H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   35   36   37   38   39   40   41   42   ...   60

 
Tövsiyə məktubları 
148.  Hakimin  kiməsə  tövsiyə  məktubu  verməsi  qəbahət  deyil,  lakin  hakim  bu  zaman  konkret  Ģəxs 
hakimdən  həmin  məktubu  hakim  onu  yaxĢı  tanıdığına  görə  deyil,  hakimin  vəzifə  statusundan  fayda 
götürmək  məqsədilə  əldə  etməyə  cəhd  göstərə  bildiyi  üçün  ehtiyatlı  olmalıdır.  Məhkəmənin  təmsilçi 
sənədindən tövsiyə məktubu üçün yalnız o halda istifadə edilə bilər ki, hakim tövsiyə verdiyi Ģəxslə onun 
məhkəmədəki  iĢ  prosesində  yaxından  tanıĢ  olmaq  imkanına  malik  olsun.  AĢağıdakı  qaydaları  rəhbər 
tutmaq tövsiyə edilir: 
1. Hakim tanımadığı Ģəxslərə tövsiyə məktubları vermir. 
2. Hakim adətən bu və ya digər təĢkilatın əməkdaĢına (məsələn, məhkəmənin peĢə tərcümeyi-halına 
dair  tövsiyə  məktubu  almaq  istəyən  əməkdaĢına)  verilən  sənəd  xarakteri  daĢıyan  tövsiyə  məktubu 
verə  bilər.  Məktubda  tövsiyənin  müəllifi  və  onun  verildiyi  Ģəxslə  Ģəxsi  tanıĢlıq  dərəcəsi  əks 
olunmalıdır.  Adətən,  tövsiyə  məktubu  nəzərdə  tutulduğu  Ģəxsə  və  ya  təĢkilata  ünvanlanır  və 
bilavasitə  onlara  göndərilir.  Əgər  məktub  məhkəmənin  öz  əməkdaĢına,  məsələn,  baĢqa  iĢ  tapmaq 
istəyən  dəftərxana  katibinə  aiddirsə,  ona  tələb  olunan  yerə  təqdim  etmək  üçün  ümumi  xarakterli 
tövsiyə məktubu verilə bilər. 
3. Hakim peĢə deyil, Ģəxsi tanıĢlıq əlaqələrinə malik olduğu Ģəxsə, məsələn, qohumuna və ya yaxın 
dostuna onların xahiĢi ilə tövsiyə məktubu verə bilər.  
 
ġəxsin nüfuzu barədə ifadələrin verilməsi 
149.  Hakim  tərəfindən  Ģəxsin  nüfuzunu  xarakterizə  edən  Ģahid  ifadələrinin  verilməsi  məhkəmə 
proseduruna Ģahidlik edənin vəzifə nüfuzu ilə bağlı sanballılıq verir və düzgün olmayaraq hakimin rəsmi 
Ģəkildə  verdiyi  sübut  kimi  Ģərh  oluna  bilər.  Bundan  baĢqa,  hakim  Ģahid  qismində  ifadə  verdikdə, 
məhkəmədə  bu  hakimin  qarĢısında  müntəzəm  çıxıĢ  edən  vəkil  əks  tərəf  barədə  Ģahidlik  edən  həmin 
hakimin çarpaz dindirməsini aparmalı olduğu üçün çətin vəziyyətdə ola bilər. Ona görə də, adətən hakim 
öz  təĢəbbüsü  ilə  hər  hansı  Ģəxsin  nüfuzu  barədə  ifadə  verməkdən  çəkinməlidir.  Əgər  ona  belə  xahiĢlə 
müraciət olunarsa, hakim Ģəxsin nüfuzuna dair ifadə verməyə yalnız o halda razılaĢır ki, bundan imtina 
hakimin  Ģahidliyini  xahiĢ  edən  tərəfə  açıq-aydın  ədalətsiz  və  layiq  olmayan  münasibəti  ifadə  etsin; 
məsələn,  özünün  nüfuzuna  dair  həmkarlarının  Ģahidlik  etməsi  hüququna  malik  olan  digər  məhkəmə 
vəzifəli  Ģəxsi  barədə  ifadə  verməkdən  imtina.  Lakin  bu,  hakimi  Ģahid  qismində  məhkəməyə  çağırılması 
barədə bildiriĢ aldığı təqdirdə Ģahid ifadələri vermək vəzifəsindən azad etmir.  
150.  Əgər  hakim  hər  hansı  vəkilin  barəsində  intizam  icraatının  aparılması  zamanı  öz  təĢəbbüsü  ilə 
məktubla və ya telefon zəngi ilə vəkillər kollegiyasının vəzifəli Ģəxslərinə müraciət edərsə, faktiki olaraq 
həmin  vəkilin  nüfuzu  və  davranıĢı  barədə  ifadə  verən  Ģahid  qismində  çıxıĢ  edir  və  bununla,  hakim 
vəzifəsinin  nüfuzundan  həmin  Ģəxsin  fərdi  maraqlarının  dəstəklənməsi  üçün  istifadə  edir.  Eynilə, 
hakimlərin  təyinatı  məsələlərinə  baxan  komitəyə  həmin  komitənin  rəsmi  sorğusu  olmadan  hakim 
vəzifəsinə namizədin adından edilən müraciət də bu namizədin nüfuzu və davranıĢı barədə ifadə verməyə 
bərabər  tutulur  və  hakim  vəzifəsinin  nüfuzundan  digər  Ģəxsin  fərdi  maraqlarının  dəstəklənməsi  üçün 
istifadə edildiyini bildirir. 
 
NəĢrlərdə iĢtirak etmək 
151.  Hüquqi  məsələlərə  aid  olan  və  ya  olmayan  nəĢrlərdə  hakimin  iĢtirakı  məsələsi  xüsusi  diqqət  tələb 
edir. Hakim bu nəĢrlə bağlı heç kəsə öz vəzifəsinin nüfuzundan Ģəxsi  maraqları  naminə istifadə  etməyə 
imkan verməməlidir. Öz əsərlərinin dərci barədə müqavilələrin bağlanması zamanı hakim öz vəzifəsinin 
nüfuzundan lazım olmayan Ģəkildə istifadə  edilməsindən çəkinmək üçün  reklam üzərində kifayət  qədər 
nəzarət hüququnu özündə saxlamalıdır. 
 
Hakimin kommersiya televiziyası və ya radiosunda çıxıĢ etməsi 


152.  Hakimin  kommersiya  televiziyası  və  ya  radiosunda  çıxıĢ  etməsi  bu  təĢkilatın  və  ya  onun 
sponsorlarının maliyyə maraqlarının təĢviqinə yönələn kimi Ģərh edilə bilər, ona görə də, hakim ehtiyatlı 
olmalıdır. Digər tərəfdən, əksər vətəndaĢlar baĢ verən hadisələr, ictimai həyatın məsələləri və  ya qanun 
barədə  məlumatları  bu  cür  KĠV-lərdən  alırlar.  Ona  görə  də,  konkret  hallardan  asılı  olaraq,  hüquqi 
məsələyə  aid  proqramda  hakimin  iĢtirakı  əsaslı  və  məqsədəuyğun  ola  bilər.  Hakimin  belə  proqramda 
iĢtirakı  qəbul  edib-etməməsi  məsələsinin həlli  zamanı  bir sıra amilləri,  xüsusilə, proqramın efirə çıxma 
tezliyini,  auditoriyasını,  müzakirə  predmetini,  həmçinin  kommersiya  xarakterli  olub-olmamasını  nəzərə 
almaq lazımdır. Məsələn, vəziyyətdən asılı olaraq, dövlət hakimiyyəti strukturunda məhkəmə orqanlarının 
rolu  və  ya  məhkəmənin  orada  saxlanılan  Ģəxslərə  cəzalandırıcı  təsir  məqsədi  güdməyən  dövlət  islah 
məktəbləri  və  ya  müəssisələri  ilə  qarĢılıqlı  əlaqələri  barədə  mövzuların  müzakirəsində  iĢtirak  qanuni  və 
məqsədəuyğun ola bilər. 
 
Sabiq hakimlər 
153.  Yerli  ənənədən  asılı  olaraq,  sabiq  hakim  vasitəçilik  və  ya  arbitraj  xidmətlərini  təklif  etdiyi  elanda 
“hakim” sözündən istifadə etməklə öz keçmiĢ hakimlik vəzifəsinə istinad edə bilər, çünki belə məlumat 
onda  faktların  müəyyən  edilməsi  və  qiymətləndirilməsi  ilə  məĢğul  olan  Ģəxsə  xas  təcrübənin  olduğunu 
göstərir. Lakin onun artıq hakim iĢləmədiyini bildirmək üçün “hakim” sözü “sabiq” və ya “istefada olan” 
sözləri  ilə  müĢayiət  olunmalıdır.  Sabiq  hakimlər  təklif  etdikləri  xidmətlər  barədə  elanlarda  “hörmətli” 
(“Honourable” və ya ixtisarla “Hon.”) sözündən istifadə etməməlidirlər. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə