4.9. Hakim öz vəzifəsinin nüfuzundan özünün, ailə üzvlərinin və ya istənilən digər Ģəxslərin Ģəxsi
maraqlarına nail olmaq üçün istifadə edə və ya istifadə edilməsinə imkan verə bilməz. Hakim
kiminsə onun öz səlahiyyətlərini həyata keçirməsinə lazım olmayan təsiri etməsi nəticəsinə
gəlməyə imkan verən tərzdə fəaliyyət göstərməməli və ya digər Ģəxslərin də belə fəaliyyətinə yol
verməməlidir.
ġərh
Hakim vəzifəsindən lazımi və qeyri-lazımi Ģəkildə istifadənin fərqləndirilməsi öhdəliyi
145. Adətən, cəmiyyət hakimləri xüsusi insanlar kimi qəbul edir və məhkəmədə, bəzən isə həm də
məhkəmədən kənarda onlara yaltaqlıq və ya məddahlıq münasibəti göstərir. Ona görə də, hakim öz
vəzifəsinin nüfuzundan lazımi və qeyri-lazımi istifadə edilməsi arasında sərhədin haradan keçdiyini dəqiq
bilməlidir. Hakim öz mövqeyindən Ģəxsi fayda və ya hər hansı xarakterli güzəĢt əldə etmək üçün istifadə
edə və ya buna cəhd göstərə bilməz. Məsələn, hakim blanklardan və ya məhkəmənin digər təmsiledici
sənədlərindən Ģəxsi iĢlərinin aparılması üçün istifadə etməməlidir. Həmçinin, o, vəzifəsindən hüquqi və
ya bürokratik planda çətin vəziyyətlərdən yaxa qurtarmaq üçün istifadə etməməli və ya buna cəhd
göstərməməlidir. Əgər hakimi yol hərəkəti qaydalarının ehtimal olunan pozuntusuna görə saxlayırlarsa, o,
dərhal öz təĢəbbüsü ilə hüquq mühafizə orqanlarının əməkdaĢlarına hakim statusuna malik olduğunu
bildirməməlidir. Yol hərəkəti qaydalarını pozduğuna görə məhkəmə kargüzarının barəsində yazılan
cərimə qəbzi ilə bağlı hakimin prokurora “nə isə bir Ģey etmək mümkün deyilmi” məqsədilə telefon zəngi
etməsi, hətta hakim bununla həmin iĢin nəticəsinə təsir göstərmək üçün öz qulluq mövqeyindən istifadə
etməyə cəhd göstərməsə belə, qanunsuz sayılır.
Hakim olduğunu gizlətməyə ehtiyac olmaması
146. Hakimin öz vəzifəsini gizlətməyə ehtiyac yoxdur, lakin o öz xidməti statusundan hər hansı üstünlük
və güzəĢtlər əldə etmək məqsədilə istifadə etdiyi təəssüratını yaratmamaq üçün ehtiyatlı olmalıdır.
Məsələn, əgər hakimin oğlu və ya qızı həbs təhlükəsi ilə üzləĢərsə, bu halda hər bir valideyn kimi hakim
də emosional hisslər keçirər və bu səbəbdən, bir valideyn kimi ona oğlunun və ya qızının məruz qaldığı
kimi görünən istənilən ədalətsizliyə reaksiya göstərməyə haqlı olar. Lakin əgər hakim birbaĢa və ya
vasitəçilərin köməyi ilə hüquq mühafizə strukturlarının əməkdaĢları ilə əlaqə yaratmağa cəhd göstərərsə
və öz vəzifəsinə istinadən həbsi həyata keçirən polisə intizam tənbehinin verilməsini tələb edərsə,
bununla o, valideynlik mövqeyi ilə hakimlik mövqeyi arasındakı sərhədi pozmuĢ olar. Ġstənilən valideyn
kimi hakim də öz oğluna və ya qızına valideynlik köməyi göstərməyə haqlıdır və ona görə də, öz
övladının maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət
etmək hüququna malikdir,
lakin bu zaman o,
hakim vəzifəsi tutmayan valideynlər üçün yolverilməz ola bilən hər hansı hərəkətləri etməyə haqlı deyil.
Hakimin öz qulluq mövqeyindən xidməti vəzifələrini qanuni Ģəkildə icra edən digər vəzifəli Ģəxslərə təsir
göstərmək məqsədilə istifadə etməsi ağlabatan valideynlik davranıĢı ilə havadarlıq arasındakı sərhədin
pozulması, həmçinin hakim vəzifəsinin nüfuzundan sui-istifadə etmək deməkdir.
Məhkəmənin təmsilçi sənədlərindən istifadə edilməsi
147. Məhkəmənin təmsilçi sənədlərindən hakim vəzifəsinin nüfuzundan sui-istifadə kimi baxıla bilən
tərzdə istifadə etmək olmaz. Adətən, blanklar, zərflər, poçt kağızı və məhkəmənin digər təmsiledici
sənədləri hakimin kiməsə rəsmi qaydada müraciət etmək istədiyi halda istifadə edilməsi üçün nəzərdə
tutulmuĢdur. Məhkəmənin təmsilçi sənədlərindən kiməsə Ģəxsi qaydada məktubla müraciət etməklə
istifadə edilməsi zamanı ehtiyatlı olmaq lazımdır. Məsələn, konkret hallardan asılı olaraq, məhkəmənin
təmsilçi poçt kağızından və zərfindən hər hansı görüĢdən, gecədən və ya qəbuldan sonra minnətdarlıq
bildirilməsi üçün istifadə edilməsi qəbahət deyil. Lakin məhkəmənin təmsilçi sənədindən hakimin bu
sənədin ünvan sahibinə təsir göstərmək üçün onun diqqətini özünün tutduğu vəzifəyə cəlb etməyə cəhd
göstərməsi kimi qəbul oluna bilən halda istifadə edilməsi qanunsuzdur: məsələn, sığorta polisi üzrə
ödəniĢ barədə mübahisələndirilən tələblə bağlı Ģikayəti əks etdirən məktubda.