələrinin çıxardığı  qərarlara hər hansı  formada təsir  göstərməsinə  yol 
verməməlidir. 
 
Qanunsuz təsir nədən ibarətdir? 
30.  Qanunsuz  təsirin  nədən  ibarət  olduğuna  dəqiq  tərif  vermək  çətindir.  Bir  tərəfdən,  ədalət 
mühakiməsini  siyasətçilər,  mətbuat  və  ya  digər  mənbələrdən  irəli  gələn  təhrif  və  təzyiqlərdən  qorumaq 
zərurəti  ilə,  digər  tərəfdən,  cəmiyyət  üçün  əhəmiyyətli  olan  məsələlərin  ictimai  həyatda  və  azad 
mətbuatda açıq müzakirə edilməsi arasında ağlabatan tarazlığı müəyyən etməyə çalıĢaraq, hakim tutduğu 
vəzifənin  ictimai  xarakterini  dərk  etməli  və  müvafiq  olaraq  bu  məsələlərdə  həddindən  artıq  həssas 
olmamalıdır. Demokratik dövlətdə ictimai xarakterli vəzifələri tutan Ģəxslərin tənqidi adi haldır. Hakimlər 
qanunla müəyyən edilmiĢ hüdudlarda çıxardıqları qərarlar, istifadə edilmiĢ dəlillər və ya baxdıqları iĢin 
gediĢi ilə bağlı tənqidə məruz qala bilərlər. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə