H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   15   16   17   18   19   20   21   22   ...   60

Birinci göstərici 
M
ÜSTƏQĠLLĠK 
Prinsipi: 
Məhkəmə  orqanlarının  müstəqilliyi  hüquq  qaydasının  təmin  olunmasının  ilkin  Ģərti  və  iĢin 
məhkəmədə  ədalətli  həll  edilməsinin  əsas  təminatı  sayılır.  Müvafiq  olaraq,  hakim  məhkəmə 
orqanlarının müstəqilliyi prinsipini həm fərdi, həm də institusional aspektlərdə həyata keçirməli və 
müdafiə etməlidir. 
ġərh 
 
Hakim vəzifəsindən irəli gələn imtiyaz yox, məsuliyyət  
22.  Hakimlərin  müstəqilliyi  ayrıca  götürülmüĢ  hakimin  imtiyazı  və  ya  üstünlüyü  hesab  olunmur. 
Bu,  hər  bir  hakimin  üzərinə  onların  məhkəmə  mübahisələrini  qanun  və  mövcud  sübutlar  əsasında  hər 
hansı  kənar  təzyiq,  təsir  və  ya  müdaxilə  olmadan  düzgün  və  qərəzsiz  həll  edə  bilmələri  üçün  qoyulan 
məsuliyyətdir.  Hakimin  məhkəməyə  təqdim  edilmiĢ  iĢlərə  baxması  və  qərarlar  çıxarması  ilə  bağlı  tam 
sərbəstliyə  malik  olması  hakimlərin  müstəqilliyi  prinsipinin  əsası  sayılır;  kənardan  heç  kəs  –  hökumət, 
təzyiq qrupları, xüsusi Ģəxslər və ya digər hakimlər – hakim tərəfindən iĢə baxılmasına və həmin iĢ üzrə 
qərar  qəbul  edilməsinə  müdaxilə  etmək  və  ya  müdaxilə  edilməsinə  cəhd  göstərmək  hüququna  malik 
deyildir.
25
 
 
Müstəqilliyin fərdi və institusional aspektləri  
23. Məhkəmə orqanlarının  müstəqilliyi  hakimlərin müstəqilliyinin həm  fərdi, həm  də  institusional 
aspektlərini  nəzərdə  tutur.  Müvafiq  olaraq,  hakimin  müstəqilliyi,  bir  tərəfdən,  onun  özünün  dəyər 
oriyentasiyasının, peĢəkar məqsədlərinin sistemi, digər tərəfdən isə, belə müstəqilliyin təmin edilməsinə 
yönələn  institusional  və  əməliyyat  tədbirlərinin  kompleksidir.  Birinci  hakimin  öz  müstəqilliyinə  aiddir, 
ikinci  isə  məhkəmə  orqanları  ilə  real  müstəqilliyi  təmin  etmək  və  onun  cəmiyyət  tərəfindən  belə  qəbul 
edilməsi  məqsədini  daĢıyan  digər  hakimiyyət  qolları  arasında  olan  münasibətləri  müəyyən  edir. 
Müstəqilliyin  bu  iki  aspekti  arasındakı  qarĢılıqlı  əlaqəni  aĢağıdakı  kimi  izah  etmək  olar:  hakim  öz 
düĢüncəsində və mühakiməsində müstəqil ola bilər, lakin əgər onun iĢə baxdığı məhkəmə özünün lazımi 
qaydada  fəaliyyət  göstərməsi  üçün  əhəmiyyətli  olan  məsələlərdə  hakimiyyətin  digər  qollarından 
asılıdırsa, hakim müstəqil sayıla bilməz.
26
 
 
Müstəqillik və qərəzsizlik 
24.  “Müstəqillik”  və  “qərəzsizlik”  bir-biri  ilə  sıx  bağlı  olsa  da,  faktiki  olaraq  ayrı-ayrı  və  bir-
birindən  fərqlənən  məfhumlardır.  “Qərəzsizlik”  məhkəmənin  konkret  iĢdə  olan  məsələlərə,  habelə 
məhkəmə prosesinin tərəflərinə necə yanaĢdığını göstərir. “Qərəzsiz” sözü qabaqcadan formalaĢmıĢ rəyin 
–  istər  real,  istərsə  də  ətrafdakıların  gözündə  –  olmadığını  bildirir.  “Müstəqillik”  sözü  ənənəvi 
konstitusional  dəyərlərdən biri  olan müstəqilliyi  özündə əks etdirir və  ya ifadə  edir.  Müvafiq olaraq,  bu 
anlayıĢ təkcə məhkəmə funksiyalarının həyata keçirilməsi zamanı peĢəkar dəyər məqsədlərinin sistemini 
deyil, həmçinin digər - xüsusən icra hakimiyyəti - hakimiyyət qollarına münasibətdə obyektiv Ģərait və ya 
təminatlara əsaslanan müəyyən statusu da nəzərdə tutur.  
Hakimlər hökumətə hesabat verməli deyildir. 
25.  Konstitusiyada  bəyan  edilmiĢ  məhkəmə  hakimiyyətinin  müstəqilliyi  prinsipi  məhkəmə 
orqanlarının  müstəqilliyini  avtomatik  olaraq  təmin  edə  bilmir.  Bütün  hakimiyyət  qolları  məhkəmə 
orqanlarının müstəqilliyi prinsipini tanımalı və ona hörmətlə yanaĢmalıdır. Məhkəmə korpusu da xüsusilə 
anlamalıdır ki, hakimlər hökumət qarĢısında hesabat verməli və ondan asılı deyildir.  
                                                 
25
 Bax: R v Beauregard, Supreme Court of Canada, [1987] LRC (Const) 180 at 188, per Chief Justice Dickson. 
26
 Bax: Valente v The Queen, Supreme Court of Canada, [1985] 2 SCR 673. 


“Onların qarĢısında hökumətlər sanki “dəniz ləpələritək gəlib küləklə sovrulurlar”. Onlar nazirlərə 
hesabat  verməli  deyildir  və  dövlət  xidmətində  olduqları  dövrdə  olan  kimi  hökumətə  münasibətdə  loyal 
olmamalıdırlar. Hakimlər sanki taxtı qoruyan Ģirlərdir, lakin həmin taxtda hökmdar yox, qanun və ictimai 
maraqların hakimlər tərəfindən anlaĢılması hökmranlıq edir. Onlar yalnız qanuna və cəmiyyətin obyektiv 
tələbatlarının dərk edilməsinə  sadiqdirlər.  Hakimlərin   qüdrəti və zəiflliyi  məhz  bundadır  və  məhz  buna 
görə onlar cəmiyyət üçün dəyərli olmaqla yanaĢı qorxunc qüvvəni də təĢkil edirlər”.
27
 
Ġkinci dünya müharibəsi zamanı bir hakimin qeyd etdiyi kimi:
28
 
“Top  gurultusuna  baxmayaraq  Vətənimizin  qanunları  susmur.  Onlar  dəyiĢə  bilər,  lakin  qanunun 
dili – istər sülh, istərsə də müharibə dövründə – eynidir. Bizim bu gün uğrunda mübarizə apardığımız əsl 
azadlığın  əsaslandığı  prinsiplərdən  və  təməl  daĢlarından  biri  hakimlərin  müstəqilliyidir  ki,  bu  halda 
hakimlər  heç  kimin  tərəfini  saxlamadan  qərəzsiz  Ģəkildə  hər  bir  fərdlə  icra  hakimiyyəti  tərəfindən  onun 
azadlığına qarĢı yönəlmiĢ  hərəkətlər arasında dayanmalı və qanunla nəzərdə tutulmadığı halda heç bir 
məcburetmənin həyata keçirilməsinə yol verməməlidir”.    
 
Məhkəmə orqanlarının müstəqilliyinin təmin edilməsi üçün zəruri Ģərtlər 
26. Məhkəmə sisteminin digər hakimiyyət qollarından nə dərəcədə “müstəqil” olmasının müəyyən 
edilməsi üçün, adətən, hakimlərin təyinatı üsulu, səlahiyyət müddəti, iĢ Ģəraiti, kənar təzyiqdən müdafiə 
təminatlarının mövcudluğu, habelə məhkəmənin ictimaiyyətin gözündə həqiqətən də mustəqil görünməsi 
nəzərə alınır.
29
 
 
AĢağıdakı üç Ģərt hakimlərin müstəqilliyinin təmin edilməsinin minimal Ģərtləridir: 
(a)
 
Vəzifədə qalma müddətinin təmin edilməsi: yəni, vəzifəyə ömürlük, pensiya  yaĢına qədər və 
ya  müəyyən  müddətə  təyin  edilmiĢ  və  ya  seçilmiĢ  hakim  həmin  vəzifədə  qalmaq  və 
hakimlərin  təyin  edilməsinə  görə  cavabdeh  olan  hər  hansı  icra  və  ya  digər  orqanın 
müdaxiləsindən müdafiə olunmaq təminatlarından istifadə etməlidir; 
(b)
 
Maddi  rifah:  yəni,  icra  hakimiyyətinin  hakimlərin  müstəqilliyinə  mənfi  təsir  göstərə  bilən 
özbaĢına  müdaxiləsinin  obyektinə  çevrilməyən,  qanunla  müəyyən  edilmiĢ  miqdarda  əmək 
haqqı  və  pensiya  təminatı  hüququ.  Lakin  bu  tələb  çərçivəsində  hökumət  ayrı-ayrı 
məhkəmələrdə  çalıĢan  məhkəmə  iĢçiləri  üçün  əmək  haqqının  konkret  ödənilməsi  qaydasını 
hazırlamaq  hüququnu  özündə  saxlaya  bilər.  Beləliklə,  hakimlərin  əmək  haqqının  müxtəlif 
ödənilməsi qaydalarının olması öz növbəsində yuxarıda göstərilən prinsipə riayət edilməklə, 
onların maddi rifahının təmin edilməsi tələbinə xidmət edə bilər; 
(c)
 
Ġnstitusional müstəqillik: yəni, məhkəmə funksiyasının həyata keçirilməsinə birbaĢa aidiyyəti 
olan  inzibati  məsələlərlə  bağlı  müstəqillik.  Heç  bir  kənar  qüvvə  bilavasitə  və  birbaĢa 
məhkəmə  funksiyalarına  aid  olan  məsələlərə,  misal  üçün,  hakimlər  arasında  iĢlərin 
bölüĢdürülməsi,  məhkəmə  iclaslarına  dair  cədvəllərin  və  baxılan  iĢlərin  siyahısının  tərtib 
edilməsi, müdaxilə etmək imkanına malik olmamalıdır.
30
 Məhkəmə ilə icra orqanları arasında 
müəyyən  institusional  münasibətlərin  mövcud  olmasının  zəruriliyinə  baxmayaraq,  onların 
məhkəmə  mübahisələrinə  baxılması  və  konstitusiyada  təsbit  edilmiĢ  qanunçuluğun  və 
dəyərlərin təmin edilməsi zamanı məhkəmənin azadlığına müdaxiləsinə yol verilməməlidir.
31
 
                                                 
27
 J.A.G. Griffith, The Politics of the Judiciary, 3rd ed. (London, Fontana Press, 1985), p.199. 
28
 Liversidge v. Anderson, House of Lords, United Kingdom [1942] AC 206 at 244, per Lord Atkin. 
29
 Langborge v Sweden iĢi, European Court of Human Rights, (1989) 12 EHRR 416. 
30
  The  Queen  v  Liyanage  (1962)  64  NLR  313  iĢində  Seylon  (hazırda  ġri-Lanka)  Ali  Məhkəməsi  göstərmiĢdir  ki,  ədliyyə 
nazirinə  konkret  iĢə  baxılması  üçün  hakimləri  təyin  etmək  hüququnu  verən  qanun  Konstitusiya  (ultra  vires)  ilə  nəzərdə 
tutulmuĢ  səlahiyyətlərin  aĢılmasını  özündə  əks  etdirmiĢdir,  çünki  o,  məhkəmə  orqanlarının  səlahiyyəti  sayılan  məhkəmə 
hakimiyyətinin həyata keçirilməsinə müdaxilə etmiĢdir. 
31
 Bax: Valente v The Queen, Supreme Court of Canada, [1985] 2 SCR 673. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə