169. Hakim Ģəxsi maliyyə məsələləri ilə bağlı öz vəzifələrinin lazımınca icrasını təmin etmək üçün zəruri
olan məhdudiyyətlər istisna olmaqla, adi vətəndaĢlarla eyni hüquqlara malikdir. Hakim investisiyalara, o
cümlədən daĢınmaz əmlaka malik ola və idarə edə və digər gəlirli fəaliyyət növləri ilə məĢğul ola bilər,
lakin qapalı tipli kompaniyadan baĢqa, onun ailə üzvlərindən kiməsə məxsus olan və nəzarət edilən hər
hansı kompaniyada direktor, partnyor, menecer, məsləhətçi və ya iĢçi kimi çalıĢa bilməz. Hakimin ailə
üzvlərindən kiməsə məxsus olan qapalı tipli kompaniyanın fəaliyyətində iĢtirakı yolveriləndir, lakin bu
fəaliyyət onun həddən artıq çox vaxtını alırsa, hakim vəzifəsinin yüksək nüfuzundan sui-istifadəyə gətirib
çıxarırsa, yaxud əgər həmin kompaniya məhkəmə araĢdırmasında tərəf kimi çıxıĢ edirsə, belə iĢtirakdan
çəkinmək lazımdır. Hakim kommersiya müəssisəsinin, baĢqa sözlə, məqsədi gəlir əldə etmək olan
müəssisənin direktorlar Ģurasının tərkibinə daxil ola bilməz. Bu qayda direktorun icraedici səlahiyyətlərə
malik olub-olmamasından, həmçinin bu iĢin əvəzi ödənilən və ya ödənilməyən olmasından asılı
olmayaraq,
həm dövlət, həm də özəl kompaniyalara aiddir.
Sakinlərin assosiasiyalarında üzvlük
170. Əgər hakim mülkiyyətçilərin və ya sakinlərin assosiasiyasının olduğu binada yerləĢən mənzilin
mülkiyyətçisidirsə və ya ondan istifadə edirsə, həmin assosiasiyanın idarə komitəsinin tərkibinə daxil ola
bilər, lakin hüquq məsləhətçisi qismində çıxıĢ edə bilməz. Bu, onu həmin assosiasiyanın üzvü kimi
hüquqi nəticələr doğura biləcək məsələlərlə bağlı öz fikrini bildirmək hüququndan məhrum etmir; lakin
həmin fikirlərə hüquqi məsləhət kimi baxıla bilməməsinin dəqiq izah edilməsi zəruridir. TəĢkilatın
ehtiyac duyduğu hər hansı hüquqi məsləhət peĢəkar hüquq məsləhətçisindən alınmalıdır. Əgər konkret
məsələ mübahisəlidirsə və ya belə hesab oluna bilərsə, hakim ehtiyatlı olmalı və mübahisə predmeti olan
məsələ ilə bağlı fikir bildirməməlidir. Bu cür fikir daha geniĢ əhatə dairəsinə məlum ola bilməklə, həm
hakimi, həm də məhkəmənin özünü əlveriĢsiz vəziyyətə sala bilər.
Fidusiari qismində fəaliyyət göstərmək
171. Konkret hallardan asılı olaraq, hakim, əgər bu məĢğuliyyət onun həmin xidmətlərə görə heç bir
maddi ödəniĢ almaması Ģərtilə öz vəzifələrini lazımınca icra etməsinə mane olmursa, vəsiyyətnamə
icraçısı, etibarnamə ilə idarə edən, himayəçi və ya onun ailə üzvlərindən və ya yaxın dostlarından kiməsə
məxsus olan əmlaka və ya pul məbləğinə münasibətdə digər fidusiari kimi çıxıĢ edə bilər. Fidusiari
qismində fəaliyyət göstərən hakimə fərdi Ģəxs kimi çıxıĢ edən hakimin maliyyə fəaliyyətinə Ģamil olunan
bütün eyni məhdudiyyətlər tətbiq edilir.
4.12. Hakim bu vəzifədə olduğu müddət ərzində digər hüquq fəaliyyəti ilə məĢğul olmamalıdır.
ġərh
“Digər hüquq fəaliyyəti” ifadəsinin mənası
172. Digər hüquq fəaliyyəti dedikdə, məhkəmədənkənar görülən və məhkəmə icraatı ilə birbaĢa bağlı
olmayan iĢ nəzərdə tutulur. Buraya daĢınmaz əmlaka mülkiyyət hüququnun verilməsi aktlarının tərtibi,
müxtəlif məsələlər üzrə hüquqi məsləhətlərin verilməsi, iĢgüzar və ya etibaredici münasibətlər və s. ilə
bağlı sahələri əhatə edən hüquqi sənədlərin tərtibi və rəsmiləĢdirilməsi daxildir. Hakimin illik
məzuniyyəti dövründə hökumətin hər hansı strukturunda məhkəmələrə və ədalət mühakiməsinin həyata
keçirilməsinə aid məsələlər üzrə xüsusi müĢavir qismində iĢləməsinə “digər hüquq fəaliyyəti” kimi baxıla
bilər. Digər hüquq fəaliyyəti ilə məĢğul olmağa qadağanın tətbiqi sferasına aid fikirlər müxtəlif ölkələrdə
mövcud olan ənənələrdən asılı olaraq fərqlənir. Bəzi kontinental (roman-german) hüquq sistemli
ölkələrdə hətta axırıncı instansiya məhkəmələrinin hakimlərinə arbitr və ya vasitəçi vəzifələrini yerinə
yetirməyə icazə verilir. Bundan baĢqa, ümumi (anqlo-sakson) hüquq sistemli ölkələrdən birində təqaüdə
çıxmağa az qalmıĢ hakimə xarici dövlətin hökuməti tərəfindən yaradılmıĢ qurumda ödəniĢli əsasla
beynəlxalq arbitr kimi çalıĢmasına icazə verilmiĢdir.
Arbitr və ya vasitəçi qismində fəaliyyət göstərmək
173. Adətən, ən azından ümumi (anqlo-sakson) hüquq sistemi olan ölkələrdə hakim qanunla belə hüquq
bilavasitə nəzərdə tutulmadığı halda arbitr və ya vasitəçi qismində fəaliyyət göstərə və ya baĢqa bir
Ģəkildə fiziki Ģəxs kimi hakimlik funksiyalarını icra edə bilməz. Ümumi düĢüncəyə əsasən, hakimin öz
vəzifəsindən mübahisələrin həlli üzrə ödəniĢli özəl xidmətlər göstərmək yolu ilə maddi gəlir əldə etmək
üçün istifadə etməsi məhkəmə orqanlarının vicdanlılığını və ələalınmazlığını Ģübhə altına qoya bilər.
Hətta həmin xidmətlər ödəniĢsiz əsaslarla göstərildikdə belə, hakimlik funksiyalarının lazımi Ģəkildə
icrasına mane ola bilər.
Ailə üzvlərinə hüquqi məsləhətlər vermək
174. Hakim hüquqi məsləhətlər verməməlidir. Lakin hakim ailə üzvləri və yaxın dostlarına qeyri-rəsmi
Ģəkildə, dostcasına və ödəniĢsiz Ģəxsi məsləhət verə bilər, bu Ģərtlə ki onun fikirlərinin hüquqi məsləhət
kimi qəbul edilməməli və əgər zərurət olarsa, hüquqi məsələlər üzrə istənilən məsləhətin peĢəkar hüquq
məsləhətçisindən alınmalı olduğunu onlara dəqiq izah etsin.
Hakimin Ģəxsi maraqlarının qorunması
175. Hakim öz hüquq və maraqlarını, məhkəmə prosesində tərəf kimi çıxıĢ etmək də daxil olmaqla,
müdafiə etməyə haqlıdır. Lakin hakim məhkəmə çəkiĢməsində iĢtirak edərkən ehtiyatlı olmalıdır.
Məhkəmə prosesində tərəf kimi çıxıĢ etməklə, hakim Ģəxsi fayda əldə etmək
üçün öz qulluq mövqeyindən
sui-istifadə edən təəssüratını yarada bilər. Bundan baĢqa, o öz hakim həmkarlarının gələ bildikləri
nəticələrə əsasən özünə olan inamı sarsıda bilər.