H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   30   31   32   33   34   35   36   37   ...   60

4-cü göstərici 
ETĠK NORMALARA RĠAYƏT OLUNMASI 
Prinsipi: 
Etik  normalara  riayət  olunması  və  bunun  nümayiĢ  etdirilməsi  hakimin  fəaliyyətinin  ayrılmaz 
hissəsidir. 
ġərh 
 
Bu, cəmiyyətin nəzərində necə görünə bilər? 
111. Etik normalara riayət olunması və bunun nümayiĢ etdirilməsi – həm peĢəkar, həm də Ģəxsi planda – 
hakimin həyatında vacib elementlər sayılır. Burada əsas məsələ hakimin nə etməsi və ya etməməsi deyil, 
ətrafdakıların zənnincə onun nə etmiĢ  olduğu və ya  edə biləcəyidir. Məsələn, baxılan iĢ üzrə tərəf olan 
Ģəxslə ayrıca və ətraflı söhbət edən hakim, hətta bu söhbət həmin məhkəmə iĢinə ümumiyyətlə aid olmasa 
belə,  tərəflərdən  birinə  üstünlük  verən  kimi  görünə  bilər.  Cəmiyyət  hakimdən  davranıĢın  yüksək 
standartını  umduğundan,  hər  hansı  tədbirdə  iĢtirak  etməyə  və  ya  hər  hansı  hətta  ən  əhəmiyyətsiz 
hədiyyəni qəbul etməyə tərəddüd edən hakim özünə bu sualı verməlidir: “Bu, cəmiyyətin nəzərində necə 
görünəcəkdir?” 
 
 


Tətbiqi: 
4.1.  Hakim  etik  normalara onun vəzifəsi  ilə bağlı istənilən hərəkətlərin həyata keçirilməsi  zamanı 
nəzakətsiz davranıĢ hallarına yol vermədən riayət edir.  
 
ġərh 
 
Nəzakətsiz davranıĢın üzə çıxarılması meyarı 
112.    Nəzakətsiz  davranıĢın  üzə  çıxarılması  üçün  istifadə  edilən  meyar  bu  davranıĢın  hakimin  öz 
vəzifələrini  vicdanlı,  qərəzsiz,  müstəqil  və  səriĢtəli  həyata  keçirmək  qabiliyyətinə  xələl  gətirib-
gətirməməsi  və  ya  kənar  müĢahidəçinin  nəzərində  onun  bu  vəzifələri  tələb  olunan  Ģəkildə  icra  etmək 
qabiliyyətinə  tam  malik  olmaması  təsəvvürünü  yarada  bilməsidir.  Məsələn,  əgər  dövlət  məmuruna 
cəmiyyətin  sıravi  üzvündən  fərqli  olaraq  məhkəmə  zalında  ona  xüsusi  yerin  ayrılmasında  ifadə  olunan 
baĢqa cür münasibət göstərilərsə, bu, kənar  müĢahidəçinin nəzərində həmin məmurun məhkəməyə xüsusi 
buraxılıĢının  və  məhkəmə  qərarlarının  çıxarılması  prosesinə  təsir  imkanının  olması  təəssüratını  yaradır. 
Digər  tərəfdən,  məhkəməyə  tez-tez  ekskursiyaya  gələn  məktəblilərə  xüsusi  yerlərdə,  çox  vaxt  isə  hətta 
hakimin  yerində  də  oturmağa  icazə  verilir.  Çünki  uĢaqlar  hakimiyyətə  malik  deyillər  və  ona  görə  də, 
məhkəməyə  qanunsuz  təsir  edən  kimi  qəbul  olunmayacaqlar,  xüsusilə  nəzərə  alaraq  ki  onların 
məhkəməyə ekskursiyası tədris məqsədi güdür. 
 
Qeyri-qanuni əlaqələr 
113. Hakim onunla müəyyən Ģəxs arasında hakimin bu Ģəxsə müəyyən lütfkarlıq və ya xidmət göstərmək 
istəməsini Ģərtləndirən hər hansı xüsusi qarĢılıqlı münasibətlərin mövcudluğunu ehtimal etməyə əsas verə 
biləcək  əlaqələrdən  uzaq  durmağın  zəruriliyini  anlamalıdır.  Məsələn,  hakim  adətən  polisə  və  ya  vəkilə 
məxsus  maĢında  yol  getməkdən  çəkinməli,  ictimai  nəqliyyatda  hərəkət  edərkən  çəkiĢən  tərəfin  və  ya 
baxılan iĢ üzrə Ģahidin yanında oturmamalıdır. 
 
 


4.2.  Ġctimaiyyət  tərəfindən  daimi  diqqət  hakimin  üzərinə  bir  sıra  məhdudiyyətləri  qəbul  etmək 
vəzifəsini  qoyur;  və  sıravi  vətəndaĢa  bu  məhdudiyyətlər  ağır  görünə  bilməsinə  baxmayaraq, 
hakim  onları  könüllü  və  həvəslə  qəbul  edir.  Xüsusilə,  hakimin  davranıĢı  onun  vəzifəsinin 
yüksək statusuna uyğun olmalıdır.  
 
ġərh 
 
Hakim öz hərəkətlərinə münasibətdə bir sıra məhdudiyyətləri qəbul etməlidir. 
114.  Hakim  anlamalıdır  ki,  ictimaiyyət  tərəfindən  daimi  diqqət  və  müzakirə  obyektidir  və  bu,  onun 
üzərinə  öz  hərəkətlərinə  münasibətdə  sıravi  vətəndaĢa  ağır  kimi  görünə  bilən  bir  sıra  məhdudiyyətləri 
qəbul  etmək  vəzifəsini  qoyur.  Hakim  bu  məhdudiyyətləri,  hətta  onun  hərəkətləri  qəbahətli  kimi 
görünməsə və cəmiyyətin digər və ya məhkəmə peĢəsinin üzvləri tərəfindən həyata keçirilmiĢ olsa belə, 
könüllü və həvəslə qəbul edir.  Bu, hakimin həm peĢə, həm də Ģəxsi davranıĢına aiddir. Az əhəmiyyətli 
olmayan aspekt kimi hakimin davranıĢının qanuniliyi onun nəzakətliliyinin yeganə ölçüsü hesab edilmir. 
 
Hakimin həyat tərzi nümunəvi olmalıdır. 
115.  Hakim  həm  iĢdə,  həm  də  ondan  kənarda  nümunəvi  həyat  tərzi  keçirməlidir.  Hakim  cəmiyyətdə 
özünü  bu  vəzifəyə  layiq  ədəb  və  səbrlə  aparmalıdır,  çünki  tələsiklik  və  çılğın  temperament  nümayiĢ 
etdirilməsi hakimin nüfuzuna xələl gətirir və hakim vəzifəsinin yüksək statusu ilə bir araya sığmır. 
 
Ġctimai yerlərə (məsələn, barlara) getmək 
116. Ġndiki dövrdə əksər ölkələrdə hakimin barlara, pivəxanalara və digər bu tipli yerlərə getməsi qadağan 
deyildir, lakin bu zaman onların ehtiyatlı olmaları zəruridir. Hakim belə yerlərə getməsinin, həmin yerin 
nüfuzu,  daimi  müĢtərilərinin  dairəsi  və  qanuna  tam  uyğun  fəaliyyət  göstərməməsindən  mümkün 
narahatlıq nəzərə alınmaqla, kənar müĢahidəçi tərəfindən necə qəbul edilə bilməsi barədə düĢünməlidir. 
 
Mərc oyunları 
117. Hakimlərə hərdənbir iĢdən kənar müəyyən vaxtlarda mərc oyunları oynamaq qadağan deyildir, lakin 
bu  zaman  onlar  ehtiyatlı  olmalı  və  bunun  kənar  müĢahidəçi  tərəfindən  necə  qəbul  edilə  bilməsini 
unutmamalıdırlar. Aradabir at yarıĢlarına və ya məzuniyyət zamanı xarici ölkədə kazinoya getmək, yaxud 
dostları  və  ya  ailə  üzvləri  ilə  kart  oynamaqla,  “oyun  dükanlarının”  (at  yarıĢları  zamanı  ortaya  qoyulan 
pulu  qəbul  edən  və  uduĢları  ödəyən  yerlər)  daimi  müĢtərisi  və  ya  həris  oyunçu  olmaq  baĢqa-baĢqa 
hallardır. 
 
Klubların tez-tez ziyarət edilməsi 
118. Hakim klubları və ya digər istirahət və əyləncə yerlərini ziyarət edərkən ehtiyatlı olmalıdır. Hakim 
nümayəndələri  məhkəmədə  tez-tez  ola  bilən  polis,  korrupsiyaya  qarĢı  mübarizə,  gömrük,  vergi  və  s. 
orqanların  əməkdaĢlarının  baĢ  çəkdiyi  məkanlarda  olarkən  diqqətli  olmalıdır.  Hakim  hərdənbir  polislər 
üçün  klub-yeməkxanada  nahar  təklifini  qəbul  edə  bilər,  lakin  o,  belə  klubların  daimi  ziyarətçisi  və  ya 
üzvü olmamalı və ya oraya müntəzəm olaraq getməməlidir. Əksər ölkələrdə hakimin vəkillər tərəfindən 
təĢkil olunan tədbirlərə getməsi və onlarla ünsiyyətdə olması normal hesab olunur. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə