H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   26   27   28   29   30   31   32   33   ...   60

88.  Hakim  vəzifəsinə  təyin  olunanadək  onun  öz  peĢəkar  karyerası  ərzində  malik  ola  bildiyi  istənilən 
öhdəlikləri və maraqları  hakimin obyektivliyi və qərəzsizliyinin qiymətləndirilməsi zamanı nəzərə alına 
bilər.  Hakim  korpusu  vəkillər  təbəqəsindən  formalaĢdırılan  ölkələrdə  hakim  öz  hakimlik  postuna  təyin 
edilənədək,  böyük  ehtimalla  müəyyən  fikirləri  açıq  ifadə  edə,  Ģəxsin  adından  fəaliyyət  göstərə  və  ya 
müəyyən partiya və ya maraqları dəstəkləyə bildiyi vəzifələri və ya postları tuta bilər. Əgər hakim siyasi 
həyata  cəlb  olunmuĢdursa,  bu,  Ģübhəsiz  belə  olacaqdır.  Hüquqdan  kənar  sahədə,  siyasi  və  ya  istənilən 
digər  fəaliyyətlə  əldə  olunmuĢ  təcrübə  hakimin  dünyagörüĢünü  geniĢləndirən  və  peĢəkarlıq  dərəcəsini 
artıran  kimi  qiymətləndirilə  bilər.  Lakin  hakim  bilməlidir  ki,  hakim  andını  içdikdən  və  ya  vəzifələrini 
müstəqil və qərəzsiz icra edəcəyini təntənəli Ģəkildə bəyan etdikdən sonra öz siyasi rəğbət hisslərini və 
maraqlarını  unutmalıdır.  Bu,  hakimdə  qabaqcadan  formalaĢmıĢ  yanlıĢ  fikir  və  qabaqcadan  hasil  olan 
qənaətin  olmasını  ehtimal  edə  bilmək  məsələsinin  həlli  üçün  sağlam  düĢüncəli  və  məlumatlı  kənar 
müĢahidəçinin əsas götürməli və qiymətləndirməli olduğu aspektlərdən biridir.
61
 
 
ĠĢə aid olmayan əsaslar 
89.  Dini  etiqadı,  etnik  və  ya  milli  mənĢəyi,  cinsi,  yaĢı,  əmlak  və  ya  sinfi  vəziyyəti  və  seksual 
oriyentasiyası,  bir  qayda  olaraq,  tərəflərin  hakimin  namizədliyinə  etiraz  etməsi  üçün  əsas  ola  bilməz. 
Etiraz,  həmçinin  hakimin    sosial  mənĢəyi,  təhsili,  iĢ  stajı,  ictimai,  idman  və  ya  xeyriyyə  təĢkilatlarına 
üzvlüyü,  əvvəllər  çıxardığı  məhkəmə  qərarları  və  ya  hakim  vəzifələrinin  icrasından  kənar  verdiyi 
bəyanatları  kimi  motivlərlə  də  əsaslandırıla  bilməz.  Lakin  ümumi  xarakterli  bu  müddəalar  konkret  iĢin 
hallarından və hakimin baxmalı olduğu iĢin özündən asılıdır.  
 
Hakimin iĢdən kənarlaĢdırılması üçün dostluq, ədavət və digər iĢə aid əsaslar 
90. Konkret hallardan asılı olaraq, qabaqcadan hasil olan qənaətin olması barədə əsaslandırılmıĢ ehtimal 
aĢağıdakı hallarda mövcud ola bilər: 
 (a) Hakimlə cəmiyyətin baxılan iĢə cəlb olunmuĢ və ya onda marağı olan hər hansı üzvü arasında 
Ģəxsi dostluq və ya ədavətli münasibət olduqda; 
(b)  Hakim  cəmiyyətin  baxılan  iĢə  cəlb  olunmuĢ  və  ya  onda  marağı  olan  hər  hansı  üzvü  ilə  yaxın 
tanıĢ olduqda, xüsusən bu Ģəxsə inam və onun dediklərinin etibarlılığı iĢin nəticəsi üçün əhəmiyyət 
kəsb edə bildikdə
(c) Hakim hər hansı  iĢə  baxılması zamanı hər hansı  Ģəxsin  təqdim etdiyi  sübutların  düzgünlüyünü 
və etibarlılığını müəyyən etməli olduqda, lakin həmin Ģəxsin əvvəllər baxılan iĢ üzə sübutları həmin 
hakim tərəfindən o dərəcədə kəskin ifadələrlə rədd edilmiĢdir ki, bu, nəticədə onun Ģəxs tərəfindən 
təqdim olunmuĢ sübutlara qərəsiz yanaĢacağından əsaslı olaraq Ģübhələnməyə vadar edir;   
(d) Hakim xüsusən məhkəmə baxıĢının gediĢində tərəflər arasında hər hansı mübahisə ilə əlaqədar o 
dərəcədə  kəskin  və  hisslərini  cilovlaya  bilmədən  fikir  bildirmiĢdir  ki,  bu,  həmin  hakimin  qeyd 
olunan  məsələyə  obyektiv  və  qabaqcadan  hasil  olan  qənaətə  gəlmədən  baxa  bilməsindən  əsaslı 
olaraq Ģübhələnməyə vadar edir; və ya  
(e)  Hər  hansı  digər  səbəbdən  hakimin  baxılan  iĢin  mahiyyətinə  aidiyyəti  olmayan  ikinci  dərəcəli 
mülahizələri,  qabaqcadan  formalaĢmıĢ  yanlıĢ  fikir  və  meylləri  nəzərə  almayacağından  və  baxılan 
məsələ üzrə obyektiv məhkəmə qərarı çıxaracağından Ģübhələnməyə real əsaslar ola bildikdə. 
Nəzərə  almaq  lazımdır  ki,  hakimdə  qabaqcadan  hasil  olan  qənaətin  olmasını  ehtimal  etmək  üçün  əsas 
kimi  çıxıĢ  edən  hadisənin  üzərindən  nə  qədər  çox  vaxt  keçərsə,  tərəf  konkret  hakimin  namizədliyinə 
etirazını bildirmək üçün bir o qədər az tutarlı əsaslara malik olur.
62
   
 
ĠĢ barədə təklif hakimin kənarlaĢdırılması üçün əsas ola bilər. 
                                                 
61
  Bax:  Panton  v  Minister  of  Finance,  Privy  Council  on  appeal  from  the  Court  of  Appeal  of  Jamaica,  [2001]  5  LRC  132; 
Kartinyeri v Commonwealth of Australia, High Court of Australia, (1998) 156 ALR 300. 
62
 Locabail (UK) Ltd v Bayfield Properties Ltd, Court of Appeal of England and Wales [2000] 3 LRC 482. 


91. Analoji yanaĢmaları tələb edən məsələlər o halda meydana çıxa bilər ki, məhkəmə tərkibinə daxil olan 
hakim öz hakimlik səlahiyyətlərinin bitməsindən sonra müəyyən vəzifə tutmaq təklifi almıĢ olsun. Belə 
təkliflər  hüquq  firmaları  və  ya  özəl,  yaxud  dövlət  sektorunun  iĢəgötürənləri  tərəfindən  edilə  bilər.  Bu 
vəziyyəti qiymətləndirən sağlam düĢüncəli, məlumatlı müĢahidəçinin nəzərində hakimin Ģəxsi maraqları 
ilə  vəzifə  öhdəliklərinin  bir-biri  ilə  ziddiyyətə  girməsi  riski  mövcuddur.  Hakim  belə  təkliflərə  məhz  bu 
baxımdan  yanaĢmalıdır,  xüsusən  ona  görə  ki,  sabiq  hakimlərin  davranıĢı  çox  vaxt  bütövlükdə  hakim 
korpusunun cəmiyyət tərəfindən qəbul edilməsinə təsir göstərir, hansı ki hakim istefaya getdikdən sonra 
da saxlanılır. 


AĢağıda belə halların yalnız bir neçə nümunələri sadalanmıĢdır: 
2.5.1.  hakimdə  tərəflərdən hər hansı  birinə  qarĢı  real  olaraq  qabaqcadan formalaĢmıĢ yanlıĢ  fikir 
və  ya  qabaqcadan  hasil  olan  qənaət  münasibəti  formalaĢmıĢdırsa,  yaxud  hakimə  onun  Ģəxsi 
mənbələrindən baxılan iĢə aidiyyəti olan hər hansı sübutedici faktlar məlum olmuĢdursa; 
 
ġərh 
 
Real qabaqcadan formalaĢmıĢ yanlıĢ fikir və ya qabaqcadan hasil olan qənaət münasibəti 
92. Qabaqcadan formalaĢmıĢ yanlıĢ fikir  Ģəxsi xarakter daĢıdıqda və tərəflərdən hər hansı birinə - ya fərdi 
Ģəxs kimi, ya da hər hansı müəyyən qrupun nümayəndəsi kimi yönəldikdə, real hesab olunur. Hakimə bu 
əsasla  etiraz  etmək  üçün  onun  iĢə  qərəzsiz  baxmaq  qabiliyyətində  olmadığına  obyektiv  sübutun  olması 
zəruridir:  yəni,  bütün  hallar  barədə  ətraflı  məlumatlandırılmıĢ  kənar  müĢahidəçidə  həmin  hakimin 
obyektivliyinə və qərəzsizliyinə Ģübhələr yarana bilərdimi? 
 
Mübahisələndirilən faktlar hakimə onun Ģəxsi mənbələrindən məlum olmuĢdur.  
93. Bu qayda hakim tərəfindən iĢin onun icraatına verilməsinədək iĢ üzrə alınmıĢ məlumatlara, həmçinin 
məhkəmədənkənar  mənbələrdən  və  ya  iĢə  məhkəmədə  baxılması  mərhələsində  öz  Ģəxsi  araĢdırması  ilə 
əldə etdiyi məlumatlara aiddir. O hətta belə məlumatlar məhkəmə prosesinə aidiyyəti olmayan məqsədlə 
aparılan müstəqil tədqiqat nəticəsində (məsələn, kitabın yazılması prosesində)
63
 əldə edilmiĢ və müvafiq 
tərəflərə  öz  dəlillərini  və  izahlarını  təqdim  etmək  imkanı  verən  lazımi  anda  açılmamıĢ  məlumatlara  da 
tətbiq olunandır. Əgər bu məlumatlar hakimə həmin iĢ üzrə məhkəmə tərəfindən əvvəllər çıxarılmıĢ qərar 
və  ya  qətnamələrdən,  yaxud  məhkəmə  baxıĢının  predmeti  sayılan  əməliyyatlarda  və  ya  əqdlərdə  baĢqa 
tərəflərin  iĢtirak  etdiyi  hər  hansı  iĢin  əvvəllər  keçirilmiĢ  məhkəmə  baxıĢında  iĢtirakı  nəticəsində  məlum 
olmuĢdursa və yaxud iĢ üzrə tərəflərdən biri həmin hakim tərəfindən əvvəllər baxılmıĢ məhkəmə iĢində 
tərəf  kimi  çıxıĢ  etmiĢdirsə,  özü-özünə  etiraz  tələb  olunmur.  Lakin  qeyd  etmək  lazımdır  ki,  bir  qayda 
olaraq  belə  məlumatlar,  əgər  aĢkar,  tanıĢ,  əvvəllər  müzakirə  olunmuĢ  və  hamıya  məlum  olan  faktlara 
aiddirsə,  protokola  daxil  edilməli  və  izah  və  Ģərhlərinin  verilməsi  üçün  tərəflərə  təqdim  olunmalıdır. 
Ancaq burada müəyyən həddlər mövcuddur. Məsələn, hakimdən qanunun baxılan iĢə aid ona məlum olan 
hər bir müddəası, yaxud hakim tərəfindən qərarın çıxarılması üçün əhəmiyyətsiz ola bilən hamıya məlum 
faktlar barədə ətraflı məlumat tələb etmək olmaz. Bu halda rəhbət tutulmalı olan meyar ondan ibarətdir ki
hansı məlumat kənar müĢahidəçinin nöqteyi-nəzərindən ağlabatan sayılır. 
 
 
                                                 
63
 Bax: Prosecutor v Sesay, Special Court for Sierra Leone (Appeals Chamber) [2004] 3 LRC 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə