H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   20   21   22   23   24   25   26   27   ...   60

hüquq və vəzifələrin” müəyyən olunması zamanı” “iĢin qanun əsasında yaradılmıĢ, səlahiyyətli, müstəqil 
və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq araĢdırılması” hüququna malikdirlər.
47
 
49. Paktın 14-cü maddəsinin 2-7-ci bəndlərində və 15-ci maddəsində cinayət mühakimə icraatında 14-cü 
maddənin  1-ci  bəndində  nəzərdə  tutulan  ədalətli  məhkəmə  araĢdırması  ümumi  prinsipinin  tətbiqinə  dair 
konkret müddəalar öz əksini tapmıĢdır. Bu müddəalar cinayət mühakimə icraatının bütün mərhələlərinə, o 
cümlədən iĢin ilkin məhkəmə araĢdırması, həbsə alma, həmçinin məhkəmə araĢdırmasının özünün bütün 
mərhələlərinə  aiddir.  Lakin  qeyd  etmək  lazımdır  ki,  həmin  müddəalar  məhkəmə  araĢdırmasının 
ədalətliliyini heç də həmiĢə kifayət qədər təmin edə bilməyən minimal təminatları özündə əks etdirir.  
(a) Təqsirlilik qanuna uyğun olaraq sübut edilənədək təqsirsiz sayılmaq hüququ; 
(b)  Məhkum  olunduğu  və  ya  bəraət  aldığı  cinayətə  görə  təkrarən  məhkum  olunmamaq  və  ya 
cəzalandırılmamaq hüququ; 
(c)  Ona  elan  olunmuĢ  ittihamın  xarakteri  və  əsasları  barədə  özünün  baĢa  düĢdüyü  dildə  dərhal  və 
ətraflı məlumatlandırılmaq hüququ; 
(d) Öz müdafiəsinin təĢkili üçün kifayət qədər vaxta və imkanlara malik olmaq hüququ; 
(e) Özünün seçdiyi müdafiəçi ilə əlaqə saxlamaq hüququ
(f) Əsassız gecikmə olmadan mühakimə olunmaq hüququ; 
(g) Özünün iĢtirakı ilə mühakimə olunmaq hüququ
(h)  Özünü  Ģəxsən  və  ya  özünün  seçdiyi  müdafiəçi  vasitəsilə  müdafiə  etmək  hüququ;  əgər 
müdafiəçiyə malik deyilsə, bu hüququnun olması barədə məlumatlandırılmaq hüququ; 
(i)  Ədalət  mühakiməsinin  maraqları  tələb  etdiyi  bütün  hallarda  və  müdafiəçinin  əməyini  ödəmək 
üçün  kifayət  qədər  vəsaiti  olmadığı  hər  bir  halda  ona  ödəniĢsiz  müdafiəçinin  təyin  olunması 
hüququ; 
(j)  Onun  əleyhinə  ifadə  verən  Ģahidləri  dindirmək  və  ya  bu  Ģahidlərin  dindirilməsini  tələb  etmək 
hüququ; 
(k) Onun əleyhinə ifadə verən Ģahidlər üçün mövcud olan eyni Ģərtlərlə lehinə ifadə verən Ģahidlərin 
çağırılması və dindirilməsi hüququ; 
(l) Əgər məhkəmədə istifadə olunan dili baĢa düĢmürsə və ya bu dildə danıĢa bilmirsə, tərcüməçinin 
ödəniĢsiz köməyindən istifadə etmək hüququ; 
(m) Özünə qarĢı ifadə verməyə və təqsirini etiraf etməyə məcbur edilməmək hüququ
(n)  Yetkinlik  yaĢına  çatmayanlara  aid  proses  zamanı  onların  yaĢının  və  yenidən  tərbiyə 
olunmalarına kömək göstərilməsi istəyinin nəzərə alınması; 
(o)  Heç  kəsin  dövlətdaxili  qanunvericiliyə  və  ya  beynəlxalq  hüquqa  əsasən  törədildiyi  zaman 
cinayət sayılmayan hər hansı əməlin törədilməsinə görə təqsirli hesab oluna bilməməsi;  
(p) Barəsində çıxarılmıĢ qərarın açıq elan edilməsi hüququ
(q)  Hər  hansı  cinayətə  görə  məhkum  olunmuĢ  Ģəxsin,  barəsində  çıxarılmıĢ  hökmə  qanuna  əsasən 
yuxarı instansiya tərəfindən yenidən baxılması hüququ. 
 
Cəza təyin edilməsinə dair hüquqlar 
50.  Mülki  və  siyasi  hüquqlar  haqqında  Beynəlxalq  Paktın  6  (bənd  5),  7,  14  (bənd  7)  və  15-ci 
maddələrində cinayət törətməyə görə məhkum olunmuĢ Ģəxslərin aĢağıdakı hüquqları təsbit edilmiĢdir: 
(a) Cinayətin törədildiyi zaman tətbiq ediləndən daha ağır cəzaya məhkum olunmamaq hüququ; 
(b)  Məhkum  olunduğu  və  ya  bəraət  aldığı  cinayətə  görə  təkrarən  məhkum  olunmamaq  və  ya 
cəzalandırılmamaq hüququ;  
(c) ĠĢgəncələrə və ya qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza növlərinə məruz 
qalmamaq hüququ; 
(d) Ölüm cəzasının ləğv olunmadığı ölkələrdə on səkkiĢ yaĢınadək olan Ģəxslər tərəfindən törədilən 
cinayətlərə  görə  ölüm  hökmünün  çıxarılmaması;  ölüm  hökmlərinin  cinayətin  törədildiyi  zaman 
qüvvədə olan qanuna uyğun olaraq yalnız xüsusilə ağır cinayətlərə görə çıxarıla bilməsi. 
 
 
                                                 
47
 Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin müddəalarının etibarlı Ģərhi üçün “Ġnsan hüquqları 
üzrə  Komitənin  13  saylı  (1984)  Ümumi  Ģərhi”nə  bax.  Ədalətli  məhkəmə  araĢdırması  hüququna  aid  yurisprudensiyanın 
müqayisəli  təhlili  üçün  bax,  The  Judicial  Application  of  Human  Rights  Law:  National,  Regional  and  International 
Jurisprudence (Cambridge University Press, 2002), p. 478-594. 


2-ci göstərici 
O
BYEKTĠVLĠK VƏ 
Q
ƏRƏZSĠZLĠK 
Prinsipi: 
Hakimin  obyektivliyi  onun  öz  vəzifələrini  lazımi  qaydada  icra  etməsinin  zəruri  Ģərti  sayılır.  O, 
təkcə  çıxarılan  qərarın  məzmununda  deyil,  həm  də  onun  çıxarılmasını  müĢayiət  edən  bütün 
prosessual hərəkətlərdə təzahür edir. 
 
ġərh 
 
Müstəqillik obyektivliyin və qərəzsizliyin zəruri Ģərti sayılır. 
51. Müstəqillik və qərəzsizlik - iki ayrı-ayrı və bir-birindən fərqlənən anlayıĢlardır. Lakin onlar məhkəmə 
hakimiyyətinin  qarĢılıqlı  olaraq  bir-birini  tamamlamaqla  bağlı  olan  xüsusiyyətləridir.  Müstəqillik 
qərəzsizliyin  və  ona nail olmağın  zəruri  və ilkin Ģərtidir. Hakim müstəqil olsa da, qərəzsiz olmaya bilər 
(konkret  iĢlərlə  əlaqədar),    lakin  müstəqil  olmayan  hakim  təbiətən  qərəzsiz  ola  bilməz  (təĢkilati 
aspektlərlə əlaqədar)
48

 
MüĢahidəçinin gözündə qərəzsizlik 
52.  Obyektivlik  və  qərəzsizlik  -  hakimin  malik  olmalı  olduğu  baĢlıca  keyfiyyətdir  və  hakim  peĢəsinin 
ayrılmaz atributudur. Qərəzsizlik real mövcud olmalı və ətrafdakıların nəzərində belə qəbul edilməlidir. 
Qeyri-obyektivlik  və  qərəzlilik  məhkəmə  hakimiyyəti  sisteminə  olan  inamı  sarsıtmaqla,  narazılıq  və 
ədalətsizlik  hissi  doğurur.  Hakimin  cəmiyyətin  nəzərində  nə  dərəcədə  qərəzsiz  görünməsini  müəyyən 
etmək üçün meyar kimi sağlam düĢüncəli kənar müĢahidəçi standartı tətbiq edilir. Hakimin qərəzsizliyinə 
Ģübhə  bir  sıra  səbəblərdən,  məsələn,  maraqların  ehtimal  olunan  toqquĢmasının  mövcudluğu,  hakimin 
məhkəmə iclasında davranıĢı, əlaqə dairəsi, həmçinin məhkəmədənkənar fəaliyyəti, yarana bilər. 
 
Qərəzsizliyə aid tələblər 
53.  Avropa  Ġnsan  Hüquqları  Məhkəməsinə  görə,  qərəzsizlik  tələbi  özündə  iki  aspekti  ehtiva  edir. 
Birincisi,  məhkəmə  subyektiv  baxımdan  qərəzsiz  olmalıdır,  yəni  məhkəmənin  heç  bir  üzvü  Ģəxsi  qeyri-
obyektivliyə  və  ya  qabaqcadan  gəlinmiĢ  qənaətə  malik  olmamalıdır.  Əgər  bunun  əksini  sübut  edən  hər 
hansı  dəlillər  yoxdursa,  Ģəxsi  qərəzsizlik  ehtimal  olunur.  Ġkincisi,  məhkəmə  obyektiv  nöqteyi-nəzərdən 
qərəzsiz  olmalıdır,  yəni  qərəzsizliyinə  hər  hansı  qanuni  Ģübhəni  istisna  etmək  üçün  kifayət  olan 
zəmanətləri verməlidir.
49
 Bu meyara uyğun olaraq, hakimin hər hansı davranıĢından asılı olmayaraq, onun 
qərəzsizliyinə  Ģübhə  oyada  biləcək  hər  hansı  mötəbər  faktların  olub-olmamasını  müəyyən  etmək 
zəruridir.  Burada  bu  məsələlərin  necə  qəbul  olunması  da  böyük  əhəmiyyət  kəsb  edir.  Çünki  gündəmdə 
olan  məsələ  demokratik  cəmiyyətlərdə  məhkəmə  hakimiyyətinə  olan  inamdır,  hansı  ki  həm  cəmiyyətə, 
həm  də  təqsirləndirilən  Ģəxsin  aqibətinə  təsir  edir.  Müvafiq  olaraq,  qərəzsizliyinə  əsaslı  Ģübhələr  olan 
hakim məhkəmənin tərkibindən çıxmalıdır
50
.  
 
Təqsirləndirilən Ģəxsin fikri 
54.  Cinayət  iĢi  üzrə  konkret  hakimin  qərəzsiz  olmamasından  ehtiyatlanmağa  real  əsasların 
mövcudluğunun müəyyən edilməsi zamanı təqsirləndirilən Ģəxsin nəzər-nöqtəsi əhəmiyyətli sayılır, lakin 
həlledici  deyil.  Bu  halda  həmin  təhlükənin  ictimaiyyəti  təmsil  edən  sağlam  düĢüncəli  müĢahidəçinin 
nəzərində obyektiv əsaslandırılmıĢ sayılıb-sayılmaması həlledici əhəmiyyət daĢıyır. 
                                                 
48
 Bax: Reference re: Territorial Court Act (NWT), Northwest Territories Supreme Court, Canada, (1997) DLR (4th) 132 at 
146, per Justice Vertes. 
49
 Gregory v United Kingdom iĢi, Ġnsan Hüquqları üzrə Avropa Məhkəməsi, (1997) 25 EHRR 577. 
50
 Castillo Algar v Spain iĢi, Ġnsan Hüquqları üzrə Avropa Məhkəməsi, (1998) 30 EHRR 827. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə