3-cü göstərici
V
ĠCDANLILIQ VƏ
Ə
LƏALINMAZLIQ
Prinsipi:
Vicdanlılıq və ələalınmazlıq hakimin öz vəzifələrini lazımi qaydada icra etməsinin zəruri
Ģərtləridir.
ġərh
“Vicdanlılıq və ələalınmazlıq” anlayıĢı
101. Vicdanlılıq və ələalınmazlıq əxlaqlılığın və ədalətliliyin tərkib hissələridir. Vicdanlılıq və
ələalınmazlığın tərkib elementləri hakimin düzgünlüyü və mənəvi prinsipləri sayılır. Hakin özünü təkcə
öz rəsmi vəzifələrinin icrası zamanı deyil, həmiĢə hakim vəzifəsini tutan insana xas olan ləyaqətlə və
vicdanla aparmalıdır: o, yalan danıĢmamalı, aldatmamalı, dələduzluq etməməli və öz davranıĢında və
xarakterində ləyaqət və xeyirxahlıq nümayiĢ etdirməlidir. Vicdanlılıq və ələalınmazlığın dərəcələri
yoxdur və onlar mütləq kateqoriyalardır. Məhkəmə hakimiyyəti və hakimlər üçün vicdanlılıq və
ələalınmazlıq – məziyyətdən daha çox, zərurətdir.
Cəmiyyətdə qəbul olunmuĢ normaların əhəmiyyəti
102. Vicdanlılıq və ələalınmazlıq idealı barədə ümumi Ģəkildə danıĢmaq asandır, lakin onu daha konkret
ifadə etmək - mürəkkəb və hətta mənasız ola bilən məsələdir. Nəyin davranıĢ kimi qavranılması
cəmiyyətdə qəbul olunmuĢ, məkan və zamandan asılı olaraq fərqlənə bilən normalardan əhəmiyyətli
dərəcədə asılıdır. Bu, müəyyən davranıĢın cəmiyyətin sağlam düĢüncəli və məlumatlı üzvləri sırasından
olan kənar müĢahidəçilər tərəfindən necə qəbul oluna bilməsinin və bu qavrayıĢın hakimə və bütövlükdə
məhkəmə hakimiyyətinə hörmətin zəifləməsinə səbəb ola bilməsinin qiymətləndirilməsini tələb edir.
Kənar müĢahidəçinin nəzərində məhkəməyə hörməti zəiflədən davranıĢdan çəkinmək lazımdır.
Tətbiqi:
3.1. Hakim hətta kənar müĢahidəçinin nəzərində belə qüsursuz davranıĢ nümayiĢ etdirməlidir.
ġərh
DavranıĢın yüksək standartları həm Ģəxsi, həm də ictimai həyatda zəruridir.
103. Hakim davranıĢın yüksək standartlarını həm Ģəxsi, həm də ictimai həyatda dəstəkləməlidir. Bunun
səbəbi ondadır ki, insan təcrübəsinin, həmçinin hakimin qərar çıxararkən bağlı olduğu hərəkətlərin və
davranıĢların spektri çox geniĢdir. Əgər hakim özünün də Ģəxsi həyatda adət etdiyi hərəkətləri açıq
mühakimə edərsə, bu, cəmiyyətin nəzərində riyakarlıq kimi görünəcəkdir. Bu, həmin hakimə ictimai
etimadı qaçılmaz olaraq sarsıdacaqdır ki, bunu cəmiyyətin bütövlükdə məhkəmə sisteminə olan
münasibətinə də Ģamil etmək olar.
Cəmiyyətdə qəbul olunmuĢ normalara Ģəxsi həyatda riayət edilməlidir.
104. Hakim ümumqəbul olunmuĢ normaları pozmamalı və məhkəmələrin və bütövlükdə məhkəmə
sisteminin nüfuzuna açıq xələl gətirən fəaliyyətlə məĢğul olmamalıdır. Lazımi tarazlığı saxlamağa cəhd
edərkən, hakim özü-özünə onun davranıĢının - cəmiyyətin sağlam düĢüncəli və məlumatlı üzvü sayılan
kənar müĢahidəçinin nəzərində - hakimin vicdanlılığı və ələalınmazlığından Ģübhələnməyə vadar edib-
etməyəcəyi və hakim kimi ona olan hörməti zəiflədib-zəiflətməyəcəyi sualını verməlidir. Əgər bu
belədirsə, həmin davranıĢdan çəkinmək lazımdır.
Cəmiyyətdə qəbul olunmuĢ universal normalar mövcud deyil.
105. Mədəni müxtəliflikləri və əxlaqi dəyərlərin daim təkmilləĢməsini nəzərə alaraq, hakimin Ģəxsi
həyatda davranıĢ standartları həddən artıq konkret izah oluna bilməz.
65
Lakin bu prinsipi hakimi tam adi
olmayan həyat tərzinə və ya əhalinin müəyyən qrupuna təhqiramiz görünə bilən fəaliyyətlə məĢğul
olmağa görə günahlandırmağa və ya cəzalandırmağa imkan verən qədər geniĢ də Ģərh etmək lazım deyil.
Belə məsələlər barədə mühakimələr konkret cəmiyyətlə və konkret zamanla sıx bağlıdır və yalnız
onlardan bəziləri hər yerdə tətbiq edilə bilər.
Alternativ meyar
106. Belə bir fikir bildirilir ki, məsələ hərəkətin bir sıra dini və ya etik inanclar baxımından əxlaqi və ya
qeyri-əxlaqi, yaxud cəmiyyətdə qəbul olunmuĢ normalar baxımından münasib və ya qeyri-münasib
sayılıb-sayılmamasında deyil, bu hərəkətin hakimin ona etibar edilmiĢ iĢi icra etmək qabiliyyətləri
(ədalətlilik, müstəqillik, cəmiyyətə hörmət), həmçinin cəmiyyətin onun hakim vəzifəsinə uyğunluğu
65
Bu, xüsusilə sevgi münasibəti məsələlərinə aiddir. Məsələn, Filippində öz nikahdankənar münasibətlərini gizlətməyən hakim
bununla əxlaq qaydalarını pozduğuna görə vəzifəsindən kənarlaĢdırılmıĢdır (Complaint against Judge Ferdinand Marcos,
Supreme Court of the Philippines, A.M. 97-2-53-RJC, 6 July 2001). ABġ-ın Florida Ģtatında hakim avtomobil dayanacağında
arvadı olmayan qadınla sevgi münasibətinə görə töhmət almıĢdır (In re Inquiry Concerning a Judge, 336 So. 2d 1175 (Fla.
1976), cited in Amerasinghe, Judicial Conduct, 53). ABġ-ın Konnektikut Ģtatında hakim ərdə olan məhkəmə stenoqrafçısıyla
sevgi münasibətində olduğuna görə intizam cəzası almıĢdır (In re Flanagan, 240 Conn. 157, 690 A. 2d 865 (1997), cited in
Amerasinghe, Judicial Conduct, 53). ABġ-ın Tsinsinnati Ģtatında arvadından ayrı yaĢayan evli hakim sonradan nikaha girdiyi
məĢuqəsini üç dəfə xarici ölkəyə səfərə apardığı üçün, səfər ərzində bir dəfə də olsun eyni mehmanxana nömrəsndə
qalmadıqlarına baxmayaraq, intizam məsuliyyətinə cəlb olunmuĢdur (Cincinnati Bar Association v Heitzler, 32 Ohio St. 2d
214, 291 N.E. 2d 477 (1972); 411 US 967 (1973), cited in Amerasinghe, Judicial Conduct, 53). Lakin ABġ-ın Pensilvaniya
Ģtatında Ali Məhkəmə nikahdankənar münasibətdə olan hakimin gecə vizitlərinə və bir dəfə xaricə birgə səyahət etməsinə
rəğmən intizam məsuliyyətinə cəlb olunması tələbini rədd etmiĢdir (In re Dalessandro, 483 Pa. 431, 397 A. 2d 743 (1979),
cited in Amerasinghe, Judicial Conduct, 53). Bu misallardan bəziləri bir sıra cəmiyyətlərdə hakimi öz ictimai borcunu
pozmaqda ifĢa edən kimi deyil, müstəsna olaraq yetkin davranıĢın cinayət sayılmayan xüsusi sferasına aid məsələ kimi
nəzərdən keçirilə bilərdi.
Dostları ilə paylaş: |